Azərbaycanın bu ilk klassik – elektron qəzetini

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra onun yaratdığı “Bakı” və “Баку” gündəlik axşam qəzetlərinin redaktoru kimi rəhbərimiz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 25
25 avqust 2016
http://baki-baku.az

Mehriban xanım Əliyevanın ad gününü təbrik edirik

 

Portret
2 25 avqust 2016 (№25)
http://baki-baku.az

Mehriban Əliyeva qəlbinin siyasəti

Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.

Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir.

Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.

Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktı dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından “Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış “qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb. Bu, Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...

Bütün qəlbi ilə xalqla

Məşhurluq pop-ulduzların, aktyorların və siyasətçilərin çoxuna xas olan yetərincə geniş yayılmış fenomendir. Şərti reytinqlərdə mövqe uğrunda mübarizə heç kəsi təəccübləndirmir. Bu oyunun süni şəkildə şişirdildiyini hamı başa düşür. Xalq arasında populyar olmaq isə başqa məsələdir. Bu, ani konyunkturaların təsirinə uymayan tamamilə başqa materiyadır.

Nə üçün sadə azərbaycanlılar ölkənin birinci xanımını sevirlər? Onlar Mehriban Əliyevanın timsalında “yaxasını kənara çəkən” funksioner deyil, onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürlər. Maraqlı fakt: nisbətən kiçik ölkədə o, hər gün “yerlərdən” təqribən 300 məktub alır. Ona yazırlar, çünki bilirlər ki, müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilərlər. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Yəni o, necə deyərlər, göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir. Həm də bu, necə deyərlər, canlı töhfədir və buna görə də xalqın gözündə inzibati kommunikasiyaların standart “mexaniki” strukturlarından daha qiymətlidir, çünki xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. İnsanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır.

Özü də bu, elə bir haldır ki, xarizmatik və cazibədar şəxsiyyət yüksək dərəcədə ziyalılıq ilə vəhdət təşkil edir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə (o, İ.M.Seçenov adına Moskva Tibb İnstitutunu bitirib) Azərbaycanın sovet dövrü ziyalıları mühitindən çıxıb. İndi dünyada bu səviyyəli başqa birinci xanım çətin tapılar. Bu məziyyətlərə malik olan elita nümayəndələri adətən soyuqqanlı olur, xalqın problem və qayğılarını ürəklərinə yaxın buraxmamağa çalışırlar. Həqiqətən, çətindir, amma Mehriban Əliyeva başqasının dərdinə ürəkdən şərik olmağı bacarır. Bunu rola girməklə imitasiya etmək mümkün deyil. Onun təbiəti belədir.

Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin – Paşayevlər ilə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban xanımın babası, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev əslən İrandan idi. Anası Aida İmanquliyeva tanınmış ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Mehriban Əliyevanın həyat yoldaşının, indiki Prezident İlham Əliyevin atasının təqdimata ehtiyacı yoxdur: Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Bu fakt çox şeyə dəlalət edir...

Bu ailələr milli elitadır. Azərbaycanda onlarla səmimi qəlbdən fəxr edirlər. Özü də çox sadə bir səbəbdən - ölkəyə və xalqa görə məsuliyyət yükü real şəkildə onların çiynindədir. Onlar sınaqların və itkilərin ağrı-acısının nə demək olduğunu bilirlər. Çox vaxt görürsən ki, naz-nemətin çoxluğu elitanı zəiflədir. Bu ailələr isə, əksinə, şəxsi enerjiləri ilə islahatları sürətləndirir və stimullaşdırırlar. Heç şübhəsiz, söhbət müasir Azərbaycan tarixinin passionar şəxsiyyətlərindən gedir.

Dünya siyasəti kontekstində

Mehriban Əliyeva Azərbaycanın və postsovet məkanının ayrılıqda götürülən tarixi baxımından müstəsna, amma qlobal proseslər baxımından obyektiv qanunauyğun fenomendir. Söhbət son 50 ildə qadınların siyasətdə rolunun artmasından gedir. Bu prosesin başlanğıcını Sirimavo Bandaranaike qoyub. O, 1960-cı il iyulun 21-də Şri-Lankada dünyada ilk qadın Baş nazir olub. Onun rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub. Sonra o, daha iki dəfə Baş nazir seçilib.

Qadınların siyasətə gəlişi nəticəsində Asiyada və bütövlükdə dünyada çoxsaylı maraqlı və mütərəqqi dəyişikliklər baş verib: Hindistanın Baş naziri İndira Qandi; ən yeni tarixdə müsəlman əhalinin üstünlük təşkil etdiyi bir ölkədə - Pakistanda ilk qadın hökumət başçısı Binəzir Bhutto; Filippində Asiyada ilk qadın prezident Kori Akino. Yəni, Asiya qitəsində siyasətin feminizasiyası məlum prosesdir.

Mehriban Əliyevanın adı, şübhəsiz ki, bundan sonra da müasir dünyanın görkəmli lider qadınları sırasında olacaq. Özü də taleyin ona nə kimi gələcək hazırlamasından asılı olmayaraq. Kim bilir, bəlkə o, ölkəsində “şaquli” siyasi xətt boyunca yüksələcək, bəlkə də “üfüqi” sosial-humanitar layihələrin sayı artdıqca onun rolu da güclənəcək. İstənilən halda o, Azərbaycanın yetkin qeyri-rəsmi lideridir.

Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq təmir edilir.

Azərbaycanın öz üzərinə götürdüyü sivilizasiyalararası körpü rolu o qədər də sadə məsələ deyil. Baxın, tarixən mədəniyyətlərin və sivilizasiyaların “qovuşduğu yer” kimi inkişaf edən bir regionda – Yaxın Şərqdə indi nələr baş verir. Praktiki olaraq Yaxın Şərqin heç bir yerində uzunmüddətli sülh yaratmaq mümkün olmur. Azərbaycan tamamilə başqa nümunədir. O göstərir ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin platformaları arasındakı sərhəddə əmin-amanlıq hökm sürə bilər.

Prezidentin yanında

Ənənələrin əhəmiyyətli rol oynadığı hər hansı digər ölkə kimi, Azərbaycan da liderin, prezidentin siyasi zirvədə nə kimi rol oynamasından asılıdır. Prezident İlham Əliyevin sərt və prinsipial siyasi xətti Azərbaycanın modernləşməsinin şəksiz xeyrindədir. Onun siyasəti elitanı stimullaşdırır, onu daim sərvaxt saxlayır. Belə olan halda birinci xanımın rolu nədən ibarətdir?

Onun rolu Prezidentin xanımı rolu barədə adi təsəvvürlərdən xeyli yüksəkdir. Demokratiyanın Azərbaycan modelinin indiki mərhələdə inkişafı Prezidentin yanında kimin olmasından, onun komandasının şəxsən kimlərdən ibarət olmasından və ömür-gün yoldaşı Mehriban xanım kimi ən yaxın adamlarından asılıdır. O, İlham Əliyevin sərtliyini müəyyən mənada yumşaldır və eyni zamanda, sosial sahədə ölkə üçün “riskli” görünən maraqlı layihələrin həyata keçirilməsi baxımından onun hakimiyyətini gücləndirir, eləcə də iqtidarla cəmiyyətin birbaşa əlaqəsini emosional cəhətdən dolğunlaşdırır.

Nəzərə almaq lazımdır ki, o, ölkəsinin siyasi meydanında formal statusuna görə də yetərincə nüfuzlu simadır, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Tezliklə - noyabrın 1-də ölkə parlamentinə seçkilər keçiriləcək. Hakim partiya bu seçkilərdə cəmiyyətin arzu və istəklərinə cavab vermək bacarığını sübut etməlidir. Aydın məsələdir ki, “iqtidar partiyası” Azərbaycan cəmiyyətinin ölkənin birinci xanımına bəslədiyi məhəbbət və etimaddan da güc alır.

Fikrimizi bu sözlərlə tamamlayaq: əgər Azərbaycanı başa düşmək, bu ölkəni duymaq istəyirsinizsə, onda Mehriban xanım kimi bir şəxsiyyətdən yan keçmək olmaz. Onun yeri icra hakimiyyətinin formal strukturundan kənardadır, amma İlham Əliyev hakimiyyətinin amili kimi adı böyük hərflərlə yazılan siyasətdədir. Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında onun rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz. Cəsarətlə deyə bilərik ki, o, Azərbaycanın tarixində daim yaşayacaq.

Aleksandr Karavayev,
Politoloq, “EkonomiksBeynəlxalq
Araşdırmalar Birliyinin (Azərbaycan)
Rusiyadaki nümayəndəsi

pnp.ru
russia-today.ru

Xarici mətbuatda
3 25 avqust 2016 (№25)
http://baki-baku.az

Mərakeş qəzetində Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub

Mərakeşin ərəbdilli “əl-İslah və ət-Tənmiyə” qəzetinin 5 avqust tarixli nömrəsində “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Azərbaycan cəmiyyətindəki rolu” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Mehriban Əliyevanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə, eləcə də mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə isə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görüldüyü diqqətə çatdırılır.

Müəllif Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və bir sıra İslam ölkələrində sosial, mədəni layihələrə böyük töhfə verdiyini qeyd edir. Məhz Fondun dəstəyi ilə Azərbaycanda müasir məktəblərin inşa edildiyini, həmin məktəblərin bütün avadanlıqlarla təchiz olunduğunu, ən son standartlara cavab verən yeni tədris metodunun tətbiq edildiyini bildirir.

Məqalədə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış Mehriban Əliyevanın o dövrdən məhz bu nəcib missiyanı həyata keçirməyi qarşıya məqsəd qoyduğu, yüksək təşəbbüskarlığı, ictimai fəallığı və idarəçilik keyfiyyətləri ilə Azərbaycan milli mədəniyyətinin böhrandan qurtulmasına və inkişafına öz töhfəsini verdiyi qeyd edilir. Qədim ənənələrə malik Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması və dünya miqyasında təbliğ olunması məqsədi ilə görülən digər işlər diqqətə çatdırılır. Eyni zamanda, Heydər Əliyev Fondunun insanların problemləri ilə yaxından maraqlandığı, erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanır.

Müəllif Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə qəbul olunan amnistiya aktlarının cəmiyyətdə böyük rəğbətlə qarşılandığını qeyd edir. Geniş ictimai dəstək alan bu amnistiya aktlarının böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etdiyi bildirilir.

Məqalədə ötən dövrdə görülmüş işlər nəticəsində Fondun xətti ilə yüzlərlə orta məktəbin tikildiyi, bununla yanaşı, “Təhsilə dəstək” layihəsinin uğurla həyata keçirildiyi, bu layihə çərçivəsində Heydər Əliyev Fondunun Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirdiyi, Bakıda Fransız Liseyinin fəaliyyətə başladığı, internat və uşaq bağçalarının lazımi avadanlıqlarla təchiz olunduğu diqqətə çatdırılır. Fondun səhiyyə sahəsində də misilsiz işlər gördüyü, paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım etdiyi, Bakıda müasir Talassemiya Mərkəzini inşa etdirdiyi vurğulanır.

Müəllif, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin və sivilizasiyasının ölkə xaricində tanıdılması istiqamətindəki fəaliyyətinə toxunur, Fondun Azərbaycan musiqisi və muğamı ilə bağlı festivalların, sərgilərin, azərbaycanlı şair və ədiblərin bədii yaradıcılıq gecələrinin təşkili ilə bağlı yorulmaz səylər göstərdiyini qeyd edir.

Məqalədə Mehriban Əliyevanın 2009-cu ildə Heydər Əliyev Mükafatı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, 2010-cu ildə Fransanın “Şərəf Legionu”, 2015-ci ildə Pakistanın “Hilal-e-Pakistan” ordenləri ilə təltif olunduğu oxucuların diqqətinə çatdırılır.

Mənbə: http://www.mehriban-aliyeva.az/internationalpress

Elm
4 25 avqust 2016 (№25)
http://baki-baku.az

Əmin ər-Reyhani yaradıcılığı Aida xanım İmanquliyevanın təqdimatında

XX əsrin 70-ci illərindən etibarən Əmin ər-Reyhani yaradıcılığı Bakıda əhatəli araşdırmaya cəlb olunmuşdur. Ərəb məhcər ədəbiyyatının bu fenomen nümayəndəsinin Azərbaycanda ilkin tədqiqatçısı Azərbaycan şərqşünaslığının parlaq simalarından biri, görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva olmuşdur. Öz elmi fəaliyyətini ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edən Aida xanım İmanquliyeva hələ Əmin ər-Reyhaniyə qədər bu ədəbi məktəbin iki nəhəng nümayəndəsi–Mixail Nuaymə və Cübran Xəlil Cübranın həyat və ədəbi fəaliyyəti barədə müfəssəl elmi tədqiqat işi aparmış və elmi ictimaiyyətə “Cübran Xəlil Cübran”,“Qələmlər birliyi” və Mixail Nuaymə” kimi dəyərli əsərlərini təqdim etmişdir.

A.İmanquliyevanın üçüncü monoqrafiyası onun ötən əsrin 90-cı illərində müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Bu əsər ilk dəfə 1991-ci ildə Bakıda rus dilində , 2003-cü ildə  Azərbaycan dilində, 2006-cı ildə ərəb dilində və 2007-ci ildə türk dilində  çapdan çıxmışdır. Monoqrafiyanın “Əmin ər-Reyhani və ərəb romantizminin təşəkkülündə onun rolu” adlı III fəslində ümumən ərəb romantizmi görkəmli ədibin yaradıcılığından gətirilən nümunələr fonunda araşdırılaraq təhlil olunmuşdur. Əmin ər-Reyhani ərəb məhcər ədəbiyyatının korifeyləri arasında Ərəb Şərqi ilə mütəmadi olaraq maraqlanan, onun gələcəyi barədə daha çox narahat olan bir mütəfəkkir idi. Məhz bu səbəbdən də A.İmanquliyeva hələ ötən əsrin 70-80-ci illərində bu ədib haqqında müfəssəl tədqiqat işləri aparmış, ər-Reyhani ilə bağlı qəzet, jurnal və müxtəlif məcmuələrdə Azərbaycan və rus dillərində məqalələr çap etdirmişdir. Bundan əlavə, o, Əmin ər-Reyhaninin “Hərəmxana divarlarından kənarda və ya Cihan” adlı povesti və onun kiçik nəsr janrlarında” adlı məqaləsində Qərb romantizminin təsirinin necə əks olunduğunu real faktlar əsasında tədqiq etmişdir.

Kim idi Əmin ər-Reyhani?

Əmin ər-Reyhani ibn Faris 1876-cı il noyabr ayının 24-də Livanın Fureykə kəndində anadan olmuşdur. Livanın şimalında yerləşən bu dağ kəndində əhalinin böyük əksəriyyəti xristian ərəblərdən ibarət idi. Kəndin əhalisinin əksəriyyəti xristianlığın maronit məzhəbinə mənsub idi və orada xristian dininin qayda-qanunları, xaçpərəst ayinləri hökmran idi. Ona görə də Əminin dindar anası uşağının daim xristian dininin təsiri altında tərbiyə olunmasına üstünlük verirdi. Əminin 10 yaşı olanda atası onu Fureykə kəndində mövcud olan bir fransız missioner məktəbinə qoyur. Əmin burada fransız dilini və ədəbiyyatını öyrənir. O, ərəb dilində yazıb oxuya bilmirdi. Əmin ər-Reyhani “Ərəb hökmdarları” adlı səyahət əsərinə yazdığı müqəddimədə göstərir ki, XIX əsrin sonlarında Livandakı ağır iqtisadi durum, onların ailələrinin üzləşdiyi maddi ehtiyac onun atasını və əmisini çörək dalınca qürbətə gedən digər həmyerliləri kimi, ABŞ-a üz tutmağa məcbur edir. Onlar on iki yaşlı Əmini də özləri ilə okeanın o tayına aparırlar. Atası və əmisinin Nyu-York şəhərində açdıqları balaca bir ticarət köşkündə Əmin onlara kömək edir, çox böyük ciddi-cəhdlə ingilis dilini, ingilis və Amerika ədəbiyyatını öyrənməyə başlayır. Gənc oğlan qazandığı pullara ingilis və fransız dillərində kitablar alır, mütaliəyə dərin maraq göstərir. O, fransız yazıçılarından Huqo, Volter və Russonun, ingilis yazıçılarından Bayron və Şekspirin əsərlərini mütaliə edir. Hətta on yeddi yaşına çatanda səyyar bir teatr truppasında Şekspirin əsərləri əsasında hazırlanmış tamaşalarda təlxək obrazını məharətlə ifa etmişdir. Əmin ər-Reyhani həmin dövrdə Amerika transsendentalistləri R.U. Emerson və H.Toro, ingilis romantikləri T.Karleyl və Reskinin əsərləri ilə yaxından tanış olur və bu əsərlər sanki onun varlığına hakim kəsilərək, ona kimliyini başa salır. Əmin ər-Reyhani 1897-ci ildə ali təhsil alıb hüquqşünas olmaq üçün Kolumbiya universitetinin hüquq fakültəsinə daxil olur və bir il orada oxuyur. Lakin bir ildən sonra o, naməlum səbəb üzündən universiteti tərk edərək geriyə, öz ölkəsinə qayıdır. Burada o, ərəb dili və ədəbiyyatı ilə çox ciddi şəkildə məşğul olmağa başlayır və eyni zamanda ingilis dilindən dərs deməklə özünün gündəlik dolanışıq xərclərini çıxarır. Livanda olduğu bir il ərzində ərəb dilini mükəmməl öyrənən Əmin ər-Reyhani ərəb ədəbiyyatı klassiklərinin əsərlərini dərindən mütaliə edir. Ərəb dilini öyrəndikdən sonra Əmin ər-Reyhani əl-Kisainin, Sibaveyhinin əsərlərini, Əbul Əla əl-Məərrinin “Luzum mə lə yəlzəm” ( “Luzumiyyat ”) əsərini dönə-dönə oxuyur və özünün belə müdrik mütəfəkkirləri, qüdrətli şairləri dünyaya bəxş edən bir xalqın oğlu olması ilə fəxr etməyə başlayır. Əmin ər-Reyhani Amerikada qərar tuta bilmir. Ona görə də o, tez-tez Livana qayıdır. Ədib öz fəaliyyətində Nyu-Yorku tez-tez tərk etməsinin səbəbini Şərqə olan marağı ilə izah edir. Ərəb Şərqində baş qaldıran oyanış və dirçəliş sədaları Əmin ər-Reyhanini ürəkdən sevindirirdi. Görkəmli rus şərqşünası akademik İ.Y.Kraçkovski Əmin ər-Reyhani barəsində yazdığı oçerkdə göstərir ki, Livanlı ədib 1908-ci il gənc türklər inqilabı ərəfəsində öz yazılarında və çıxışlarında insan amilini, insan şəxsiyyətini təkamülə səsləyirdi . Əmin ər-Reyhani o dövrdə Livanda və Suriyada bu inqilabla bağlı çoxlu məqalalər çap etdirmiş və yığıncaqların ən populyar natiqlərindən biri olmuşdur. Əmin ər-Reyhani 1911-ci ildə yenidən NyuYorka qayıdır. Lakin 3 il sonra yenidən ərəb ölkələrinə səyahətə çıxmaq qərarına gəlir. Fəqət həmin vaxt artıq dünya ölkələrini, o cümlədən ərəb ölkələrini də Osmanlı imperiyasının tərkibində ağuşuna alan I Dünya müharibəsi ona bu arzusunu həyata keçirməyə imkan vermir. Ölkəsini bürüyən aclıq, xəstəlik, yoxsulluq, amansız epidemiyanın on minlərlə insanın həyatına son qoyması xəbərləri onun milli ruhunu narahat etdiyindən mühacirətdə yaşayan digər həmvətənləri ilə birlikdə “Suriya və Livanın azadlığı uğrunda” bir cəmiyyət yaradır. Bu cəmiyyət vasitəsilə onlar aclıq və səfalətlə qarşılaşmış Livana ianə toplayırlar. Əmin ər-Reyhani hətta bütün Amerikada yaşayan suriyalıları bir-iki gün ac qalmağa və yığılan məbləği Livana yardım fonduna keçirməyə çağırır. . Reyhani 1922-ci ildə Amerikanı birdəfəlik tərk edir və bir il ərzində ərəb ölkələrini gəzib dolaşır. Həmin illəri onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Beləki, ədibin ikicildlik “Muluk əl-arab” və “Qalbu Lubnan”əsərlərinin yazılıb nəşr olunması məhz həmin illərə təsadüf etmişdir. Lakin xəstəlik onu yavaş-yavaş üstələyirdi. Bununla belə 1936-1939-cu illərdə o, Livanın bütün bölgələrini piyada və at belində gəzir. Əmin ər-Reyhani 1940-cı il sentyabrın 13-də vəfat edir. Onun bütün ədəbi irsi kiçik qardaşı Albert ər-Reyhaninin sərəncamına keçir. O da öz növbəsində Livanın Fureykə kəndində qardaşının ev muzeyini yaradaraq onun bütün əsərlərini orada cəmləşdirir.

F.Məcidova,
filologiya üzrə fəlsəfə doktoru

Bizim foto
5 25 avqust 2016 (№25)
http://baki-baku.az

Daş nağılı

 

 

Lira
6 25 avqust 2016 (№25)
http://baki-baku.az

Musiqisi Cəfər Cabbarlınındır

Cəfər Cabbarlı musiqi vurğunu olmuş, xalq mahnılarını çox sevmişdir. Yəqin buna görədir ki, ədib öz pyeslərinin bəzilərinə özü bir neçə musiqi əsəri bəstələmişdir.

Cabbarlının həyat yoldaşı Sona xanım öz xatirələrində yazırdı:

"Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı zümzümə edər, pianoda çalardı. Sonra pyesi yazmağa başlayardı. Məsələn, "Od gəlini"ndə Solmazın "Mən bir solmaz yarpağam ki", "1905-ci ildə" əsərində Sonanın "Azad bir quşdum", "Almas"da Yaxşının "Gərək günəş dağları aşıb sönməyəydi", "Yaşar"da Yaqutun "Sənin dərdindən" mahnıları belə yaranmışdır.

"Sevil"i yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyurdu:

Sənə nə olub, zalım yar?
Qadan-balan alım, yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.

O, işdən gələndə, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə ona dedim: bir mahnını oxuyarlar bir dəfə, üç dəfə, yoxsa səhər- axşam, axşam- səhər dilindən düşmür, bu nədir? Cəfər dedi: "Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnıllarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir"... Amma nədən, nə mövzuda əsər yazacağını bildirmədi."

Görkəmli səhnə ustası Süleyman Tağızadənin Cəfər Cabbarlı haqqındakı xatirələrinə nəzər salaq:

"Heç yadımdan çıxmaz. 1931-ci il idi. Teatr Texnikumuunu yenicə bitirmişdim. Məni indiki Azərbaycan Dövlət Akademik Dram Teatrına aktyor təyin etmişdilər. Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzişirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:

- Yoldaş Tağızadə, tar çalmaq bilirsinizmi? - deyə soruşdu.

- Xeyr, bilmirəm.

- Çox təəssüf, - deyə o, məndən ayrılıb pillələrlə yuxarı çıxmağa başladı.

Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün Cəfər Cabbarlının kabinetinə gedib soruşdum:

- Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.

- Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çalmaq bilmirsən.

- Cəfər qardaş, məktəbi yenicə qurtarıb gəlmişəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.

Cəfər bir söz demədi. Saat üçdə, məşqi qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi:

- Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır.

Getdim. Cəfər bir söz demədən ayağa durdu və:

- Gedək!- dedi.

- İndiki Sabir bağının yanındakı meydanda musiqi alətləri satılan mağaza var idi. Mağazaya girdik. Satıcı Cəfəri tanıdı və:

- Cəfər yoldaş, nə istəyirsiniz? - deyə soruşdu.

- Mənə bir yaxşı tar ver!

Satıcı bir tar gətirib Cəfərə uzatdı.

Cəfər tarın simlərini mızrabla cingildətdikdən sonra kassaya yaxınlaşıb tarın pulunu verdi və tarı alıb, mənə uzatdı. "Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır", - deyə düşündüm.

Biz mağazadan çıxıb yolumuza davam etdik. İndiki Azərbaycan Dövlət Universitetinin qabağında 2 nömrəli tramvay dayanacağı var idi. Cəfər mənimlə xudahafisləşib tramvaya doğru yönəldi.

- Cəfər qardaş, tarınız qaldı, - deyə onu səslədim.

Cəfər qayıtdı.

- Deyirdiniz ki, tarım yoxdur, tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə deyərlər, bu meydan, bu da şeytan. İndi öyrən, - deyə o, ikinci dəfə xudahafisləşib, məndən ayrıldı.

Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, digər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrənməyə başladım. Bir neçə vaxtdan sonra teatrda Cəfər Cabbarlıya dedim:

- Cəfər qardaş, mən bir qədər öyrənmişəm. Əsərdə çalacağım havanı bilsəydim, pis olmazdı.

O, Əfrasiyab Bədəlbəyliyə zəng etdi və dedi ki:

- Sabah saat üçdə teatrda, mənim yanımda olarsan.

Ertəsi gün saat üçdə Əfrasiyab, mən və Cəfər Cabbarlı bir yerə toplaşdıq. Cəfər Əfrasiyaba dedi:

- "Azad bir quşdum" mahnısını Tağızadəyə öyrətmək lazımdır.

Cəfər mahnının havasını zümzümə edib, notu yazmağı Əfrasiyab Bədəlbəyliyə tapşırdı.
Bir müddət bu havanın üzərində işlədim və nəhayət Cəfərin istədiyi kimi çalmağa müvəffəq oldum. Əsər meydana çıxdı. Cəfərin yazdığı bu mahnı "1905-ci ildə" əsərində Baxşının tarda çaldığı “Azad bir quşdum” mahnısı idi."

Uzun müddət Azərbaycan Dram Teatrında işləmiş tanınmış teatr xadimi rejissor A.A. Tuqanovun Cabbarlı haqqında yazdığı xatirələrdə dramaturqun “Dönüş” əsərində Turacın mahnısınınn, V. Şekspirin “Hamlet” faciəsində (tərcümə C. Cabbarlınındır) marşların musiqisinin Cabbarlıya aid olması qeyd olunaraq həmin mahnıların nota salınmaması və ya notların itməsi barədə təəssüflə məlumat verilir.

Баку и бакинцы
7 25 avqust 2016 (№25)
http://baki-baku.az

Бакинские бани

С незапамятных времен в каждой махалля исторической части Баку — Ичеришехер была своя баня: от однокупольной до увенчанной двенадцатью куполами, выбирай, какая душе угодно. Однако люди не ходили мыться в чужую махалля. Каждая семья от мала до велика пользовалась исключительно "своей" баней. Так и росли, взрослели люди, строго соблюдая порядок омовений — еженедельных (хафта), ритуальных (ваджибат, джанабет) да и вообще перед важными событиями в жизни.

Еженедельные посещения бань — хафта были обязательны для всех членов семьи. Мальчики ходили с отцами в мужскую, а девочки с матерями — в женскую. Бывало, мальчика трех-четырех лет брала с собой в баню мать. Тогда одна из кумушек с острым язычком громко спрашивала возраст ребенка. И если мальчик, прибавляя себе годы, говорил, что ему больше четырех, она в шутку удивлялась, почему же он и отца не привел, навсегда "отрезая" ему путь в женскую баню.

Вещи в баню укладывались особым порядком. Здесь было все. Для мужчин — и нюхательный табак, и плошка для хны, накладываемой на усы и бороду, и красное покрывало фите, и сменная одежда, и киса, и пемза, и гребень для бороды. Лишь режущих предметов не брали с собой — ни ножниц, ни бритвы… Потому что стричь ногти в бане считалось неприличным. Не брали и вещей, издающих дурной запах. Напротив, ароматических веществ — мускуса, духов, масел, придающих мягкость коже, не жалели даже старики с давно увядшей кожей. Все это можно увидеть в Государственном музее искусств Азербайджана. В экспозиции представлены даже сатылы с запирающимися крышками. Туда женщины укладывали свои драгоценности, запирали их и сдавали банщице. Эти медные сосуды, украшенные строками из стихов восточных поэтов, орнаментом набати, даже сценами из "Лейли и Меджнуна", изображенными на стенках, были настоящими произведениями искусства.

Собираясь в баню, женщины надевали самое красивое платье, брали с собой все свои драгоценности, ведь она была местом встреч для тех, чья жизнь протекала в четырех стенах, а здесь можно было поболтать, посоветоваться, посплетничать, что называется, на других посмотреть и себя показать. Одна хотела позлить подруг своими украшениями, другая — узнать новости. Словом, главные женские вопросы решались в бане. И подземные реки женских хитростей смешивались с банной водой.

Очень важными омовениями были ваджибат и джанабет. Ваджибат совершался членами семьи, в которой кто-то умер вдали от дома. После похорон покойного они обязательно должны были искупаться, а потом совершить акт печали. То есть после купания каждый должен был бросить черпак воды сначала через правое, затем через левое плечо, и третий черпак — над головой, затем следовало прочитать молитву печали.

Девушки и женщины ежемесячно совершали и джанабет, дабы очиститься от природной скверны, либо же после близости с мужем, мужчины — после близости с женой. При этом они молились, сообщая о причине омовения. То есть, сообщив сначала о причинах, завершали молитвой Аллаху.

Уже говорилось, что была обязательной традиция пользоваться исключительно своей баней. Если же самая старшая из какой-то семьи появлялась в бане чужой махалля, всем становилось ясно, что она пришла выбрать девушку для сына. И тогда тут начинался переполох… Каждая считала своим долгом полить гостье голову хоть одним тазиком воды. Вот с каких пор повелось скреплять дружбу банной водой.

А уж омовение невесты — это целый обряд. Сопровождающие покрывали ей руки и ступни хной. Одна из подружек заводила:

Да помажу я руки твои хной,
Да принесу я у ног твоих жертву.
Украшенная родинками,
Стройная на загляденье!
Возьми хну, невеста,
Помажь хну, невеста!
Да будет здоров твой любимый, невеста!
Да будет бело твое лицо, невеста!
А остальные подхватывали припев:
Ах, украшенная родинками невеста,
Ах, уста сладки, как мед, невеста!

Далее за дело бралась мешшате — женщина, украшающая невесту перед проводами ее в дом жениха. Ее еще называли — главная украшающая.

Мешшате, сделав все необходимое c помощью притираний, разведенных на козьем сале, завершала свою работу уже в доме невесты.

Не менее пышным было и омовение жениха, как говорится, дай бог всем холостякам. Любящие похолить свое тело мужчины, обернувшись красным покрывалом — фите от груди до колен, отправлялись в парную. Из парной — в бассейн, из бассейна — опять в парную, а потом попадали в руки терщика, который растирал и разминал каждую их клеточку. А тут еще поспевала церемония со сваренным в молоке чаем, поджаренным горохом, хурмой, пахлавой, после чего сладко засыпали. Бывало, что и измученный банщик, выбившись из сил, засыпал рядом с клиентами.

Омовения и жениха, и невесты оплачивал жених. Еще и банщикам раздавались подарки. Для большей радости в баню приглашали и музыкантов. И как бы близко ни была расположена она от дома, возвращались на фаэтонах, обязательно немного поколесив по улицам, чтобы отдышаться, порадовать друзей и позлить недругов.

woman-az.ru

Evterpa
8 25 avqust 2016 (№25)
http://baki-baku.az

Məmməd İsmayıl

Bizim aramızda davaydı düşən

       Bir arzu var idi gedib çatmağa,
       fikirdə aradım, mənada gəzdim.
       Ata oğul istər yurd qaraltmağa,
       Düşüb ömrü boyu mən ata gəzdim…

       Solsa, birdəfəlik solmur ki, solan,
       Bir gün boşalanlar dolmaq istəyir.
       Bir dəfə olmur ki, bir dəfə olan
       Qayıdıb bir daha olmaq istəyir.

       Bu qədər insafsız olarmı günah,
       Zəmanə bu qədər qədirbilməzmi?
       Yetimlik nə imiş mən bildim, Allah,
       Oğul atasızlıq nədir, bilməzmi?

       Bir ömür bəsimdi verdiyin bu qəm,
       Vermə, sənə qalsın, – dedim, – qalanlar.

Atasız nə çəkdim bir mən bilirəm,
Nə çəkər atalı yetim qalanlar?

Sən yoxsan, mən isə yoxla görüşən,
Atam, qənim mənəm, qənim arama.
Bizim aramıza davaydı düşən,
Nə düşüb nəvənlə mənim arama?

Gününü günəşə borcludu kölgə,
Kölgəlik bəxtdisə, bəxtdən qaçılmaz.
Oğul atasının sirridi bəlkə,
Allah istəməsə o sirr açılmaz.

Açılar illərin açdığı ara,
Taleyin əlləri saxta pul kəsər.
Mən ata gəzərəm düşüb yollara,
Hardasa məni də bir oğul gəzər…

Баку в стихах воспетый...

Роберт Рождественский:

Если ты Баку не видел

Если ты Баку не видел...
Мне сказал один приятель:
"Ты, старик, наверно, спятил!
Я понять твоих симпатий, -
извиняюсь - не могу.
Ты же сожаления стоишь, -
Что ты бредишь? Что ты стонешь?
Что, как проклятый долдонишь
про Баку,
Баку,
Баку?"
Он сказал мне:
"Я зимою искупался в Красном море,
ел в Японии лимоны,
жил на рейнском берегу.
Был на юге, на востоке, -
то немного, то подолгу,
так что мне смешны восторги
про Баку,
Баку,
Баку..."
Я приятелю ответил:

"Что, поездив по планете,
Ты узнал дородный ветер,
видел это, видел то ...
Но зачем себя обидел?
Ты ж еще Баку
не видел!
Если ты Баку не видел, -
Что тогда ты видел?
                                                                                                         Что?

 

Николай Тихонов:

Баку

Дороги твои, словно косы любимой,
И манят, в рассветы уводят они.
На Девичьей Башне - как свечи столетий -
Горят надо мною ночные огни.

Небо в зареве, жаром огней раскаленное,
Очень близко - совсем у окна моего ...
То ли древнее празднество огнепоклонников,
То ли факельное торжество?

 

Шухрат:

Баку

Утопаешь в объятиях цветущих садов,
Город нефти Баку, город буйных ветров.
Вдоль Хазара раскинулся ты широко,
Не объять тебя взглядом, пройти не легко.
Окружен ты холмов невысокой грядой,
К берегам твоим ластиться Каспий волной.
Лес из вышек густой, словно чудо, возник -
Не иссякнет вовек этот нефти родник.

 

Судисман:

Солнечный Баку

Я тебя увидел на рассвете,
Город черной нефти и садов.
В небе гнал на юг табунщик-ветер
Табуны гривастых облаков.

Ветер пел и я в ответ, как другу,
Начал петь о городе Баку,
О котором от певцов ашугов
Много слышал на своем веку.

Тронув струны, пел я вдохновенно,
А вдали о скалы бился вал -
То, вскипая белоснежной пеной,
Неумолчный Каспий бушевал. 

 

Сергей Есенин:

* * *

Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь больней и ближе,
И чувствую сильней простое слово: друг.

Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.

Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму...
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.

SintezFoto
9 25 avqust 2016 (№25)
http://baki-baku.az

Bakı zamanların sintezində – FOTO

Xatirələr
10 25 avqust 2016 (№25)
http://baki-baku.az

Keçmişi vərəqlərkən...

Sabit Rəhman

“Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.

Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik. Xeyli danışıb güldükdən sonra Müşfiq əlini cibinə atıb ortadan bükdüyü bir kağızı çıxarardı.

Köhnə əlifba ilə gözəl, xırda xətti vardı. Titrək, həyəcanlı səslə şeirini oxuyardı. Əslində əlində tutduğu kağız yalnız ehtiyat üçün idi. Müşfiq əsərlərini əzbər bilərdi və mətnə baxmadan oxuyardı, elə də rəvan, gözəl, mənalı oxuyardı ki, dinləyicini özünə valeh edərdi.

O vaxt Müşfiqin 23-24 yaşı olardı (məndən bir yaş böyük idi). Özü danışardı ki, şeir yazmağa lap kiçik yaşlarından başlamışdır. Yetim böyüməsinə, küçələrdə iris, tum satmaqla dolanmasına baxmayaraq, şeir oxumağa və yazmağa da imkan tapırmış.

O vaxtlar "Eynim" markalı iris vardı. Müşfiq danışardı ki, bu irisdən satanda tində dayanıb bu cür səsləyirmiş: "Eynim iris eynim a, alan yoxdur, neynim a!..". Onun uşaqlığından söz düşdüyü üçün özünün danışdığı iki kiçik hadisəni nəql etmək istəyirəm. Müşfiqin alt dodağı qalın idi, bu, uşaqlıqda daha çox hiss olunurmuş. Bir gün, - deyirdi – tum satdığım zaman iki qız mənə baxıb dayandı, biri o birisinə dedi: 

- Bax gör oğlanın alt dodağı necə sallanıb.

Mən, - deyir – tez cavab verdim:

- Məndən tum alın, dodağımı yığım.

Sonra yenə danışırdı ki, bir arvad məni yanındakı arvadlara göstərib dedi:

- Az, az, oğlanın dodağına bax ey...

Mən – deyir, - tez cavab verdim:

- Dodağım xoşuna gəlmir, qızını vermə.

Bizim tez-tez görüşdüyümüz illər, Mikayıl hələ çox sevdiyi Dilbərini tapmamışdı. Sevgi dəryasında üzür, ancaq hara üzdüyünü, necə üzdüyünü bilmirdi. Rast gəldiyi, tanış olduğu gənc gözəl bir qıza platonik məhəbbət bağlayırdı. Onun xəbəri olmadan həyəcan keçirirdi. "Hicran atəşinə" yanırdı və bu proses mütləq yeni lirik şeirlərin meydana çıxması ilə bitirdi. Ürəyində adi, bayağı hisslərə yer yox idi, qadına şəhvət gözü ilə baxanlara nifrət edərdi. Yüksək romantik bir sevgi ilə yanıb yaxılırdı. Redaksiyalardan birində makinaçı işləyən bir qıza "könlünü vermişdi". "Gündə bir şeir" adı ilə qıza otuza qədər şeir yazdı. Hər gün səhər bu silsilədən yazdığı yeni şeiri dostlarından birinə oxuyar, sonra aparıb qızın özünə verərdi. Vəssalam. Ayrı heç bir təşəbbüs göstərməzdi. Qızla yaxından tanış olmağa, onunla gəzməyə çıxmağa heç bir cəhd göstərməzdi. Mən ona deyərdim ki, bu sevgi deyil, sevgi şeiri yazmaq üçün bəhanədir.

Təəssüflər ki, "Gündə bir şeir" başlığı ilə yazılan o əsərlərin heç biri çap olunmadı. Harda isə itib batdı. İzi tapılmadı. Mənim isə yalnız iki misra yadımdadır. Şeirlərdən biri bu cür bitirdi.

Siz yarın bir ana olsanız belə, 
Mən sizi sevgili çağıracağam.

Bu misraların nə üçün yadımda qalmasının kiçik bir tarixi var. O zaman Müşfiq şeirini oxuduqdan sonra "hə, necədir?"  - deyə - soruşdu. Mən zarafatla dedim:

- Bir ana olandan sonra sən onu sevgili çağırsan, əri tutar xirtdəyindən...

O, tez sözümü kəsdi:

- Şeiri düz-düzünü anlamaq olmaz. Məqalə deyil ki? Mən onu fikrimdə, ürəyimdə sevgili adlandıracağam.

- Şeir yazıb aləmə xəbər verəndən sonra?

O, həmişə zarafata başlamamışdan qabaq sifətində, hərəkətlərində hazırlıq aparırdı. O saat bilirdim ki, mənə sataşmaq istəyir. Bu səfər də o cür hərəkətlərdən sonra qımışaraq dedi:

- Adə, deyəsən sizin Şəki tərəflərdə heç romantika alıb-satan olmur, hə?

- Hərdən, - deyə mən ciddi cavab verdim. O cür ağır mətahı Şəkiyə kim aparacaq, dəmir yolundan uzaq şəhərdir. Romantikanın mərkəzi Dağlı məhəlləsidir. Burda su qiymətinə gedir.

- Ey, ey, sataşma ha. Yığaram başıma dağlı dəstəsini...

- Mən də sizin qabağınıza Cavadı çıxardaram.

- Onda mən də dəstəmi götürüb sənin qabağından qaçaram.

Bu cür gözlənilməz finalı o çox sevirdi. Deyəndən sonra qəhqəhə ilə gülməyə başlardı.

Yuxarıdakı dialoq aydın olmaq üçün mən burda Cavadın kim olduğunu danışmaq istəyirəm. Cavad o vaxtlar Dağlı məhəlləsinin ən mötəbər adamı idi. Qoca, cavan, arvad, uşaq ondan tük salardı. Vahiməsi böyük idi. Deyirdilər güya Cavad inqilabdan qabaq Dağlı məhəlləsində şuluqluq salmaq istəyən bir qoçunu bircə yumruğu ilə öldürübmüş... Mən tanıdığım vaxtlar o çox sakit, dinməz bir adam idi, şirin, məzəli söhbətləri sevərdi və məhəllədəki bütün ictimai işlərin başında dayanardı. Mən Cavad ilə mətbəədə tanış olmuşdum. Yaxşı mürəttib idi. Mən də bir neçə il mətbəədə korrektor işlədiyimdən biz onunla bir yerdə işdən evə çox qayıtmışdıq. Bu dostluq məni də Dağlı məhəlləsində etibarlı eləmişdi. O məhəllədə bizə "Dağlı Cavadın dostları" kimi baxırdılar.

Müşfiqlə də Cavadı mən tanış eləmişdim. Mənim otağımda cümə günləri onunla bir yerdə çox çay içib nərd oynamışdıq.

Yuxarıdakı söhbət o iki misra şeir münasibətilə yadımda qalıb. Yoxsa bizim aramızda, xüsusən mənim, Müşfiqin və Rəsulun arasında o qədər qəribə söhbətlər, qəribə zarafatlar olub ki, xatirədə onları təzədən canlandırmaq heç mümkün deyil. Mən yalnız oxucularımıza, xüsusən ədəbiyyatla maraqlanan, yazmağa başlayan gənc şair və yazıçılara onu demək istəyirəm ki, bizi bir-birimizə yaxınlaşdıran, dost eləyən içki məclisləri deyil, bayağılıq deyil, ədəbiyyat və səmimilik idi. Zarafatlarımız da ədəb dairəsindən heç zaman çıxmazdı. Tutarlı və məzəli olardı, zarafatı özümüzə iş-peşə eləməmişdik, oxumaqdan, yazmaqdan, işləməkdən yorulduğumuz vaxtlar gülüşdən, fizzaryadka, idman kimi istirahət üçün istifadə eləyirdik.

Bir istirahət günü biz səhərdən axşama kimi Müşfiqlə bir yerdə olduq. Mikayıl özünün məşhur "Gecə düşüncəsi" şeirini təzəcə yazmışdı. Əvvəlki gün bizə oxumuşdu. Ancaq xəyalından çıxara bilmirdi, ayrı-ayrı misraları təkrar-təkrar hafizəsində canlandırır və cilalayırdı. Orda belə misralar var:

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə elə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə torpaq olmuş.
Nə ağac dallarında bir yaşıl yapraq olmuş.

Bütün günü yemək yeyəndə, gəzəndə, dəniz sahilində oturanda, Dağlı məhəlləsinə qayıdanda, Buynakski küçənin uzun yorucu pillələrini qalxanda yalnız bir sözü düşündü: son misra beləmi qalsın, "yaşıl yapraq" əvəzinə "incə yapraq" desin? Bəlkə "məxmər yapraq" yaxşıdır? Mənimlə məsləhətləşirdi. Ancaq bilirdim ki, mənimlə yox, özü ilə danışır, öz zövqü ilə məsləhət eləyir. Çünki mən nə desəm qəbul eləmirdi, bir söz deməyəndə də acıqlanırdı: "Bir danışsana!". Axırısı zara gəlib dedim:

- Bu məsələni belə həll eləmək olmaz. Gərək iclas çağıraq, səs qoyaq. 

O, bu sözü ciddi qəbul eləyib soruşdu:

- Hansının tərəfdarı çox olar?

-  Yaşıl tərəfdarı.

- Axı, yarpaq yaşıl olar da. Bəlkə “incə“ daha yaxşıdır...

Bu cür şübhələr içərisində məndən ayrıldı. Sonralar daha bu barədə danışmadı.

İndi, aradan otuz il keçəndən sonra mən şeiri bir də oxudum. Gördüm Müşfiq son misraları tamam dəyişib, daha dolğun, daha mənalı eləyib:

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız, gözəl kainat olmuş...

Yuxarıdakı misalı Müşfiqin əsər üzərində necə işlədiyini nümayiş etdirmək üçün gətirdim. O, şeiri çap etdirməklə işini bitmiş hesab eləmirdi. Yenə üzərində düşünür, həyəcan keçirirdi. Öz yaradıcılğına tələbkarlıq hissi get-gedə onda artırdı.

Müşfiqin mənə yazdığı bir şeir də var. Zarafatca yazılıb. Şeiri sizə təqdim eləməmişdən qabaq nə münasibətlə yazıldığından danışım: 34 və ya 35-ci il olardı. Yazıçılar cəmiyyətində iclas vardı. O zaman bizim iclaslarımızla oxucular da çox maraqlanırdılar. Salon həmişə dolu olardı. Mən lap birinci sırada idim. Yanımdakı boş yerdə tanımadığım gözəl bir qız oturdu və kimin danışdığını, nə barədə danışdığını pıçıltı ilə məndən soruşmağa başladı. Bu söhbət zamanı hiss elədim ki,  arxa sıralarda hərəkət var. Dönüb gördüm ki, yoldaşlar bir-bir qalxıb mənə və yanımdakı qıza baxırlar. Onlar elə bilmişdi ki, bu qız tanışımdır və onu iclasa mən gətirmişəm.

Bir azdan məktublar gəlməyə başladı. Qız vəziyyəti hiss eləmiş və pərt olmuşdu. Artıq məndən söz soruşmurdu. Ancaq arxa sıralar sakit olmurdu. Hərə özünə borc bilirdi ki, mənimlə bu barədə zarafat eləsin. Xüsusən Müşfiq yerində rahat otura bilmirdi. Gah bərkdən öskürür, gah bir bəhanə ilə məndən söz soruşur, gah da səbəbsiz gülürdü. Nəhayət durub qabağa gəldi və bizə diqqətlə baxandan sonra, o biri otağa getdi. Az keçmədi ki, onun da naməsini aldım. Aşağıdaki şeiri yazmışdı:

Uzaqdan  baxarkən sənə vuruldum.
Ərəş diyarının soltanı, Sabit. 
Tanrı işığını üzündə buldum,
Yaralı könlümün dərmanı, Sabit!

Cəmalın beynəzir, xülqun beynəzir.
Cəmali xülqünə olmuşam əsir.
Son zaman eşqimdə yaranmış kəsir,
Gəlmiş həyatımın bəhranı, Sabit!                                          

Yanında oturmuş pərizadə bax,
Bəhri-məhəbbətdə çalma əl-ayaq,
Burnunu eləyib özünə dayaq,
Bir həmlədə çevir dünyanı, Sabit!

Mən bu şeiri oxuyub qurtaranda artıq yanımdakı qız çıxıb getmişdi. İndi Müşfiqlə son görüşümüzü qeyd eləyim. 1937-ci ilin aprelin sonu idi. Mən Azərnəşrin dəhlizində Süleyman Sani Axundov ilə söhbət edirdim. Müşfiq bizə yaxınlaşdı, görüşdü və dinməz dayandı. Süleyman Sani bizdən ayrıldıqdan sonra mən Müşfiqin çox kefsiz olduğunu görüb dedim:

- Hə nolub, qaşından-qabağından qar yağır? Alt dodağını yığ, Dilbər xanım görüb qorxar.

Müşfiq dərdli-dərdli cavab verdi:

- Xoşbəxt adamsan, Sabit, hər zaman gülməyi bacarırsan.

- Sən də gül, ol xoşbəxt.

- Bacarmıram. Dərd məni üstələyib.

Başqasına pislik eləməyi, ara vurmağı bacarmayan Müşfiq, yaradıcılığından başqa heç nə haqqında düşünməyi sevməyən Müşfiq paxıllıq, qərəzlik, riyakarlıq görəndə əsəbləşir, dərin həyəcan keçirirdi.

May şənliyini bir yerdə keçirməyi mənə təklif etdi:

- Mən Dilbər xanımı götürüm, - dedi, - sən də İsmət xanımı... gedək köhnə vətənimizə. Dağlı məhəlləsinə, səmimi bir gün keçirək. (Artıq biz dağlı məhəlləsində yaşamırdıq) 

Razılaşdıq, getdik. İndiki "Fəxri Xiyaban" o vaxt hələ yox idi. Yalnız Cabbarlının qəbri vardı. Ətrafda da bir-iki ağac... yaşıl otluq... Bu qəbrin yanında yaxşı bir yer seçib oturduq və doyunca söhbət etdik. O gündən mən bir daha Müşfiqi görmədim.”

Bakı parkları
11 25 avqust 2016 (№25)
http://baki-baku.az

Molokan bağı

Bağın memarlıq-landşaft kompozisiyasının əsasını əyrixətli formalı hovuz təşkil edir. Hovuzun mərkəzindəkı incəsənət nümunəsi olan "Üç gözəl" heykəllər qrupu öz orijinallığı ilə daim seçilir.

Tarixi

XIX əsrdə indiki Xaqani bağının yerində müxtəlif qəzalardan mal gətirən molokanların qaldığı karvansaralar var idi. Yaxınlıqdakı küçələr, döngələr, məhəllələr çəlləkçi emalatxanaları ilə dolu idi. Tacirlərə görə, şəhərin bu hissəsi üfunətli, dizəcən qalxan su və palçıqlı, hər cür xəstəlik və epidemiyanın mənbəyi olan yerə çevrildi. Bu halı necəsə düzəltmək və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə XIX əsrin 70-ci illərində şəhər rəhbərliyi həmin yerdə bağ salmaq qərarına gəldi. Varlı məhəllələrlə əhatələnmiş və ticarət mağazalarından "təmizlənmiş" skver sahibkarların diqqətini çəkirdi. Molokan qəsəbəsinin yerin-də tədricən indiyədək qalan hündür binalar ucaldıldı, Molokan bağı isə abadlaşdırıldı və bakılıların sevimli istirahət məkanına çevrildi.

Burada müxtəlif ağaclar əkildi, varlı molokan Koşeyev öz hesabına bağa su çəkdirdi və Bakı şəhərində ilk fontanı tikdirdi. 1880-ci illərin ikimərtəbəli tikililəri tədricən üç-dördmərtəbəli yaşayış evləri ilə əvəzləndi və küçə özünün indiki vəziyyətini aldı. Maraqlıdır ki, Xaqani paytaxtın ən az dəyişikliyə və yenidən planlaşdırılmaya məruz qalan küçələrindən biridir – binaların və yaşayış evlərinin bir çoxu sovet quruluşundan əvvəlki dövrə aiddir.

Ərazisinin kiçikliyinə və sadə arxitektur kompozisiyasının olmasına baxmayaraq bu skver Bakının landşaft arxitekturasının inkişaf tarixində əhəmiyyətli yer tutdu. Həm skverin yaradılması, həm də layihəsinin hazırlanması zamanı bir çox çətinliklər üzə çıxdı. İlk növbədə, problemlər su təminatının yaxşı olmaması ilə əlaqədar olaraq yaranırdı. Həmçinin, bağ şəhər bağbanı, şəhər idarəsi və duması üzvlərinin diqqətindən kənar qalmışdı. Bu haqda "Kaspi" qəzetində yazılırdı:

"Bakı yaşıllığın çox olması ilə fəxr edə bilməz, bu səbəbdən də bağa laqeyd münasibət... cinayətdir".

Yalnız 90-cı illərin sonlarında digər bağlarla yanaşı burada da yeni ağacların əkilməsi həyata keçirildi. İşlər skverin planlaşdırılan quruluşuna uyğun görülürdü. Planın kompozisiyası kəsişmə mərkəzində fəvvarəli hovuz olan diaqonal yerləşdirilmiş xiyabanlar əsasında hazırlanırdı. Bundan əlavə, ağac cərgələri kvadrat formada olan skverin perimetri boyunca düzülürdü. XX əsrin əvvəllərində bağın yenidən planlaşdırılmasına ehtiyac yarandı.

Belə ki, baş bağban A.E.Vasilyev qeyd edirdi ki, "şəhərə ictimai bağların qaydaya salınması məqsədi tapşırılıb". 1904-cü ildə o, alleyaların genişləndirilməsi və isti iqlimə dözümlü ağac növlərinin əkilməsini nəzərdə tutan yenidənqurma layihəsini hazırladı. Skverin daha mənzərəli görünüşünü təmin etmək üçün mövcud yaşıllığın bütünlüklə yüksək dekorativlik xüsusiyyətləri olan ağaclarla dəyişdirilməsi təklif olunurdu. Lakin layihə skverin yenidənqurmasına müsbət təsir etsə də, həyata keçirilmədi.

Müharibədən sonrakı dövr-də "9 yanvar" adlanan Xaqani bağında iki dəfə yenidənqurma işləri aparıldı. Bağın memarlıq-landşaft kompozisiyasının əsasını əyrixətli formalı hovuz təşkil etdi. Hovuzun mərkəzindəkı incəsənət nümunəsi olan "Üç gözəl" heykəllər qrupu öz orijinallığı ilə daim seçilir. Belə hesab edilir ki, pyedestalı təbii daşlardan olan "Üç gözəl" kompozisiyası 3 ünsürün – günəş, hava və suyun təcəssümüdür.
Bağ sonuncu dəfə 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, yeni bitkilər əkilib, uşaq attraksionları qurulub. Buna baxmayaraq o vaxtdan bu yana hər il burada yenidənqurma işləri aparılır, ot örtüyü yenilənir.

Parkın adları

Xaqani bağına xalq arasında hələ də "Molokan bağı" və ya sadəcə "Molokanka" deyilir. Halbuki, bu bağ adını bir neçə dəfə dəyişib. Əvvəllər bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı Mariyanın adını daşıyırdı və Marinski skver adlanırdı. Sovet hakimiyyəti dövründə isə "9 yanvar" adlandırıldı. Bəzi mənbələrdə hətta bağa Həşim Əliyevin adının verildiyi də qeyd edilib.

Bitki çeşidi

Parka qulluq edən baş bağbanın verdiyi məlumata görə, bağın ən qədim sakinləri 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar. Rekonstruksiyadan əvvəl bağda sərv, at şabalıdı, cökə, xan çinarı, paxlalı akasiya və s. ağaclar olub. Liqustrumun kol və ağac formaları, eldar şamı, kiçik sərv ağacları, xurma palması (phoenix), yukka, azaliya, vaşinqton palmaları, iki cür (ağ və çəhrayı çiçəkli) maqnoliya, pittosporum nano, şümşad (buxus) bitkiləri isə 2009-cu ildəki rekonstruksiya zamanı əkilib. Mövsümi güllərdən isə bağa novruzçiçəyi (primula), bənövşə (viola), siklamen və s. əkilir.

Ot örtüyünə gəlincə bağın yarısı Niderland, digər yarısı isə Kanada sortu olan qazonla örtülüb. Bağda meyvə verən ağaclardan isə yapon əzgili (eriobotrya japonica) və Qırmızı tubulqa (Pyracantha coccinea) var.

Bağın ən qədim sakinləri 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar.

Bağın ölçüsünə görə kiçik olmasına baxmayaraq (təxminən 0,8 ha) o, kifayət qədər rahatdır və bakılıların sevimli istirahət yeridir.

İttiham
12 25 avqust 2016 (№25)
http://baki-baku.az

Dünya utansın

Yer üzündə hər gün 22 min uşaq aclıqdan ölür. Hər il bir sıra ölkələrdə ərzağın 30-50 faizə qədəri zibilliyə atılır.

Dünya əhalisinin 80 faizi sutkada 10 dollardan az qazanır. 1,2 milyard insan gündəlik bir dollar civarında gəlir əldə edir. Amma Avropa İttifaqnda adi bir inəyə dövlət tərəfindən sutkada 2,2 dollar subsidiya verilir. Heyvan insandan çox qazanır demək. Bəşəriyyətin dörddə bir hissəsi elektriksizdir. Bir milyarddan çox insan susuz yerlərdə yaşayır.

Evsiz əhalinin 34 faizi 24 yaşa qədər olan gənclərdir. 5 -15 yaş arası 250 milyon uşaq ağır işlərdə çalışdırılır. Dünyada təxminən 300 min uşaq əskərdir. Planetimizdə 210 milyon yetim uşaq vardır. Hər il 2 milyon uşaq müalicə üçün imkansızlıqdan ən adi xəstəliklərdən ölür. İldə 300 mindən artıq qadın doğuş zamanı vəfat edir.

Diqqət! Hər il ABŞ hərbçilərinin İrak və Əfqanıstanda kondisioner xərcləri 20 milyard dollar səviyyəsində olub.

Odlar yurdu
13 25 avqust 2016 (№25)
http://baki-baku.az

Bura Abşerondur

Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.

Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.

Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Xırdalan 2006-cı ilin oktyabr ayınadək qəsəbə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 105212 nəfərdir.

Saray qəsəbəsi də rayonun qədim və böyük yaşayış məntəqələrindən biridir. Ərazisi 3398 hektar, əhalisi 18992 nəfərdir.Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş saray tayfasının ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.

Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib istifadəyə verilib.Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.

Qobu qəsəbəsinin tarixinin təxminən 700 il olduğu ehtimal olunur. Bu yaşayış məskəninin adı «çökəklik» mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul olurlar. Qəsəbənin ərazisi 4700 hektar, əhalisi isə 9615 nəfərdir.

Hökməli qəsəbəsi bir sıra tarixi mənbələrdə Abşeronun orta əsrlərdə salınmış yaşayış məntəqələrindən hesab olunur. Lakin digər tarixi mənbələrdə Hökməli hələ atəşpərəstlik dövründə yaşayış yeri kimi mövcud lmuşdur. Tarixi mənbələrdə Hökməlinin adı «Gökan» kimi qeyd olunur. Lakin miladi tarixi ilə 665-661-ci illərdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olunduqdan sonra Hökməli kimi adlanmağa başlayır. Yəni, «Əlinin hökmü ilə islamı qəbul edən yer». Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 8979 nəfər, ərazisi isə 1750 hektardır.

Güzdək qəsəbəsi də Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 2610 nəfər, ərazisi isə 3285 hektardır. Güzdəyin tarixi təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan daş tapılıb. Bəzi mənbələrə görə «Güzdək» «türk məskəni», digər mənbələrə görə isə «Payız otlağı», «payız binəsi», «kölgəli yer» deməkdir. Eyni zamanda «Güzdək» quzu saxlanılan yer mənasını da daşıyır.
Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış məskənlərindəndir. Ərazisi 1461 hektar, əhalisi isə 3917 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu stansiyası adı altında 1952-ci ildə hərbiçilər tərəfindən yaradılmışdır.

Digah Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birinci «digah yüksək suvarılmayan yer», ikinci isə «iki təpə arasında yer, məkan, kənd» mənası verir. Ərazisi 417 hektar, əhalisi isə 4656 nəfərdir.

Novxanı. Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə yerləşən bağlar arasında Novxanı bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Novxanı kəndi XVII əsrin ortalarında dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni tikilmiş evlərə farsca «nov xanı», yəni «təzə evlər» adlandırılmışdır ki, bu da sonradan Novxanı kimi səslənmişdir.

Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 12198 nəfərdir. Masazır kəndinin tarixi çox az öyrənilib.

Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd etmişdir. Yerli əhalinin dediyinə görə 1112-ci ildə monqol işğalı zamanı cənub bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı kəndlər salmışlar. Kəndin ərazisi 1174 hektar, əhalisi isə 6195 nəfərdir.

Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Əhalisi 3302 nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı kəndinin adı ilə bağlı iki mülahizə vardır. Birinci fikirə görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün «mehi fəth edən yer» anlamına uyğun «Fatmayı» adlanır. İkinci mülahizəyə görə isə kəndin adı «Fatimi» sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb.

Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az öyrənilmişdir. Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan deməkdir. Kəndin əhalisi 1759 nəfər, sahəsi isə 420 hektardır.

Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt şəhərinə və Saray qəsəbəsinə köçüb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı ilə Qobustan qoyunçuluq sovxozunun ərazisində 300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3085 nəfərdir.

Ceyranbatan qəsəbəsi Abşeron rayonunun yeni salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi 7640 nəfər, ərazisi isə 3168 hektardır.
Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır. Rəvayətlərə görə qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu ildə salınmış və suyunu Samur-Abşeron kanalından alan Ceyranbatan su anbarı təbii çökəklikdə yerləşir.

Təqdimat
14 25 avqust 2016 (№25)
http://baki-baku.az

Kimsəsizlərin kimsəsi

FLORENCE NIGHTINGALE necə başardı?

“31 yaşımdaykən həyatdan zövq ala bilmir, ölümdən başqa heç bir şey arzulamırdım. Xoşbəxt ola bilmək üçün hər bir vasitəyə əl atdım. Xarici ölkələrə səyahət, yaxşı dostlar –  hər şey doğru idi, qaydasında idi... Allahım, mən necə olacam?!...”

Tibb bacısı peşəsinin qabaqcılı və tibb bacısı hazırlayan ilk məktəbin qurucusu Florence Nightingale təmiz qəlbliliyin və gözəl əxlaqın bir insanı necə böyük başarılara apara biləcəyi anlayışının simvoludur, desək, yanılmarıq.

Əbədiləşən adı ilə dünyada bir ilkə imza atmış olan Nightingale 12 may 1820-ci ildə Florensiyada dünyaya gəlib. Bu qadın sahib olduğu qabiliyyəti sərgiləyə bilməmənin acısını gənc yaşda az qala canı ilə ödəyəcəkdi. Düşdüyü depressiya onu intiharın eşiyinə gətirmişdi. Xatirə dəftəri bu ağır ruh vəziyyətini belə anladırdı.

Maddi çətinliklərlə çox az rastlaşmışdı Florence Nightingale. Ailədən gələn bir zənginliyə sahib idi, amma xoşbəxt deyildi. Həyat onun üçün mənalı görünmürdü. Onu yaşadan, həyata bağlayan bir şeylər lazım idi, əks təqdirdə özünə qəsd etməyi də düşünürdü.

İnsan bəzən gördüyü işlərdən və gündəlik həyatdan həzz almaz, daha fərqli bir iş, bir məşğuliyyət ehtiyacı duyar, ona sahib olduğu təqdirdə isə möhtəşəm başarılar əldə edər. Elə insanlar var ki, zəngindirlər, amma xoşbəxt deyillər. Hər şeyin çarəsi var. Əgər kədərli adam kədərli olmasının çarəsini düşünüb tapmazsa, həyatın o gözəl sehrinin fərqinə varmadan ya həmişə belə kədər içində yaşayar, ya da gün gələr intihar edər. Buna görə də hər bir insan öz qabiliyyətini tez bir zamanda kəşf etməyi bacarmalıdır. Əgər daxilinizdə bir şeylər sizi narahat edirsə, həyat yavaş-yavaş öz mənasını itirirsə sizin gözünüzdə, bilin ki, sahib olduğunuz özəlliklər onu kəşf edib sərgiləməyinizi gözləyir.

Bir az düşünüb çevrənizi daha doğru analiz etsəniz, sizə aid olan - həqiqətən edə biləcəyiniz, böyük başarı sərgiləyə biləcəyiniz özəlliyinizi kəşf edə bilərsiniz, amma bu məqamda bir az içinə qapalı düşüncələrə ehtiyacınız olacaq.

Bəli, Nightingale də belə etdi. Elə insanlar var ki, zəngindirlər, amma xoşbəxt deyillər, demişdim, bu cür insanlara özəl keyfiyyətləri onları belə düşünməyə vadar edir, amma təbii onlar bunu başa düşərlərsə... Anlamasalar həyat onlar üçün mənasını itirər, - deyirdi Nightingale:

“Pulunu ortaya qoy, ona birliyi və səadəti təmin edən bir vasitə kimi bax, puldan içindəki dünyanı işıq üzünə çıxarmaq üçün istifadə et; sənin bunu etməyə, ehtiyac sahiblərinin də sənin puluna ehtiyacı var”.

Nightingale xeyli düşündükdən sonra üzgünlüyünün səbəbini tapmışdı; insanlığa faydalı olmaq lazım idi. Necə faydalı ola biləcəyini düşünməyə başladı. Onda bir gənc qadına lazım ola biləcək hər şey var idi. Yaxşı təhsil almışdı, çox qadından daha yaxşı yetişdirilmişdi. Valideynləri ziyalı insanlar idi. Amma bir məqam onu yolundan saxlamışdı: varlığını lüzumsuz görürdü. Halbuki, bir çox zavallı insanın bəlkə də onun enerjisinə, qabiliyyətinə ehtiyacı var idi və bəlkə də o, bütün bunları gerçəkləşdirdiyi zaman axtardığını tapmış, xoşbəxtliyə varmış olacaqdı. Çünki hər bir insanın şifrəsində, özülündə insanlara yardım etmə ehtiyacı gizlənir, bunu aşkara çıxara bilməyən insan özünü bədbəxt, kədərli hiss edir. Bu fikir gəl-getlərini yaşayan Florence Nightingale iç dünyasına bunları pıçıldadı:

“İnsanlara təmiz ürəkliliklə faydalı olmaq lazımdır. Allaha xidmət etmənin ən gözəl yolu onun da dediyi kimi insanlığa faydalı olmaqdır”.

Ruhu bu sözləri hayqırdı və... həyatında çevriliş etdi. 5 il içində məşhur oldu, varlı-kasıb, hamı onu sevdi, heyranlıqla xatırladı.

Florence Nightingale “Mən xəstələrə qulluq etmək istəyirəm, kimsəsi olmayanların kimsəsi olmaq istəyirəm”, - dedikcə, ana və atası buna qarşı çıxırdı. Çünki o zamanlar tibb bacısı çox aşağı səviyyəli işlərdən biri sayılırdı. Halbuki, o, bu işə bütün qəlbi ilə bağlı idi. Ətrafındakılar ona fikrini dəyişməsi üçün təzyiq edirdilər. O dönəmin xəstəxanalarındakı vəziyyəti də nəzərə alsaq, orada çalışmağı arzulamaq bəlkə də məntiqsiz bir istək olardı. Hər kəs “Doğru etmirsən!”, - deyərkən, o, heç kimi dinləməyib inandığı doğrularını gerçəkləşdirdi. Və bu gün dünyanın sayğı ilə andığı insanlarından biridir. Tibb bacısı işini şərəfli bir peşəyə çevirən və tibbin bir qolu kimi qəbul olunmasını təmin edən bu təmiz ürəkli xanım 1854-cü ildə Krım Müharibəsində 38 nəfərlik heyətlə İstanbula gəlmiş, sevgi dolu çalışma gücü, əzmi və bacarığı ilə yüzlərlə xəstəni həyata qaytarmışdı. Ondan sonra bir çox ailədə dünyaya gələn qıza onun adı verilmişdi.

Florence Nightingale tibb bacısı işinə başlamamışdan öncə bu peşəni daha dərindən öyrənmək qərarına gəldi. O zamanlar tibb bacısı ayrıca bir peşə sayılmırdı, xəstə baxıcılığı var idi, o da ayrıca bir peşə sayılmırdı. Bu iş də kilsələrdə təşkil olunurdu. Xəstə baxıcılığı ilə yaxından tanış olmaq üçün Romaya getdi. Burada katolik xəstə baxıcılarının kilsə xətti ilə xidmət etdiyinin şahidi oldu. Romadan Almaniyaya gedib, burada da protestant keşişlərinin xəstə baxıcısı yetişdirdiyini görmüşdü. Hazırda adından da göründüyü kimi ‘Qızıl Xaç Sağlamlıq Təşkilatı’ Qızıl Xaç qurumuna bağlı olub dini bir simvol xüsusunda xidmət etməkdədir. Əslində bir çox ölkədə təcili yardım xidmətlərini araşdırsaq onların simvol olaraq aid olduqları dinin kölgəsi altında fəaliyyət göstərdiklərini açıq şəkildə görə bilərik. Məsələn, Türkiyədəki “Kızılay” kimi. “Ay” Qübbə və minarələrin başındakı müqəddəs bir simvoldur.

29 yaşındaykən Parisə gedən bu çəlimsiz qız ‘Saint Vincent Paul’ Cəmiyyətini də ziyarət etmişdi. Orada ona Misir və İsgəndəriyyədə araşdırma aparmasını məsələhət gördülər. Buradakı xəstəxanalarda gördüyü təmizlik, ciddilik, intizam və münasibət onu heyran etmişdi. Parisdə bir ilə yaxın təhsil aldı. O, hansı ölkəyə və ya şəhərə gedirdisə oranın ən faydalı, səmərəli qurumunu ziyarət edirdi. Bir işə başlamamışdan öncə o, iş haqqında informasiya toplamağın vacibliyini hər zaman vurğulayırdı.

“İnsan öncə etirazlara qarşı iradəsini gücləndirməlidir. Bu, sizin başlayacağınız işə olan inamınızın göstəricisidir.”

Florence Nightingale’in bu sözləri Diderot’un: “Pis insanların çox olduğu bir yerdə ərdəmli bir insanın yaşamağı, fəaliyyət göstərməyi çox çətindir” sözlərini xatırladır sanki.

Ən istirablı yalnızlıq insanın istəmədiyi adamlar arasında yaşamasıdır. O günkü Avropada, əsasəndə Paris və Londonda insansevərlik unudulmuş, şəhvət və pul ön plana keçmişdi. Florence Nightingale bunu belə analiz edir:

“Avropanın, özəlliklə Paris və Londonun yüksək elita kəsimi həyatı boş, mənasız və faydasız yaşayır, Allahın “İnsanlığa faydalı olmaq” - xidmət düşüncəsini mənfi qarşılayırlar. Aman Allah, belə bir cəmiyyətdə mən nə edə biləcəm, bu vəziyyətdən necə çıxacam? Mütləq bir şey etməliyəm.”

İştirak etdiyi bir sağlamlıq tədrisi kursunda (“Fliender” İnstitutu, Kaiserwerth Sağlamlıq Kursu) özü-özünü dəyişməyə qərar vermişdi. Səhər erkən oyanıb, verilən bütün dərslərə qatılmağa başlamışdı. İnstitutun gündəlik işlərinə də zaman ayırırdı. Yuxu vaxtını 6 saata endirə bilmişdi. Peşə ilə əlaqədar çox sayda kitab oxumuş, həm də gün içində çeşidli xəstəxanalarda təmənnasız çalışırdı. Bütün bunlar ona rahat başa gəlməmişdi, çünki o, ailəsi zəngin olduğu üçün rahat yaşamağa alışmışdı. Amma ömrünü sərf edəcəyi bu müqəddəs iş üçün lazımi gücü ancaq bu yolla qazanabiləcəyinə inanmışdı. Deməli bir işin olmasını ürəkdən istəmək yetərli deyil, əmək gərəkdir, həm də istəyərək, qəlbən əmək sərf etmək lazımdır... əməksiz yemək, cəfasız səfa olmaz əlbət.

İngiltərə və Parisdə müxtəlif xəstəxanalarda məvacibsiz çalışaraq yaxşıca təcrübə qazanmışdı. Ömrünün təxminən 10 ilini xəstə baxıcılığı peşəsinə həsr edən Florence Nightingale 1853-cü ildə Londandakı Xəstə Baxıcılığı İnstitutuna rəhbər olmaq təklifini eşidəndə sanki dünyalar onun olmuşdu. Bu, onun haqqı idi. Çünki çalışdığı bütün xəstəxanalarda  xəstələr tərəfindən üzügülərliyi, şəfqəti, mərhəməti sayəsində qucaq dolusu təqdirlər və dualar eşitmişdi. Böyük Paris və Londonda artıq unudulmaqda olan insanlıq mərhəməti sanki yenidən dirilmişdi.

Londandakı Xəstə Baxıcılığı İnstitutuna 2 il rəhbərlik etdikdən sonra 21 Oktyabr 1854-cü ildə Krım Savaşı ilə əlaqədar olaraq İstanbulda xəstə baxıcılığı təşkilatçısı olma təklifini qəbul edib, elə həmin gün yola çıxmışdı. İstanbulda böyük qarışıqlıq, dağınıqlıqlara şahid olub işə dərhal təmizlikdən başlamışdı. Üsküdarda icarəyə bir ev tutub oranı camaşırxanaya çevirdi. Bəzi hallarda paltarları komandası ilə birlikdə özü də yuyurdu. Gecə-gündüz çırpınıb, gələn yüzlərlə yaralıya xidmət göstərirdi. Ölüm faizi 40-da 5-ə enmişdi. O, ailəsinə yazdığı bir bəktubda belə deyirdi:

“Elə liderlər var ki, sadəcə imkansız və faydasız əmrlər verməyi bilirlər. Bunlar rəsmi-siyasi rəftar naminə qərarlar verərək yüzlərlə insanın ölümünə səbəb olurlar. Belə insanlara heç yazığım da gəlmir.”

Savaşlar və daxili çəkişmələr nəticəsində ölən və yaralananlara çox üzülürdü. Hindistanın əfsanəvi lideri Mahatma Qandi 30 yaşındaykən Hindistanda ara-sıra daxili çəkişmələr və üsyanlar baş verirdi. Florence Nightingale 1900-cü ildə 80 yaşında idi. Yaşının çoxluğuna rəğmən Hindistana gedib xalqa yardım etmək istədi, amma ona icazə vermədilər.

1907-ci ildə Kraliça tərəfindən İngiltərənin ən böyük mükafatına layiq görüldü. İngiltərə Kraliçası onun haqqında belə deyirdi:

“Siz, qadınların şərəfli mövqelərə yüksəlməsinə ilham verdiniz. Sizin kimi bir insanla tanış olmaq mənim üçün qürurvericidir. Hər dəfə dua edərkən Allahdan sizin sağlığınızı qorumasını diləyirəm.”

13 Avqust 1910-cu ildə vəfat edərkən “Üzündə sanki xidmətlərinin hüzur və səadəti var idi”, - deyənlər də oldu.

Onun anım törənində Lord Stanley bunları dedi:

“Son yüz il içində nə İngiltərədə, nə də başqa bir yerdə xanım Nightingale’dən başqa bu qədər açıq təhlükələrə istəyərək atılan, çətin işlərin idarəetməsini öz üzərinə götürən, faydalı işlər görən, bu cür təmiz ürəklə insanlara və insanlığa xidmət edən bir xanım tanımıram.”

Hazırladı: Məmməd Rauf

Ностальгия
15 25 avqust 2016 (№25)
http://baki-baku.az

Образец женственности и эталон стиля - Одри Хепбёрн

Великая американская актриса Одри Хепбёрн родилась 4 мая 1929 года в столицы Бельгии – Брюсселе. Ее настоящее имя Одри Кэтлин Ван Хеемстра Растон. Родственные корни актриса имеет как британские по линии отца Джозефа Хепбёрн, так и голландские по линии матери Эллы Ван Хеемстра. В родственных корнях матери были также французские дворяне и английские монархи, из них был сам король Эдуард III.

Одри Хепбёрн: «Шоколад был моей единственной любовью, и он меня ни разу не предал»

Отец Одри чуть позже к своей фамилии добавляет имя Хепбёрн. Следовательно, юная леди становится Одри Хепбёрн. У актрисы были два сводных брата по матери - Александр и Ян Ван Уффорд. Ее брак с Хепбёрн был вторым. Ранее она была за мужем за аристократом из Голландии Хендриком ван Уффордом.

Ввиду того, что мать Одри имела аристократическое происхождение, она очень хотела дать своей малышке прекрасное образование. Она договаривалась с частными школами в Англии, Голландии об обучении своей дочери. Конечно, Одри все занятия посещала регулярно.

В семье Хепбёрн были постоянные ссоры. Самым большим ударом для, еще маленькой, Одри был внезапный развод родителей. Инициатором был отец. Бедная девочка, она очень переживала, плакала постоянно. У нее была легкая депрессия. Отец Одри стал жить в Лондоне, позже связался с нацистами. Долгое время актриса не видела отца. Ей всегда хотелось снова встретиться с ним. Именно поэтому, она занималась его поисками. Прибегала к помощи Красного Креста. И, наконец, нашла. Одри его очень любила, всячески поддерживала, в том числе и финансами, пока отец не умер. Хепбёрн писала мемуары, где также рассказывала о своем детстве:

«На меня у отца и мамы времени почти не оставалось. Я запомнила, что никому не была нужна, и всю жизнь сомневалась, что может быть по-другому. Шоколад был моей единственной любовью, и он меня ни разу не предал».

Одри со своими братьями и материю переезжает жить в город Анрем в Голландии. Этот город считался частью Третьего рейха. Дом ее матери был штабом немцев. Но мать Одри добилась разрешения остаться в особняке. Все вещи были конфискованы.

В связи с тем, что имя Одри было английского происхождения, было очень опасно называться им. Одри Хепбёрн ничего не остается, как взять другое имя. Она назвала себя Эдда Ван Хеемстра. Это спасло юную леди. По настоящее время, многие уверены, что имя Эдда Ван Хеемстра настоящее имя, а Одри Хепбёрн псевдоним.

Как Одри смогла уйти от нацистов?

Зима 1944 года считалась «голодной». Без тепла, еды жители Голландии страдали, погибали, замерзали на улицах. В городе Арнем после бомбардировки союзников, никого не оставалось. Улицы были пусты. Брат Одри был в лагере немцев заключенным. За участие в Сопротивлении дедушка и дядя матери были расстреляны. Вскоре Одри заболевает, у нее нет сил из-за голода. Постоянно читала книги, лежа в кровати, чтобы хоть как-то не думать о еде. В ее рационе были: сырая картошка и листок цикория. Одри была неким связующим участников Сопротивления. Она передавала записки по назначению. Один раз ее нацисты заметили и хотели отправить Германию. Но шустрая Хепбёрн дала такого дёру, что никто ее не смог догнать. Она спряталась в мокром подвале, который переполняли крысы. Целый месяц она пряталась там. С собой из еды было несколько яблок и немного хлеба.

Покинула свое убежище Одри, только когда услышала ликующие крики людей, говоривших об освобождении города. Изнеможденная девушка возвращается в свой дом. Увидев ее, мать была испугана, насколько плоха была ее единственная девочка. У Одри была обнаружена желтуха, а позже еще и астма. Она также болела анемией из-за голода. Но вот в город начали приезжать лавки с продуктами. От нехватки витаминов, сахара, девушка даже съедала банку сгущенки за один присест. Как-то даже заболела от овсяной каши, т.к. пересластила ее. Так на всю жизнь обмен веществ не восстановился. Одри Хепбёрн не заостряла на своем здоровье внимания, и говорила:

«Пока у ребёнка есть определенный минимум, он совершенно счастлив. Я помню, что нам бывало очень весело. Мы же не сидели на полу и не плакали пять лет подряд. Конечно, висела тень страха и репрессий, и происходили страшные вещи».

В детстве Одри увлекалась рисованием. До сих пор некоторые ее работы хранятся. Война закончилась. И, как следовало ожидать, семья актрисы была полностью разорена. Ее мать, чтобы хоть как-то содержать своих детей, работала горничной, кухаркой, экономкой. Представьте, баронесса, и трудится с рабочим классом. Но, выбирать не приходилось, нужно было выживать.

Учитель Одри: «Она была бы выдающейся балериной»

В 1945 году Хепбёрн переезжает жить в Амстердам. Там совместно с матерью они устраиваются в дом ветеранов медсестрами. В это же время Одри начинает заниматься балетом. Позже она переезжает в Лондон и там занимается у педагога Мари Рамберт, одного из величайших танцоров в истории. Мари утверждала, что у Одри все получится в балете, с ее ростом и недоеданием в военные годы она может стать прима-балериной. Конечно это польстило Хепбёрн. И она, конечно же прислушалась к мнению Рамберт. Как-то преподаватель расскажет:

«Она была чудесной ученицей. Если бы она продолжала заниматься балетом, она была бы выдающейся балериной».

Одри начинает зарабатывать самостоятельно. Танцевала в кордебалете. Снималась в рекламе средств по уходу за волосами, от перхоти, от веснушек, и даже от тараканов.

На сцене светило солнце

Будучи ученицей балетной школы, она заметила режиссера Чарльз ван дер Линден. Он подыскивал актрису на эпизодическую роль в фильме «Голландский язык за семь уроков». Режиссер пригласил Одри работать в своем фильме. Хепбёрн приняла его приглашение. Одри играет бортпроводницу в этом фильме. С него-то и началась ее актерская карьера. Потом были роли в музыкальном театре.

После Одри снимается в фильме «Зернышко дикого риса», «Рассказы молодых жён», «Смех в раю», «Банда с Лавендр Хилл» и «Дитя Монте-Карло». Главная роль в «Жижи» бродвейской постановке. Успех пьесы был невероятным, они показывали ее аж целых шесть месяцев. За эту роль Одри получила Театральную премию.

Позже она сыграет главную роль в фильме «Римские каникулы». Партнером по фильму был знаменитый Грегори Пек. Организаторы планировали на афише фильма написать имя Пека большими буквами, чтобы «бросалось» в глаза. А имя Хепбёрн написать под ним.

Но именно Пек настоял, чтобы не было такого разделения, т.к. он уже тогда пророчил Одри мировой успех за эту роль. Даже поговаривали, что у Хепбёрн роман с Пеком. Но они, конечно же, не подтверждали эту информацию.

После «Римских каникул» последовала картина «Сабрина», где Одри играет с Уильямом Холденом. Впоследствии, они начинают встречаться. Она была очень влюблена в него, мечтала выйти за него замуж, родить от него детей. Но вскоре, возлюбленный признался, что детей у него никогда не будет, т.к. было хирургическое вмешательство, при котором перевязали фрагмент семявыносящих протоков.

Свадьба в Швейцарии… проходила лечение… но  первый ребенок родился мертвым

Позже Одри играет в спектакле: «Ундина». Здесь - то она и познакомилась со своим будущим супругом Мелом Ферререм. Свадьба влюбленных была в Швейцарии. Одри в этой стране проходила лечение. Она практически не могла говорить, обострилась астма. Швейцария - свежий горный воздух, оказали целительный эффект.

Вскоре Одри забеременела. К большому ее несчастью, ребенка не удалось спасти, он родился мертвым. Одри все волновало семейное счастье, рождение детей. Но супруг был увлечен карьерой. Актриса помогала мужу всем. Чем могла. Она снималась с ним в различных фильмах, которые не становились популярными. В это же время ей предлагались хорошие роли в знаменательных картинах. Но из-за супруга она была вынуждена отказываться от предложений. Мела не устраивало, что его женой больше интересуются, чем им. Он заранее готовил интервью для журналистов. Отвечал на все вопросы, которые были адресованы Одри, сам. При этом она выглядела на этом фоне глуповато. Но она совсем не заморачивалась по этому поводу, только лишь говорила:

«Ну и пусть, - думала она, - зато он будет со мной, и я рожу от него ребенка».

Беременна  Одри падает с лошади и… снова несчастье

В 1960 году на съемках фильма «Непрощенная» Одри падает с лошади. В этот момент она была снова беременна. К сожалению, ей опять не удалось сохранить ребеночка. После несчастного случая она была прикована к постели месяц, после чего снова возвращается на съемочную площадку, но уже в корсете.

К счастью молодой актрисы, у нее рождается сын, которого она назовет Шон. Сказать, что Одри была счастлива, было бы мало. Она была на седьмом небе от счастья. Она думала, надеялась, вот теперь все будет хорошо и они с мужем заживут счастливой жизнью. Но Мел слишком завидовал своей красавице жене, ее популярности, ведь ее сравнивали с самой Элизабет Тейлор. Супруги разошлись.

Одри Хепбёрн стала мега популярной актрисой. Она снималась с известными актерами: Морис Шевалье, Гарри Купер, Джордж Пеппард, Кэри Грант, Шон Коннери и не только. За ее плечами прекрасные роли в фильмах:«Забавная мордашка», «Любовь после полудня», «Завтрак у Тиффани», «Шарада», «Моя прекрасная леди» «Как украсть миллион», «Кровные узы», «Любовь среди воров». Последняя роль актрисы была в фильме «Всегда» режиссера Стивена Спилберга. Многие актеры становились ее хорошими друзьями.

В 1964 году выходит мюзикл «Моя прекрасная леди». Вначале 70х Одри выходит замуж второй раз. Супругом стал итальянский психиатр Андреа Дотти. Актриса становится мамой второй раз. И снова сын, которого назвали Люк. Вместе с первым сыном она перебирается к мужу в Италию. Но брак не был счастливым. В прессе постоянно говорилось, что супруг ей изменяет. И это были не простые слова, а с доказательствами, прикладывались фотографии. Вскоре супруги расстались.

Несомненно, у Одри было много поклонников. И она снова выходит замуж. Наконец-то, судьба была к ней благосклонна, и брак продлился долгое время. Супруг был рядом до самой смерти Одри.

Закончил свою карьеру и занялась помочь детям

Одри Хепбёрн больше не снималась в фильмах. Она занялась благотворительностью для детей. Одри становится специальным послом Международного чрезвычайного детского фонда ООН. Хепбёрн знала много языков, поэтому ей было легко общаться с людьми разных стран. Она знала французский, английский, испанский, итальянский, голландский языки. Одри приносила успехи в работе. Она добивалась улучшения жизни в разных странах. Актриса вспоминала:

«Я видела как крошечные горные общины, трущобы и стихийные поселения каким-то чудом впервые получили системы водоснабжения, и этим чудом был ЮНИСЕФ. Я видела, как дети строили сами себе школы из кирпича и цемента, предоставленных ЮНИСЕФ».

Пока Хепбёрн занималась своей деятельностью, совсем забыла про свое шаткое здоровье. И вот однажды в одной поездке у Одри очень заболел живот. Не сообщив никому, она продолжала работать. Как и следовало ожидать, по прибытии домой у нее обнаружили рак желудка.

20 января 1993 года не стало больше прекрасной актрисы, матери своих сыновей и просто женщины Одри Хепбёрн. Ее похоронили в Швейцарии в городе Толошеназе.

Награды

В копилке Одри Хепбёрн было немало различных наград и званий. К их числу относятся: премия «Оскар», «Золотой глобус» Одри ее получала три раза, приз Зулуеты на кинофестивале в Сан-Себастьяне, «Эмми», «Грэмми», премия «Тони».

Подготовил: Məmməd Rauf

ЧтоГдеКогда
16 25 avqust 2016 (№25)
http://baki-baku.az

Buğalar qırmızı rəng görəndə niyə qəzəblənir?

Əslində qırmızı rəng heç bir buğanı hirsləndirmir. Çünki buğalar rəng korudurlar və bu səbəbdən də qırmızı rəngi digər rənglərdən ayırd edə bilmirlər. Buğa döyüşündə matador buğanı şapkasının şalının əlinə alıb yelləyərək qəzəbləndirir. Buğanın qırmızı şala hücum etdiyi inancı yalnışdır.

İspaniyada buğaların qırmızı rəngə hücum etdiyi inancı yaranmasına və yayılmasına, matadorların yalnız qırmızı rəng başlıqlardan istifadə etmələri səbəb olub. Halbuki, başlıqlarda bu rəng öküzü hirsləndirmək üçün deyil, tamaşaçılara xoş görüntü vermək üçün seçilmişdir.

Qırmızı rəng əslində daha çox insanlara təsir edir. Aparılan təcrübələrdə bu rəngin insanlarda qan təzyiqini yüksəldib, ürək döyüntüsünü sürətləndirdiyi müəyyən edilib. Buna əsas səbəb kimi də qırmızı rəngin qan rəngi olduğu iddia edilir.

Buğalar arenada qırmızı rəngi görəndə əsəbiləşmirlər. Gəlir düşünək; ətrafında hay-küy salan minlərlə insanın ortasında, tozlu, gurultulu və çox isti bir mühitdə, kürəyinə sancılmış o qədər qılıncın ağrı-acısı içində, bir də şlyapasının yaylığım yelləyə-yelləyə üstünə gələn bir adam-matador - sizcə əsəbiləşmək üçün bu qədər səbəb varkən bir buğa, rəngi qırmızıdır deyə bir bez parçasına  qəzəblənərmi?

Buğa döyüşü haqqında bilinən yalnışlar yalnız bununla bitmir. Buğa döyüşü ənənəsi əslində İspaniyada meydana gəlməyib. İlk əsrlərdən etibarən buğa, gücün, dözümlülüyün və məhsuldarlığın rəmzi olmuşdur. Buğa döyüşünün ilk versiyası antik Yunan, Roma, Misir və hətta Koreya və Çin mədəniyyətlərində müşahidə olunur.

Bəzi hindu qəbilələri buğaya sitayiş etdikləri halda, Afrika Zumları onu öldürüb yağını içirlər. Bütün bu ənənələrin əsasında, həmin heyvanın gücü dayanır. Bu ənənənin hər hansı bir formada İspaniyaya gəlməsi, bu ölkənin Avropada feodal rejimi tərk edən sonuncu ölkə olması ilə əlaqələndirilir.

Hazırladı: Məmməd Rauf

Ağcaqanadlar insanı niyə sancır?

Dünyada təxminən üç min ağcaqanad növünün olduğu məlumdur. Bunların çoxu insana hücum etmir. Əgər belə olmasaydı dünyanın hər qarışında olan bu ağcaqanadlar meşədə, dağda, insan olmayan yerlərdə həyatlarını davam etdirə bilməzdilər.

Qan əmərək yaşayanlar yalnız dişi ağcaqanadlardır. Bunlar da insanların qanlarını öz yumurtalarını hazırlamaq üçün zülal təmin etmək məqsədi ilə sorurlar. Bir çox növ dişi ağcaqanadlar yalnız ilk yumurtalarını qana ehtiyac duymadan hazırlaya bilirlər, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları var. Qarşılaşdıqları hər canlının qanını sorurlar, hətta dəniz səthinə çıxan balıqlar da onların əlindən xilas ola bilmir.

Erkək ağcaqanadlar çiçək tozları ilə qidalanırlar. Yumurta istehsal etmək kimi bir dərdləri olmadığı üçün insanları sancmırlar.

Dişi ağcaqanadlar ovlarının yerini bığcıqları və üç cüt ayaqlarındakı alıcılar vasitəsilə tapırlar. Alıcılar ilə rütubət, tər və temperatur xüsusiyyətlərini müəyyən edirlər. Ağcaqanadın bığcıqları bir selsinin mində biri qədər temperatur dəyişikliyini qəbul edəcək qədər həssasdır.

Dişi ağcaqanadlar insanın nəfəs verərkən çıxardığı karbondioksid buludu içində, irəli-geri hərəkətlər edərək hissiyat orqanları ilə əldə etdikləri informasiyanı qiymətləndirirlər. Ovun faydalı olacağına qərar verdikləri an hərəkətə keçirlər. Bəzi adamların "ağcaqanad mənə toxunmaz" kimi razılıq əlamətlərinə əsas səbəb onların tər və nəfəs qoxularının ağcaqanad üçün cəlbedici olmamasıdır.

Ağcaqanadlar güman edildiyi kimi, içi deşik və iti uclu bir boru ilə dərini deşərək qan sormurlar. Ağcaqanadda ağızın altındakı kisədə iki ədəd borucuq, iki dənə də neşter kimi istifadə etdiyi mişar ağızlı bıçaq var. Əvvəlcə bıçaqlarla dəridə dəlik açır, sonra borucuqlardan biri ilə tüpürcəyini bu dəliyin içinə axıdır. Bu tüpürcək insan qanının laxtalanmasının qarşısını alır, beləliklə ikinci borucuğu salaraq, maye qanı sizə hiss etdirmədən asanlıqla sorub udur. Əgər bir dəqiqə içində bunu hiss etməsəniz və ona mane olmasanız, anbarı qanınızla dolu, özü də sərxoş bir şəkildə dərinizən ayrılır.

Ağcaqanadları təhrik edən şey nəfəsinizdəki karbondioksid faizi, dəri temperaturu və dərinin nəmlilik dərəcəsidir. Xüsusən gecələr ağcaqanadların sizə ediləcək hücumlarının qarşısını almaq üçün, yatmamışdan öncə təngnəfəslik yaradan fiziki hərəkətlər etməməyiniz, dərinizi sərin və quru saxlamağınız məsləhətdir.

Hazırladı: Məmməd Rauf

Sərgi salonu
17 25 avqust 2016 (№25)
http://baki-baku.az

“Girl with a pearl earring” (“İnci sırğalı qız”)

Johannes Vermeer’in şöhrəti ölümündən sonra dünyaya yayıldı. Yaşadığı müddət ərzində ölkə xaricinə çıxmayan sənətçi, haqqında kifayət qədər məlumatın olmamasına baxmayaraq, Göy daşı kimi bahalı boyalardan istifadə etməsi ilə tanınırdı.

Pointille adlandırılan texnika ilə rəsm çəkməyə üstünlük verən sənətçinin yaratdığı əsərlərin əsas mövzusu, yaşadığı dünyadan daha fərqli-qüsursuz bir dünya və sevgi təmasları idi. Tablolarında bir kənd qızından zənginlərin şəşəəli həyatına qədər, yaşadığı mühitə dair hər bir incə nüansı görmək mümkündür.

Ən uğurlu əsərlərindən olan və “Şimalın Mona Lisa’sı” adlandırılan “İnci sırğalı qız” tablosundakı gənc qızın məsumiyyəti, baxışlarındakı təsirlilik rəssamın başarısını daha da artırdı. Tablonun əsas obyekti olan inci sırğa ön planda olduğu halda, rəssamın tablolarından əksik olmayan mavi və sarı rəngli baş örtüsü də diqqət çəkir.

  • Əsərin müəllifi: Hollandiya rəssamı Johannes Vermeer (1632-1675);
  • Əsərin adı: “Girl with a pearl earring” (“İnci sırğalı qız”);
  • Axını: Barok;
  • Əsərin hazırlanma tarixi: 1665;
  • Əsərin orijinalı: Kətan üzərində yağlı boya ilə çəkilib;
  • Əsərin ölçüsü: 44,5 x 39 sm.;
  • Digər önəmli əsərləri: “Lady Seated at a Virginal”, “The Painter in This Studio”, “View Of Delft”;
  • Təsirləndiyi sənətkarlar: Carel Fabritius;
  • Əsərin saxlandığı yer: Mauritshuis, Lahey.

Hazırladı: Məmməd Rauf

Son səhifə
18 25 avqust 2016 (№25)
http://baki-baku.az

Fəxri baş redaktor: 

Nəsir İmanquliyev

Redaksiya heyəti:

Cahangir Məmmədli, professor
Nəsir Əhmədli, professor
Akif Rüstəmov, f.e.n
Zemfira Məhərrəmli, fəlsəfə doktoru
Firuz Mustafa, professor
Rustam Arifcanov (Rusiya)
Aleksandr Kuzminov (Rusiya)
Famil İsmailov (Böyük Britaniya)

İcraçı redaksiya:

Rauf Ağayev, icraçı baş redaktor
İlqar Həsənov, redaktor
Məmməd Rauf, redaktor

e-mail: bakibaku.gazet@gmail.com
www.facebook.com/bakibakuaz/

Bakı. Lüteran kilsəsi. 1979

Bakı. Lüteran kilsəsi. 2016

 

bagla

A

A

A

A