USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Romada Ümummilli Liderin 100 illiyinə həsr olunan fotosərgi açılıb


https://img.baki-baku.az/news/2023/12/photo_10402.jpg

AZƏRTAC-ın təşəbbüsü ilə ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində bu ölkədə yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpa olunması, qurulması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Səfir hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətlərinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu qeyd edib.

Rəşad Aslanov Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi 1997-ci ildə İtaliyaya ilk dəfə rəsmi səfər etdiyini xatırladıb. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə - 1972-ci ildə isə Bakı və Neapol şəhərlərinin qardaşlaşmış şəhərlər elan edildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakıda Neapol küçəsi var, eyni ilə Neapolun küçələrindən biri Bakının adını daşıyır.

Diplomat vurğulayıb ki, AZƏRTAC-ın təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən sərgidə Ümummilli Liderin İtaliyaya səfərinə, Roma və Neapol şəhərlərində keçirdiyi müxtəlif görüşlərə dair şəkillər də nümayiş etdirilir.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin daxili və xarici siyasəti bugünkü müasir, güclü və müstəqil Azərbaycan dövlətinin qurulmasını şərtləndirib. Diplomat Ümummilli Liderin müstəqil Azərbaycan Respublikasının ilk Prezidenti kimi 1997-ci ildə İtaliyaya səfəri çərçivəsində Vatikanda da mühüm görüşlər keçirdiyini, Papa II İohann Pavelin isə Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Azərbaycana səfər etdiyini xatırladıb.

Sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə, eləcə də İtaliyaya səfəri zamanı çəkilmiş fotoşəkillər nümayiş olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət