USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvanda 537 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub


https://img.baki-baku.az/news/2021/01/photo_2446.jpg

Ötən il görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərib, muxtar respublikada 537 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2019-cu illə müqayisədə 4,6 faiz çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda səsləndirilib.

İclasda çıxış edən nazir Bəhruz Bayramov bildirib ki, qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.

“Muxtar respublikada əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi daim diqqətdə saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ilin məhsulu üçün 63 min 405 hektar sahədə əkin aparılıb”, - deyən Bəhruz Bayramov qeyd edib ki, taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36 min 879 hektar sahədə taxıl əkini aparılıb. Bunun da 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıl idi. Taxıl əkinlərinin 26 min 293 hektarı buğda, 10 min 586 hektarı isə arpa əkini olub. Kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib.

Diqqətə çatdırılıb ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Hazırda muxtar respublikada 45 mindən çox ailə təsərrüfatı mövcuddur ki, bunun da 2020-ci il 1 oktyabr tarixinə olan məlumata görə, 1040-ı ixtisaslaşmış kiçik və böyük ailə təsərrüfatlarıdır.

Qeyd olunub ki, hazırda muxtar respublikada 5333,8 hektar sahədə meyvə bağları mövcuddur. Bunun da 4904,2 hektarı bar verən bağlardır. Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu istiqamətdə “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Kənd təsərrüfatı