USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Məsləhətin məhsuldarlığa təsiri - AQRAR


https://img.baki-baku.az/news/2020/08/photo_223.jpg

Azərbaycanda yerli şəraitin diktə etdiyi tələblərə uyğun aqrar xidmət modeli yaradılmalıdır. Bu xidmət fermerlərə həm məsafə, həm də büdcə baxımından əlçatan olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Gəncə-Qazax regionunun aqrar sahə iştirakçıları üçün keçirilən seminarda beynəlxalq məsləhətçi Gülcahan Qurbanova bildirib.

Rayon DAİM-lərinin (Dövlət Aqrar İnkişaf Mərkəzi), Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) nümayəndələrinin, təchizatçı, aqrar məsləhətçi və fermerlərin iştirak etdiyi seminarda çıxış edən beynəlxalq ekspert G.Qurbanova dövlət, dövlət-özəl tərəfdaşlığı, fermer assosiasiyaları və özəl formatlarda idarə olunan aqrar məsləhət xidməti modelləri barədə məlumat verib. Avropa İttifaqı, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin uğurlu modelləri kimi Danimarka və fermer assosiasiyaları tərəfindən idarə olunan Niderland nümunələrindən ətraflı söz açılıb. Lakin hər hansı aqrar məsləhət xidməti modelini olduğu kimi ölkəyə “idxal” etməyin doğru olmadığı diqqətə çatdırılıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev aqrar məsləhət xidməti göstərilərkən hesabatlılığın olmamasını başlıca problem kimi vurğulayıb. “Fermerin təsərrüfatı təcrübə sahəsi deyil. Verilən hər bir məsləhətin məhsuldarlığa necə təsir etdiyi aydınlaşdırılmalıdır”, – deyə AEİM nümayəndəsi bildirib. Bu halın xüsusilə zərərvericilərə qarşı mübarizə vasitələri satanların məsləhətindən faydalanan fermerlərə təsir göstərdiyini bildirən baş mütəxəssis daha bir problem kimi pestisidlərin keyfiyyətini qeyd edib.

Tədbirdə Azərbaycanda aqrar xidmətlərin göstərilməsi ilə bağlı qanun layihəsinin hazırlandığı iştirakçıların diqqətinə çatdırılıb.

Seminar iştirakçısı olan fermerlər aqrar məsləhət xidmətləri almaq istədikdə qarşılaşdıqları çətinliklərdən danışıblar.

Qeyd edək ki, “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. İki illik layihə pilot rayonlarda fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üzrə sub-layihələr reallaşdıracaq. Layihə çərçivəsində bu regionlarda fermerlərin ehtiyac duyduqları aqrar xidmətlər, həmin xidmətləri əldə etmək üçün münasib üsullar öyrəniləcək, dövlət-özəl tərəfdaşlığı imkanları tətbiq edilərək, Avropa ölkələrinin uyğun modelləri sınaqdan keçiriləcək. “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsində əsas məqsəd müvafiq aqrar xidmət strategiyası yaradaraq, aqrar xidmətlər sistemini gücləndirmək, kənd təsərrüfatının məhsuldarlığını artırmaq və kənd yerlərinin dayanıqlı inkişafına nail olmaqdır.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Kənd təsərrüfatı