USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Dövlət Pantomim Teatrı beynəlxalq festivalda mükafat qazanıb


https://img.baki-baku.az/news/2023/12/photo_10139.jpg

Qırğızıstanın paytaxtı Bişkekdə "Aytmatov və teatr" Vl Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, müxtəlif ölkələrdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.

Teatrın kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Mədəniyyət