USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kitabxanada “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində elektron məlumat bazası yaradılıb


https://img.baki-baku.az/news/2023/12/photo_10077.jpg

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində Ulu Öndərə həsr edilən elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan verilən məlumata görə, 30-a yaxın bölmədən ibarət olan məlumat bazasında “Rəsmi sənədlər”, “Heydər Əliyevin şah əsəri”, “Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə”, “Xatirəsinin əbədiləşdirilməsi”, “İzomateriallar”, “filmoqrafiya”, “Virtual sərgi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alıb. Məlumat bazasında dahi şəxsiyyət, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyatı, ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, xatirələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndərin Azərbaycan, rus, ingilis və digər xarici dillərdə nəşr olunmuş kitabları, məqalələri, çıxışları, dissertasiya və avtoreferatlar da əks olunur. Elektron məlumat bazasında kitabxana əməkdaşları tərəfindən Gənclər Kitabxanasında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində hazırlanan multimediya məhsullarından nümunələr də təqdim edilir.

“Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında  https://ryl.az/melumat-bazalari/Ulu_Onder_Heyder_Eliyev_el_melumat_bazasi/index.html yerləşdirilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Mədəniyyət