USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Meyvəyığan robotun məharəti


https://img.baki-baku.az/news/2021/01/photo_2601.jpg

Yaponiyalı tədqiqatçılar fermerlərə yetişdirdikləri məhsulu toplamağa kömək etmək üçün meyvəyığan robot hazırlayıblar. Süni intellektlə təchiz edilən robotun alma və armudları təqribən insanla bərabər sürətlə yığdığı bildirilir.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, robotun hazırlanmasında Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatı, Ritsumeykan Universiteti və avtomobil hissələri istehsalı sahəsində ixtisaslaşan “Denso” şirkəti iştirak edib.

Qeyd edilir ki, robotun hər əlində meyvəni yığmaq üçün üç tutacaq yerləşdirilib. Bu əllər pilotsuz qolf arabası üzərində yerləşdirilib. Robotun təchiz olunduğu süni intellekt texnologiyası meyvənin rənginə və digər parametrlərinə görə onun yetişdiyini müəyyən edir. Meyvə toplayan işçilər kimi, robot da bir meyvəni dərməyə təqribən 11 saniyə vaxt sərf edir.

Fermerlərin yükünü azaltmaq məqsədilə robotun fəaliyyətini təkmilləşdirmək istiqamətində iş davam etdiriləcək.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Kənd təsərrüfatı