Nəşr edilmişdir 09/25/2024

Paylaşın

GÜNDƏM

Azərbaycanla Çin arasında dəmiryolu ilə tranzit daşımaları dəfələrlə artıb

Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.

“BakıBaku” Sputnik.az-a istinadən xəbər verir ki, çində səfərdə olan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Dövlət Dəmir Yollarının İdarə Heyətinin sədri Liu Cenfan ilə görüşüb.

Görüşdə iki ölkənin dəmir yolları arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.

Həmçinin görüşdə cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275 faiz artdığı qeyd olunub.

Liu Cenfan Çinin Orta Dəhlizin cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan, Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur.

Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 18,1 faizi Çinin payına düşüb. Beləliklə, bu ilin 5 ayında Azərbaycanın mal aldığı ölkələr içərisində Çin ilk yeri tutub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində fevralın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura