USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın dövlət sərhəddini keçmək istəyən 10 qaraçı saxlanılıb


https://img.baki-baku.az/news/2021/09/photo_4969.png

Sentyabrın 7-də Gürcüstandan Azərbaycan istiqa­mətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıblar.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləş­dirilib. Faktla bağlı cinayət işi başlanılmış, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar, hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd olunub ki, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanun­suz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.

2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqa­mətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb.

Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.

Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilib.

Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir.

 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Cinayət