USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İtaliya portalı Bakıda keçirilən “Mədəni irs” Forumundan yazıb


https://img.baki-baku.az/news/2023/12/photo_10277.jpg

İtaliyanın “in20righe” portalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Mədəni irs” Forumu haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda son illər Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və bərpası istiqamətində görülən işlər qeyd olunur. Bildirilir ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. 2020-2022-ci illərdə 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb.

Şuşa şəhəri üçün layihələndirilmiş Baş plan, Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Kompleksləri, Qazax Müəllimlər Seminariyasında keçirilən təmir-bərpa işləri barədə məlumat verilir.

Yazıda, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin ölkənin ilk inklüziv muzeyi olduğu, İçərişəhərdə yerləşən Cümə məscidinin tarixi əhəmiyyəti, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin 2010-cu ildən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyi vurğulanır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət