USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb


https://img.baki-baku.az/news/2023/12/photo_10078.jpg

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb                                                                   

9 dekabr 2023-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə Şuşa şəhərində görüşüb.

Aktotı Raimkulova ilk dəfə Şuşanı ziyarət etməsindən qürur və sevinc hissləri yaşadığını vurğulayaraq, Azərbaycan xalqını 44 günlük Vətən Müharibəsində qazandığı böyük Zəfər münasibəti ilə ürəkdən təbrik edib. Fondun rəhbəri müasir Azərbaycan dövlətinin banisi, Türk Dünyası qarşısında böyük tarixi xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkədə və beynəlxalq miqyasda təntənəli keçirilməsinə diqqət çəkib.

Aydın Kərimov təşkilatın rəhbərinə yeni vəzifəsində uğurlar arzulayaraq, qardaş türk xalqları arasındakı son illər ərzində daha da güclənən həmrəyliyi yüksək qiymətləndirib. Prezidentin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dair Dövlət Proqramının prioritet istiqamətlərindən və məqsədlərindən bəhs edib.

Görüşdə 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Türk dövlətlərində və onların hüdudlarından kənarda tanıdılması istiqamətində Fond tərəfindən həyata keçirilən layihələr, Fond və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin cari il ərzində davam edən birgə fəaliyyətləri və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Eyni zamanda Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə növbəti il ​​ərzində də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində  olacağı qeyd edilib. 

Həmçinin, Fondun prezidenti Şuşanın 30 ilə yaxın davam edən işğalı nəticəsində burada yerləşən mədəni abidələrə, tarixi əsərlərə və ümumiyyətlə şəhərin görünüşünə dəyən ziyan ilə tanış olub, Azərbaycan Respublikası tərəfindən hazırda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb. 

Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın yenidənqurma proseslərinə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb. 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət