Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra onun yaratdığı “Bakı” və “Баку” gündəlik axşam qəzetlərinin redaktoru kimi rəhbərimiz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 28
19 may 2017
http://baki-baku.az

Ziraat Bank Azərbaycana nə vəd edir

Son illər ölkədə qabarma və çəkilmələrlə müşayiət olunan ekonomik gərginlik, nəhayət ki, maneəsiz düzənə doğru yönəlməkdədir. Dövlət başçısının bu proseslərin nizamlanması yönündə göstərişləri, irəli sürülən islahat projelərinin davamlı, ardıcıl, ciddi və məsuliyyətli şəkildə həyata keçirilməsi ilə nəticələndi. Bu islahatlar, iqtisadi yanaşama ilə ifadələndirsək, uzun zamandır görünməyən dibi göstərməklə bərabər, həm də məsafə və sürət etibarilə yaxınlaşdırıb, məqsədyönlü və əzmkar təkanla yeni yüksəlişlərə zəmin yaratmaqdadır.

Bu zaman dilimində sağlamlığını qoruyan maliyyə-kredit təşkilatları ilə bərabər, nizamnamə və məcmu kapitaldakı kəsirlər, digər yetərsizliklər və yanlış maliyyə siyasəti səbəbi ilə sıradan çıxanlar da oldu, bank olmayan kredit təşkilatına çevrilən qurumların sayında da artım qeydə alındı. Bu mənada əsas məsələnin, bilavasitə, əsaslı öyrənilmiş “kəmiyyət yox, keyfiyyət önəmi” düsturundan və Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” aksiomundan ibarət olduğunu göz önündə bulundursaq, ölkənin iqtisadi düzəndə işığa və uğura doğru atdığı hər bir addımın strateji mahiyyətinə varmış olarıq.

Məhz bu proqressiv proseslərin cərəyan etdiyi zamanda ölkənin iqtisadi gündəminə yeni bir ad əlavə olundu – “Ziraat Bank Azərbaycan”. Türkiyənin dünyaca məşhur, tarixi keçmişi və dünyəvi təcrübəsi ilə bank sektorunda saysız uğura imza atmış bu dövlət bankı Azərbaycanın bank trayektoriyasına daxil olub fəaliyyətə başladı. Bu bank ölkəmizin iqtisadi düzənində hansı ilklərə, yeniliklərə və irəliləyişlərə imza atacaq?

Ziraat Bank haqqında qısa bilgi

Bu ilin noyabr ayında fəaliyyətinin 154 illiyini qeyd edəcək olan Ziraat Bank Türkiyənin 3 nəhəng dövlət bankından biridir. Yarandığı gündən bu günədək kənd təsərrüfatı sektoru başda olmaqla, eyni zamanda, digər kommersiya əhəmiyyətli sahələrə də göstərdiyi yüksək bank xidmətləri ilə, sadəcə Türkiyə daxilində yox, həmçinin, fəaliyyət göstərdiyi digər ölkələrdə yaratdığı, uğur qazanarkən, həm də qazandıran bank imicini qoruyub saxlamaqdadır.

Bank, Türkiyə və Azərbaycan da daxil olmaqla, dünyanın 19 ölkəsində, 99 yerdə fəaliyyət göstərməkdədir. Ziraat Bank’ın Türkiyədə və dünyada ümumi olaraq 1814 filialı, 6869 vahiddən ibarət ATM şəbəkəsi vardır. Və bu ilin birinci rübünə olan hesabatına görə, Türkiyənin Ziraat Bank’ı 335 milyard lirə həcmində kredit portfelinə sahibdir. Həmin hesabatda o da qeyd olunur ki, sadəcə Türkiyə daxilində əmlak sektoruna ayrılan kreditin 70%-i Ziraat Bank’a aiddir.

Bu bank ölkəmizdə Azərbaycan Respublikası Mərkəzi Bankının 2014-cü il 30 dekabr tarixdə verdiyi lisenziya ilə fəaliyyətə başladı. 2015-ci ildə Əmanətlərin Sığortalanması Fonduna üzv oldu. Bakının İstiqlaliyyət küçəsindəki filialı ilə xidmət göstərən bankın iki il müddətindəki yüksək mənfəət göstəricilərini yeni başarıların ilk işartıları kimi dəyərləndirmək olar.

Ölkəmizə aid Dövlət Proqram’larında Ziraat Bank’ın yeri və əhəmiyyəti

Azərbaycanda 2015-ci ilin “Kənd Təsərrüfatı İli” elan olunması ilə bu sektorda başlayan əsaslı dirçəliş və inkişaf hərəkətliliyi ötən ildə də uğurla davam etdirilmişdir. Cari ilin I rübünə olan hesabat göstəriciləri də deməyə əsas verir ki, inkişaf mexanizminin uğur predmeti ilə nəticələnməsi prosesi kənd təsərrüfatı sahəsi üçün ənənəvi hala çevrilməkdədir. Dövlət başçısının bu sektora göstərdiyi etimad və ümid, sahə üzrə nəzərdə tutulmuş strateji əhəmiyyətli layihələrin uğurlu icrasını stimullaşdırmış oldu. Əminliklə deyə bilərik ki, bu sektorda fəaliyyət göstərən sahibkarlara, iri fermer təsərrüfatı sahiblərinə, əkinçilik və heyvandarlıq sahəsi üzrə çalışan mütəxəssislərə göstərilən qayğı və sadələşdirilmiş şərtlərlə göstərilən dövlət yardımı, cənab Prezident İlham Əliyevin irəli sürdüyü “Neft kapitalının insan kapitalına dönüşdürülməsi” paradiqmasının kənd təsərrüfatı sahəsindəki uğurlu və məqsədyönlü davamıdır.

Bu sahənin inkişafı üçün nəzərdə tutulmuş və hələ “Kənd Təsərrüfatı İli”ndən öncə başlayıb uğurla yekunlaşan, eyni zamanda, icra müddət hələ davam etməkdə olan fundamental Dövlət Proqramları mövcuddur. İcra müddəti davam edən layihələr sırasında ilk növbədə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı göstərmək olar. Bu Dövlət Proqramı’nda yer alan “Kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi”, “İri fermer təsərrüfatlarının yaradılmasının dəstəklənməsi”, “Cins heyvandarlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi” və s. kimi müddəalar gələcək uğurlardan xəbər verir.

Bu sırada adını çəkə biləcəyimiz, icrası davam etməkdə olan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na aid “Üzüm istehsalı və emalı sahəsində sağlam rəqabət mühitinin yaradılması, daxili bazarın qorunması”, “Səmərəli üzümçülük təsərrüfatlarının formalaşdırılması məqsədi ilə xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında birləşməsinin stimullaşdırılması” və digər formul əhəmiyyətli bəndlərin önəmi inkarolunmazdır.

Bu yerdə qeyd edək ki,“Ziraat Bank”, Türkiyədə və dünyada gerçəkləşdirilən bu və digər bundan geniş layihələrin icrasında aktiv iştirak etmiş, dünyəvi təcrübəyə yiyələnmiş və nəhayətsiz uğur göstəricilərinə nail olmuşdur. Və tam əminliklə deyə bilərik ki, “Ziraat Bank Azərbaycan”ın yuxarıda sadalanan Dövlət Proqramlarının icrasında yaxından iştirakı ölkə əhəmiyyətli bu layihələrin genişmiqyaslı başarılarla nəticələnəcəyindən xəbər verir. Əminliyimizin  isbatı bankın həm uzaq, həm də yaxın tarixində ətraflı şəkildə yer almaqdadır. Buna yaxından nəzər salaq:

1889-1913-cü illər –

  • “Ziraat Bank” gəlirlərindən ayırdığı vəsaitlə Selanik, Bursa və Halkalı’da kənd təsərrüfatı məktəbləri açdı;
  • Quraqlıq səbəbilə, İzmit'dəki mühacirlərin və xalqın taxıl ehtiyacı “Ziraat Bank”ın sərfəli şərtlərlə ayırdığı kredit ilə ödənildi.
  • Anadolu xətti üzərində yerləşən bəzi vilayətlərdəki əkinçilərin kənd təsərrüfatı alətlərinin ən aşağı qiymətə satın almaları və keyfiyyətli toxumluq əldə etmələri "Ziraat Bank" tərəfindən reallaşdırıldı.

1914-1938-ci illər –

  • “Ziraat Bank”, qısa müddətli kənd təsərrüfatı krediti işlərilə məşğul olacaq millətlərarası bir bank qurulması layihəsi çərçivəsində Romadakı Beynəlxalq Əkinçilik İnstitutunun dəvəti ilə, həmin şəhərdə təşkil edilən konfransda Türkiyəni təmsil etdi;
  • "Ziraat Bank" kənd təsərrüfatı müəssisələri üçün kredit və girov qarşılığında, sadələşdirici bir formul kimi avansdan istifadə modelini uyğuladı.

1939-1963-cü illər –

  • "Ziraat Bank", millətlərarası sahədə kənd təsərrüfatı üzrə kredit institutlarında təmsil etmə və kənd təsərrüfatı krediti mövzusunda faydalılığına əmin olduğu hər cür fəaliyyət göstərmək məqsədi ilə qurulan Beynəlxalq Kənd Təsərrüfatı Kredit Konfederasiyası’na (CICA) üzv oldu;
  • Kəndli və əkinçilərə “Ziraat Bank”a olan vaxtı keçmiş borclarını hissə-hissə ödəmə imkan verildi.

1964-1988-ci illər –

  • New York nümayəndəliyi, şöbəyə çevrildi. Duisburg, Berlin, Münhen, Hamburg, Stuttgart və Rotterdam "Ziraat Bank"ın nümayəndəlikləri açıldı;
  • Əkinçiliyin dəstəkləməsi missiyası çərçivəsində bir bölgə ilk dəfə "Ziraat Bank" tərəfindən tək başına ələ alınaraq yeni bir anlayışın təməli atıldı;
  • GAP(Cənub-şərqi Anadolu Platforması) bölgəsinə aid istehsalçılara, bölgənin xüsusiyyətlərinə uyğun şəkildə kredit dəstəyi verilməyə başlandı.

1989-2013-cü illər –

  • "Self Servis Bankçılıq" tətbiqi başladıldı. ATM'lerin yanında, Türkiyədə ilk dəfə xidmətə başlayan “Xarici Valyuta Dəyişmə Terminalları”, “Sesli Mesaj” sistemləri ilə bu layihə ölkənin ilk "İnsansız Elektron Şöbə"si stilində çalışan və 24 saat xidmət göstərmək üzrə proqramlaşdırılmış möhtəşəm uğura "Ziraat Bank" imza atdı;
  • Heyvandarlıqda İdxal Süd Projesi’nə başlanıldı;
  • Müştərilərin, əməliyyatlarını mütəxəssis personal ilə qarşılıqlı olaraq, dərhal, səsli və görüntülü şəkildə edə biləcəkləri Görüntülü Əməliyyat Mərkəzləri (GİM) fəaliyyətə başladı;
  • “Ziraat Bank” 150 yaşını işçiləri ilə birlikdə qeyd etdi.

Və 2014-cü il... Tarixi “Ziraat Bank” Azərbaycanda!

“Ziraat Bank Azərbaycan” ölkəmizin uğurlu inkişafına hansı töhfələri verəcək

Azərbaycandakı törəmə bankının rəsmi saytında bildirilir ki, “Ziraat Bank”ın əsas fəaliyyət planı, mövcud olduğu ölkələrdəki Türkiyə əhalisini, türk iş adamlarını və bu ölkə ilə Türkiyə arasındakı cari və potensial ticarət əlaqələrini araşdırıb təhlil etməkdən ibarətdir.

“Ziraat Bank Azərbaycan”ın ölkəmizdəki, yuxarıda qeyd olunduğu üzrə əhatəli fəaliyyəti, Türkiyə və Azərbaycanın qarşılıqlı iqtisadi əlaqələrinin möhkəmlənməsini təmin etməklə bərabər, həm də respublikamızda fəaliyyət göstərən yerli və xarici kommersiya təşkilatlarının uğurlu inkişafına konstruktiv dəstək göstərmiş olacaq. Bütün bu gerçəklər, ölkəmizin yeni dünya düzənində daha etibarlı iqtisadi məkan olaraq tanıdılmasına xidmət etməklə, Azərbaycana nəhəng investorların, xarici kapitalın axınını sürətləndirəcəyini müjdələyir.

Bir bankdan daha artıq...

Türkiyədə və dünyanın hər yerində hər zaman məşhur, etibarlı və yüksək keyfiyyətdə xidmət göstərən, hər kəsin və hər seqmentin bankı olan, müştəri və insan qaynağını ən qiymətli aktiv olaraq qəbul edən, köklü keçmişinə yaraşan bir şəkildə davamlı olaraq fərq və dəyər yaradan, rəqiblərinin nümunə götürdüyü, hər mərhələdə bir bankdan daha çoxunu vəd edən, universal və bazar dəyəri yüksək, lider bank olmaq, “Ziraat Bank”ın əsas məqsədidir.

Bütün bu faktlara dayanaraq deyə bilərik ki, “Ziraat Bank”ın Azərbaycana gəlişi ölkəmizin son illər beynəlxalq iqtisadi arenada qazandığı nəhəng uğurlardandır. Bu uğur yeni fenomenal başarılara təminatdır. “Ziraat Bank” dövlət bankıdır – ölkəmizə qardaş dövlətin ən uğurlu, etibarlı bankı.

Beynəlxalq təcrübəsi, davamlı uğurları və sağlam duruşu ilə “Ziraat Bank” bir bankdan daha artıqdır.

Məmməd Ağayev

Xəbər
2 19 may 2017 (№28)
http://baki-baku.az

"Azər Türk Bank"ın pul köçürmələri sistemləri ilə 75 minə yaxın əməliyyat yerinə yetirilib

"Azər Türk Bank" mövqelərini daha da möhkəmləndirir.

"Azər Türk Bank"ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin dörd ayı ərzində Bank tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 min 628 əməliyyat yerinə yetirilmişdir. Müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 milyon manat ekvivalentindədir.

Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır.

Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan "Azər Türk Bank"ın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə ölkə bankları içərisində birinci onluğa daxildir.

Hazırda Bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.

Berlində ADNSU-nun Almaniyadan olan məzunları ilə görüş keçirilib

Mayın 16-da Azərbaycanın Almaniyadakı Səfirliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Almaniyadan olan məzunlarının toplantısı keçirilib.

ADNSU-nun mətbuat xidmətindən Baki-Baku.Az-a verilən məlumata görə, tədbir alman məzunlardan ibarət dostluq cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov qonaqları salamlayaraq, ADNSU-nun Azərbaycanın iqtisadi, ictimai və təhsil həyatındakı yeri və rolu haqda danışıb. Səfir, Azərbaycanın müstəqillik illərində əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf konsepsiyası sayəsində regionda aparıcı qüvvəyə çevrildiyini və hazırda müstəqil siyasət yürüdən dövlət olduğunu bildirib.

Alman məzunların adından çıxış edən, keçmiş Almaniya Demokratik Respublikasının Dövlət Yanacaq Komitəsinin sədri Andreas Hikman o zamanlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali məktəbin məzunu olmuş almanların öz ölkələrində yüksək ixtisaslı kadrlar hesab olunduqlarını və mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Azərbaycanda qarşılaşdıqları yüksək səviyyəli təhsillə bərabər, həm də qonaqpərvərlik və maraqlı sosial həyatdan məmnunluğunu ifadə edən Andreas Hikman, ölkəmizdə təhsil almış almanların öz peşə fəaliyyətində qazandıqları nailiyyətlərə görə məhz Azərbaycana borclu olduqlarını vurğulayıb.

ADNSU-nun keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan soydaşımız Adil Bayramov vaxtilə çalışdığı universitetin elmi və ictimai həyatı, o cümlədən orada təhsil almış alman tələbələr barədə məlumat verib.

ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış edərək universitetin rektoru, professor Mustafa Babanlının adından toplantı iştirakçılarını salamlayıb. O, universitetin beynəlxalq əlaqələri, müstəqillik illərində universitetdə təhsil alan xarici tələbələr və son dövrlərdə həyata keçirilən islahatlar barədə danışıb.

Toplantıda iştirak edən alman məzunlar Azərbaycanda keçirdikləri tələbəlik illəri haaqında təəssüratlarını bölüşüblər və ölkəmizlə bağlantıları barədə məlumat veriblər. Onlar Bakının bütün dövrlərdə müasir, qabaqcıl və multikultural mühitə malik olan şəhər olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin alman məzunları ilə görüşünü əks etdirən video-çarx təqdim edilib.

Tədbirdə həmçinin ADNSU-nu və universitetdə təhsil alan almanların həyatını işıqlandıran mətbuat materialları və foto-şəkillərdən ibarət sərgi nümayiş olunub.

 

 

 

 

AzMİU-nun tələbəsi beynəlxalq yarışda iştirak edib

Bu yaxınlarda Türkiyənin Konya şəhərində Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan Konya Böyükşəhər Bələdiyyəsi "Spor və Kongre Merkezi"ndə gerçəkləşən 11-ci Beynəlxalq MEB robot yarışı keçirilib.

AzMİU-nun mətbuat xidmətindən Baki-Baku.Az-a verilən məlumata görə, bu yarışda ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin (MİT) tələbəsi Namət Məmmədzadə təmsil edib. O, hazırladığı “Spider Bot” adlı robot ilə çıxış edib.

Qeyd edək ki, N. Məmmədzadə, eyni zamanda, universitetin informasiya kommunikasiya texnologiyaları (İKT) şöbəsinin əməkdaşıdır.

 

Это интересно
3 19 may 2017 (№28)
http://baki-baku.az

Красная Мата Хари: Двойной агент разведки и последняя любовь Максима Горького

Судьба Марии Будберг (в девичестве Закревской) – одна из загадок мятежного ХХ века. Историки до сих пор пытаются установить достоверно, была ли она разведчицей, и если да, то на какую страну работала. Ей приписывают связи со спецслужбами Германии, Англии и Советского Союза. Ее любовные истории с выдающимися деятелями эпохи только усугубляют ситуацию: в числе ее поклонников – британский тайный агент Роберт Брюс Локкарт, чекист Яков Петерс, эстонский барон Николай Будберг, писатель-фантаст Герберт Уэллс и Буревестник революции Максим Горький

Мария Игнатьевна Закревская родилась в Полтаве в 1892 году. Девушка получила хорошее образование в пансионате благородных девиц, и, будучи 18 лет от роду, очаровала дипломата Ивана Бенкендорфа и вскоре вышла за него замуж, родила двух детей – дочь Таню и сына Павла. Когда вспыхнула Февральская революция, Бенкендорф принял решение уехать с детьми в свое имение в Эстонии, а вот Мария осталась в Москве.

Вскоре Мария Бенкендорф узнала о трагической смерти законного мужа – он был расстрелян. Однако ее мысли уже занимал британский посол Роберт Локкарт, с ним Мария проживала совместно, и когда в квартиру Локкарта 1 сентября 1918 года с обыском ворвались чекисты, то застали ее именно там. И Мария, и Роберт попали на Лубянку по обвинению в шпионаже в пользу Великобритании. Под руководством чекиста Якова Петерса прошло расследование, и был разоблачен так называемый «заговор послов», операция, которая якобы готовилась послами Франции, Великобритании и Америки с целью свергнуть большевиков в России.

Несмотря на всю серьезность обвинений и тот факт, что после разоблачения заговора по всей стране развернулся красный террор, Роберт Локкарт вскоре вышел из тюрьмы, его отправили в Лондон, обменяв на советского дипломата, арестованного в Великобритании. Мария не только устроила собственное освобождение, но и выхлопотала свободу Локкарту… ценой романа с чекистом Яковом Петерсом. Освободили Марию, видимо, с условием, что она будет сотрудничать с НКВД.

Оказавшись на воле, она переехала в Петроград, стала искать помощи у знакомых литераторов. Нужно было заработать денег, чтобы на что-то жить, кроме того, Мария мечтала забрать детей к себе в Россию. Помочь ей обещался Корней Чуковский, он помнил о том, что Максим Горький был в поисках помощника-секретаря. Горький был поражен деловыми качествами Марии и ее образованностью: она не только готова была вести всю его документацию и помогать составлять письма на русском, английском и немецком языках, но еще и охотно взяла на себя управление расходами по содержанию всего дома.

Со временем Максим Горький понял, что не только ценит Муру (как ее тогда называли), как образцового сотрудника, но и питает к ней самые светлые чувства. Это заметили и законная жена Горького Екатерина Пешкова, и фактическая жена Мария Андреева. Несмотря на то, что Горький был почти в два раза старше Марии, он полностью отдался этому чувству, понимал, что в его жизни эта любовь станет последней. И он действительно предугадал свой трагический финал…



Мария за свою жизнь сменила много фамилий. Еще одной стала - Будберг. Ее она взяла, выйдя замуж за эстонского барона. Брак был фиктивным, это был единственный способ для Муры повидаться с детьми. В Эстонию она отправилась в 1920 году, пыталась нелегально перейти границу зимой по Финскому заливу, но была схвачена полицией. Горький, узнав о произошедшем, похлопотал о том, чтобы Муру отпустили. Правда, ее тут же арестовали повторно по подозрению в шпионаже (в Таллине ей вспомнили любовные связи и с Горьким, и с Петерсом). Освободил ее адвокат, к которому за помощью обратился Максим Горький, имевший хорошие связи на Западе.

Несколько лет Мура прожила в Европе, здесь она дождалась переезда Горького, и вместе с ним поселилась в Сорренто, забыв о фиктивном муже. Несмотря на самые теплые чувства, которые Мура питала к советскому писателю, она по несколько раз в год навещала и бывшего любовника - Роберта Локкара. В Лондоне она делала остановку, когда ездила навещать детей в Эстонию. В 1925 году Мура решилась перевезти в Сорренто детей, Горький полюбил их всей душой. 

С Лондоном была связана и еще одна большая любовь Муры. После возвращения Горького в СССР, она переехала жить в Лондон. Это был 1933 год. Здесь она жила вместе с Гербертом Уэллсом. Их любовная история вспыхнула еще в 1920 году, познакомились они тогда еще в доме Горького. Уэллс, как и другие мужчины, ревновал возлюбленную, болезненно переживал ее измены (теперь она уже время от времени посещала Максима Горького) и отчаянно предлагал ей стать его женой. Впрочем, так делали все мужчины Муры.

Интересно, что Мура не предала никого из своих возлюбленных мужчин. За Уэллсом она ухаживала до самой его смерти, у нее на руках умер и Максим Горький. Кто знает, быть может, без спецслужб и тут не обошлось. Историки до сих пор не установили точно, кто виновен в отравлении Буревестника.

Марии Будберг не стало в ноябре 1974 года. В последние годы жизни она страдала от болезней, с трудом ходила, сказалось многолетнее злоупотребление алкоголем. В истории она осталась «железной женщиной», как называл ее Горький, или "красной Мата Хари, как ее окрестили на Западе. Незадолго до смерти уничтожила все свое эпистолярное наследие, не оставив потомкам ответов на многочисленные вопросы.

 

ЧтоГдеКогда
4 19 may 2017 (№28)
http://baki-baku.az

Hörümçək torunun özəlliyi nədir?

Hörümçəklər, müasir texnologiyanın da açıb aydınlaşdıra bilmədiyi inanılmaz canlılardır. Hörümçək torunun özəl xüsusiyyətləri olan möhkəmlik və elastikliyin insan əməyi ilə eyni formada təkrarlanması hələ də mümkün olmayıb. Bir polad teldən iki qat daha güclü olan bu toxunma tor nə qədər dartılsa da, yenidən orijinal vəziyyətinə dönəcək qədər elastikdir.

Hörümçək torları, ora yüksək sürətlə çırpılan obyektləri yırtılmadan dartılaraq tormozlayır. Dartılmadan sonra yenidən əks istiqamətə tam şəkildə qayıtmadığı üçün obyekt də tərs istiqamətə atılmır və torda yapışıb qalır. Hörümçək torunun elastiklik tutumu bu gün süni olaraq hazırlanmış ən keyfiyyətli telin dörd qatı qədər.

Bu maddəni süni olaraq əldə etməyi hələ də bacara bilməyən elm adamlarının hörümçək ferması qurub, onları sağaraq lif əldə edirlər. Boyu, təxminən 2,5 santimetr olan bu hörümçəklərdən gündə heyvan başına 320 metr (təxminən 3-5 qram) iplik əldə edilir. Ən maraqlısı isə budur ki, həmin ipliklər ABŞ ordusu üçün güllə keçirməz gödəkçələrin hazırlanmasında istifadə edilir.

Dünyada 34 min hörümçək növü təsbit edilmişdir. Yəni hər cins hörümçək fərqli xüsusiyyətlər daşıyır. Hörümçəklərin hamısında zəhər vəziləri var, amma çox az növü insana zərər verə bilər. Dünyanın ən böyük hörümçəyi isə Cənubi Amerikanın şimal hissəsində yaşayan 'Goliath Trantula' adlı nəhəng hörümçəkdir. Erkəyinin ayaq uzunluğu 25 santimetrə qədər çatır. Qurbağaları, kərtənkələni, siçanları və hətta kiçik ilanları da tutub yeyəcək qədər güclüdürlər.

Hörümçəklər, digər böcəklərdən fərqli olaraq səkkiz ayağa və səkkiz gözə sahibdirlər. Böyümə mərhələsində bir ayaqları qırılsa yerinə yenisi gələ bilər. Bədənləri iki hissədən ibarətdir. Lif ifrazı arxa hissəsindəki bezlərdə baş verir. Buradakı çox incə dəliklərdən maye və damlalar halında buraxılan tor məmulatı bayıra çıxan kimi donur.

Hörümçək torunun hər tərəfi yapışqan deyil. Ov tora düşənə qədər, yapışqan qisimindən xəbərdar olduqları üçün özləri də tora düşmədən onun yanına qədər gedirlər. Hörümçəklər torlarını məqsədlərinə görə fərqli şəkildə hörürlər. Tordakı ipliklərin də növüdə hörüldüyü yerə görə dəyişir. Torun sütun quruluşu, dairəvi qisimləri, ovu tutacaq qisimi – qısaca hər bir hissəsi ayrı-ayrı iplik növləri ilə hazırlanır.

Hörümçəklərin bir çox növündə erkək hörümçəklə müqayisədə 4 - 5 qat daha böyük olan dişinin, cütləşdikdən sonra erkək hörümçəyi yeməsi həqiqətdir. Lakin bu, erkəyin bir gecəlik zövq uğruna qatlanmalı olduğu tragik son deyil. Çünki nəsillərini davam etdirə bilmək, öz övladlarını çoxalda bilmək üçün onlar özlərini dişiyə qurban verməlidirlər.

Hazırladı: Məmməd Rauf

Yarasalar niyə qan əmir?

Çoxumuz bəlkə də həyatımızda heç vaxt yarasa görməmişik. Çünki yarasalar insanlardan uzaqlarda, əsasən mağara oyuqlarında yaşayar və gecənin zülmət qaranlığında ortaya çıxarlar. Yarasalar təbiətin xariqüladə varlıqlarından biridir. Onlar inanılmaz özəlliklərə və nümunəvi ictimai həmrəyliyə sahibdirlər.

Dünyada 900 fərqli yarasa cinsinin olduğu bilinir. Qan ilə bəslənmələri onları insanların gözündə vampir ilə eyniləşdirmiş, daim qorxu yaradan bir heyvan kimi tanıtmışdır. Halbuki yarasaların çoxu qan ilə bəslənmir. Zərərli böcəkləri yeməklə, hətta insanlığa faydaları toxunur. Alimlər deyir ki, bir yarasa bir saat içində 300 böcək yeyə bilir. Banan, avakodo kimi kommersiya dəyəri yüksək meyvə ağaclarının çoxalmaları üçün polenlerinin daşınmasında ən əhəmiyyətli rolu yarasalar oynayır.

İndi gələk yarasaların çaşdırıcı xüsusiyyətlərinə. İlk olaraq onu deyək ki, yarasa uça bilən yeganə məməli heyvandır. Saylarının çoxluğuna görə dünyada ikinci yerdədirlər. Dünyanın ən kiçik məməlisi də bir yarasa növüdür. Taylandda kəşf edilən bu kiçik yarasa 2-3 qram ağırlığında və bir çöl arısı böyüklüyündədir.

Yarasalar istiqaməti tapmaq və qidalanmaq üçün çox yüksək titrəyişli səs dalğaları yayırlar. Bu səs dalğalarının tezlikləri 20 mindən çox, yəni ultrasəs olduqları üçün insanlar bunları duya bilmir. Bu ultrasəs səslər yerdəki ovdan əks olunaraq yarasaya geri qayıdır. Eşitmə sistemi ilə bu geri gələn səsi qəbul edən yarasa ovunun olduğu yeri dəqiqliklə təyin edə bilir. Hətta davamlı göndərdiyi səs dalğaları sayəsində onun hərəkətini də izləyə bilir. Yarasaların bəzilərinin bir növ sonar olan bu sistemi o qədər inkişaf edib ki, dişini axtaran erkək qurbağaların səslərindən onların böyüklüklərini və yaxşı bir ov olub-olmadıqlarını da həmin an müəyyən edə bilirlər.

Yarasalar gecə ova çıxmaq üçün, ay varsa onun batmağını, yəni tam qaranlığı gözləyirlər. İsti qanlı məməli heyvanların qanları ilə bəslənən yarasalar, ümumiyyətlə atları inəklərdən üstün tuturlar. İfrazatında olan laxtalanmanın qarşısını alan maddə 20-30 dəqiqə qanın davamlı axmasına imkan verir və qidalanma reallaşır. Bir dəfə qanını əmdikleri heyvanla qarşılaşsalar, digərlərini qoyub yenə ona hücum edirlər.

Vampir yarasalar dalbadal iki gecə qan içmədikləri təqdirdə ölürlər. Hər gecə bədən tutumunun ən az yarısı qədər qan içmək məcburiyyətindədirlər. Doğumdan sonra ana, əmizdirmə ilə bərabər öz balasına qüvvətləndirmək üçün ona qusaraq qan verir. Bu yetərsiz olduğu təqdirdə başqa bir yarasa ona kömək edir. Hətta yetkin yarasaların, ölmək üzrə olan bir başqa yarasaya ağızdan qan verib onu ölümdən qurtardığı da elmə məlumdur. Bunlara əsasən deyə bilərik ki, ictimai həmrəyliyin bu qədər güclü olduğu canlı birliyi çox azdır.

Hazırladı: Məmməd Rauf

Söz
5 19 may 2017 (№28)
http://baki-baku.az

Bizə nə olub?...

Hər gün bir yerlərdə insanlar intihar edirlər. Bəzən günümüzə bu cür məlumatlarla  başlamalı oluruq. Nədən, nə səbəbə intihar edirik? Bizi buna vadar edən nədir? Sosial problemlərmi? Son intihar xəbərləri bunun əksini deyir. Belə ki, canına qıyanlar arasında hətta imkanlı şəxslər də var. Deməli səbəb sosial-maddi vəziyyətlə bağlı deyil.

İntiharların əsas səbəblərindən biri də insanlar arasındakı soyuq münasibətlərdir. Son zamanlar insanların biri-birilərinə qarşı olan laqeydliyi diqqət çəkəcək dərəcədə artmışdır. Laqeydlik, münasibətərin kəsilməsi, cəmiyyətdəki aqressiya insanları intihara sövq edir. Sevgi, mərhəmət hissləri közərir. Anlaşma olmayan yerdə ruh düşkünlüyü, həyata bezginlik kimi hallar meydana çıxır. Deməli hər hansısa bir ucqar kənddə baş verən intihar hadisəsində mənim də, sənin də günahımız var.

Niyə insanlardan qaçırıq?

Niyə insanlara qarşı laqeyidik?

Bəlkə dərdini, problemini zamanında dinləsəydik, o intihar etməzdi?! Bəlkə o, intihar etdiyi ana qədər bizi gözləyib, kömək – sadəcə dinləmək, təsəlli umub? Amma bu “bəlkə”lər heç kimi həyata qaytarmır. Biz intihar xəbərlərinə acımaqdansa, insanlara mənəvi dayaq durmalıyıq. Çünki hər zaman insanın maddi dəstəkdən çox mənəvi dayağa ehtiyacı olub. “O xəstədir, psixoloji problemləri var”, “Onun dərdi mənə qalıb?”, - deyə düşünərək insanları özümüzdən və ya özümüzü insanlardan uzaqlaşdırmayaq. Çünki cəmiyyətdə baş verən istənilən neqativ hallar, mənfi proseslər sənə də fərd olaraq təsirsiz ötüşmür.

Əgər kiminsə intihar etməyini istəmiriksə:

İnsanlara qarşı mənəvi dəstəyimizi əsirgəməyək.

İnsanlardan uzaqlaşmayaq.

İnsanların problemlərinə laqeyq olmayaq.

İnsanları sevək. İnsanlığı sevək nəhayət!

Bütün bunlara əməl etsək, “Biz niyə intihar edirik?” “Bizə nə olub” kimi suallarla başımızı yormayacağıq.

P. S İntiharla əlaqəli hisslər: Dərin kədər və ümidsizlik, nifrət, peşmançılıq, təhrikedici davranışlar.

Anar Məcidzadə,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Песня о Баку
6 19 may 2017 (№28)
http://baki-baku.az

"Бакинское метро" - VİDEO

 

Sərgi salonu
7 19 may 2017 (№28)
http://baki-baku.az

"The Third of May 1808" ("3 May 1808")

Portretləri ilə tanınan Goya'nın əsərlərində modern sənətin ilk addımları müşahidə olunur. Gənc yaşdan etibarən çəkdiyi rəsmlərlə yüksək səviyyədə təqdir edilən rəssam 40 yaşında Kral IV Carlos'sun əmri ilə fəaliyyətini sarayda davam etdirməyə başladı.

Cənubi İspaniyaya səfərləri zamanı yaşadığı narahatlıqlar səbəbilə eşitmə qabiliyyətini tamamilə itirdi. Bununla da xarakteri, qaraqabaq və içinə qapalı bir hal aldı. Tablolarında mənəvi böhran, zülm və daxili travma mövzularına daha çox müraciət etməyə başladı. Bu dönəmdə müşahidələri əsasında yaratdığı əsərləri daha çox rəğbət qazandı.

Fransız əsgərlərin İspaniyanı işğal etməsindən də təsirlənən Goya "3 May 1808" adlı tablosunda şiddətin və savaşın rəsmini yaratdı. Əsərdə bəyaz köynəkli bir ispanın fransızlar tərəfindən güllələnməsi səhnəsi yaradılıb. Yerdə qan içində yatan insanlar var... Goya bu əsəri, Madridin 1808-ci ildə fransızlar tərəfindən işğalı zamanı Napolyon'un əsgərlərinə müqavimət göstərən, amma çarəsiz qalan ispaniyalıların xatirəsinə həsr etdi. Tablo, qanlı bir savaşı rəsm edərək tarixi işıqlandırdığı üçün çox önəmlidir.

  • Əsərin müəllifi: İspan rəssam Francisco Goya (1746-1828);
  • Əsərin adı: "The Third of May 1808" ("3 May 1808");
  • Axını: Romantizm;
  • Əsərin hazırlanma tarixi: 1814-cü il;
  • Əsərin orijinalı: Kətan üzərində yağlı boya ilə çəkilib;
  • Əsərin ölçüsü: 268 x 347 sm.;
  • Digər önəmli əsərləri: Geyimli Maya, Çılpaq Maya, Madrid'də 2 May;
  • Təsirləndiyi sənətkarlar: Anton Raphael Mengs, Tiepolo;
  • Əsərin saxlandığı yer: Prado Milli Muzeyi, Madrid.

Hazırladı: Məmməd Rauf

Son səhifə
8 19 may 2017 (№28)
http://baki-baku.az

REDAKSİYA HEYƏTİ

Fəxri baş redaktor:

Nəsir İmanquliyev

Redaksiya heyəti:

Cahangir Məmmədli, professor
Nəsir Əhmədli, professor
Akif Rüstəmov, f.e.n
Zemfira Məhərrəmli, fəlsəfə doktoru
Firuz Mustafa, professor
Rustam Arifcanov (Rusiya)
Aleksandr Kuzminov (Rusiya)
Famil İsmailov (Böyük Britaniya)

Təsisçilər:

Rauf Ağayev, İlqar Həsənov

Məsul redaktor:

Məmməd Ağayev

e-mail: bakibaku.gazet@gmail.com
www.facebook.com/bakibakuaz/

Köhnə Bakı. Qırçılar

Köhnə Bakı. İdmançılar

bagla

A

A

A

A