Nəşr edilmişdir 06/30/2025

Paylaşın

GÜNDƏM

ADSEA yol çökməsi nəticəsində həyatını itirən şəxslə bağlı açıqlama yayıb

ADSEA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Baksol yolu”nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yayıb.
Baki-baku.az-ın məlumatına görə, açıqlamada deyilir ki, iyunun 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.
“Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.
Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.
Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üstünü sahibkarların taxta parçaları ilə örtməsi ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”, – deyə açıqlamada qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Onu hər kəs sevirdi. “Liman”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Gəlmədin”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə başqa

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb