Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

1976-81-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra diplom rəhbərimiz, universiteti bitirdiyimiz il bizi özünün yaratdığı və rəhbərlik etdiyi “Bakı” və “Баку” gündəlik axşam qəzetləri redaksiyasına işə götürərək, 1981-88-ci illər ərzində redaktorumuz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 8
19 noyabr 2015
http://baki-baku.az

Bakı nostalji ilə modernizmin sintezində

 

 

 

 

 

Bakı və bakılılar
2 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Ömrün rəngləri - VİDEO

Xalq rəssamı Oqtay Sadıqzadə

 

Buxara karvansarası

İçərişəhərdə qədim özbək şəhəri Buxaranın adını daşıyan bir karvansara var. Adı kimi, tarixi də qədim dövrə gedib çıxan bu məkan öz əvvəlki görnüşünü olduğu kimi qoruyub-saxlayıb.

Tarixçilərin bildirdiyinə görə, bu karvansara XV əsrdə Orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən inşa edilib. Elə tiklinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olmuş Buxara şəhərinin adından götürülüb. Bu karvansaranın bir mərtəbədən ibarət olması deməyə əsas verir ki, tiklinin digər mərtəbəsi yerin altında qalıb. Ona görə ki, bütün Şərq karvansaralarının özünəməxsus memarlq quruluşu olub. Alt mərtəbə anbar kimi istifadə olunar, yuxarı mərtəbədə qonaq otaqları, həyətdə isə hovuz yerləşərdi.  17 otaqdan ibarət olan Buxara karvansarası , dairəvi formada tikilib. Orta əsr memarlıq üslubuna əsasən, otaqların qızdırıcı sistemi bir-biri ilə əlaqədar olub. Bu qızdırıcı sistem isə olduqca gözəl quraşdırılıb. Hər otağın divarının altında buxarı var və onun bacası divarın içərisində yerləşdirilib. Açıq alov bütün divarı qızdırır və beləliklə də, bir buxarı iki otağı normal şəkildə istilədir. İndi buxarı müasirləşərək, odunla deyil, qazla yandırılsa da, sistem olduğu kimi qalır.

Həyətin ortasında bütün Şərq karvansaralarına məxsus hovuz yerləşir. Bu hovuzun özəlliyi ondan ibarətdir ki, tikildiyi dövrdə, yəni XV əsrdə necə olubsa, elə də qorunub saxlanılıb. Onun tikilmə üslubu hələ də insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Və bu zaman suyun hara və necə axması görünmür.

Hazırda karvansara Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeçiliyindədir.

Multanı karvansara 

Bu, İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansaradır. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır.Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm rabitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.

Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973 – 1974 – cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır. Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdır.

Qiraət
3 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Əmin ər-Reyhani yaradıcılığı Aida xanım İmanquliyevanın təqdimatında

XX əsrin 70-ci illərindən etibarən Əmin ər-Reyhani yaradıcılığı Bakıda əhatəli araşdırmaya cəlb olunmuşdur. Ərəb məhcər ədəbiyyatının bu fenomen nümayəndəsinin Azərbaycanda ilkin tədqiqatçısı Azərbaycan şərqşünaslığının parlaq simalarından biri, görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva olmuşdur. Öz elmi fəaliyyətini ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edən Aida xanım İmanquliyeva hələ Əmin ər-Reyhaniyə qədər bu ədəbi məktəbin iki nəhəng nümayəndəsi–Mixail Nuaymə və Cübran Xəlil Cübranın həyat və ədəbi fəaliyyəti barədə müfəssəl elmi tədqiqat işi aparmış və elmi ictimaiyyətə “Cübran Xəlil Cübran”,“Qələmlər birliyi” və Mixail Nuaymə” kimi dəyərli əsərlərini təqdim etmişdir. A.İmanquliyevanın üçüncü monoqrafiyası onun ötən əsrin 90-cı illərində müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Bu əsər ilk dəfə 1991-ci ildə Bakıda rus dilində , 2003-cü ildə  Azərbaycan dilində, 2006-cı ildə ərəb dilində və 2007-ci ildə türk dilində  çapdan çıxmışdır. Monoqrafiyanın “Əmin ər-Reyhani və ərəb romantizminin təşəkkülündə onun rolu” adlı III fəslində ümumən ərəb romantizmi görkəmli ədibin yaradıcılığından gətirilən nümunələr fonunda araşdırılaraq təhlil olunmuşdur. Əmin ər-Reyhani ərəb məhcər ədəbiyyatının korifeyləri arasında Ərəb Şərqi ilə mütəmadi olaraq maraqlanan, onun gələcəyi barədə daha çox narahat olan bir mütəfəkkir idi. Məhz bu səbəbdən də A.İmanquliyeva hələ ötən əsrin 70-80-ci illərində bu ədib haqqında müfəssəl tədqiqat işləri aparmış, ər-Reyhani ilə bağlı qəzet, jurnal və müxtəlif məcmuələrdə Azərbaycan və rus dillərində məqalələr çap etdirmişdir. Bundan əlavə, o, Əmin ər-Reyhaninin “Hərəmxana divarlarından kənarda və ya Cihan” adlı povesti və onun kiçik nəsr janrlarında” adlı məqaləsində Qərb romantizminin təsirinin necə əks olunduğunu real faktlar əsasında tədqiq etmişdir.

Kim idi Əmin ər-Reyhani?

Əmin ər-Reyhani ibn Faris 1876-cı il noyabr ayının 24-də Livanın Fureykə kəndində anadan olmuşdur. Livanın şimalında yerləşən bu dağ kəndində əhalinin böyük əksəriyyəti xristian ərəblərdən ibarət idi. Kəndin əhalisinin əksəriyyəti xristianlığın maronit məzhəbinə mənsub idi və orada xristian dininin qayda-qanunları, xaçpərəst ayinləri hökmran idi. Ona görə də Əminin dindar anası uşağının daim xristian dininin təsiri altında tərbiyə olunmasına üstünlük verirdi. Əminin 10 yaşı olanda atası onu Fureykə kəndində mövcud olan bir fransız missioner məktəbinə qoyur. Əmin burada fransız dilini və ədəbiyyatını öyrənir. O, ərəb dilində yazıb oxuya bilmirdi. Əmin ər-Reyhani “Ərəb hökmdarları” adlı səyahət əsərinə yazdığı müqəddimədə göstərir ki, XIX əsrin sonlarında Livandakı ağır iqtisadi durum, onların ailələrinin üzləşdiyi maddi ehtiyac onun atasını və əmisini çörək dalınca qürbətə gedən digər həmyerliləri kimi, ABŞ-a üz tutmağa məcbur edir. Onlar on iki yaşlı Əmini də özləri ilə okeanın o tayına aparırlar. Atası və əmisinin Nyu-York şəhərində açdıqları balaca bir ticarət köşkündə Əmin onlara kömək edir, çox böyük ciddi-cəhdlə ingilis dilini, ingilis və Amerika ədəbiyyatını öyrənməyə başlayır. Gənc oğlan qazandığı pullara ingilis və fransız dillərində kitablar alır, mütaliəyə dərin maraq göstərir. O, fransız yazıçılarından Huqo, Volter və Russonun, ingilis yazıçılarından Bayron və Şekspirin əsərlərini mütaliə edir. Hətta on yeddi yaşına çatanda səyyar bir teatr truppasında Şekspirin əsərləri əsasında hazırlanmış tamaşalarda təlxək obrazını məharətlə ifa etmişdir. Əmin ər-Reyhani həmin dövrdə Amerika transsendentalistləri R.U. Emerson və H.Toro, ingilis romantikləri T.Karleyl və Reskinin əsərləri ilə yaxından tanış olur və bu əsərlər sanki onun varlığına hakim kəsilərək, ona kimliyini başa salır. Əmin ər-Reyhani 1897-ci ildə ali təhsil alıb hüquqşünas olmaq üçün Kolumbiya universitetinin hüquq fakültəsinə daxil olur və bir il orada oxuyur. Lakin bir ildən sonra o, naməlum səbəb üzündən universiteti tərk edərək geriyə, öz ölkəsinə qayıdır. Burada o, ərəb dili və ədəbiyyatı ilə çox ciddi şəkildə məşğul olmağa başlayır və eyni zamanda ingilis dilindən dərs deməklə özünün gündəlik dolanışıq xərclərini çıxarır. Livanda olduğu bir il ərzində ərəb dilini mükəmməl öyrənən Əmin ər-Reyhani ərəb ədəbiyyatı klassiklərinin əsərlərini dərindən mütaliə edir. Ərəb dilini öyrəndikdən sonra Əmin ər-Reyhani əl-Kisainin, Sibaveyhinin əsərlərini, Əbul Əla əl-Məərrinin “Luzum mə lə yəlzəm” ( “Luzumiyyat ”) əsərini dönə-dönə oxuyur və özünün belə müdrik mütəfəkkirləri, qüdrətli şairləri dünyaya bəxş edən bir xalqın oğlu olması ilə fəxr etməyə başlayır. Əmin ər-Reyhani Amerikada qərar tuta bilmir. Ona görə də o, tez-tez Livana qayıdır. Ədib öz fəaliyyətində Nyu-Yorku tez-tez tərk etməsinin səbəbini Şərqə olan marağı ilə izah edir. Ərəb Şərqində baş qaldıran oyanış və dirçəliş sədaları Əmin ər-Reyhanini ürəkdən sevindirirdi. Görkəmli rus şərqşünası akademik İ.Y.Kraçkovski Əmin ər-Reyhani barəsində yazdığı oçerkdə göstərir ki, Livanlı ədib 1908-ci il gənc türklər inqilabı ərəfəsində öz yazılarında və çıxışlarında insan amilini, insan şəxsiyyətini təkamülə səsləyirdi . Əmin ər-Reyhani o dövrdə Livanda və Suriyada bu inqilabla bağlı çoxlu məqalalər çap etdirmiş və yığıncaqların ən populyar natiqlərindən biri olmuşdur. Əmin ər-Reyhani 1911-ci ildə yenidən NyuYorka qayıdır. Lakin 3 il sonra yenidən ərəb ölkələrinə səyahətə çıxmaq qərarına gəlir. Fəqət həmin vaxt artıq dünya ölkələrini, o cümlədən ərəb ölkələrini də Osmanlı imperiyasının tərkibində ağuşuna alan I Dünya müharibəsi ona bu arzusunu həyata keçirməyə imkan vermir. Ölkəsini bürüyən aclıq, xəstəlik, yoxsulluq, amansız epidemiyanın on minlərlə insanın həyatına son qoyması xəbərləri onun milli ruhunu narahat etdiyindən mühacirətdə yaşayan digər həmvətənləri ilə birlikdə “Suriya və Livanın azadlığı uğrunda” bir cəmiyyət yaradır. Bu cəmiyyət vasitəsilə onlar aclıq və səfalətlə qarşılaşmış Livana ianə toplayırlar. Əmin ər-Reyhani hətta bütün Amerikada yaşayan suriyalıları bir-iki gün ac qalmağa və yığılan məbləği Livana yardım fonduna keçirməyə çağırır. . Reyhani 1922-ci ildə Amerikanı birdəfəlik tərk edir və bir il ərzində ərəb ölkələrini gəzib dolaşır. Həmin illəri onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Beləki, ədibin ikicildlik “Muluk əl-arab” və “Qalbu Lubnan”əsərlərinin yazılıb nəşr olunması məhz həmin illərə təsadüf etmişdir. Lakin xəstəlik onu yavaş-yavaş üstələyirdi. Bununla belə 1936-1939-cu illərdə o, Livanın bütün bölgələrini piyada və at belində gəzir. Əmin ər-Reyhani 1940-cı il sentyabrın 13-də vəfat edir. Onun bütün ədəbi irsi kiçik qardaşı Albert ər-Reyhaninin sərəncamına keçir. O da öz növbəsində Livanın Fureykə kəndində qardaşının ev muzeyini yaradaraq onun bütün əsərlərini orada cəmləşdirir.

F.Məcidova,
filologiya üzrə fəlsəfə doktoru

Rəsmi
4 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Mehriban Əliyeva Antalyada Əlillərin Bərpa Mərkəzini ziyarət etdi

AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Əlillərin Bərpa Mərkəzində Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşıladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya Baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış oldular.

Əvvəlcə əlillərə diqqət və qayğıdan, onların cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olundu.

Mərkəzdə müalicə olunan uşaqlar qonaqları özlərinə məxsus şəkildə mədəni proqramla qarşıladılar. Həssas təbəqənin nümayəndələri bir-birindən maraqlı çıxışlar etdilər.

Azərbaycanın birinci xanımına və digər qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, bu müəssisə Türkiyədə əlillərin ən böyük bərpa mərkəzlərindən biridir. Burada uşaqlarla yanaşı, onların valideynləri ilə də maarifləndirici işlər aparılır. Mərkəzin başlıca məqsədlərindən biri əlil uşaqların cəmiyyətə inteqrasiyasını və onların sosial-iqtisadi həyatda daha yaxından iştirakını təmin etməkdir.

Qonaqlar mərkəzdə tədris prosesi ilə maraqlandılar.

Diqqətə çatdırıldı ki, burada əlillər üçün müxtəlif dərnəklər də fəaliyyət göstərir. Mərkəzdə fizioterapiya, nitqin inkişaf etdirilməsi, eşitmə, görmə problemi, zehni inkişaf çatışmazlıqları olan uşaqlara dəstək və s. proqramlar həyata keçirilir. Mütəxəssislərin fiziki və əqli problemləri olan yüzlərlə əlilin təlim-tərbiyəsi ilə gün ərzində məşğul olmaları üçün hər cür şərait var. Əlillər Mərkəzdə idmanla da məşğul olurlar.

Mərkəzdə əlillərin bərpa prosesi onların əlillik dərəcəsindən asılı olaraq müxtəlif mərhələlərlə həyata keçirilir. Müəssisədə müalicə alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir. Reabilitasiya prosesi ilə yanaşı, əlillərə mənəvi dəstək mərkəzin fəaliyyətində əsas yer tutur. Bu məktəbəqədər tibbi bərpa müəssisəsində əlillərin istedad və qabiliyyətlərinin üzə çıxarılması da diqqət mərkəzindədir. Mərkəzdə reabilitasiya keçənlərin bir çoxu əl işləri ilə seçilirlər.

Qonaqlar uşaqların əl işlərinə baxdılar.

Mərkəzlə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Art
5 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Aida Mahmudovanın fərdi sərgisi keçirildi

AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, görkəmli elm, incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə dedi ki, belə bir gözəl məkanda Aida Mahmudovanın sərgisində sizin hamınızı salamlamaq mənim üçün böyük şərəfdir. Bu məkan Azərbaycanın XX əsr incəsənətindən XXI əsr incəsənətinə atılan uğurlu bir körpüdür.

Aida Mahmudovanın adı müasir tarixə YARAT! hərəkatının rəmzi kimi düşüb. O, istedadlı gəncləri öz ətrafında birləşdirə bilib. F.Abdullazadə deyib: “Gəncləri öz ətrafına toplamaqla o, bizim incəsənətimizdə dönüş yaratdı”. Bu gün Azərbaycan incəsənəti Venesiya Biennalesində təmsil olunur, rəssamlarımızın əsərləri Avropanın ən yaxşı sərgi salonlarında nümayiş etdirilir, dünya rəssamlarının iştirakı ilə layihələr həyata keçirilir. Bu, ilk növbədə A.Mahmudovanın xidmətidir. Eyni zamanda o, orijinal yaradıcılıq keyfiyyətlərinə sadiq qalır, hər sərgisi ilə sevindirir və heyran qoyur.

Rəssamın hər bir sərgisi kimi bu ekspozisiyasının da insanlara sevinc bəxş etdiyini vurğulayan F.Abdullazadə gənc rəssama yeni yaradıcılıq uğurları arzuladı.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə çıxış edərək dedi ki, Aida Mahmudovanın bu sərgisi sadəcə sənət əsərlərinin nümayişi deyil. Bu, həqiqətən böyük bir mədəni hadisədir. Çünki burada tamamilə yeni, əvvəllər bizə məlum olmayan, vərdiş etmədiyimiz məkan hissi ilə qarşılaşırıq.

A.Salamzadə bu sərginin Azərbaycanın ən müasir sərgi məkanı olan Müasir İncəsənət Muzeyində keçirilməsinin də simvolik məna daşıdığını qeyd etdi. Bildirdi ki, Aida Mahmudovanın əsərlərindəki məkan hissi məhz kəskin müasirlik hissinin təzahürüdür deyən Memarlıq İnstitutunun direktoru bildirib: “Əgər sual yaransa ki, müasir Azərbaycan incəsənətinin siması necədir, kimlər və onu hansı əsərləri ilə təmsil edir, sözsüz ki, Aida Mahmudovanın və onun YARAT! adlı təşkilatında topladığı istedadlı rəssamların adlarını çəkərik”.

Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verdi. O bildirdi ki, bu gün mən çox xoşbəxtəm. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir. Hamınıza gözəl axşam arzu edirəm.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular.

Rəssam bu sərgisində botanika bağının gözəlliklərini nümayiş etdirib. Burada istənilən insan özünü itirə və ya tapa bilər. Real olmayan bu yer ilham mənbəyi kimi də çıxış edir. Rəssamın əsərlərində insan duyğuları öz əksini tapıb.

Onun əsərlərinin ünvanı xatirələr və nostaljidir. Azərbaycanın memarlığı və landşaftından ilham alaraq, Aida Mahmudova instalyasiya, heykəl və rəngkarlıq sahələrində işləyir, gündən-günə müasirləşən ölkəmizin unudulmuş və uzaq guşələrini öz əsərlərində əks etdirir. Rəssamın əsərlərinin mahiyyətini instalyasiyada formalaşmış memarlıq xüsusiyyətləri, o cümlədən Bakının kənarında kimsəsiz yerlər təşkil edir. Bu vasitələrlə yaddaşda zamanın məqamını axtaran rəssamın əsərləri daimi dəyişkənlik təcrübəsinə qarşı çıxır, lakin bununla bərabər dəyişməyən detalları da əks etdirir.

Aida Mahmudovanın “Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.

Qeyd edək ki, rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudovanın “Recycled” kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri “Here Today” (Old Sorting Office, London), “Sevir-sevmir” (“Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi), “Bakıya uçuş” (“Fly To Baku”, London, Paris, Berlin, Moskva, Roma), “Birləşən körpülər” (“Merging Bridges”, Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.

Aida Mahmudova 2011-ci ildən YARAT! Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT! ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT! “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib. Bu il mayın 28-də rəssamın Nyu-Yorkda “Ötüb keçərkən...” adlı sərgisi açılıb.

VoxPop
6 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Bakılılar avtobus marşrutlarından şikayətçidirlər

Naibə Qurbanova: Evdən baxanda iş yerim görünür, amma mən 7-ci mikrorayondan 8-ə iki-üç marşrut dəyişərək gəlib çıxıram. Üç marşrut xəttini - 13, 53, 88-i bağlayıb, yerinə birini belə açmamaq, amma metrodan metroya gündə bir avtobus ayırmaq ancaq bizim başbilənlərin ağlına gələ bilər. İntellektimizi nəqliyyata qatandan ikisi də yoxa çıxıb...

Əzizə Ismayılova: 88 bağlanıb ki? Srağagün onunla getdim 28-ə.

Naibə Qurbanova: 45 dəqiqədən bir gəlir, yəni bağlnamış kimidir. Hər dəfə də sürücü deyir ki, az qalıb, bu da bağlanacaq. ABU-nun yanına faktiki marşrut gəlmir, hansı ki, bura Azadlıq metorsu ilə Dərnəgülün ortasında qalıb.

Vusaladdin Rüstəmov: Bəlkə bir piyada getməyi də test edəsiz. Mən də 7-ci mkr-da yaşamışam, 8-ə dəhşətli uzaq deyil.

Naibə Qurbanova: İşdən evə hər gün piyada gəlirəm, amma gedəndə olmur, gecikirəm axı. Yağışı,küləyi də var axı havanın.

Ilham Qəhrəman: Sabunçudan 93 saylı marşurutla birbaşa 20 yanvardan keçməklə Təzə avtovağzala gedirdilər! İndi 93 ancaq Dərnəgülə gedir, ordan gərək marşrut dəyişəsən!

Naibə Qurbanova: Məqsəd budur: sərnişin son qəpiyini də yollara töksün. Pul tələsidir.

Elçin Bayramlı: Nəqliyyat Nazirliyi və NİİS əl-ələ verib avtobus nəqliyyatın sistemini tamam darmadağın elədilər, elə bir xaos və anlaşılmazlıq yaradıb ki, şeytan da baş aça bilməz. Məsələn, mən Bakıxanov qəsəbəsindən  “Azərbaycan” Nəşriyyatının yanına gəlmək üçün azı 3 avtobus dəyişməliyəm, belə dəhşətli bir anarxik sistem tarixdə heç vaxt, heç bir şəhərdə görünməyib. Məncə bu təxribatın qarşısı yaxında alınacaq.

Naibə Qurbanova: İyirmi ildir e, başını gözünü bir yerə yığa bilmirlər bu sahənin.

Elşən Qaraçuqlu: İstək olmalıdır. 1 aya düzəltmək mümkündür istənilən sahəni.

Elçin Bayramlı: On illər keçəcək Azərbaycan bütün problemləri həll edəcək, lakin bu problem əbədidir, heç vaxt həll olunmayacaq. Belə görünür.

Nurlana Tofigli: Yasamaldan drujbaya 2 marşrut dəyişirəm. Belə baxanda, iki addımlıq yoldur. Biabırçılıqdır.

Naibə Qurbanova: Hamısını belə ediblər. Sərnişin bir yox, bir neçə marşrut dəyişməlidir İdarəçisi çoxdur ona görə.

Memuar
7 19 noyabr 2015 (№8)
http://baki-baku.az

M.S.Ordubadinin həbsxana xatirələri

“Axşam lampaları, su altında uyumuş sabah yeli şəhərin tərli çöhrəsinə işıq saçırkən biz Bakı bulvarının qarşısında idik. Yeni əkilmiş nazik ağacların titrək kölgəsində Bakı varlılarının qalın və nahamvar kölgələri bir-birinə toxunurdu.

Biz həbsxanaya yetişdikdə hava artıq tamamilə qaranlıqlamışdı. Bizi sayıb içəri buraxdılar. Mən salındığım odada bir yəhudi, bir də rus var idi. Bunlar rus-yəhudi ixtilafı haqqında danışırdılar. Söhbətləri qızışmışdı. Mən şeylərimi qoyub oturmuşdum. Qalxmağa, hətta yıxanmağa taqətim yox idi. Çox yorğun idim. Stansiyadan Bayıl həbsxanasına qədər ağır şeylərimi daşımağa məcbur olmuşduq. Araba verməmişdilər. Odanın döşəməsi taxta idi. Yer də quru idi. Odadakıların söhbəti daha da qızışdı. Bunlar yüz ildən bəri çar Rusiyasında hökm sürmüş yəhudi məsələsini həbsxanada həll etməyə tələsirdilər. Onlar danışdıqca sözləri bir vuruşmaya qədər varıb çıxdıqda mənə müraciətlə: "Siz də doğrusunu deyiniz. Belə deyilmi?" - deyib soruşurdular. Mənim cavab verməyə vaxtım yox idi. Gözüm, qulağım onlarda olsa da, fikrim, düşüncəm tamamilə başqa tərəfdə idi. Bu söhbətdə qapının bacasından uzun bir papağın içəri soxulduğunu gördüm. Papaq bütün bacanı qapadığından səs sahibinin üzünü görmək mümkün deyildi. Səslədi:

- Burada neçə müsəlman vardır?

Mən:

- Yalnız bircə nəfərdir, - deyə cavabını verdim. Papaq çəkildi. Odada söhbət edənlər yenə də sakit olmamışdılar. Az sonra həmin papaq sahibi əlində böyük bir podnos içəri girdi. Podnosu mənim yanımda yerə qoydu:

- Bunu sizin üçün Kəblə Ağakərim göndərdi, - dedikdə mən ona cavabla:

- Mənim hər bir şeyim vardır. Bu zəhmətə heç razı deyiləm, - dedim. Papaq sahibi qaş-qabağını turşudub mənə təəccüblə baxdı:

- Yox, elə etməyin. Qəbul etməsəniz Kəblə Ağakərim inciyər.

- Kəblə Ağakərim kimdir?

- Təəccübdür, bütün dünyada Qoçu Kəblə Ağakərim məşhur ola-ola, siz onu tanımırsınız?

Mən ona tanıdığımı söylədim. Çox razılıq etdim. O yenə də sözünə davam edərək:

- Kəblə Ağakərim buyurdu ki, yenə də hər nəyə ehtiyacı varsa, xəbər versin, - dedi.

- Bu qədər kifayətdir. Tək adamam. Çox zəhmət çəkib. Məndən ona salam söylə.

Papaq sahibi getdi. Açarçı qapını bağladı. Yəhudi ilə rus Ağakərim qoçu ilə Teymur bəyi bir-birinə tərif etdilər. Mən iki məşhur Bakı qoçusunun həbsxanada olduğunu anladım. Taleyimin təsadüf yaratdığından təəccübləndim. Məni istər Əhməd bəy Ağayev, istərsə Haşım bəy Vəzirov qəzetdə işləmək üçün bir neçə kərə Bakıya dəvət etmişdilər. Fəqət, mən qoçuların qorxusundan Bakıya gəlməmişdim. İndi isə bunlarla bir damın altında yaşayıram.

Ac idim. Yeyib yatmalı idim. Ayağa qalxıb yıxanmaq istədikdə oda arkadaşlarım əlimə su tökmək üstündə bir-birinə macal vermirdilər. Yıxandım. Yerimi açdım. Adyal və balışım var idi. Şeylərimi balışın altına qoydum. Bu, həbsxananın ümumi adətlərindəndir. Podnosu aralığa çəkdim. Odadakılar çox həris və iştahalı bir surətdə podnosa və mənə baxırdılar. Onlara pay verib-verməyəcəyim barəsində bir şey öyrənmək istəyirdilər. Mən əvvəlcə podnosu gözdən keçirdim. Üç dənə yağlı və qalın çörək, beş girvənkəlik doğranmış şəkər, çay, üz dəsmalı, sabun, şit yağ, pendir, papiros, diş poroşoku və diş şotkası idi. Burada mənim üçün ən qiymətli şey bir çaynik isti çaydan ibarət idi. Sonra dönüb arkadaşlara baxdım. Onların ağzıma dikilmiş göz bəbəkləri titrəyirdi. Bir kərə:

- Buyurun görək! - dedim.

Onlar inanmadılar. Bir də təklif etdim:

- Gəlin çay isti ikən için! - dedikdə şad bir surətdə irəli gəldilər. Stəkan bir idi. Onların dəmir qabları var idi. Şəkər salıb, şirin çay qayırdılar. Şam yeməyi bitdi. Bir az da qaldı. Onlar: "Bu da səhər sizə yetər", - deyə razılıq edib süfrədən çəkildilər. Podnosu aralıqdan təzə götürmüşdük. Mən yol paltarlarımı dəyişib, təmiz kostyum geyindim. Yaxalığımı da bağlamışdım. Odada dolaşırdım. Qapının pəncərəsinə bir nəfər yanaşdı. Arkadaşlarım bunu görən kimi birdən: "Kəblə Ağakərim!" - dedilər. Kəblə Ağakərim salam verdi. Kefimi, haradan gəldiyimi, hara göndərildiyimi təfsilən soruşdu. Mən də olduğu kimi söylədim. Nə iş sahibi olduğumu ən axırda xəbər aldı. O, bir az düşündü: 

- Eşitmişəm, qəzetlərdə də oxumuşam. Təəssüf edirəm ki, sizinlə həbsxanada görüşdük. Fikir etməyin, bu müharibə uzun çəkməz. Bizi də Teymur bəylə bir yerdə həbs etmişlər. Kefini pozma. Hələlik rahat ol. Sabah görüşəcəyik. Təfsilən söhbət eyləyərik, - deyib getdi.

Mən onun dalınca çox təəccüblə baxdım. Öz-özümə: "Əcəba, bu qoçudurmu?" - deyə düşündüm. Mən bunları öyrənmək üçün artıq dərəcədə maraqlanırdım.

Yatmaq vaxtı idi. Arkadaşlarım da, mən də soyunduq. Hər kəs şalvarını ütüləmək üçün döşəməyə açıb yerini onun üstündən döşədi. Başqa şeyləri də meşoka qoyub başımın altında yerləşdirdim. Mənzil yoldaşlarımın heç birisi rahat ola bilmirdi. Çox rahat yatdım. Səhər tezdən ayıldım. Vaxtında qalxmağı gözləyirdim. Zəng vuruldu. Yəhudi hamıdan əvvəl paltarlarını geyindi. O tərəf-bu tərəfə dolaşıb, ağzını pəncərədən Kaspi dənizinə tutub bir kərə ucadan oxudu:

Mərhəmət qıl mənim qiymətli dostum,

Mənim qaranlıq həyatıma işıq ver!

Mahnının sözlərini rusca oxudu. Rus arkadaşım isə bunun cavabında: "Binyansın namazı bitdi!" - söyləyərək güldü. Onların hər ikisi gənc idi və hər ikisi də eşq macərası nəticəsində həbs edilib öz yerlərinə sürgün edilirdilər. Yəhudi arkadaşım öz macərasını belə təsvir edirdi:

- Daşkənddə yaşayırdım. Əndincanda böyük mülkədarlardan Hasan bəyin qızı Teyyibə ilə sevişmişdik. Qızın atası da izdivacımıza mane deyildi. Mən yəhudi olduğumu gizlətmişdim. Özümü Şimali Qafqazdan çərkəz Məhəmməd kimi təqdim etmişdim. Türküstanlılar, ümumiyyətlə, Dağıstan müsəlmanlarına çox ehtiram bəsləyirlər. Mən hörmətdən istifadə edirdim. Düşmənlərim mənə həsəd apardılar. Dəşkənddə həbsə alındım. Hasan bəy məni xilas etmək üçün gəldi. Vəsiqələrimi yoxladıqda yəhudi olduğum meydana çıxdı. Hasan bəy çox acıqlandı. Sürgün edilməyimə o dəxi yardım etdi. Lakin bilirəm ki, yəhudi olduğum üçün Teyyibə mənə olan sevgisini heç vaxt dəyişməz.

Yəhudi arkadaşım öz macərasını bitirdi. Rus gənci isə çox uzun danışmadı:

- Toyuma ikicə gün qalırdı. Həbs edilmişəm. Kazlov quberniyasına göndərirlər, - dedi.

Yenə də bizim üçün səhər yeməyi və çay gətirdilər. Yedik, içdik. Süfrə götürülmədən Türküstandan yeni yatab gəldi. Odamıza bir çox özbək məhbuslarla bir nəfər də cibkəsən və adamsoyan gətirdilər. Adına Knyaz deyirdilər. O, Binyansı (yəhudini) görən kimi tanıdı: "Zalımın gözəl əli vardır. Gözdən kipriyi oğurlayırdı", - deyə Binyansın məşhur cibkəsən olduğunu söylədi. Bir-iki saatdan sonra bir nəfər də qubalı qolçomaq gətirdilər. Qolçomağın qoyun itini qonşu kəndin qolçomağı öldürmüşdür. Bu isə itin əvəzində iki nəfər adam öldürmüşdü. O bu işdə çox para sərf etdiyini və bunun əvəzində həbs cəzasından qurtardığını söyləyirdi. Vuruşmaya əl davası adını verib qatilin cəzasını yüngülləşdirmişdilər. Fəqət, qatili Qafqazdan bir neçə müddətə sürgün edirdilər. O özündən şeirlər də oxuyurdu. Lakin xoşa gələn təbi yox idi. Çox oxuyurdu. Nəhayət, cibkəsən Knyaz onun üstünə qışqırdı. Sakit olmasını tapşırdı. O yenicə susmuşdu ki, Ağakərim qapını açdırıb mənim görüşümə gəldi. Odanın darısqallığını görüb müdiri çağırdı. Məni öz yanlarına köçürməyi müdirə tapşırdı. Müdirə gəldikdə, o, bu gün olmasa da, sabah yatab gedəcəyimi və məni Rostov həbsxanasına yola salacağını xəbər verdi. Ağakərim yenə də təkrar olaraq ona tapşırdı: "Əgər sabah göndərilməzsə, bizim yanımıza gətirməlisən". Müdir bu təklifi kamal-ehtiramla qəbul etdi. Mən Rostova getməyə tələsirdim. Çünki Rostovdan sonra Saritsına buraxılacaqdım. Bununla bərabər, qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi.

İkinci gün axşam vaxtı yatab gedəcəyi bəlli oldu. Şeylərimizi götürüb həyətdə düzüldük. Bir-bir səslədilər. Adları səslənən adamlar şeylərini götürüb bir tərəfə keçdilər. Hamının adını oxuyub qurtardılar. Məni səsləyən olmadı. Polislər dəftərləri yığışdırıb getdikcə mən onlara yanaşaraq qalmağımın səbəbini soruşdum.

- Rostov həbsxanasına məhbus qəbul etmirlər. Çünki orada tif xəstəliyi vardır, - dedilər. Məni yenə də odaya qaytardılar. Lampa da xarab olmuşdu. Çox qaranlıq idi. Burada nəfəsindən bir nəfər olduğunu bildim. Nə o danışırdı, nə də mən. Bir-birimizin hansı millətdən olduğunu bilmirdik. Şeyləri qoyub oturmuşduq. Odada olan adam birdən ah çəkərək: "Ey gözəgörünməz Tanrı!" - dedikdə onun türk olduğunu bildim. Həsən kişi adlı qoca bir türk idi. Türkiyənin Qara dəniz sahilində olan Rizə şəhərindən idi. Batumda çörəkçi dükanı olduğundan, tutub Rusiyaya sürgün edirdilər. Bir-birimizin üzünü görmədən, oturub yemək yedik, uzandıq. Lakin yuxu aparmırdı. Gecə saat 3-ə qədər danışdıq. Səhər tezdən hələ çay içilməmişdi. Həbsxananın müdir müavini gəlib məni qoçular olan mənzilə köçürdü.

Qoçular odasında

Mən içəri girəndə Ağakərim odanı dolaşır, Teymur bəy isə əlindəki ağ dəsmalı ilə eynəyinin şüşələrini təmizləyirdi. Ağakərim:

- Xoş gəlmişsiniz, səfa gətiribsiniz. Kefiniz necədir? - deyə əlimi sıxdı.

Teymur bəy Aşurbəyov isə eynəyini taxıb mənim boy-buxunuma diqqətlə baxdıqdan sonra qalxdı və əlimi sıxdı. Onların qulluqçusu Məhərrəm mənim şeylərimi gətirib odanın bir tərəfində qoydu. Teymur bəylə tanış olduq. Onlar hələ səhər çayını içməmişdilər. Məni gözləyirmişlər. Çayı içdik. Mən bunlarla söhbəti haradan başlayacağımı bir növ təyin edə bilmirdim. Ağakərim sözün başını tez-tez Ordubad, Naxçıvan tərəflərə çevirir və:

- Orada igid ceyillər vardır, - deyirdi. Bununla da mən onlara öz tərəfimizdə olan qoçulardan danışmalı idim. Mən onlara ancaq bu sözləri deyirdim:

- Bizim tərəflərdə sizin adınız yaxşılıqla məşhurdur. Hətta bir çox igid adamlar sizi görməyin həsrətindədirlər.

Mən sözümü qurtararkən Teymur bəy özünü bir düzəltdi:

- Yeriniz böyük yerdirmi?

- O qədər də böyük deyildir. Fəqət, igid və varlı adamlar çoxdur, - dedim. O, fikrə getdi. Daha bir söz danışmadı.

Ağakərim Məhərrəmi çağırdı və tapşırdı:

- Get müdirə xəbər ver ki, təzə qonaq üçün hamam hazır etdirsin.

Yarım saatdan sonra müdir müavini özü gəlib hamam hazır olduğunu xəbər verdi. Ağakərim mənə alt paltarları təklif etdi. Heç bir şey qəbul etmədim. Çünki hər bir şeyim var idi. Məhərrəm məni hamama yola saldı. Həbsxanada cansürtən və dəllək olduğunu xəbər verdi. Bakı qoçularının hökmü altında olan həbsxanada bu qədər isti və təmiz hamam olduğunu heç də zənn etmirdim. Mən hamamdan çıxdım. Məhərrəm məni tez geyinməyə tələsdirirdi. Çünki qoçular səhər yeməyi yeyəcəkdilər. Yemək bayırdan gətirilmişdi. Çilov və kabab yedilər. Mən bilmədiyim səbəblərə görə onlar tez-tez Məhərrəmi çağırıb soruşurdular:

- Hələ qəzetlər gəlmədimi?

Məhərrəm isə qorxa-qorxa:

- Xeyr, hələ gətirməmişlər, - deyirdi.

Onlar qəzet haqqında hər gün bu qərarla tələsirdilər.Səhər yeməyi bitdikdən sonra bir stəkan çay içib bayıra çıxdıq. Bunları rus, müsəlman, erməni - hər kəs görürdüsə, ikiqat olub baş əyirdi. Onlar bəzilərinin kefini xəbər alırdılar. Bəzilərindən isə nəyə ehtiyacları olduğunu soruşurdular. Məhbuslardan bəziləri onlara yalvarıb, qohumlarının görüşə gəlməsinə icazə istəyirdilər. Onlar isə bu barədə həbsxana müdirinə əmr verirdilər. Mən bu iki qoçunun əlində alət olan çar məhbəsinin vəziyyətinə və çar polisinin qayət qorxaq və yaltaq olduğunu təəccüb edirdim. Biz həbsxana kilsəsinin həyətinə gəldik. Həyətdə məhbuslara gül və sair şeylər əkdirirdilər. Saat 3-ə qədər gəzib dolaşdıq. Ağakərim tez-tez o tərəf-bu tərəfə yüyürürdü. Dediyinə görə, doktorlar belə məsləhət görmüşdü. Çünki ürəyi getdikcə yağlanırmış. Biz odaya qayıtdıqda qəzetlər gəlmişdi. Qəzetləri götürüb baxdılar. Heç birisi yaxşı oxuya bilmirdi. Oxumağı mənə təklif etdilər. Onlar əvvəlcə Bakı xəbərlərini və hadisələrini oxumağı tapşırdılar. Oxudum.Teymur bəy çox acıqlı və çox da məyus bir surətdə Ağakərimə müraciət etdi.

- Sənə yüz dəfə demişəm ki, onların qeyrəti yoxdur. Onlar bizsiz bir pişiyi də vura bilməzlər. Onlar boş oğraşlardır, - dedi. Ağakərim isə:

- Teymur bəy, biz bu hasarın içində oturmuşuq. Eşiyin işindən xəbərimiz yoxdur. Uşaqları məzəmmət etmək olmaz. Bəlkə də, fürsət olmur.

Mən Bakıya qədər həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım. Qoçular bununla çox maraqlanırdılar. Mən onlara parça-parça oxuyurdum. Onlar hər gün nahardan sonra məni oxumağa məcbur edirdilər. Onlar Naxçıvan və Tiflis həbsxanasındakı xatiratı eşitdikdə mənim bu işlər ilə nə üçün maraqlandığımı soruşdular. Mən isə:

- Bir vaxt bu xatiratı kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxuyub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır, - dedim. Ağakərim bir az düşündü:

- Hərgah bu cür şeyləri çap etdirməyə qoymasalar, necə olacaq? - dedi.

- İndi qoymasalar da, bir vaxt buna imkan tapılar - dedim. Teymur bəy güldü:

- Mirzə! Demək, bizim də adımız kitaba düşəcəkdir, - deyərək əlini çiynimə vurdu.

- Əlbəttə, düşəcəkdir. Sizin mənə qarşı olan hörmətinizi unutmuş olsam, xəyanət etmiş olaram, - söylədim. Bunu təsdiq etmək üçün Ağakərim:

- Bir yaxşılıq, bir də yamanlıq yaddan çıxmaz, - deməklə biz söhbəti dəyişdik.”

BazarStore
8 19 noyabr 2015 (№8)
http://baki-baku.az

BazarStore-da endirim kampaniyası

BazarStore
9 19 noyabr 2015 (№8)
http://baki-baku.az

BazarStore-da endirim kampaniyası

Aşurbanipal
10 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Demək ki, yaşayır Vaqif İbrahim

Anar Məmmədov,
şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mərhum şair Vaqif İbrahimin 70 illik yubileyi ərəfəsində anım mərasimi keçirildi. Kitabevim.az kitab marketində baş tutan tədbirin təşkilatçısı sevilən şairəmiz Kəmalə Abiyeva idi.
Tədbirdə həmçinin “Mən  varam” kitabı iştirakçılara - KİV nümayəndələrinə, ədəbi ictimaiyyətə təqdim olundu. Kitabda Vaqif İbrahimin qələm dostlarının, vaxtilə rəhbəri olduğu dərnəyin üzvlərinin onun haqqında yazdığı yazılar yer alıb.
Mən, tədbirə dəvətinə görə sevilən şairəmiz, "Məktəb illəri" ilə məktəb illərimizi əbədi yaşadan xanım Kəmalə Abiyevaya təşəkkürümü bildirirəm Çün ki, Vaqif İbrahim haqqında çox eşitmişdim. Ara-sıra şeirləri ilə də tanış idim. Amma tədbirdə Kamalə xanımın, Əhməd Əsgərin, Paşa Qəlbinurun və digər dəyərli qələm sahiblərinin çıxışlarından sonra bu insanın xeyirxahlığı, geniş ürəyə sahib olması haqqda geniş təəssürürat yarandı məndə. Çox təəssüf edirəm ki, belə insanlar həyatdan tez gedirlər...Özü də hansısa bir qəza nəticəsində. Bəlkə də qalsalar, fələyin gərdişinə dözə bilməzdilər...Ruhu şad olsun!
Bu şeir isə tədbirdən ayrılandan sonra elə yolda yarandı: 
 

Qohumlar, doğmalar, dostlar, tanışlar,
Bir el şairini andılar, o gün.
Sevgidən yoğruldu bütün çıxışlar,
Həsrət atəşiylə yandılar, o gün.

İnsan ürəyini tez duyanların,
Ömrü qısa olar, izləri qalar.
Torpağın altında uyuyanların,
Özlərindən sonra sözləri qalar.

Sevən könüllərdə dönər heykələ,
Yaxşılıq toxumun səpirsə hər kim.
Unudulmayıbsa həyatda hələ,
Demək ki, yaşayır Vaqif İbrahim.

Qarabağ söhbəti
11 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Fevral, 1988

Tanınmış jurnalist Hikmət Sabiroğlunun “Fevral, 1988” yazısını təqdim edirik.

O günü bütün təfərrüatı ilə yadda saxlamamışam. Stepanakertin girəcəyindəki Şuşa avtovağzalınacan, deyəsən, avtobusla düşdük. Şəhərin yuxarı başında yerləşən Kərkicahan qəsəbəsinə isə taksiylə qalxdığımız dəqiqdir.

1988-ci il fevralın 4-üydü. Ağdamlı xalam oğlu İntiqamlaydıq. Kərkicahanda xalamız olurdu, həm də İntiqamın bacısı Vüsalə orda ərdəydi. Çoxdan görmədiyim qohumlara dəymək ürəyimdəniydi, üstəlik, belə bir vaxtda camaatın ovqatını öyrənmək fürsəti düşmüşdü. Payızda SSRİ rəhbəri Qorbaçovun köməkçisi Aqanbekyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi zərurəti haqda bəyanat səsləndirmiş, ardınca ermənilərin eyni tələblə imza toplaması xəbəri yayılmışdı. Yanvarda Şuşa ətrafındakı yüksəkliklərə kimlərinsə sancdığı ağ bayraqlar isə təslimçilik rəmzi və bu gün-sabah xoşagəlməz hadisələr olacağına işarə kimi narahatlıq doğurmuşdu.

***

Erməni sürücü Kərkicahana maşın sürməyə o qədər də həvəs göstərmədi. Ona çox pul verəsi olduq. Yol həqiqətən kələ-kötür və palçıqlıydı. Abad, səliqə-sahmanlı Stepanakertə bitişik qəsəbənin yolları Bakının Alatavalarını xatırladırdı, hərçənd burdakı tikililər “samastroyka” deyildi, evlər gözəgəlimliydi (Son illər Kərkicahan xeyli böyümüşdü. Bunun fərqinə sonralar, Şuşadan əl içi kimi görünən Stepanakerti nəzərlərimizdə ikiyə bölməyə başlayanda vardıq. Qarabağ hadisələrinə qədər Şuşadan ancaq Stepanakertin arta-arta getdiyini görürdük, şəhəri bizimkilərə və ermənilərə aid hissələrə ayırmamışdıq).

Kərkicahan qarışıq obaydı. Dağlıq Qarabağın müxtəlif kəndlərindən, həmçinin qonşu rayonlardan (əsasən də Laçından) köçüb burda yurd salmışdılar. Stepanakertdə iş və dolanışıq sarıdan problem azıydı, bu şəhərdə, sovet dövrünün ifadəsiylə desək, düzlük vardı. Zəhmətkeş və mərd camaatı vardı Kərkicahanın. Münaqişə illərində bunu bütün Azərbaycana sübut elədilər — 1988-ci ilin fevralından 1991-ci ilin dekabrına kimi düşmənlə üz-üzə, göz-gözə dayanıb torpağı qorudular.

***

Qohumlar, lap çox da xalam qızının əri İsgəndər məndən ötrü özünü həlak elədi. İntiqam onun evində, təbii ki, çox olmuşdu, mən birinci dəfəydi gəlirdim. Həm də yeznə məni bir növ Bakıdan gələn adam (universitetin ikinci kursunda oxuyurdum) kimi qəbul eləmişdi, ağzımdan çıxan hər kəlmədən bu torpaq haqq-hesabının nə söhbət olduğunu almaq istəyirdi. Mən də bildiyimdən danışır, amma ən çox ondan nəsə eşitməyə can atırdım — şəhərdə vəziyyət necədir, ermənilərin münasibətində nə dəyişib…  

Gün ötənəcən qohum-əqrəbanın əl-ayağı o evdən çəkilmədi. Bizi görməyə gələnlərin hər biri dizini qatlamamış erməni söhbətini təzələyir və bu gərgin axarlı söhbətdə mən hərdən lap qızışıb “ekstremistlik” eləyirdim.

***

Dönmək məqamı gələndə İsgəndər bizi Şuşayacan öz maşınında aparacağını dedi. Buna heç bir ehtiyac yoxuydu, Şuşa taksiləri gecəyə kimi işləyirdi. Amma əl çəkmədi. İsgəndər, biz tərəf demiş, “ləyaxlı” oğlandır, amma mənə elə gəldi ki, bu artıq əziyyətə başqa səbəbdən girişir — bizi tək buraxmağa ürək eləmir.

Stepanakertin hər tini kom-kom yığışıb nəyisə qızğın müzakirə eləyən adamlarla doluydu. Bu şəhəri əvvəllər heç belə görməmişdim, elə maşınımızı qəribə-qəribə süzən baxışlar da yeniydi. Səhər biz gələndə bu mənzərə yoxuydu, deməli, iş vaxtı qurtaranda yığışırlar...

***

Stepanakertdə mən elə də çox olmamışam. Hərdən özüm kimi futbol xəstələrinə qoşulub SSRİ çempionatının ikinci dəstəsində oynayan yerli “Qarabağ”ın oyunlarına baxmağa getmişəm. Arada dükan-bazara, xəstəyə baş çəkməyim də olub. Yeri gəlmişkən, mən böyrəyindən yatan bibim oğlunun yanına getdiyim həmin gün xeyli təsirlənmişdim — o xəstəxanada gördüyüm təmizliyi və qayda-qanunu ona qədər nə Şuşada görmüşdüm, nə də Azərbaycanın ayrı yerində.

Nisbətən ilıq xatirələr də var — səkkizinci sinifdə oxuyanda basketbol yarışına getməyimiz. Onda Stepanakertdə bir həftə qaldıq. “Qarabağ” mehmanxanasının pəncərəsindən Şuşanın teleqülləsində közərən işığa baxıb necə də kövrəlirdik.

Şaxtada-boranda tibb texnikumunun qabağında var-gəl eləməyim də yadımdan çıxmayıb (orda nə itim azdığını ağartmayaq).

Amma Stepanakert yadımda məhz son səfərimdəki kimi qalıb — Kərkicahandakı o narahat söhbətlərlə, hər tində dayanan topa-topa adamlarla...

***

Dolamaları ürəyimdən qara qanlar axa-axa geridə qoyub Şuşaya yetişəndə doğma şəhərdə də adamları topa-topa gördüm. Amma bizdə elə həmişə topa-topa dayanıb Allah-bəndə söhbəti eləyərdilər. Şəhərdə elə bir narahatlıq yoxuydu. Camaat ermənilərin qalxa biləcəyini ağlına gətirmirdi. Bizim başımıza gələnlərin çoxu elə ağlımıza gəlmədiyindən gəlir axı...

***

Şuşadan çıxmaq hər vaxt mənə çətin gəlirdi, bir neçə gün canımı qoymağa yer tapmırdım. Amma o semestr tətilindən Bakıya çox dilxor qayıtdım. Elə hey bu işlərin axırını düşünürdüm.

***

Qrup və otaq yoldaşım Əlisəfayla söz vermişdik ki, qış tətilindən qayıdanda “boş-boş söhbətləri” buraxıb mütaliəyə girişəcəyik. İl yarım ərzində biz Şimali Azərbaycanı müstəqil dövlət “eləyib” cənubla “birləşmiş”, rüşvətin kökünü “kəsmiş”, mənəvi pozğunluğu “aradan qaldırmış” və bu əsnada bir-birimizi yorub bezdirmişdik. Hətta Qarabağdan təzə xəbərlə gəlməyim də vədimizi pozmağa bəhanə ola bilməmişdi, Əlisəfa kitabxanadan rus klassiklərinin bir yığın əsərini gətirib otağı qiraət zalına çevirmişdi. Bu mütaliə sükutu üçcə gün çəkdi — fevralın 13-ü Stepanakertdə mitinqlərin başladığı xəbərini elə həmin Əlisəfa gətirdi.

***

Bundan sonra nələr baş verdi, hamıya bəllidir. Dastan açmaq, siyasət girdabına qayıtmaq istəmirəm. Mən Qarabağ söhbəti eləyirəm. Bu, 1988-ci ilin fevralında, Stepanakertə son səfərindən 9 gün sonra həyatının növrağı pozulmuş bir adamın hekayətidir.

***

Əsgərliyin çoxunu Ermənistanda keçirmişəm — Eçmiədzində. Hərbi hissəmiz bütün ermənilərin baş məbədi olan kilsəylə divar qonşusuydu. Mən o kilsədə olmuş, hətta katolikos Vazgeni görmüşdüm. Marağa getmişdim. Əsgər panamasını sol qolumun üstünə, sağ əlimi sinəmə qoyub kilsəni gəzəndə evimizin beş addımlığındakı Aşağı Gövhər ağa məscidini xatırlamışdım — onu ərzaq anbarına çevirmişdilər, minbərində isə qumar oynayırdılar.

Eçmiədzindən ayrılıb evə qayıtdığım günün də Qarabağa dəxli var. Əmrimi aldığım axşam yır-yığış eləyib səhər saat 5-də “çast”dan çıxdım. Eçmiədzindən Yerevana yarım saatlıq yoluydu. Ordan Stepanakert avtobusuyla evə gedəcəkdim. Avtobusun saat 7-də çıxdığını mənə “çast”dakı Qarabağ erməniləri demişdilər.

Şəhər boşuydu. Qarşıma ilk çıxan milis maşını oldu, məni görən kimi səkiyə yan alıb saxladı. İki nəfəriydilər. Gərək ki, kapitanıydı soruşan:

— Soldat, kuda idyoş?

Bizim hərbi hissə “bespredel”də ad çıxarmışdı — Eçmiədzində ev də yarmışdılar, qız da zorlamışdılar, ona görə hava işıqlaşmamış şəhərdə yol ölçən əsgərin milisə şübhəli görünməsini təbii qəbul elədim:

— Uvolilsya, domoy yedu.

Azərbaycanlı olduğumu göydə tutdu — gözlərindən oxudum. Diqqətlə məni süzdü. Əynimdəki “paradnı” formadan, əlimdəki diplomatdan “uvolit” olduğum yəqin ki, bilinirdi, amma görünür, tam əmin olmadı:

— Dokumenti pokaji.

Döş cibimdən hərbi bileti çıxarıb verənə qədər sorğu-sual davam elədi:

— Poçemu tak rano?

— Stepanakertskim avtobusom poyedu, sem çasov.

Bayaqdan sifətini turşutmuş kapitanın üzündən işıq ötdü:

— İz Karabaxa?

— Da.

— Kakoqo qoroda?

— Şuşa.  

Biletin üzünü də açmamış geri uzatdı:

— Zemlyak!

Çıxıb getdilər, mən də bir xeyli karıxmış yoluma davam elədim. Həlbət Martuni, ya da Mardakert ermənisidir deyə düşündüm. Görünür, qarabağlının sənədini yoxlamağı özünə sığışdırmadı.

***

Qarabağ ermənilərinin Ermənistan ermənilərindən müəyyən qədər fərqləndiyi haqda çox danışılıb. Hətta bu qədər hadisədən, Qarabağ ermənisinin mataha minməsindən, Ermənistanı ələ keçirməsindən sonra da “köklü” ermənilər onlara yuxarıdan aşağı baxır. Britaniyalı jurnalist Tomas de Vaalın kitabından oxuyuram ki, Ermənistan erməniləri qarabağlı soydaşlarını sevmir, onlara tərsliklərinə görə eşşək deyirlər. Öz aramızdır, bizlərdə də Qarabağ azərbaycanlılarını bəyənməyənlərin “eşşək qarabağlı” ifadəsi var.

Nə isə, Qarabağ ermənisinin başqa ermənidən fərqi bizə maraqlı deyil, sadəcə, Qarabağ söhbəti eləyirik, bu söhbət də onlarsız alınmır.

***

Ermənilərlə sən deyən oturub-durmamışam. Mehriban dolandığım qonşular, yaxın məhlə yoldaşlarım, çox isti salam-əleyk elədiyim adamlar olub.

Evimizdə çox erməni ustası işləyib, yadımda halal adam kimi qalıblar.

Amma atamın yaxın erməni dostları vardı — Şuşada da, Stepanakertdə də, qıraq yerlərdə də. Bəzilərini tanıyırdım, evimizə gələrdilər. Bəzilərinin yalnız adını eşitmişdim, üzünü görməmişdim. Onların biri də çoxdan köçüb Rusiyada yaşayan, Şuşaya hərdən gəlib-gedən Lenort idi. Haqqında çox eşitdiyim bu adamı mən axıracan görmədim də. Əvəzində bir neçə il bundan qabaq xəbərini aldım. Bu əhvalatı Rostovda yaşayan qohumlarının yanından qayıdan Mehman adında bir şuşalı balası danışdı. Deyir, ticarətlə məşğul olan qohumlarımın dükanlarında vaxt keçirirdim: “Günlərin birində dükanın qabağında iki xarici maşın dayandı. Maşından düşən adamların biri, pəzəvəng cavan bizə yaxınlaşıb salam verdi, sonra da qayıtdı ki, eşitmişəm bura bir şuşalı gəlib, onu görmək istəyirəm. Dedim, mənəm. Əl uzatdı ki, mən də şuşalıyam, Lenortun oğluyam”.

Mehman danışır ki, böyür-başda bir xeyli erməni alver eləyirdi. Görünür, elə onlardan söz çıxıbmış ki, burda bir şuşalı var. Durub Krasnodardan Rostova gəliblər: “Lenortu çox görmüşdüm. Dədə-baba qonşumuz olub. Bir qolu yoxuydu. Rusiyada yaşadığını bilirdim”.

Xoş-beşdən sonra erməni dirənir ki, mütləq Krasnodara getməliyik, atam mənə şuşalısız qayıtmamağı tapşırıb. Mehman deyir, qaldım qırıla-qırıla: “Bilirəm ki, bunlar mənə hörmət eləmək istəyirlər, qorxacaq bir şey yoxdur, amma basa-basa Krasnodara getmək də istəmirəm, özü də erməniylə”.

Çox dirəşsələr də, xeyri olmur. Axırda erməni əl çəkir, amma qayıdır ki, bəs atam dedi gəlməsə, ondan bir şeyi mütləq soruş:

— Sabir müəllimi tanıyırsan? Kəllə Sabiri…

— Tanıyıram, yaxşı tanıyıram, atanla möhkəm dost olublar. Rəhmətə gedib.

— Nə vaxt rəhmətə gedib?

— Şuşa çıxmamış ölüb, 91-ci ildə, xəstəydi.

Mehman deyir, erməni elə bil yüngülləşən kimi oldu:

— Atam Şuşaya gedəndə Sabir müəllimin evini dağılmış görüb, o vaxtdan bir şuşalı axtarır ki, öyrənsin-görsün Sabirə bir şey olmayıb?...

***

Evimiz Şuşanın işğalına iki ay qalmış yanıb külə döndü. Köçəköç vaxtı, demək olar, heç nə çıxarmadıq. Hətta şəkilləri götürmədik, atamın qəbrindən artıq deyildilər. O ev yüz əlli ilə qurulmuşdu. Bir nəslin tarixinə güzgü tutan şəkillərlə birgə yandı. Atamın qəbri də vətəndəykən qürbətdə qaldı. Lenortun dostu Sabirə bundan artıq nə olmalıydı müharibədə?...

***

Qarabağ hadisələri başlayandan sonra ilk dəfə Şuşaya 88-ci ilin aprelində getdim. Evdə möhkəm tapşırmışdılar ki, qatarla gəlsən, mütləq Ağdamda düş.

***

Dünyanın düz vaxtında Bakı-Stepanakert qatarı həmişə Ağdamdan Stepanakertəcən çox yavaş gedirdi, ona görə adamlar hövsələsizlik eləyib Ağdamda düşərdilər. Mənsə hövsələsizlik eləməzdim, Şuşaya Stepanakert vağzalından gedərdim.

***

Amma həmin gün Ağdam vağzalında düşəsi oldum. 1988-ci ilin apreliydi.

14 fevral, 2006

Novator.az

Təbabət
12 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Холестерин. Kрупнейшая афера XX века

Известный венский хирург и ученый Теодор Бильрот (хорошо известный авторскими операциями по удалению части желудка при язвенной болезни) попросил своих учеников провести интересный опыт. У козочек и овечек удаляли щитовидную железу. Результат оказался совершенно парадоксальным. Операция привела к резкому скачку уровня холестерина и тотальному атеросклерозу артерий, в т.ч. коронарных. Итак, у травоядных животных, которые никогда не пробовали содержащей холестерин животной пищи, развился атеросклероз.

Было заподозрено, что пониженная функция щитовидной железы может привести к атеросклерозу. Позже эти предположения были подтверждены на людях. Именно недостаточная функция щитовидки, а не животные жиры, является одной из главных причин атеросклероза. Начиная с ХIХ века атеросклероз успешно лечили малыми дозами гормонов щитовидной железы.

Во второй половине ХХ века появилась теория, последствия которой равносильны проведению массового геноцида. Рождение теории о том, что причиной атеросклероза является употребление содержащей холестерин животной пищи, было замешано на эгоизме недалеких ученых и жадности фармацевтических компаний. Жертвами ее пали многие миллионы больных атеросклерозом. Среди жертв оказался и президент США Дуайт Эйзенхаур, которого сразу после первого инфаркта миокарда врачи посадили на низкохолестериновую диету. Невзирая на диету, уровень холестерина продолжал нарастать. Чем жестче ограничивали животные жиры, тем выше поднимался уровень холестерина. Вместе с холестерином наростал и вес. Результат неправильного лечения оказался печальным: у президента случилось еще несколько инфарктов, что в конечном итоге привело к сердечной смерти. Президентов лечат не самые знающие врачи. Если бы лечащий врач президента D.White прислушался к советам своего знающего коллеги B.Barnes, то возможно ход всей истории и направление научных исследований пошли бы совсем другим путем.

Многие миллионы долларов были брошены в топку безрезультатных научных разработок с целью подтвердить «виновность» животных жиров в возникновении атеросклероза и инфаркта миокарда.Вплоть до сегодняшнего дня никаких реальных доказательств предоставлено не было. Тем не менее широкой публике об этом не сообщили, а антихолестериновый препарат липитор успешно удерживает лидерство по продажам.

Понизить уровень холестерина президенту Эйзенхауэру смогло бы помочь еще одно средство: исключение из диеты «плотных» углеводов. Именно сладкая, богатая крахмалом и рафинированная пища является второй по важности причиной высокого уровня холестерина и атеросклероза артерий миокарда.

А между тем еще отец физиологии Рудольф Вирхов писал о том, что холестерин никогда не был причиной атеросклероза, а появляется только на конечной стадии повреждения артерий. Холестерин приходит для «заживления раны», но никогда не был причиной появления этой «раны», утверждал ученый. Повышенный уровень холестерина является ТОЛЬКО ПРИЗНАКОМ воспаления в организме, но не его причиной. Повреждают стенки артерий множество факторов. Например, повышенный уровень глюкозы и инсулина в крови.

Не удивительно, что половина людей, перенесших инфаркт миокарда, имели нормальный уровень холестерина. И наоборот, у людей с низким холестерином уровень смертности выше в 2 раза.

Доказательств несостоятельности холестеринового мифа можно привести множество. Например, население северной части Индии употребляет в 17 раз больше животного жира, чем население южной ее части. Однако частота атеросклероза артерий миокарда у северян в 7 раз ниже.

Холестерин является незаменимым веществом, которое обладает к тому же противомикробными свойствами. Он необходим как для внутриутробного развития мозга плода, так и для нормальной функции центральной нервной системы. Неспроста 23% запасов холестерина находится в мозге. Если бы многие поколения наших предков находились бы на низкохолестериновой диете, то, боюсь, мозг человека стал бы похожим на медузу. Не удивительно, что именно низкий уровень холестерина приводит к понижению памяти у людей среднего и старшего возраста.

Особо хочу подчеркнуть жизненную необходимость холестерина в качестве строительного материала для синтеза витамина Д и гормонов, в частности половых и гормонов надпочечников. Именно низкохолестериновое питание ослабляет возможности организма в борьбе со стрессом.

Отсутствие животных жиров в рационе вынуждает печень работать с перегрузкой. Поскольку холестерин критически необходим для жизнедеятельности, печень вынуждена синтезировать его из того, что имеется в наличии – из углеводов. Синтез холестерина требует от печени мобилизации гигантских ресурсов. Отсутствие холестерина в питании – это настоящий кризис для печени! Не лучше ли дать ей возможность заняться работой по выведению токсинов?

Боюсь, что никто не знает о том, что холестерин является антиоксидантом. И понижение его уровня увеличивает риск развития рака, сексуальной дисфункции, нарушения памяти, болезни Паркинсона, инсульта (да, инсульта!), самоубийства и даже агрессивного поведения. Не потому ли в помешанной на низкожировой диете Америке происходит так много случаев применения огнестрельного оружия с целью массового убийства, например в школах? Так что мой вам совет: если кто-то хвастается тем, что у него низкий уровень холестерина, лучше будьте с таким человеком предельно вежливы…

Никто не станет утверждать, что седина является причиной старости. Аналогично холестерин не является причиной инфаркта миокарда. Миф о холестерине привел к тому, что врагами сердечного здоровья объявлена чрезвычайно полезная для здоровья пища — животный жир. Дело дошло до абсурдного «обрезания»: белок отрезали от желтка, и стали выбрасывать самую полезную часть яйца.

Пришло время для торжественных похорон мифа о виновности холестерина в инфаркте миокарда; и сделать это следует с громком военным салютом. Чтобы залпы салюта услыхало как можно больше обманутых людей.

Təhsil müşkülü
13 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Məktəblərdə laboratoriya problemi

Züleyxa Nadir

Bu gün Bakının yüksək səviyyəli sayılan orta məktəblərindən birində oxuyan 9-cu sinif şagirdi ilə söhbət edəndə məlum oldu ki, məktəbdə kimya laboratoriyası yoxdur. Təəccübləndim... Dünən axşam televiziyada təhsillə bağlı müzakirədən çıxan nəticə də o oldu ki, orta məktəblərdə təhsil çox pis səviyyədədir.
Pis səviyyədə  olacaq da, atam balası. İndi hər şey başdansovdudur... Bu şəkil mən 7-ci sinifdə oxuyanda çəkilib - kimya dərsində, özü də sinif otağında yox aaa... kimya laboratoriyasında. Həm də kənd məktəbində, 40 il əvvəl. Rəhmətlik Fərman müəllim kimyanı elə öyrədirdi ki, mən hələ də qeyri-üzvi kimyanı unutmamışam, elementlərin valentliyindən tutmuş, turşulara, duzlara, qələvilərə kimi...
Amma indi şəhərin mərkəzindəki orta məktəbin kimya dərsində heç primitiv bir reaksiya aparmaq üçün də bir əyani vəsaiti yoxdur. Sadəcə biabırçılıqdır bunun adı...
Heyf o hörüklərimdən, bu şəkil çəkiləndən bir-iki ay sonra kəsildi.

Təbiət
14 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Kamuflyaj ustaları

Rəngini dəyişən hörümçəklər

Çəhrayı çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki tünd və ya açıq çəhrayı rəngi eynilə təqlid edərkən, eyni növdən olan başqa bir hörümçək isə fərqli bir çiçəyin üzərində məsələn, sarı çiçəyin üzərində  sarı rəngə bürünür.

Qurumuş yarpaq, yoxsa kəpənək?

İlk baxışda qurumuş yarpaq zənn edilən bu şəkillər əslində kəpənəklərə aiddir. Damarlardan, çürümüş hissələrə və rəng tonlarına qədər hər cür incəliyi üzərində daşıyan bu yarpağabənzər qanadlar, kəpənəklər üçün çox gözəl qorunma təmin edir. Kəpənəyin yarpağa bu cür (yarpağın damarları və qurumuş hissələri belə gözardı edilmədən) bənzəməsinə "təsadüf" deyib keçmək, əlbəttə, mümkün deyil. Kəpənəyin öz-özünü "yarpaqlaşdırdığını" qəbul etməksə, eyni nisbətdə məntiqsiz iddiadır. Bu, Allahın möcüzələridir.

 

 

 

 

 

 

 

Yarpaqlaşmış çəyirtkə

Yarpaqla qidalanan çəyirtkələrin ömrü yarpaqların arasında keçir. Sahib olduqları rəng yarpağa eynilə bənzədiyi üçün ən böyük düşmənləri olan kərtənkələ və quşların onları tapması mümkün deyil. Aydındır ki, yarpaq yeyən çəyirtkələr həyatlarını davam etdirmək üçün bu kamuflyaj xüsusiyyəti ilə birlikdə yaradılmışlar.

No comment...
15 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Bu da maşın saxlamağa yer tapdı... - FOTO

 

 

 

 

 

 

 

?
16 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Ответ: Потому что, растения не орут в магазинах!!!

 

 

 

 

 

 

ЧтоГдеКогда
17 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Çətirlər nə üçün əsasən qara rəng olur?

Hazırladı: Məmməd Rauf

Çətirlərdən ilk dəfə 3400 il öncə Mesopatamiyada hər hansı bir özəl rütbənin, bir imtiyazın simvolu olaraq istifadə edilməyə başlanılıb. Bu ilk çətirlərdən mesopatamiyalılar yağışdan yox, qızmar günəşdən qorumaq üçün istifadə edirdilər.

Ümumiyyətlə çətirdən yüz illər boyunca daim günəşdən qorunmaq üçün istifadə edilib. Bu gün də bəzi Afrika qəbilələrində qəbilə başçısının arxasınca addımlayan bir çətir daşıyanı görmək də mümkündür. Hətda ingiliscədən tərcümədə çətir adlanan “umbrella” sözü latınca kölgə anlamına verən “umbra” sözündən yaranmışdır.

Miladdan əvvəl 1200-cü illərdə çətirlər Misirdə dini anlam daşımağa başladı. Səmanın Tanrı vücudundan hazırlanmış, dünyanı qoruyan bir çətir olduğuna inanan misirlilər başlarının üzərində daşıdıqları çətiri yüksək əxlaq simvolu kimi dəyərləndirirdilər.

Romalılar isə çətir mədəniyyətini misirlilərdən əxs etdilər, amma onu qadına xas bir əşya olaraq gördükləri üçün çətirlər burada kişilər tərəfindən uzun müddət istifadə edilmədi. Yağlı kağızdan hazırlanan çətirlərin yağışı da keçirmədiyi zamanla müşahidə edildi və qadınlar bu aksesuardan artıq yağışdan qorunmaq üçün də istifadə edilməyə başladılar. Nəticədə, antik dönəm açıq hava teatrlarında yağışlı günlərdə qadınlar çətirləri ilə rahatca oturub tamaşa izlədikləri zaman kişilər “qürurlu” bir şəkildə islanmaqda idilər.

Ümumən Avropada isə çətirdən kütləvi istifadə 1700-cü illərdən başlandı. Bu illərdə çətirlərin yun parçalarının üstü bir növ yağ ilə suvanırdı. Bu yağ parçaya su keçirməz bir özəllik qazandırır və qara parlaq rəng verirdi. Qara rəngli bu çətirlər kişilər tərəfindən də mənimsəndi və günəş üçün olan ağ çətirlər qadınların, yağış üçün olan qara çətirlər isə kişilərin önəmli aksesuarına çevrildi.

Bir növ yağ ilə suvanan qara çətirlər həqiqətən də yağışı keçirmirdilər, amma ömürləri də çox uzun sürmürdü. Zamanla daha keyfiyyətli və rəngarəng çətirlər istehsal edilməyə başlansa da qara rəng su keçirməzliyə bir zəmanətmiş kimi israrla hələ də dəbdə qalmaqdadır.

Hərbi geyimlər niyə xaki rəngdədir?

Hazırladı: Məmməd Rauf

Napalyon müharibərlərinə qədər hərbi formalar rəngarəng və dəbdəbəli idi. Döyüş texnologiyası inkişaf etdikcə bu parlaq-rəngarəng hərbi formalar artıq müxtəlif problemlər yaratmağa başladı. Qılınc və qalxanlı savaşlarda bu dəbdəbəli döyüşçü geyimləri düşməndə ruh düşgünlüyü yaratsa da odlu silahlar müharibələrində bu parlaq və rəngli geyimlər uzaqdan aydın göründüyü üçün düşmən tərəfindən rahat bir hədəfə çevrilirdi.

Xaki rəngli hərbi geyimlərdən ilk dəfə ingilislər 1850-ci illərdə Hindistanda istifadə ediblər. Britaniya ordusundan olan Hary Lumsden ingilis əsgərlərinin ağ formalarının gözəçarpan olduğunu anladı və formaların üzərinə palçıq sürtərək, bir az da çay ilə rəngləyərək rənglərini kölgəli boza çevirdi və bununla da geyimlərin rəngini əraziyə uyğunlaşdırmağa çalışdı. Torpaq rənginə bənzəyən bu hərbi geyimlər hind dilində torpaq mənasına verən “Khaki” adlandırıldığı üçün bizim dilimizdə də “xaki” olaraq qalmaqdadır.

Xaki rəngdən istifadə formaları XX əsr müxtəlif dönəmlərinin şərtlərinə əsasən  bəzi dəyişikliklərə məruz qaldı. Və artıq bu model hərbi geyimlərdən Amerikanın xüsusi təyinatlı ordu qruplaşmaları tərəfindən təhlükəli əməliyyatlarda istifadə edilməyə başlandı. Birinci Dünya Müharibəsində də istifadə edilən bu rəng parçalar çox sərt olduqları üçün əsgərlərin hərəkət qabiliyyətini azaldır və islandıqca da daralırdı. 1932-ci ildə pambıqdan hazırlanan “Cramerton” ordu geyimi dözümlü və rahat hərəkət etməyə uyğun olduğu üçün İkinci Dünya Savaşında geniş şəkildə istifadə olundu.

Və daha sonrakı mərhələ isə əsgərlərin düşmən tərəfindən hədəf halına gəlməmələrini təmin edəcək qədər əraziyə uyğun, amma eyni zamanda eyni tərəfin əsgərlərinin bir-birilərini vurmaması üçün ayırd edilə biləcək parça, rəng və naxışı(kamuflyaj) formalaşdırmaq idi.

Əslində kamuflyajdan ilk dəfə əsgərlər yox, hayvanların diqqətini cəlb etməmək üçün ovçular istifadə etmişlər. Deyilənə görə, kamuflyaj naxışlarını yarada bilmək üçün ingilis və fransız orduları rəssamlarla da əməkdaşlıq etmişlər. Hətda Picasso’nun hərbi geyimləri gördüyü an: “Bu mənim naxışlarımdır”, - deyə qışqırdığı da rəvayət edilir.

Lira
18 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Hansı musiqini dinləməliyik?

Azər Hacıəsgərli,
bəstəkar

Cəmiyyətdə hər zaman müxtəlif zövqlü insanlarla qarşılaşırıq. Hər kəs özünü haqlı bilir, heç kimi bəyənmir, digərini yerli-yersiz tənqid edir. Və reallıq budur: televiziyalarda, radiolarda, maşınlarda, el şənliklərində gah klassik əsərlər– simfoniyalar, operalar, ariya və muğamlar, gah da yüngül zövqləri bəsləyən ara mahnıları, təəssüf ki, artıq ucuzlaşdırılmış, düşük həddə çatdırılmış “toyxana musiqisi” səsləndirilir.

Dünyagörüşlər, musiqi qavramları fərqlidir. Bu səbəbdən də kimlərsə nəyisə bəyənmir, digər tərəfi rədd edir, biri təhqir olunur, alçalır - bir sözlə meyar itir. Sonda itirən sənət olur. Məhz bunun nəticəsidir ki, hətta  yemək adları ilə “şərəfləndirilən” musiqi janrı əmələ gəlib. Çox zaman məclislərdə, musiqi məkanlarında və ya dostlar arasında fikrimizi bildirməyə çəkinirik. Birdən sənin zövqün haqqında heç də yaxşı olmayan fikirlər deyilər, birdən gülən olar, ciddi qəbul etməzlər və s. Yaxşı, o zaman neyləyək, nə dinləyək, necə edək ki, hamı  zövqümüzə “əhsən” desin. İstəyirəm bütün bu sualları  geridə qoyaraq,  hansı musiqini dinləməliyik, sualına cavab axtaraq.

Əslində, kimsənin digərinin zövqünə və istəyinə müdaxiləsi düzgün deyil. Təbii, insanın zövqü başqasının təsiri ilə formalaşmayıbsa,  müəyyən çərçivələrlə məhdudlaşmayıbsa və müəyyən maraqlara tabe deyilsə...

Bəli, bir çoxları üç qara paltarlı adamın yanında ağ libas geyinməyə çəkinir. Yəni, fərqlənməməyə çalışır. Bu məqam insana öz zövqünü formalaşdırmaq və istəklərini ifadə etmək imkanını məhdudlaşdırır. Belə olan halda fərdi dünyagörüşü həmin üç nəfərin şəxsin istəklərinə (kütlə şüuru) tabe olur.

Bəziləri özünə əziyyət vermək istəmir, seçim etmədən rahat şəkildə əlinə keçəni dinləməyi üstün tutur. Zövqü formalaşdırmağın özü də bir istək, zəhmət, bacarıq və savad tələb edir. Bəzi avtomobillərdə, ictimai nəqliyyatda elə mahnılar səslənir ki, gəl görəsən. İnsanlar asan qavranılan, sadə və nəhayətdə primitiv musiqi, ritm və söz axtarışındadır. Bu qədər gərgin həyat tərzi ilə, hazırlıqsız vəziyyətdə olan adamın beyni Məhəmməd Füzulinin qəzəlini oxumaq, Qara Qarayevin,  Soltan Hacıbəyovun musiqisini dinləyərək informasiya kimi qəbul etmək iqtidarında deyil.

10 ildən artıqdır studiyada çalışıram və  insanların bir çox məqamlarda canlı ifa və canlı alətlə, real ifadan  artıq  rəqəmsal texnologiyanın imkanlarına üstünlük verdiyini müşahidə edirəm. Bu nisbət isə faizlə pisə doğru sürətlə irəliləməkdədir. Qısaca, səs necə olursa olsun bilgisayar onu istənilən formada yoğura bilir və qəlibə salır. Amma bu, canlı səs deyil, onun ən azından əhvalının daşıyıcısıdır. Digər tərəfdən də aranjiman olunan musiqidə real alət ifaçılarına ehtiyac qalmır. Bu özü ifaçılıq sənətinə çox pis bir zərbə vura bilər. Bir çox maşınlarda hind ritmləri üzərində uşaq səsi ilə oxunmuş keyfiyyətsiz mahnılar eşitməmiş olmazsınız. Əslində bu səs, kişi səsini qadın və ya uşaq səsinə çevirən elekton süni səs effektidir. Belə bir “musiqi”ni  dinləmək və ondan bu dərəcədə zövq almaq istəyinin hansı tələbatdan yarandığının fərqinə varanda heyrətə gəlirsən.

Musiqi ünsiyyət vasitəsi və insanın dünyanı duymaq, dərk etmək, dünyanın gözəllikləri ilə yaşamaq istəyidir. Biz musiqi dinləməklə, düşünməli, istirahət etməliyik. Gözümüzlə görür, burnumuzla qoxuları hiss edir, barmaqlarımızla toxunur, ayaqlarımızla məsafə qət edirik. Özü də bütün bunların ən yaxşısına, xeyirlisinə nail olmaq istəyirik.

Bəs qulağımız? Beyinə ən yaxın duyma orqanına düşmənmi kəsilmişik? O bizə necə xidmət edə bilər? Biz nələri eşidə bilərik? Musiqi insanın bütün duyğularını daha da gücləndirə və ya tam zəiflədə, yaxud öldürə bilər. İctimai həyatımızda musiqinin yeri əvəzsizdir. Musiqi insanın əhvalı ilə birbaşa təmasda olan canlı varlıqdır.

Keyfiyyətsiz, beyinləri zəhərləyən “musiqi”- səslər toplusu isə əksinə.  Təsəvvür edin ki, dağıdıcı gücə malik musiqi nələr edə bilər. Biz əslində musiqi seçimi mədəniyyətini formalaşdırmaqla belə böyük gücün bizə təsirinə daha həssas yanaşarıq, həm özümüzü qorumuş olarıq, həm də mənən zənginləşərik.

Özümüzə sual verək - heç kamilləşmək, inkişaf etmək üçün axtarış və mübarizə aparmışıqmı?... İstər rep, istər caz, pop, klassika. Müxtəlif saytlar "youtube.com", "soundcloud.com" ən bəsiti "google.com"da musiqi janrını yazsanız istədiyiniz qədər maraqlı musiqi parçaları çıxacaq. Biri digərindən  həzin və ya ritmik ola bilər.

Bir çürük meyvə yemək istəmədiyiniz kimi, musiqinin də sağlamını, xeyirlisini seçin, əhvalınızı yüksəldən, ruhunuzu təmizləyən, sağlamlığınızı möhkəmləndirən keyfiyyətli musiqi axtarın.  Zövqünüzü və maraq dairənizi genişləndirin!   Bu - əslində sağlam həyat tərzi,  yüksək şüur formalaşdırmaq, insanın orqanizminə şüurlu yanaşması deməkdir.

Tanıtım
19 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Xoş ünsiyyət qiymətsizdir

4 nömrə arasında zənglər 0 qəpik

4 nömrədən ibarət olan “Ailəm” paketi Sizə sevdiklərinizlə tam pulsuz danışmaq imkanı verir. Paketdəki nömrələri ailəniz və yaxınlarınıza təqdim edin, bir-birinizlə dəqiqəsi 0 qəpiyə danışın.

Mazda avtomobilləri 0% kreditlə

Yeni kampaniya bütün modelləri əhatə edir. Beləliklə, “0% kredit” kampaniyası çərçivəsində alıcılar istədikləri avtomobili 2 illik faizsiz kreditlə əldə edə bilərlər. Qeyd edək ki, kredit manatla verilir. İlkin ödəniş isə 50% təşkil edir.

Bu şərtlər bütün dilerlərdə keçərlidir. Mazda avtomobilləri Bakı şəhərində 3 dilerdə, həmçinin, Gəncə, Lənkəran və Goranboydakı dilerlərdə təqdim edilir.

Ətraflı məlumat üçün bizə zəng edin (012) 349 01 00

Dilerlərin ünvanları - http://mazda.az/?sid=15

Siyasət
20 19 noyabr 2015 (№8)
http://baki-baku.az

"OBAMA - ABŞ SİYASƏTİNİN QARA SƏHİFƏSİ"

İlkin ƏHMƏD

Orta statistik amerikalı ilə söhbətimdən

- Amerikada da böhran var?

- Qəti! Bizdə döhran yoxdur. Heç bir ştatda yoxdur!

- Bəlkə elə ona görə bütün dünyada böhrandır?

- Avropanı nəzərdə tutursunuzsa, onlar artıq uçuruma çox yaxındır. Heç özləri də nə istədiyini bilmir! Onlarda özünü lider adlandıran onlarla ölkə və hökumət rəhbəri var. Lakin aralarında konsensus yoxdur.

"OBAMA KLOUNDUR"

- Bəs Obamaya və onun siyasətinə münasibətiniz?

- O, kloundur. Başqalarının illərlə yaratdığını səriştəsizliyi ilə məhv etdi. Rusiya telekanalları onu "monstr" qismində göstərməklə, özünü gülünc vəziyyətə salır. Obama ABŞ siyasətinin qara səhifəsidir.

- Qarşıdan gələn seçkilərdə kimi prezident görmək istəyirsiniz?

- Mən demokratam. Nyu-Yorkda 20 milyon insan yaşayır. Onların mütləq əksəriyyəti demokratdır...

- Sizdə seçki ab-havası əməllicə hiss olunur...

- Bizim sabahımız idmanla və qəzet oxumaqla açılır. Təbii ki, TV-lərdə xəbərləri diqqətlə izləyirik.

"KLİNTON GÜCLÜ FİQURDUR"

- Hillari Klintonun prezidentlik şansını necə dəyərləndirirsiniz?

- Prezident seçkiləri sürprizlərlə dolu olan bir marafondur. Ən böyük sürpriz sondadır. Obamanın prezident olması olduqca pis sürpriz oldu. Onun sönrakı fəaliyyəti bunu bir daha sübüt etdi. Amma xanım Klinton olduqca güclü fiqurdur.

- Şəxsən bir çox insanlarda belə bir fikir formalaşıb ki, ABŞ-da prezidentin kimliyi o qədər də önəmli deyil, çünki siyasət dəyişilməz olaraq qalır...

- Elədir. Amma bunun nəyi pisdir ki? Mən orta statistik vətəndaşam. Hökumət mənim bütün qayğılarımı qarşılayır, problemsiz həyat yaşayıram. Problemim olanda isə aidiyyatı üzrə ünvanlayıram və problemim dərhal həll olunur.

"ŞTATDA PREZİDENT HEÇ KİMDİR"

- Hər ştatın öz qanunlarının olması, vahid qanunların olmaması sizcə doğrudur?

- Burada problemli bir şey yoxdur. Məsələn, Nyu-Yorkda sürücülər sağa dönmə əməliyyatı yerinə yetirə bilməz - yalnız düz və ya sola gedə bilərsiniz. Əgər qırmızı işıq yanarsa və təhlükə yoxdursa, sağa dönə bilərsiniz. Məsələn, yalnız Nyu-Cersidə yanacaqdoldurma məntəqələrində operatorlar var. Başqa heç bir ştatda operator yoxdur: yanacağı sürücü özü vurur. Burada əsas faktor odur ki, qanunlar insanların müraciəti əsasında yazılır. Ümumiyyətlə, qubernator və ştatın qanunvericilik orqanı olan yerdə, prezident heç kimdir.

- Amma bu da düzgün deyil...

- Prezident xarici siyasəti ilə məşöul olsun! Əgər bacarırsa... Obama kimi yox!

"DÖVLƏTİN OLAN HƏR ŞEY PİSDİR"

- Yolların o qədər də ürəkaçan vəziyyətdə deyil...

- Siz gördüyünüz dövlətin yollarıdır. Dövlətin olan hər şey pisdir! Özəl yollar əla vəziyyətdədir. Çünki özəldir. Dövlətin işi nəzarət etməkdir. Bu cür işlər verilməlidir özəl sektora.

"ENDİRİM ETMƏK HAMININ BORCUDUR"

- Nyu-York bahalı şəhərdir. Amma bir çox mağazalarda endirimlərə rast gəlmək olur. Yeni ilin yaxınlaşması ilə əlaqədardı?

- Turist axını olan şəhərlərdə qiymətlərin yüksək olması normaldır. Endirimə gəlincə, çalışın qırmızı fonda "SALE" yazıları olan mağazalara girin. Çünki qırmızı fonda yazılanlar onu göstərir ki, söhbət ciddi endirimdən gedir. Məsələn, 50% və daha yuxarı... 
Siz hələ Yeni ilə az qalmış görəsiniz mağazaların qarşısında nələr baş verir. Adam əlindən tərpənmək olmur. Onlayn növbəyə yazılanların sayı-hesabı olmur. Endirim etmək hamının borcudur! Niyə etməməlidir ki?! İlboyu bizim hesabımıza qazanırlar. Eləməsələr şiddətli qınaqla üzləşərlər, nəticə etibarilə, müştərilərini itirərlər.

İqtisadiyyat
21 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Yastığın altına baxma, qardaşım!

İlkin

Elman Rüstəmov mentalitetimizi tənqid edərək deyir ki, camaat pulunu yastığın altında saxlayır. Baş bankirin imzası olan manatı gözdən salan da bizim mentalitetdi, yoxsa yastığın üstünə başını qoyanlar?
Mən və mənim ətrafımdakıların hamısı dünəndən yastıqlarımızın altına boylanırıq ki, bəs bu Elman əminin dediyi "yastıq altındakı pullar" hanı? Hətta ailəmizdə söz-söhbət düşüb: bir-birimizdən şübhələnirik ki, pulları kim götürüb?! Az qala qardaşımı bıçaqlayacaqdım. Pul kopoolu şeydi, qardaşları düşmən edər.
Bəlkə Elman bəy öz yastığı ilə bizimkini səhv salıb. O da ola bilər... Sonra düşündüm ki, yox, o yəqin ki, təhlükəsizlik yastığının üstünə baş qoyur yatanda. Əsas odur ki, başını itirməsin, yoxsa bizim başımızda... çatlayar. İkinci zərbəyə xalq çətin tab gətirə.

Ailə
22 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Dayə - FOTO

Təqdimat
23 19 noyabr 2015 (№8)
http://baki-baku.az

ALFRED NOBEL necə başardı?

Hazırladı: Məmməd Rauf

“Dinamitin banisi”

Ailəsinin həyatı borc içində keçdi. Boğazına qədər bor içində olan və bir tikə çörəyə həsrət qalan atası, elə bir zaman gəldi ki, “Mən məhv oldum” dedi. İnsanların daha sıx olduğu yerləri sevmirdi. Mərasim, ziyafət və süni təriflərdən uzaq qaçırdı. Qürurlu deyildi. Daim sorğulayan bir şəxsiyyəti vardı. Bu adam üçün “qaraqabaq” dedilər, amma qaraqabaqlığının arxasında mərhəmətli və duyğusal bir dünyanın gizli olduğunu da söylədilər. Nobel mükafatı prosesini o başlatdı, dünyasını dəyişərkən 350 patentin və dünyanın dörd bir yanında minlərlə işçisi olan şirkətlərin sahibiydi.

Vəsiyyəti: “İstəyirəm ki, bütün sərmayəm insanlığın xeyirinə istifadə olunsun. İşlətmələrimizin hər il gətirəcəyi gəlir həmin il insanlığa daha çox yardımı toxunan şəxslərə veriləcəkdir. Bu gəlir beşə bölünəcək. Bir payı fizika sahəsində ən önəmli kəşfi edənə, bir payı ən önəmli kimyəvi tapıntını ortaya çıxarana, bir payı tibb və fiziologiya sahəsində ən vacib çalışmanı bitirənə, bir payı ədəbiyyata – ən önəmli əsəri yazana və bir payı da beynəlxalq sülh və qardaşlıq sahəsində orduları aradan qaldırmaq, saylarını azaltmaq; barış və əminamanlıq adına konfranslar və toplantılar düzənləmək üçün çalışan bir nəfərə veriləcəkdir.”

Dünyada heç kim elm adamına onun qədər dəyər vermədi. “Ruhsuz”, “qəddar” dedikləri bu adam dünyaya ən böyük mükafatı bağışladı... sırf elm və sülh adına. Yaddaşlardan silinməməli olan insanlardan biri də Alfred Nobeldir. Belə insanların sayı az da olsa, onlar bizim də çevrəmizdədirlər. Onlar öz dünyalarında yaşayarlar, amma ətrafındakıların dünyasında yaşamağa həvəsli olanlardan qat-qat xeyirlidirlər. Səs-küyü sevməzlər; bu insanlar, sizin üst və ya alt qonşunuz olsalar həmin evin boş olduğu hissinə qapılarsınız. Əgər bacarsanız bu tip insanlarla tanışlıq sizin mənfəət gətirəcəkdir.

Heç bir şey etmirlərmiş kimi görünərlər, amma bir müddətdən sonra onları televiziya ekranında mükafat alarkən görə bilərsiniz; kimisə narahat etməzlər, narahat edilməyi də heç sevməzlər; laqeyd, vecsiz görünərlər, amma sizdən daha soyuqqanlılıqla ortaya konkret həllər qoyarlar. Qısacası adam kimi adamdırlar. Bax bunlardan biri də Alfred Nobeldir.

Alfred Nobel 1833-cü ildə Stokholmda dünyaya gəldi. Kasıb bir ailənin övladı idi. Evdə  dörd uşaq idilər. Biri bir yerdə, digəri başqa yerdəydi. Atası Emmanuel Nobel çörək pulu üçün Rusiyanın Peterburq şəhərinə gedərkən həyat yoldaşı və dörd uşağını evdə qoymaq məcburiyyətində qalmışdı. Ancaq 5 il sonra ailəsini öz yanına gətirə bildi. Çəkdiyi zəhmət və əziyyətlərə baxmayaraq girdiyi hər bir işdə iflas uğrayırdı. Bu didinmələrin faydasız olduğunu anlayan ata Nobel, nəhayət, ailəsi ilə birlikdə məmləkətləri Stokholma qayıtdı. Alfred Nobel bu həngamələrin içərisində 28 yaşına çatmış, fizika və kimyada qabiliyyətli olduğunu sübut etmişdi.

Ailəlikcə Stokholma döndükdən sonra Alfred, kimya üzərində ciddi şəkildə çalışmağa başladı. Digər tərəfdən da ata Nobel ailəsinin dolanışığını təmin edib yaxşılaşdırmaq üçün dəridən-qabıqdan çıxırdı. Yenicə qurmağa başladığı iş çox çəkmirdi ki, iflas edirdi, ata da nə edəcəyini qara-qara düşünürdü. Oğlu Alfred də gecəsini gündüzünə qataraq kimya laboratoriyalarında çalışırdı.

Alfred Nobel əsasən partlayıcı maddələr üzərində işləyirdi. Kömür və digər qiymətli faydalı qazıntıların çıxarılmasında, tunellerin açılıb, körpülərin tikilməsində və kənd təsərrüfatı sahələrinin təşkil edilməsində nəhəng qayalar böyük əngəl idi. Bu qayaların parçalanması məhdud imkanlarla, gərgin əmək sərf etməklə başa gəlirdi. Alfred Nobel 1865-ci ildə dinamiti icad edərək insanları bu və bu kimi ağır zəhmətlərdən qurtardı, amma bu uğur yolunda təcrübə zamanı partlayan laborotoriyada kiçik qardaşı həyatını dəyişdi.

Dinamiti kəşf etdikdən sonra Avropanın müxtəlif ərazilərində laboratoriyalar qurdu. Bu uğurlardan gəlir əldə edib, ailəsinə də yardım etdi. Rezin texnologiyası və sintetik maddələrin inkişaf etdirilməsi Alfred sayəsində mümkün oldu. Hazırki dönəmdə də dünya texnologiyasına səmərə verən şirkətlər qurdu: Fransada “Societe Chemical”, Norveçdə “Dyno İndustrier”.

Alfred Nobel dövrünün ən güclü partlayıcısını icad etmişdi. Dinamiti kəşf etdiyi üçün bütün tənqid oxlarını üzərinə cəlb etdi. Amma o haradan bilə bilərdi ki, insanların işini asanlaşdırmaq üçün etdiyi bu kəşfindən – dinamitdən, zaman gələcək mənfur niyyətlər üçün də istifadə ediləcək. O zamanın şərtlərinə əsasən sərt qayalar və cisimlərin parçalanması lazım olduğunda böyük əmək sərf olunurdu. Nobel də bu problemə çarə tapdı. Zatən bu tarixdən sonra tunel, körpü və buna oxşar inşaat işlərində insanların lehinə olan inkişaf gözə çarpmağa başladı.

“Ölüm taciri öldü!”

Alfred Nobel sirrli yönləri olan bir adam idi. Onun haqqında “qaraqabaq”, “qəddar”, “duyğusuz” deyirdilər. Ölümündən öncə bütün sərvətini elm mükafatlarına bağışlayanda da həmin adamlar onun arxasınca “dəli”, “əfəl” dedilər... eynilə bizdəki “namuslu”, “namussuz” obrazı kimi.

Bəzən insanları anlamaq mümkün deyil. Bəlkə də çox vaxt anlamaq mümkün deyil, amma o çox zamanların bir qisimində də diqqət etməməyə çalışarsınız. Alfred Nobel qərarını verib, bütün sərvətini mükafat uğruna bağışladığında, “ Nə edirsən sən, heç olmasa bir qismini ver” deyənlərə, o sözündən dönməməklə “Çəkilin önümdən”, - deyərcəsinə bir hərəkət etdi, İsveç kralı da bu fədakar adama “başdan xarab” deyəcək qədər başdan xarab idi. Kral, “Bu mükafat oyununu onun başına salan müavini Kinskidi”, - deyib Nobelin vəsiyyətini qanuni yolla təhrif etmək üçün Alfredin qardaşı oğlu Emmanueli Rusiyadan çağırtdırdı. Ancaq Emmanuel: “Əmim çox gözəl bir vəsiyyət edib, müzakirə olunacaq bir şey yoxdur”, - deyərək, Alfred Nobel kimi əmisinə yaraşan bir hərəkət etdi. Beləliklə, Emmanuel kralı dinləməyərək Nobel mükafatlarının önünü açmış olur.

Alfred Nobelin vəsiyyəti əsasında təsis olunan Nobel mükafatlarının sayı başlanğıcda fizika, kimya, tibb, ədəbiyyat və sülh olmaq üzrə beş idi. Daha sonra İsveç bankları 1968-ci ildə Alfred Nobelə ithafən “İqtisadiyyat mükafatı”nı ora da əlavə etdilər.

Fizika, kimya və iqtisadiyyat üzrə Nobel Mükafatını İsveç Elmlər Akademiyası  verir; tibb sahəsi üzrə mükafatı Stokholm Karolina İnstitutu verir; ədəbiyyat mükafatını Stokholm Akademiyası verir; beş adamlıq komissiya tərkibli Norveç Storlinq adlı qurum isə Nobel Sülh Mükafatını verir.

Nobel mükafatını qazananlar 1 milyon dollarla bərabər diplom və qızıl medal alırlar. Nobel mükafatına layiq görülən ən gənc elm adamı 25 yaşı Lawrence Braggdir. Fizika üzrə ilk Nobelçi 100 il bundan öncə “X” şüalarını kəşf edən Wilhelm Rentgen qazanmışdır.

Görəsən bütün sərvətini bir mükafata ayırmaqda Alfred Nobelin bir səbəbi var idimi? – Bəli, var idi. O zamana qədər dünyanın ən güclü partlayıcısı olan dinamiti icad edən Alfred Nobel, bir gün qəzetdə bir xəbər oxudu. Ölən qardaşını ona oxşadaraq belə bir sərlövhə qoymuşdular – “Ölüm taciri öldü!”. Amma ölən Alfred yox, Ludviq idi. Bu xəbər ona çox pis təsir etdi. Öləndən sonra ölüm taciri olaraqmı xatırlanacaqdı... bu çox pis bir şey idi. O, insanlıq üçün bir şeylər icad etməyə çalışarkən, bu cür tanınması qəbul edilməz bir hal idi. Elə buna görə də bütün sərvətini və sərvətindən əldə olunacaq gəliri elmə və sülhə bağışladı.

O, İngilis, Rus, Fransız və Alman dillərində gözəl danışa və yaza bilirdi. Küsəyən bir xarakterə sahib idi. Mərasim və bu kimi, insanların sıx olduğu yerlərdə sıxılardı. Utancaq idi, amma o dərəcədə də insanlığın problemləri üçün baş sındırardı. Qazandığı böyük sərvəti xeyriyyə uğruna verərkən heç tərəddüd etmədi.

Parisdə dəzgahdar bir qıza aşiq olmuş və evlənməyi düşünmüşdü. Heyf ki, tanışlıqlarından qısa bir zaman sonra qız həyatını dəyişdi. “Qəddar”, “duyğusuz” adlandırdıqları Nobel bu xəbəri eşidərkən göz yaşlarına hakim ola bilməmişdi. Uzun müddət sevdiyi qızın ölməmişdən öncə yaşadığı Parisin yoxsul məhəlləsinə dəfələrlə gedib gəldi. Hətta, dünyanın şan-şöhrət və pula boğduğu Alfred Nobelin o səviyyədəykən belə Parisin yıxıq-sökük, pərişan bir arxa məhəlləsində görülmüş olmasına heç kim o zamanlar bir anlam verə bilməmişdi. Lakin sonra, hafizələr təzələndiyində onun bir zamanlar sevib, aşiq olduğu qızın həmin bu yerlərdə yaşadığı faktı yenidən gündəmə gəlmişdi. Bu qəribə, duyğusal adam Parisin yoxsul səmtində yerləşən çay kənarına gedər, burada bir müddət oturduqdan sonra  yanındakı körpünün üzərinə çıxıb eləcə bir nöqtəyə baxıb, xəyala dalarmış; qayıdarkən onunla yolda qarşılaşanlar bu duyğusal adamın gözlərinin hüznlə yaşardığının şahidi olarmışlar.

Alfred Nobel bir müddət sonra, yəni 1896-cı ildə tək yaşadığı San Remodakı evində vəfat etdi.

Ordan-burdan
24 19 noyabr 2015 (№8)
http://baki-baku.az

Çkalov - 1970

 

 

 

İdeya müəllifi və baş redaktor:
Rauf Ağayev

Redaktor: İlqar Həsənov

Redaktor: Məmməd Rauf

e-mail: bakibaku.gazet@gmail.com

Понравился человек. Сохрани эту дистанцию. Не копай до разочарования

Никогда не рассказывай другим слишком много о себе! Помни, что в моменты зависти — слепой начинает видеть, немой говорить, а глухой слышать…

Задумывались ли вы, как расшифровывается слово ШКОЛА? Вот и просветили нас ученики: Шизанутая Колония Одиннадцати Лет Ада! И знаете, с такой программой обучения они - правы. Ведь нам же, с нашей программой, такое "расшифровывание" и в голову не приходило.

Сегодня в магазине детских игрушек видел деда с внуком. Дед просил продавца подобрать барабан побольше, а то, говорит, ему внука на выходные сдали с дудкой, хочет вернуть ребенка родителям с барабаном.

Кто сказал, что если замужняя, так сразу бескрылая? Просто часть перьев выщипана… На хозяйственные нужды.

Обама пишет Лукашенко: "Ты уже 5 выборов выиграл, пришли мне своего менеджера по выборам...". Батька отправляет в Америку председателя центризбиркома Ермошкину... Через месяц звонит и спрашивает: - Ну, как дела? Она ему отвечает: - Грыгорич, приезжайте. Вы победили.

Хороший коллектив - это когда убить друг друга иногда хочется, а расстаться - нет.

 Безвреден кто в гневе кричит. Бойся того, кто в гневе молчит.

Çkalov - 2009

 

 

 

 

 

 

 

 

bagla

A

A

A

A