USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya "Mİ-24"ün vurulması ilə bağlı Azərbaycana sorğu göndərib


https://img.baki-baku.az/news/2021/01/photo_2316.jpg

Rusiyalı hərbi təhqiqatçılar azərbaycanlı həmkarlarından Rusiyanın Ermənistan-Azərbaycan sərhəddində vurulmuş "Mİ-24" hərbi helikopteri ilə bağlı məsələnin araşdırılması üçün kömək istəyiblər. "Baki-Baku.az" xəbər verir ki, xəbəri "İnterfaks" İnformasiya Agentliyi yayıb. 

Agentliyin adı açıqlanmayan mənbəsi bildirib ki, araşdırmalar nəticəsində bəzi istintaq hərəkətlərinin həyata keçirilməsinə ehtiyac yaranıb. O cümlədən şübhəli şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisənin detallarının öyrənilməsi ilə bağlı. Buna görə də Azərbaycan tərəfinə beynəlxalq-hüquqi köməyin göstərilməsini nəzərdə tutan sorğu ünvanlanıb. Sorğuya cavab alındıqdan sonra isə ittiham irəli sürüləcəkdir. "Söhbət xarici ölkə vətəndaşlarından getdiyindən çox güman Rusiya təhqiqat materiallarını günahkarların məsuliyyətə cəlb olunmaları üçün Bakıya göndərəcək", - deyən mənbə əlavə edib ki, yaxın günlərdə hadisə ilə əlaqədar açılmış cinayət işinin istintaq müddəti əlavə 4 ay da uzadılacaq.

Qeyd edək ki, ötən il noyabrın 9-da baş vermiş hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi ilə cinayət işi (uçuş və ona hazırlığın qaydalarının pozulması ilə ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə iş açılmışdısa, hazırda iki və daha çox şəxsin bilərdəkdən öldürülməsi maddəsi (Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsinin 105-ci maddəsi) üzərində dayanılıb. Əgər birinci qeyd edilən maddə üzrə 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indi ömürlük həbs təhlükəsi də var. 

Onu da qeyd edək ki, Ermənistanın Naxçıvanla sərhəddində vurulmuş sözügedən "Mİ-24" hərbi helikopteri Rusiyanın Ermənistandakı 102-ci bazasından hərəkət edən hərbi kalonu müşaiyyət edirdi. Hadisə nəticədə iki rus hərbçisi həyatını itirmiş, biri isə yaralanmışdı.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Cinayət