USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Birliyinin təmsilçisi də pomidorumuzdan danışdı


https://img.baki-baku.az/news/2021/01/photo_2642.jpg

Azərbaycan pomidorları yalnız bir istiqamətdə deyil, bir çox istiqamətlərə ixrac olunmalıdır və bura Avropa bazarları da daxildir.

Bunu "APA-Economics"ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

"Məsələn, Azərbaycan fındıq ixracında çox uğurludur və ölkənin ixrac bazarına bir neçə Avropa ölkəsi də daxildir. Bu təcrübəni pomidor ixracında da tətbiq etmək üçün keyfiyyətə olduqca ciddi nəzarət edilməlidir. Fındıq ixracı üçün nəzarət sistemi əla qurulub. Təbii ki, pomidor və ya digər meyvə-tərəvəzlərə də eyni səviyyəli nəzarət tətbiq olunarsa, onların Aİ-yə ixracı həyata keçirilə bilər. Azərbaycan pomidorları Avropa bazarlarında olmalıdır", - deyə səfir bildirib.

K. Yankauskas əlavə edib ki, hazırda Aİ-nin Azərbaycanda fitosanitar yoxlamalara kömək edən və həmin təşkilatlarla əməkdaşlıq quran bir neçə layihəsi və Lənkəran rayonunun sosial-iqtisadi inkişafını dəstəkləyən proqramı var.

Bundan əvvəl Aİ-in rəsmisi bildirmişdi ki, Azərbaycanın Avropaya meşə fındığı və tomat tədarükünün böyük potensialı var və digər bazarların volatil olduğu halda, Aİ dayanıqlı ixrac bazarıdır.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Kənd təsərrüfatı