- Prezident
- 14:35 27.09.2023
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrük xidməti daha bir əməliyyat həyata keçirib.
APA-nın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter”də paylaşım edib.
S.Mehdiyev bildirilib ki, ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.