USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İnam Kərimov Salyanda pambıqçılarla görüşüb


https://img.baki-baku.az/news/2021/07/photo_4343.jpg

Pambıqçılığın kənd təsərrüfatının ən gəlirli istiqamətlərindən birinə çevrilməsi fermerlərin bu sahəyə marağını ildən-ilə artırır. Dövlət dəstəyi mexanizmlərinin genişlənməsi nəticəsində pambıqçılıq ənənələrinin güclü olduğu rayonlarda fermerlər bu bitkinin becərilməsinə daha çox üstünlük verirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yekunlarına görə ən yüksək məhsuldar göstərici qeydə alınmış Salyan rayonunda bu il pambıq sahələrinin həcmi artıb. 2020-ci ildə Salyanda 5 min hektar sahədə pambıq əkini aparılıb, fermerlər mövsümün sonunda tədarük məntəqələrinə 20 min tondan artıq pambıq təhvil veriblər. Bu il isə rayonda 6124 hektar sahədə pambıq əkilib. Sahələrdə aparılan monitorinqlər Salyan rayonunun bu il də orta məhsuldarlıq göstəricilərinə görə ilk yerlərdə qərarlaşacağını göstərir.

Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb. Rayonun Boranıkənd kəndində açıq sahədə keçirilən görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman və texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirlərinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluq səviyyəsinin yüksəlməsinə də ciddi təsir göstərir.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Kənd təsərrüfatı