Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra onun yaratdığı “Bakı” və “Баку” gündəlik axşam qəzetlərinin redaktoru kimi rəhbərimiz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 32
17 oktyabr 2017
http://baki-baku.az

Bakıda Ümumdünya Ərzaq Gününə həsr edilən tədbir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib

ADA Universitetində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Baki-Baku.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib.

Bu il Ümumdünya Ərzaq Günü “Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” mövzusuna həsr olunub.

Əvvəlcə Leyla Əliyeva ADA Universitetində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyət istiqamətlərinə aid nəşrlərin nümunələri, kataloq və bukletlərdən ibarət sərgi ilə tanış olub.

Tədbir Ümumdünya Ərzaq Gününə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə çıxış edib.

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan xoşməramlı səfir ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkişafının dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amil olduğunu diqqətə çatdırıb, bu sahədə mövcud problemlərin isə münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini bildirib.

“2030-cu il Davamlı İnkişaf üzrə Gündəliyin ilk iki məqsədi məhz yoxsulluq və aclığa son qoyulmasını nəzərdə tutur. Bu, ümumi anlayışı ifadə edir ki, məhz həmin hədəflərə çatmadan biz sülhsevər, inklüziv və davamlı cəmiyyətlər qura bilmərik. Qurduğumuz cəmiyyətlərdə insanlar sağ qalmaq üçün öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalmamalı, bu, onların öz seçimi olmalıdır. Miqrant axını qeyri-bərabər inkişafla sıx şəkildə əlaqəlidir. Dünya əhalisinin demək olar ki, yarısı və dünyadakı yoxsulların 75 faizi kənd yerlərində yaşayır və kənd təsərrüfatından asılıdır. Buna görə də təkcə kəndlərin inkişafına investisiya yatırmaqla biz milyonlarla insanın bu ərazilərdən getməsinin qarşısını ala bilərik. Bununla belə, miqrasiyanın gələcəyini dəyişdirmək o demək deyil ki, biz sadəcə olaraq kənd təsərrüfatının hər hansı formada inkişafına hədəflənməliyik. Yalnız iqlim əsaslı ağıllı kənd təsərrüfatına investisiya yatırmaqla biz kəndlərin inkişafını dəyişdirə və onu daha davamlı edə bilərik”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb.

Leyla Əliyeva rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti, ötən altı ildə görülən işlər, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdən danışaraq deyib: “Son 6 il ərzində biz bir çox layihələr həyata keçirmişik və yaxşı nəticələr əldə etmişik. Bəzi layihələrimizə Azərbaycanda 5 milyon ağac əkilməsi, nəsli kəsilmək təhlükəsi altında olan heyvanların qorunması, elmi laboratoriyaların yaradılması, şagirdlər və tələbələr üçün dərslərin təşkili, kitabların çap edilməsi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün müxtəlif sərgilərin təşkili daxildir. Əlbəttə ki, biz bütün layihələrimizə çox kreativ şəkildə yanaşmağa çalışmışıq. Lakin biz anlayırıq ki, zaman əleyhimizə işləyir və indi hərəkətə keçmək çox vacibdir.

Bu gün mən sizə IDEA-nın xüsusilə ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı, eyni zamanda, ətraf mühit məsələləri ilə bağlı olan bir neçə layihəsi barədə daha çox məlumat vermək istərdim. Bir neçə ay əvvəl FAO ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonunda aztəminatlı Azərbaycan vətəndaşları üçün meyvə bağlarının salınması üzrə birgə layihəyə start verildi. Mən məmnunam ki, təkcə üç gün bundan əvvəl, biz Şəmkir rayonunda bu layihənin həyata keçirilməsinə uğurla başladıq. Yaxın bir neçə həftə ərzində biz Azərbaycanın daha yeddi rayonunda bu layihəyə başlamağı planlaşdırırıq və ümidvarıq ki, gələcəkdə ölkənin digər ərazilərini də əhatə edəcəyik. Məqsəd aztəminatlı ailələrin rifahını yaxşılaşdırmaq və onlara davamlı şəkildə gəlir əldə etməyə kömək göstərməkdir.

Ətraf mühitin vəziyyətinə töhfə vermək, eləcə də ondan asılı olan kənd icmalarına yardım etmək üçün daha bir səy göstərərək ötən il IDEA Kür çayının deltasının təmizlənməsi üzrə çoxaspektli layihənin icrasına başladı. Bu layihə balıq ehtiyatları, suyun keyfiyyəti və bütünlükdə, çayətrafı ərazilərdə ekologiyanın yaxşılaşdırılması məqsədi daşıyır.

Bu gün bizim dünyaya güclü mesaj göndərmək imkanımız var: Miqrasiyanın gələcəyini dəyişin - ərzaq təhlükəsizliyi və kəndlərin inkişafına investisiya yatırın. Mən inanıram ki, birlikdə hərəkət edərək biz böyük dəyişikliyə nail ola, həmçinin özümüzü dəyişdirməklə hər birimiz dünyaya böyük təsir edə bilərik”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirib ki, belə beynəlxalq tədbirlərin təşəbbüskarı olan Azərbaycanın siyasi rəhbərliyi bu tədbirə də öz töhfəsini verib. Beynəlxalq statistikaya görə, dünya əhalisinin 800 milyondan çoxunun aclıqdan əziyyət çəkdiyini, qeyri-rəsmi statistikada isə bu rəqəmin 2 milyard təşkil etdiyini deyən Heydər Əsədov bildirib ki, bu fakt hər bir ölkənin ərzaq təhlükəsizliyinə xüsusi töhfə verməli olduğunu göstərir. Dünyada miqrasiya sahəsində statistikanın nikbin olmadığını, miqrasiyanın artmasının ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyini deyən Heydər Əsədov bu problemin Azərbaycana tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkəmiz bu problemi demək olar ki, öz daxili gücü hesabına həll edir. Nazir vurğulayıb ki, Azərbaycan hökuməti dünyanın üzləşdiyi bu cür çağırışlarda hər zaman fəal iştirak edir, miqrasiyaya səbəb olan ölkələr isə bu gün miqrantları qəbul etmirlər.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk ÇAKMAK təşkilatın 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixinin Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edildiyini deyib. O, dünyada artan münaqişə və qeyri-sabitlik səbəbindən bir çox insanların evlərini tərk etmək məcburiyyəti qarşısında qaldıqlarını bildirərək, miqrasiyanın mənfi təsirləri, FAO-nun fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, 2030-cu ildə aclığın sıfıra endirilməsi məqsədinə nail olmaq miqrasiya problemini həll etmədən mümkün deyil. Son 10 ildə aclıqdan əziyyət çəkənlərin sayının yenidən artdığını bildirən Mələk Çakmak 2050-ci ildə sayı 10 milyarda çatacaq dünya əhalisinin qida təhlükəsizliyinin təmin edilməsi məsələsinin gündəmdə olduğunu, bu istiqamətdə strategiyaların hazırlandığını deyib.

Təşkilatın Azərbaycandakı təmsilçisi qurumla məhsuldar tərəfdaşlığa görə Prezident İlham Əliyevə FAO adından təşəkkürünü bildirib. O, təşkilatın mesajlarının dünyaya çatdırılması istiqamətində FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın səylərini də xüsusi qeyd edib.

“Bu gün bir çox insan qida məhsullarına çıxış əldə etməkdə çətinlik çəkir. Bunun əsas səbəblərindən biri də miqrasiyadır”. Bu sözləri isə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan AKTOPRAK deyib. O, miqrasiyanın ərzaq təhlükəsizliyinə, ərzaq təhlükəsizliyinin isə miqrasiyaya təsirindən danışıb. Vurğulayıb ki, bu gün belə problemlərin qarşısını almaq üçün səylər birləşdirilməli, əməkdaşlıq gücləndirilməlidir.

Serhan Aktoprak Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə miqrasiya idarəçiliyində böyük nailiyyətlərin qazanıldığını diqqətə çatdıraraq ölkəmizin digər dövlətlər üçün nümunə olduğunu, bu təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.

Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Daha sonra “Azərbaycanda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması” layihəsinə dair videoçarx təqdim edilib.

Tədbir “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələri ilə davam edib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçən panel müzakirələrində ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafı baxımından miqrasiyanın yaratdığı çağırışlar və imkanlar haqqında məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AZƏRTAC

 

 

 

Xəbər
2 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Али Гасанов: «Принятие ПАСЕ предвзятых документов вынуждает Азербайджан пересмотреть отношения с Советом Европы»

«Считаю, что, приняв документы, подготовленные на основе субъективных заключений определенных заинтересованных антиазербайджанских кругов, ПАСЕ в очередной раз продемонстрировала свою предвзятую и несправедливую позицию».

Об этом АПА заявил помощник президента Азербайджана по общественно-политическим вопросам Али Гасанов, комментируя принятые сегодня в ПАСЕ документы в отношении Азербайджана.

«Известно, что за прошедший с момента членства в эту структуру период Азербайджан регулярно сталкивался с давлением определенных лоббистских групп, особенно поддерживающих армян. Когда господин Турбьёрн Ягланд был генсеком, это давление еще больше усилилось. Это исходит из его особо негативного отношения к Азербайджану.

Очевидно, что многим не выгодна активность в ПАСЕ Азербайджана, который проводит независимую политику в соответствии со своими национальными интересами и отличается своей принципиальной позицией. В противном случае, парламентарии больше думали бы о будущем Европы, в которой распространилась исламофобия, ксенофобия, расовая и религиозная дискриминация, увеличились случаи нарушения прав человека, свободы слова, и искали бы пути решения этих проблем, а также выразили беспокойство в связи с невыполнением примерно 10 тысяч решений ЕСПЧ. Из-за Крымского вопроса в отношении России были приняты санкции. Так почему же не поднимается вопрос о принятии мер в отношении Армении, которая на протяжении уже 25 лет держит под оккупацией 20% территорий Азербайджана? Этим они демонстрируют открытое неуважение к фундаментальным ценностям Европы», - отметил А. Гасанов.

По словам помощника президента, искусственное притеснение Азербайджана, который развивается демократическим путем, намеревается подписать с ЕС соглашение о стратегическом партнерстве, еще раз показывает, что ПАСЕ превратилась в инструмент давления в руках кругов с определенными целями и исполняет конкретные заказы: «Конечно же, принятием такого рода необоснованных документов оказать давление на Азербайджан невозможно. Азербайджан – независимое, сильное государство, у которого есть свои внутренние и внешние приоритеты. Наша страна и впредь будет продолжать двигаться своим путем. Принятие предвзятых документов, основанных на субъективных рассуждениях, увеличение попыток оказания давления вынуждает Азербайджан пересмотреть отношения с Советом Европы».

Отметим, 11 октября в ПАСЕ были приняты резолюция по докладу №14403 «Положение демократических институтов в Азербайджане», подготовленному содокладчиками ПАСЕ по Азербайджану Стефаном Шеннаком и Сезарем Предой, а также резолюция №14397 по докладу бельгийского парламентария Алена Дестекса «Председательство Азербайджана в Совете Европы: о состоянии очередных шагов, которые будут предприняты в сфере соблюдения прав человека».

АПА

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün təqdimatı keçirilib.

Universitetin İctimaiyyətlə Əlaqələ və Marketinq departamentindən Baki-Baku.az-a daxil məlumata görə, tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev gənclərə tövsiyələrini verib, onları könüllü olmağa, ölkəmiz və gələcəyimiz üçün birləşməyə, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb.

“Bir” Tələbə - Könüllü proqramının yaranması haqqında birinci kurs tələbələrinə ətraflı məlumat verən proqramın meneceri Canoğlan İlyasov tələbələrin inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin bu proqramı təklif etdiyini bildirib. Həmçinin, proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqda geniş məlumat verilib. Tədbir proqramın universitetdəki koordinatorlarının maraqlı çıxışları ilə davam edib.

Sonda tələbələr üçün əyləncəli viktorina keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.

Şəxsiyyətlər
3 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Özündən sonra bir ev, dörd dəst kostyum, üç cüt ayaqqabı qoyub gedən dahi bankir - Amadeo Cannini

Cannini San-Fransisko (ABŞ) yaxınlığında yerləşən San Xose şəhərində anadan olmuşdur. Atası İtaliyanın şimalından Kaliforniyaya “qızıl xəstəliyi” dövründə gələnlərdən idi. Qızıl işində uğur əldə edə bilmədikdə, ferma qurur və bundan da bir nəticə hasil olmur. Amadeonun yeddi yaşı olanda atası məvacibi ödənilməyən bir fəhlə tərəfindən öldürülür. 22 yaşlı gənc qadın üç uşaqla çətin vəziyyətdə qaldığı üçün tezliklə evlənir, ferma satılır və ailə daha yaxşı gəlir gətirən meyvə alveri ilə məşğul olmağa başlayır.

15 yaşına çatanda Amadeo məktəbi atır. Üçaylıq mühasiblik kurslarına gedir və müvəffəqiyyətlə bitrir. Cannini bu kurslardan qeyri heç bir zaman , heç bir yerdə təhsil almayıb. Özünü bütünlüklə biznesə həsr edən yeniyetmə - özünə inamlı, kifayət qədər sərt və amansız Cannini tezliklə konkurentlərinin hörmətini qazana bildi, bəziləri isə  hətta ondan ehtiyatlanırdılar.

17 yaşında o, bir əməliyyatdan 50 dollar mənfəət əldə etdi ki, bu da illik ailə büdcəsindən bir-neçə dəfə artıq idi. Buna necə nail oldu. O araba kirələyib şəhərə armud gətirən bağbanların yaşadıqları yerlərə getdi və evbəev gəzərək, bütün məhsulu, həm də ucuz qiymətə aldı. Beləliklə şəhərdə süni armud qıtlığı yaradaraq qiyməti qaldırdı.

On il sonra Cannininin qayınatası vəfat edir və onun Columbus Saving & Loan Society bankındakı payı kürkəninə keçir. Bankın direktorlar şurasının üzvü olan Amadeo iclaslarda könülsüz iştirak etsə də, bir qədər sonra bank işinə marağı artmağa başladı. Cannini təklif etdi ki, italyan fəhlələrin hesabına bankın müştəri bazası genişləndirilsin. Şura bu təklifi dərhal rədd etdi. Çünki bank iri müştərilərlə işləyirdi və bu təklifi qəbul edərək nüfuzuna zərbə vurmaq istəmirdi.

Bundan qəzəblənən Cannini özü bank açmaq fikrinə düşür. Beləliklə, 1904-cü ildə yerli italiya icmasına xidmət edən Bank of İtaly meydana gəldi. Dostlarının da maddi köməyi ilə ərsəyə gətirdiyi bank üçün Cannini əvvəllər şura üzvü olduğu  bankla üzbəüz yerləşən barın binasını icarəyə götürür. Cannini reklama arxayın olub müştərilərini bankda oturub gözləmədi. O potensial müştərilərinin iş yerinə, evlərinə gedir, onlarla yaxından tanış olur, biznes problemlərini yaxud perspektivlərini öyrənir,araşdırır, insanlarla mehriban ünsiyyət qururdu. O deyirdi ki, bankın inkişafı üçün bu gün vacibdir ki, müştəri onu öz ailəsinin bir üzvü kimi qəbul etsin. O yanılmamışdı. Fəaliyyətinin ilk ili Bank of italy əhalidən əmanət kimi 700 min, bu günkü ekvivalentdə təqribən 13,5 milyon dollar vəsait cəlb etmişdi.

1906-cı ildə San-Fransiskoda güclü zəlzələ oldu. Şəhər demək olar ki, tamamilə dağılmış vəziyyətdə idi. Hadisə gecə baş vermişdi. Amadeo Cannini gecə ikən banka gəlir. Səhərə kimi təkbaşına dağıntılar altından bankın, demək olar ki, bütün aktivlərini çıxarır. İki gün sonra küçədə çəlləklər üstündə bank öz fəaliyyətini bərpa edir. Krediti ödəmə qabiliyyətini yoxlamadan istəyən hər kəsə evini, işini bərpa etmək üçün bank tərəfindən ssuda verilirdi.

Bir il sonra isə böyük bank krizisi zamanında Bank of İtaly  əmanətlərini geri götürən müştərilərin hamısının pulunu qaytarmaq iqtidarında olan çox az banklardan biri idi.

Bankın nüfuzu günü-gündən artırdı. Cannini bankın şəbəkəsinin yaradılmasının vaxtı çatdığını elan etdi. İlk filial San-Xosedə fəaliyyətə başladı. Bankın müştəri bazası müxtəlif ölkələrdən olan mühacirlərin hesabına genişlənir, uşaq və qadınlar üçün xüsusi layihələr həyata vəsiqə alırdı. Bank ən kiçik həcmli əmanətləri də qəbul edirdi. Cannini deyirdi ki, əmanətin kiçiyi, böyüyü yoxdur. Hətta bir gün o, 2 dollarlıq əmanəti qəbul etməyən işçisini cəzalandırmışdı.

Bu minvalla 1920-ci ildə Bank of İtaly ölkədə üçüncü böyük bank idi. 1928-ci ildə bankir Bank of America of Californianı alır. Bir neçə il sonra isə Bank of İtaly imperiyasını Bank of America adı altında birləşdirir.

 1930-cu ildə rebrendinq başa çatmamış Cannini təntənəli şəkildə istefa verir və Avropaya müalicəyə gedir.

Qəribədir ki, Amadeo Cannini bütün fəaliyyəti dövründə Bank of Americanın bur dənə də olsun səhminə yiyələnməmişdir. Sadə bir menecer olaraq qalmışdır. Lakin onun istər bankda, istərsə də bank sistemində nüfuzu çox böyük idi. Hətta eşidəndə ki, sahibləri bankı satmaq istəyirlər, Avropada müalicəsini yarımçıq qoyub geri qayıdaraq bu əqdə mane olmuşdu. O, xarizması, təcrübəsi, işə sadiqliyi ilə nəinki bankı qoruyuyub saxladı, hətta Böyük Depressiya dövründə hər ay minlərlə əmanətçinin üz tutduğu bir banka çevirdi.

3 iyun 1949-cu ildə Amadeo Cannini vəfat etdi. Həmin vaxt Bank of Amerika artıq dünyanın ən iri maliyyə institutlarından biri idi. Bankirin vəsiyyətnaməsi elan olunanda məlum oldu ki, dahi bankirin bütün əmlakı cəmi yarım milyon dollar dəyərindədir. Özündən sonra bir ev, dörd dəst kostyum, üş cüt ayaqqabı qoyub gedən Amadeo Cannini deyirdi: ”Pula hərislik xəstəlikdir. Mənim belə bir problemim olmayıb.”

Bakı və bakılılar
4 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

“Bank, işinə can yandıranların çiyinlərində dayanır”

Rubrikamızın bu dəfəki qonağı 1981-ci ildən bank sistemində çalışan və hazırda Azər Türk Bankın Müştəri Xidmətləri Mərkəzində Nəzarət şöbəsinə rəhbərlik edən Mətanət xanım Bəyəliyevadır.

“Bakının Şağan kəndindənəm. Kasıb ailədə böyümüşəm. Valideynlərim çox zəhmətkeş insanlar idilər. Ona görə də ocağımızdan od, odun üstündən də qazan əckik olmayıb. Çoxuşaqlı ailəmizin sonbeşiyiyəm. Qız uşağı kimi böyük tələblərim olmayıb. Allah verəndən yemişik, geyinmişik. Valideynlərimin isə, xüsusilə anamın bizdən tələbi dərslərimizə ciddi yanaşmamız olub. Bizim nəsil riyaziyyatpərəst idi. O biri fənlərə laqeyd olsam da, riyaziyyata sevgim böyük idi və həmişə əla qiymət alırdım.

Orta məktəbi bitirəndən sonra ilk iş yerim yaxın qohumumun apteki, ilk vəzifəm də qablaşdırıcı olub. Elə hər şey də burdan başladı. İşim  topdan alınan malları pərakəndə satış üçün hazırlamaq idi. Maye halında olan dərmanları dəqiq çəki ilə şüşə qablara, digər tibb ləvazimatlarını qramına qədər tərəzidə düzgün çəkməklə qablaşdırırdım. Bir müddət sonra müdirim gördü ki, satışdan əldə olunan mənfəət artmaqdadır. Anladı ki, məndən əvvəl bu işi görənlər, yumşaq desək, işlərində dəqiq olmayıblar. Haramçılığa yol veriblər. Bir ilə qədər burada işləyəndən sonra, müdirim böyüklərimə müraciət edib bildirdi ki, bu qız istedadlıdır, heyifdi, kənddə qalmasın, qoy gedib təhsilini davam etdirsin, şəhərdə böyük işlərdə işləsin.

Maliyyə üzrə təhsil aldım. Bank sistemində ilk iş yerim Dövlət Bankının Nərimanov şöbəsi oldu.  Burada  makinaçı, mühasib, böyük mühasib, şöbə rəisi, daha sonra müxtəlif böyük banklarda baş mühasib vəzifələrində çalışmışam.

İlk vaxtlar iş çətin gəlirdi mənə, elə bilirdim öhdəsindən gələ bilmərəm. Baxıb öyrənmək qabiliyyətim güclü idi. Baxa bilmədiklərimi özüm düşünüb tapır, işi axarına salırdım.  Əsas odur ki, çətinliyi görüb geri addım atmayasan. Əksinə onu dəf edib, o çətin işi özünə ram edəsən gərək. Sən onda olursan əla mütəxəssis.

İşi işin naminə görəsən gərək, kiminsə naminə yox. Uçotu uçot üçün eləməlisən, kimin üçünsə yox.

Pi bərabərdir 3.14. Bundan bir yuxarı, ya bir aşağı olarsa bütün Kainat qarışar, məhv olar. Bankın işində də elə. İki üstəgəl iki dörd edər. Bir yuxarı, bir aşağı bankı məhvə aparar.

Bankda ən sadə işlərdən biri müştəri üçün hesab açmaqdır. Əlbəttə ki, bu cəbhədə çalışan gənc sənədləri qaydasınca tərtib etməlidir. Çətin deyil. Amma o sənədləri səliqə-səhmanla yerinə qoymasa, burda da aləm qarışar.

Bankda birinci növbədə, sözsüz ki, Düzgünlük, bununla bərabər Səliqə və Dəqiqlik! Bunlara mütləq riayiət olunmalıdır!

Bankın inkişafı canıyananlar komandasından asılıdır. Canı yanan müəyyən edilməlidir,əsas işlər ona verilməlidir. Deyirlər ki, dünya yaxşı insanların çiyinlərində dayanıb. Bax, bank da işinə can yandıranların, məsuliyyətini dərk edənlərin çiyinlərində dayanır. Bir də deyirlər ki, canı yanan ya bir olar, ya iki. Inanın ki, təcrübəmdən bilirəm, hər strukturda iki canıyanan olsa iş gedir.”

Я женщина, и этим я права
5 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

"Чужих мужей нежнейшая подруга"

Анна Ахматова любила повторять: "Культура женщины определяется количеством ее любовников". Не без лукавства поэтесса сетовала, что у нее было менее пяти кавалеров. Не будем вдаваться в сакральный смысл цифры "пять" — любимое и не разгаданное число Анны Ахматовой, а тем более объяснять смысл слова "культура" и что в него вкладывали поэты Серебряного век. Посудачим лучше об избранниках поэтессы.

Исходной точкой станет лирическое признание великой русской поэтессы: "Чужих мужей нежнейшая подруга и многих безутешная вдова". Ахматова, судя по ее строкам, "никого не сделала счастливым, но незабвенную для всех была". О ее любви и браке с поэтом Николаем Гумилевым можно рассуждать бесконечно. Светлана Коваленко, написавшая последнюю по времени биографию Анны Андреевны, отмечает: "Ахматова не скрывала своих многочисленных романов, по поводу которых добродушно смеялся Гумилев. Он рассказывал о их договоренности признаться, кто первый изменит, и тем не менее был удивлен, что первой оказалась она. Однако Ахматова глухо хранила главные тайны сердца, а проговариваясь в поэзии, утверждала, что "абсолютно ничего не было" с тем или иным реальным персонажем, скажем, с Амедео Модильяни или Борисом Анрепом, особенно если при этом сердце разрывалось на части".

У Ахматовой, по ее словам, не было с Модильяни никакой связи:

"Один художник, с которым у меня абсолютно ничего не было".

На глаза мужу однажды попалось письмо итальянского художника и он возненавидел поклонника своей молодой жены. Шапочное знакомство Гумилева с Модильяни не мешало обоим испытывать друг к другу чувство откровенной антипатии. Анна Андреевна вспоминала:

"Гумилев, когда мы в последний раз вместе ехали к сыну в Бежецк (в мае 1918 г.) и я упомянула имя Модильяни, назвал его "пьяным чудовищем" или чем-то в этом роде и сказал, что в Париже у них было столкновение из-за того, что Гумилев в какой-то компании говорил по-русски, а Модильяни протестовал. А жить им обоим оставалось примерно по три года, и обоих ждала громкая посмертная слава".

Модильяни — любимец муз и Ахматовой

С Амедео Модильяни Анна Горенко познакомилась в мае 1910 года, возможно, в знаменитом кафе "Ротонда". Роман едва начинающей писать стихи Анны и безвестного, бедного художника Амедео вспыхнул в мае 1911 года. Русская и итальянец виделись каждый день. Художник нарисовал 16 рисунков с изображением Анны. По ее словам, не с натуры, а по памяти. В послереволюционные годы эти наброски красноармейцы пустили на цигарки-самокрутки. Остался один рисунок, как считала Ахматова, не самый выразительный и не самый характерный для манеры Модильяни. Знаменитый рисунок, украсивший многочисленные издания произведений поэтессы. На нем Ахматова изображена в виде аллегорической фигуры "Ночи" на крышке саркофага. Оригинал рисунка вроде бы находится в одной из частных коллекций.

В новелле "Амедео Модильяни", написанной за год до ее смерти, Ахматова писала: "В это время Модильяни бредил Египтом. Он водил меня в Лувр смотреть египетский отдел, уверял, что все остальное (tout le reste) недостойно внимания. Рисовал мою голову в убранстве египетских цариц и танцовщиц. Теперь этот период Модильяни называют période nègre. Он говорил: Les bijoux doivent être sauvages (украшения должны быть дикарскими) — по поводу моих африканских бус, и рисовал меня в них".

В биографии поэтессы Светлана Коваленко отмечает:

"Осенью 1995 года в Венеции впервые состоялась выставка работ Модильяни из коллекции лечившего его доктора Поля Александра. Среди множества других рисунков двенадцать были атрибутированы, как изображающие Анну Ахматову. Поскольку прекрасная юная женщина изображена обнаженной, начались споры между блюстителями морали и любителями "клубнички". Спорящие вдруг как бы забыли, что "моделью" гениального художника была великая Ахматова, что само по себе исключало какую бы то ни было фривольность толкования, отступающую перед магией искусства. Спор шел главным образом о том, рисовал ли ее Модильяни с натуры или по памяти. Однако наш соотечественник, ныне живущий в Париже, написал историю любви Анны и Амедео с такими подробностями, будто бы сам при этом присутствовал".

Анна Андреевна как-то высказала сожаление, что Модильяни рисовал ее еще до начала его увлечения "ню", хотя и говорил по поводу Венеры Милосской, "что прекрасно сложенные женщины, которых стоит лепить и писать, всегда кажутся неуклюжими в платьях". Летом 1965 года Анна Ахматова, проезжая мимо парижского дома, где жила более полувека назад, призналась сопровождавшему ее Георгию Адамовичу, как часто здесь у нее бывал Модильяни.

Baki-Baku.Az

Песня о Баку
6 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

"Вспоминая старый Баку" - Рафик Бабаев - VİDEO

 

История
7 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Трагическая судьба единственного законного сына Наполеона

Младший сын Наполеона Бонапарта, единственный, рожденный в законном браке, Наполеон Франсуа Жозеф Шарль Бонапарт прожил короткую жизнь, Он стал наследником престола и был провозглашен императором Наполеоном II, но так и не был коронован. Несмотря на свое высокое происхождение, он был изолирован от французского двора и родителей и фактически стал узником при австрийском дворе. Его ждала великая судьба, но надежд бонапартистов Орленок так и не оправдал, скончавшись в возрасте 21 года.

После 13 лет брака Наполеон Бонапарт решил развестись с бездетной Жозефиной, чтобы жениться на женщине, которая смогла бы ему подарить наследника престола. К тому моменту у него уже было два незаконнорожденных сына – от Элеоноры Денюэль де ла Плень и Марии Валевской. При этом брак должен был стать династическим и укрепить положение Наполеона, породнив его с действующим легитимным монархом другого государства. Наполеон посватался к сестре российского императора Александра I, но получил отказ. Тогда его выбор пал на дочь австрийского императора Франца I Марию-Луизу. Их свадьба состоялась в 1810 г., а через год у них родился сын Наполеон Франсуа Жозеф Шарль, получивший титул Римского короля.

После экономического кризиса и военного краха Наполеон в 1814 г. отрекся от престола в пользу законного сына, однако победители объявили Бонапартов низложенными и восстановили во Франции власть Бурбонов. Императрица и сын были разлучены с Наполеоном и отправлены в Австрию. Поражение в битве при Ватерлоо в 1815 г. положило конец власти Наполеона Бонапарта. Его повторное отречение от престола в пользу сына не нашло поддержки, и хотя парижские законодательные органы в июне 1815 г. признали Наполеона II императором, коронован он так и не был и фактически никогда не царствовал.

С 4-х лет Наполеон Франсуа Жозеф, прозванный Орленком из-за того, что орел был геральдическим символом французского императора, рос без отца. Мать была увлечена новым романом – ее избранником стал граф Найперг, от которого она родила четверых детей, а вскоре ее и вовсе разлучили с первым сыном. Кроме вполне понятных психологических проблем ребенка, обделенного вниманием родителей, были и трудности политического характера: Орленок постоянно находился под наблюдением австрийских властей и с детства был объектом интриг.

При австрийском дворе позаботились о том, чтобы имя Наполеона вообще не упоминалось, а его сына стали называть вторым именем, на немецкий лад – Францем. Орленка заставили забыть французский язык и говорить только по-немецки. Его лишили наследственных прав на герцогство Пармское, но пожаловали титул герцога Рейхштадтского, по названию одного из поместий в Богемии. Его воспитывали как австрийского принца, он рос в замке Шенбрунн около Вены, но несмотря на высокое положение, он был фактически пленником при дворе. Члены правительства не спускали с него глаз, ведь бонапартисты возлагали на Орленка большие надежды как на вероятного претендента на французский престол.

Юноша увлекался военной историей, много читал и мечтал о военной карьере и великих делах, но его способности так и не успели проявиться. Его гувернер о нем писал: «Недоверчивый, возможно, из-за своего положения, которое весьма здраво оценивал, он направлял на людей пристальный, испытующий взгляд, умел склонить их к разговору, наблюдать за ними и распознавать». В 20 лет Орленок был уже в чине подполковника, но через год он заболел туберкулезом легких и в 1832 г. скоропостижно скончался. Какое-то время ходили слухи о том, что он был отравлен, но они не нашли подтверждения.

Орленок так и не осуществил ни своих мечтаний, ни возложенных на него надежд бонапартистов. Прямых потомков у Наполеона I Бонапарта не осталось, и французский престол занял двоюродный брат Орленка, принц Луи Наполеон, провозгласивший себя в 1852 г. императором Наполеоном III. Воссоединиться со своим отцом Орленку довелось только после смерти, когда по приказу Гитлера его останки были перевезены в Париж и захоронены рядом с могилой Наполеона Бонапарта.

Наполеон II стал одной из самых загадочных и романтических фигур французской истории. Его судьба вдохновила Эдмона Ростана на создание пьесы в стихах «Орленок», которая стала настольной книгой Марины Цветаевой, в юности боготворившей Наполеона и его сына и поклонявшейся им с такой страстью, что даже заменила икону в киоте на портрет Наполеона. Орленку посвящен ряд ее стихотворений.

Подготовил: Məmməd Rauf

Aşurbanipal
8 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Gecəyarı qapıları döyməyin...

Baki-Baku.Az jurnalist Zülfüqar Rüfətoğlunun şeirlərini təqdim edir:

Gecəyarı qapıları döyməyin

Gecəyarı qapıları döyməyin,

Ürək var ki, tıqqıltıya dayanar.

Gecəyarı qapıları döyməyin,

Yetim var ki, möcüzəyə inanar.

 

Gecəyarı qapıları döyməyin,

Ata var ki, yuxu bilməz həsrəti

Ana var ki, namaz üstə yaşayır

Oğul var ki, başa çatıb xidməti.

 

Gecəyarı qapıları döyməyin,

Bir möcüzə saxlayıbsa sizi sağ,

Bu dünyadır, vallah - billah bilinməz

Qapı açıb, kim qarşıya çıxacaq?

 

Gecəyarı qapıları döyməyin,

Haradasa “Ev yiyəsi!”, - deyən var,

Gecəyarı evinizə tələsin,

- Bəlkə sizin qapını da döyən var.

 

İmtina

Hərçənd dostluğundan keçə bilmirəm,

Amma bu sağlığa içə bilmirəm…

 

"Hürriyyət" sözünü asta de, dostum...

"Hürriyyət" sözünü elə asta de -

Nə ləçək titrəsin,

nə yarpaq əssin

Nə də ki, nəfəsin havanı kəssin!

"Hürriyyət" “sevirəm” deməkdi, dostum,

"Sevirəm" sözünü pıçıldayarlar

"Hürriyyət" sözünü asta de, qardaş,

Sakitcə otlayır hələ ilxılar…

Bəzən bir dayçanı

Kəməndləməkçün

Bütöv bir ilxını hürkütmək olar…

"Hürriyyət" dediyin siqaret deyil,-

Onu çəkə-çəkə tərgitmək olar…

"Hürriyyət" dediyin dayça deyil ki,...

"Hürriyyət" dediyin elə bir köhlən....

Elə bir köhlən ki,

                        minəndən sonra

Tapmazsan nə yəhər, nə də üzəngi…

"Hürriyyət" sözünü asta de, qardaş,

Sən hələ cavansan,

Nə görmüsən ki?...

 

Anama

Nə sabah var,

Nə bugün.

Yaddaşımda

Dünkü gün

Yu məni, ana özün

Bütün xatirələrdən...

 

Əvvəlcə xatirələr,

Dərdin əlacı olur.

Getdikcə şirini də

Turşuyur, acı olur

 

Doğ sən məni yenidən

İlıq yay səhərində

Dünyanın ən bəxtəvər

Ən məsum şəhərində...

 

Sən məni yenidən doğ,

Ağrılarsız və ahsız...

Söz verirəm bu dəfə,

Yaşayaram günahsız,

Və olmaram Allahsız...

 

Nə yan, nə də ki ağla

Qapını açıq saxla -

Mən mütləq gələcəyəm,

Nə dünən var, nə sabah

Mən bugün öləcəyəm...

(17 May 2009, London)

Это интересно
9 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Bethovenin məşhur “Für Elise”əsəri kimə həsr olunub?

Yəqin, elə bir kəs tapılmaz ki, Lüdviq Van Bethovenin mənəvi rahatlıq bəxş edən “Für Elise” ( alman dilindən tərcümədə - “Eliza üçün”) əsərini dinləməmiş olsun. Və təəssüf ki, orijinal partiturası saxlanılmadığı üçün musiqişünaslar və bəstəkarın bioqrafları bu əsərin kimə həsr olunması ilə bağlı uzun illərdir ortaq bir məxrəcə gələ bilmirlər.

İlk zamanlar “Bagatelle № 25” (“bagatelle” – fransız dilindən tərcümədə “bəzək-düzək”) adlandırılan bu əsərin kimə ithaf edilməsi ilə bağlı ilk versiyanı, böyük bəstəkarın bioqrafı Lüdviq Nohl dilə gətirmişdi.

İddia edilir ki, musiqinin əlyazma ilə olan notları, o dövrdə bəstəkarın şagirdi və yaxın dostu Tereza Malfatti’nin evində tapılıb. Məlum olduğu kimi, Bethoven Tereza’nı ən ülvi hisslərlə sevirdi. Hətta 1810-cu ildə bunu ona etiraf etmişdi. Tereza isə bu məsum məhəbbəti rədd edərək zəngin bir zadəgana üstünlük vermişdi. Lüdviq Nohl Tereza’nın evindən tapılmış əlyazmanı açıb-aydınlaşdırarkən belə şərh edir: “Bethovendən Eliza’ya”. Məsələ ondadır ki, bəstəkarın xətti həddən ziyadə qarışıq, oxunması mümkünsüz vəziyyətdə olub. Və deyilənə görə, o, yüngül disleksiyadan əziyyət çəkirmiş. Bütün bunlara baxmayaraq bioqraf, orijinal adı daha dərindən araşdırmadan belə qərara gəlir ki, əsər Tereza’ya həsr olunub.

Bu, 2009-cu ildə britaniyalı musiqişünas Martin Kopits tərəfindən yeni fikirlər irəli sürülənə qədər yeganə versiya kimi qəbul olunurdu. Yeni fikirlərdə isə iddia edilirdi ki, “Für Elise” əsəri, bəstəkarın dostu, tenor Yozef Rekel’in kiçik bacısı Elizabet Rekel’ə həsr olunub.

Bethoven, Eliza adlandırdığı Elizabet ilə 1806-cı ildə tanış olmuşdu. Bu zaman bəstəkarın 36, Elizabet’in isə 13 yaşı var idi. Tanışlıq daha sonralar Bethoven tərəfindən sıx dostluq əlaqələri və ehtiraslı məhəbbət macəraları ilə davam etdirildi. Elizabet, Bethoven’in də iştirak etdiyi musiqi gecələrindən birini belə xatırlayır:

“Bütün gecə boyunca özünəməxsus reynvari çılğın təbiəti və sərbəstliyi ilə ətrafımda dolanıb mənimlə zarafat etməkdən yorulmadı. Onun mənə olan rəğbəti və məhəbbəti açıq-aydın hiss olunurdu. Hər dəqiqə əlimi tutmaq istəyir, əlimi çimdikləyirdi. Ondan necə yaxa qurtaracağımı bilmirdim”.

Ölümündən əvvəl 1827-ci ildə isə Bethoven, bütün partituralarını yazdığı qələmi və saçlarını kəsib, ondan xatirə olaraq saxlaması üçün Elizabet’ə hədiyyə etmişdi.

Hazırladı: Məmməd Rauf

Elizabet Rekel "Für Elise" əsərinin 1867-ci ilə aid ilk nəşri

Tereza Malfatti fon Rorenbax su Dessa

ЧтоГдеКогда
10 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Soğan doğrayarkən niyə gözümüz yaşarır və bundan necə qorunmalı?

Güman edilir ki, soğanın vətəni cənub-şərqi Asiyadır. Bu gün isə dünyanın hər yerində, xüsusilə də isti iqlim qurşaqlarında yetişdirilir və istifadə edilir. Soğanın tarixi də çox qədim zamanlara gedib çıxır. Ehtimallara görə, soğan eramızdan əvvəl Çin, Hindistan və Yaxın Şərqdə qida vasitəsi kimi istifadə edilirmiş.

Soğan bəsləyici bir qida olması ilə yanaşı, həm də müdhiş bir qoxu özəlliyinə də sahibdir. Bu qoxuda soğanın tərkibindəki kükürdlü maddələrin böyük təsiri var, amma bu qoxu sadəcə kükürdlü maddələrdən qaynaqlanmır. Soğan və sarımsaqda hidrogen-sulfid ehtiva edən amin turşularının törəmələri də var.

Soğan doğrayarkən bunlardan "S1 propenylcysteine-sulphoxide" adlandırılan hissə parçalanır və gözlərimizi təsir edən  "proponal-S oxit" adlı hissə meydana çıxır. Kimya elminin qarışıq terminlərini bir kənara qoyaq. Həmin maddən gözümüzə nüfuz etməsi ilə bir növ hidroliz olur və içində müəyyən  miqdarda olan sülfrik turşusu gözümüzü yandırır və yaşarmasına səbəb olur.

Əslində bu tərkib çox da balanslı şəkildə nizamlanmayıb. Məsələn, çox aşağı dərəcəli istilik nəticəsində bu maddə tamamilə yox olur. Bu səbəblə də bişmiş soğanda həmin maddə mövcud olmur və gözlərimiz yaşarmır. Soğan doğrayarkən gözlərimizin yaşamaması üçün irəli sürülən bir çox təklif var.

Bəzi aşpazlar soğanı doğramamışdan əvvəl islatmağı, kəsərkən də yaş saxlamağı və ya soğanı axan suyun altında doğramağı təklif edirlər. Bir başqa fikirdə isə soğan doğrayarkən ağızdan nəfəs almaq tövsiyə edirlir. Bu fikrə əsasən qaz nəfəsimizlə birlikdə burnumuza daxil olub gözümüzə yanaşmaq əvəzinə birbaşa ciyərlərimizə gedir. Bunu təmin etmək üçün də dişlərimizin arasına bir metal qaşıq qoymaq kifayət edir.

Soğan doğrayarkən gözlərin yaşarmasının qarşısını almaq üçün dodaqlar arasında bir limon dilimi, dişlər arasında bir qənd və ya dörddə bir dilim çörək saxlamağı təklif edənlər də var. Beləliklə, ağzımızda tutacağımız bu kimi şeylərin aldığımız nəfəsdəki sulfid qazını udduğu iddia edilir.

Digər fikirlərdə isə, soğanı doğranmağa yuxarı hissədən başlamaq və orta hissəsini ən axıra saxlamaq və ya soğanı doğramadan əvvəl yarım saat soyuducuda saxlamaq məsləhət görülür. Soğan doğrayarkən dəniz eynəyindən və ya kontakt linzadan istifadə etməyi irəli sürənlər də var. Əgər bu qədər təklifdən heç birini tətbiq etmirsinizsə, soğanı ağlaya-ağlaya doğramağa davam edəcəksiniz.  :)

Hazırladı: Məmməd Rauf

Un çox təhlükəli bir partlayıcı maddədir...

Tarixə düşən ilk un partlaması 1785-ci ildə İtaliyada Turiridəki bir çörək zavodunda, lampanın un tozunu alışdırması nəticəsində meydana gəlib. Ölümə və geniş zərərə səbəb olmayan bu partlayışdan sonra hadisə unudulub. Müasir dönəmin başlanğıcında, bəşər tarixinin dəyişməz qidası - çörəyin tərkibinə qatılan ən mühüm ərzaq olan unun çox ciddi bir şəkildə yanaraq partlaya biləcəyini kimə desəniz yəqin ki, zarafat kimi qəbul edib gülərdi. Amma daha bir fakt budur ki, 1981-ci ildə ABŞ-ın böyük bir taxıl anbarında baş vermiş partlayış zamanı 9 nəfər ölüb, 30 nəfər xəsarət alıb. 1988-ci ildə taxıl olan yerlərdə müəyyən təhlükəsizlik standartı gətirən qaydaların tətbiqinə başlanılsa da, 90-cı illərdə təkcə ABŞ-da baş vermiş orta hesabla ildə 13 partlayış undan qaynaqlanıb.

Bəs necə olur ki, un bu qədər təhlükəli bir şəkildə partlaya bilir? Səbəbi sadədir. Çünki o, bir karbohidratdır. Havada toz kimi asılı qalan karbohidrogenin miqdarı bir kubmetrdə 50 qramı ötdükdə hər hansı bir şəkildə alışdırıldığı zaman partlayır. Un tozları o qədər kiçikdir ki, həmin andaca yanır və bu yanğın digərlərinə zəncirvari şəkildə yayılır. Bu da toz buludunda, mühitdən də asılı olaraq partlayışa səbəb olur. Oxşar vəziyyət şəkər, pudinq və hətta çox incə mişar yonqarında da yarana bilər.

Bir yanğının baş verməsi üçün üç şeyin bir yerdə olması lazımdır - hava (içindəki oksigen), yanıcı maddə (burada un) və alışqan. Taxıl anbarlarının insanların çalışdıqları yerlərində un tozunun miqdarı hər kubmetrdə alışmaq üçün kifayət edəcək 50 qrama çatmır. Amma onu da unutmayaq ki, partlayışa səbəb ola biləcək yanıcı maddənin havadan asılı duran toz miqdarından asılı olmasıdır, yoxsa yerə səpilən un belə bir təhlükə ehtiva etmir.

Siloslarda yanğına səbəb olan şeylər, şüursuz şəkildə edilən bir qaynaq, bir kəsmə işi, siqaret, liftlər və konveyerlərin mexanizmlərindən çıxan qığılcımlar ola bilər. Şübhəsiz ki, burada mühit də mühüm önəm kəsb edir. Partlayışın yaratdığı böyük təzyiq boşalacaq yer tapa bilmədiyi halda böyük bir binanı da dağıda bilər. Açıq havada isə partlayış olmaz, amma yenə də təhlükəli bir alovlanma qaçılmazdır.

Xanımlar, narahat olmayın. Tort, piroq hazırlamaq üçün aldığınız bir kilo undan 50 qramı havaya uçmur. Bu partlayış hadisəsi üçün tonlarla un lazımdır. Xəmir yoğurmaq üçün eyvana çıxmağınıza ehtiyac yoxdur. :)

Hazırladı: Məmməd Rauf

Sərgi salonu
11 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

“Dəniz kənarında söhbət edən iki qadın”

İmpressionizm cərəyanının ən önəmli nümayəndələrindən biri olaraq qəbul edilən Camille Pissarro Parisdə təhsil alıb. 1855-ci ildə Fransaya tam olaraq köçməmişdən əvvəl Venesuela mədəniyyətini kəşf etməyə yollanıb. Bir sərgidə təsadüfən tanış olduğu Corot’dan çox təsirlənib.

Sənət akademiyası olan “Academie Suisse”də təhsil aldığı zaman Monet ilə tanış olub və onun sayəsində impressionistlərin bir araya gəldiyi “Cafe Guerbois”də qrupa qatılan yeni bir üzv olaraq təqdim edilib. 1870/72-ci illərdə Fransa-Prusiya müharibəsinin başlaması səbəbilə, aralarında güclü dostluq əlaqələri olan Pissarro ilə Monet’in yolları ayrılıb.

Bundan sonrakı dönəmdə o, davamçı tələbələrini yetişdirməyə və sənəti ilə daha geniş kütləyə xitab etməyə başlayıb. 1880-ci illərin ortalarında Seurat’ın yeni-ekspressionizmi ilə dərindən maraqlanmağa başlayan rəssam, öz şəxsi texnikalarından uzaqlaşaraq yeni bir yanaşma forması mənimsəyib. Sonrakı illərdə gözündə yaranmış problemlərə görə rəsm sənətindən qismən uzaqlaşmalı olub.

Fransanın kənd və şəhər həyatı mövzularında rəsmlər çəkən Pissarro’nun ən məşhur əsəri olan “Dəniz kənarında söhbət edən iki qadın”da xüsusilə rəng keçidləri diqqət çəkir.

  • Əsərin müəllifi: Fransız rəssam Camille Pissarro (1830-1947);
  • Əsərin adı: “Two Women Chatting By The Sea” (“Dəniz kənarında söhbət edən iki qadın”);
  • Cərəyanı: İmpressionizm;
  • Əsərin hazırlanma tarixi: 1856;
  • Əsərin orijinalı: Kətan üzərində yağlı boya ilə çəkilib;
  • Əsərin ölçüsü: 27,7 x 41 sm.;
  • Digər önəmli əsərləri: “View of Pontoise”, “A Road in Louveciennes”, “Red Roofs”;
  • Təsirləndiyi sənətkarlar: Corot, Monet, Seurat;
  • Əsərin saxlandığı yer: National Gallery of Art, Washington.

Hazırladı: Məmməd Rauf

Son səhifə
12 17 oktyabr 2017 (№32)
http://baki-baku.az

Fəxri baş redaktor:

Nəsir İmanquliyev

Redaksiya heyəti:

Cahangir Məmmədli, professor
Nəsir Əhmədli, professor
Akif Rüstəmov, f.e.n
Zemfira Məhərrəmli, fəlsəfə doktoru
Firuz Mustafa, professor
Rustam Arifcanov (Rusiya)
Aleksandr Kuzminov (Rusiya)
Famil İsmailov (Böyük Britaniya)
İlqar Həsənov
Rauf Ağayev

İcraçı baş redaktor:

Məmməd Ağayev

e-mail: bakibaku.gazet@gmail.com
www.facebook.com/bakibakuaz/

Rus Dram Teatrı - Əvvəl

Rus Dram Teatrı - İndi

bagla

A

A

A

A