USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səlim Müslümov ev dustaqlığına buraxılıb


https://img.baki-baku.az/news/2022/05/photo_7073.jpg

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

APA xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb.

 

Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.

Səlim Müslümovun ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.




Redaktorun seçimi

Rusiya XİN-in “centlmensayağı bəyanatı”
  • Daxili siyasət
  • 09:50 27.09.2023
Rusiya XİN-in “centlmensayağı bəyanatı”
Qranada sülhə evsahibliyinə iddialıdır
  • Daxili siyasət
  • 09:40 27.09.2023
Qranada sülhə evsahibliyinə iddialıdır
Bir ölərik, min dirilərik...
  • Daxili siyasət
  • 09:33 27.09.2023
Bir ölərik, min dirilərik...
Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

Cinayət