Nəşr edilmişdir 10/01/2024

Paylaşın

GÜNDƏM

Aşıq Ələsgərin heykəlini yonan rektor – O, daha kimlərə abidə hazırlayıb…

1727769529_461594758_10233335380543230_8056153971096277831_n

Bakıda görkəmli el sənətkarı Aşıq Ələsgərin heykəlinin açılışı olub. Açılışdan sonra heykəlin sosial şəbəkələrdə yayılan fotoşəkilləri xeyli müzakirələrə səbəb olub. Bir qrup şəxs Aşıq Ələsgərə bu cür heykəlin qoyulmasını, onun obrazının belə təsvir olunmasını, eyni zamanda sazı tutma tərzini tənqid edib. Heykəldəki elementlərin Aşıq Ələsgərə uyğun gəlmədiyini iddia edənlər də az deyil.

Məsələn, heykəli tənqid edənlərdən biri, əslən Qərbi Azərbaycandan olan tədqiqatçı alim Nazir Əhmədli deyib:

“Sazı o cür tutsan, çalmaq mümkün deyil. O, aşığın sinəsinə söykənməlidir ki, əl pərdələrdə gəzə bilsin”.

Bununla yanaşı, heykəli bəyənənlər, onun yaxşı bir sənət əsəri olduğunu söyləyənlər də kifayət qədərdir. Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Aşıq Ələsgərin heykəli fərqlidir, dəyərli sənət əsəridir, çoxlu mesajlar və məna çalarları var. Abidə şablon olsaydı, bu qədər müzakirə yaratmazdı”.

Bəs Aşıq Ələsgərin heykəlini yonan heykəltəraş kimdir? Aşıq Ələsgərin abidəsini tanınmış heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı Natiq Əliyev hazırlayıb. 

Heykəltəraş Natiq Əliyevin özü isə tənqidlərə belə cavab verib:

Biz təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıq deyil, o, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Bu fonda Aşıq Ələsgərin heykəli hayqıran obrazdır. Aşıq Ələsgərin bir şəkli var, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər?”. 

Natiq Əliyevin qısa biqorafiyasını təqdim edirik:

Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974–1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, buranı “Fərqlənmə diplomu” ilə bitirib. Rusiyada V. Muxina adına Sankt Peterburq Ali Rəssamlıq Məktəbini (1978–1983) fərqlənmə diplomu ilə bitirib.

Professor Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamıdır (2005).

O, uzun müddət Azərbaycan Rəssamlıq Akademiyasında heykəltəraşlıq kafedrasının emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb. 

Natiq Əliyev Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

9 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.


Natiq Əliyev Aşıq Ələsgərin heykəlindən əvvəl də bir sıra tanınmış şəxslərin abidəsini hazırlayıb. Məsələn, Bəxtiyar Vahabzadənin Şəkidə qoyulan abidəsi (2010), Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011), Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019) Natiq Əliyev tərəfindən hazırlanıb.

Heyəltəraş Xocalı soyqırımına da bir neçə abidə yonub. Onun soyqırımını əks etdirən abidələri xarici şəhərlərdə – Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014, Türkiyə) ucaldılıb.

Professor Natiq Əliyev mərhum dövlət xadimi Heydər Əliyevin də bir neçə abidəsini hazırlayıb. Həmin abidələr Kiyev, Tbilisi və Belqradda yerləşir.

Natiq Əliyev 10-dan çox memorial lövhənin də müəllifidir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,