USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxılıb


https://img.baki-baku.az/news/2021/12/photo_5954.jpg

Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsini CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edib.

S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya Aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Cinayət