USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenaristlə görüş olub


https://img.baki-baku.az/news/2023/12/photo_10085.jpg

Dekabrın 11-də Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə görüş təşkil olunub.

Görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu iştirak ediblər.

Nazirlikdən bildirilib ki, görüş zamanı ARKA-nın təşkil etdiyi film layihələri müsabiqəsinin nəticələri, müsabiqədə müstəqil Seçim komissiyası təcrübəsinin tətbiqi və Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Semih Kaplanoğlunun rəhbərliyi ilə həyata keçirilən ssenari inkişaf proqramının əhəmiyyəti vurğulanıb, müsabiqə zamanı təkmilləşdirilməsi məqsədilə bu proqrama yönləndirilmiş ssenarilər üzərində iş prosesindən bəhs olunub.

Qeyd edək ki, Semih Kaplanoğlu daha çox “Bal”, “Süd” və “Yumurta” filmlərindən ibarət “Yusif” trilogiyası ilə tanınır. Bu ekran əsərləri bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət