USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda “Avropanın rəngləri” sərgisi açılıb


https://img.baki-baku.az/news/2023/12/photo_10266.jpg

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi gənc Avropa səfirləri ilə birlikdə “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ikinci sərgi təşkil edir.

“Avropanın rəngləri” adlı sərgi Azərbaycanın yaradıcı qadınlarına Avropa və Avropa dəyərləri mövzusundakı əsərlərini nümayiş etdirmək imkanı verir.

Sərgidən əvvəl azərbaycanlı qadın rəssamların öz əsərlərini təqdim etmələri üçün açıq dəvət elan olunmuş və əsərləri heç zaman sərgilənməyən rəssamlara üstünlük verilmişdir.

“Bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların bacarıqlarını inkişaf etdirmək və daha inklüziv mədəniyyət səhnəsi yaratmaqdır. İncəsənət insanları bir araya gətirən unikal metoddur və sərgi bunun mükəmməl nümunəsidir. Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən olan müxtəlif sənət əsərləri Azərbaycanın zəngin mədəniyyət tarixini əks etdirir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın bir hissəsi olaraq əhəmiyyətlidir”, - deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.

“Avropanın rəngləri” sərgisi dekabrın 24-dək saat 12.00-dan 18.00-dək İçərişəhər, Firdovsi küçəsi 14 ünvanında yerləşən Mədinə Qalereyasında açıq olacaq. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopları və şəhər turları təşkil olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında Azərbaycan İncəsənət Şurası təşkilati dəstək göstərir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət