Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

1976-81-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra diplom rəhbərimiz, universiteti bitirdiyimiz il bizi özünün yaratdığı və rəhbərlik etdiyi “Bakı” və “Баку” gündəlik axşam qəzetləri redaksiyasına işə götürərək, 1981-88-ci illər ərzində redaktorumuz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 20
02 iyun 2016
http://baki-baku.az

Чтобы счастье не проходило мимо - FOTO

 

 

 

 

Xəbərdar
2 02 iyun 2016 (№20)
http://baki-baku.az

La Boheme bu dəfə xaricdən gələcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iyun ayı ərzində operasevərlərə bir sıra maraqlı tamaşalar təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 11-də Ukrayna, Belorus və yerli vokal ustalarının birgə iştirakı ilə Giacomo Puccini’nin La Boheme operası nümayiş olunacaq.

Səhnə əsərində ukraynalı vokalçı, Ukrayna Milli Operasının solisti, Xalq Artisti Olqa Naqornaya əsas partiyalardan birini - Mimi partiyasını ifa edəcək. Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Əməkdar Artist Vladimir Qromov isə Marsel rolunu canlandıracaq.

Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Anton Ferştandt, solistlərdən Tural Ağasıyev, Firuz Məmmədov və Fəhmin Əhmədli çıxış edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bakıda İynəyarpaqlılar bağı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağında İynəyarpaqlılar bağının açılış mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və qayğı hisslərini aşılamaq, o cümlədən iynəyarpaqlılar həvəskarlarını yeni sortlarla tanış etmək idi.

Mərkəzi Nəbatat bağının direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bağın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, dünyanın müxtəlif ölkələrinin 130-dan artıq nəbatat bağları ilə toxum mübadiləsi aparılır. Hazırda həmin toxumların hesabına bağın kolleksiyasına 40 növdən çox ağac, kol və çiçək bitkiləri əlavə olunub. Mərkəzi Nəbatat bağında Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2 min 500-dək növ, forma və çeşid, yerli və ekzotik ağac, kol və ot bitkilərinin, o cümlədən 125 növ nadir, nəsli kəsilməkdə olan bitkilərin kolleksiyası var.

V.Fərzəliyevin sözlərinə görə, bağın əməkdaşları respublikamızda bitki ehtiyatlarının xammal bazasını və yaşıllaşdırma çeşidlərini zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyi, introduksiyası, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, iqlimləşdirilməsi və bu barədə məlumat bankının yaradılması sahəsində geniş elmi-tədqiqat işləri aparırlar.

Tədbirin təşkilində göstərdiyi köməyə görə “Shabran-D” MMC şirkətinin kollektivinə akademiyanın rəhbərliyi adından təşəkkür edilib.

Şirkətin rəhbəri Şöhrət Məmmədov təmsil etdiyi qurumun uzun illərdir ki, landşaft memarlığı və müasir suvarma sistemlərinin quraşdırılması ilə məşğul olduğunu diqqətə çatdırıb.

Kredit borcu olanların nəzərinə

BMT-nin 1966-cı ildə qəbul etdiyi "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın 11-ci maddəsində və "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsində qeyd edilir ki, heç kəs yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasında azadlıqdan məhrum edilə bilməz.

Hesabat
3 02 iyun 2016 (№20)
http://baki-baku.az

Kənd təsərrüfatı: Dövlət Proqramı hansı səviyyədə icra edilir (2-ci yazı)

(əvvəli ötən sayımızda)

“Kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi”

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə göstərilən dövlət yardımları tədbirləri 2015-ci ildə də davam etdirilmişdir.

Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tariхli 181 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 426,3 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 129 min istehsalçıya 17,1 milyon manat yardım verilib.

Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq “Aqrolizinq” ASC, digər hüquqi və fiziki şəxslər tərəfindən ölkə üzrə 32 min 325 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 17 min 616 manat dəyərində 45 min 736 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədi ilə ölkənin 35 rayonunda aqrar sektorda çalışan 355 sahibkara 9,3 milyon manat məbləğində güzəştli kreditlər verilib (1,6 milyon manat Dövlət büdcəsindən, 7,7 milyon manat isə əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına).

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) krediti hesabına maliyyələşmiş, 2007-ci ildə yekunlaşmış “Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı”nın və 2011-ci ildə yekunlaşmış “Şimal-Şərq İnkişaf Layihəsi”nin kredit komponentinin davam etdirilməsi məqsədi ilə müvəkkil kredit təşkilatları tərəfindən aqrar sektorda çalışan 29 nəfərə 587,0 min manat məbləğində mikro, kiçik və böyük həcmli güzəştli kreditlər verilib.

İFAD-ın və İslam İnkişaf Bankının krediti hesabına maliyyələşən “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” Müəssisələrin İnkişafı üçün kənd maliyyə xidmətləri komponenti çərçivəsində ötən ilin I rübündə “Mədəd Kredit” və “Viza Kredit” BOKT tərəfindən 38 üzvdən ibarət 8 BB qrupuna 110,7 min manat məbləğində, “Aqrarkredit” və “Qafqaz Kredit” BOKT tərəfindən isə 160 nəfərə 772,5 min manat məbləğində fərdi kreditlər verilib.

 “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” layihəsi əsasında Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-fermer təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində də tədbirlər həyata keçirilir. Layihə çərçivəsində hədəf ərazilərdə seçilmiş pay torpaqlara sahib fermerlərə güzəştli şərtlərlə lizinq yolu ilə ətlik-südlük istiqamətli damazlıq heyvanların verilməsi nəzərdə tutulur. Eləcə də, sahibkarların istehsal etdikləri heyvandarlıq məhsullarının bazara çıxış imkanları təkmilləşdirilməsi və məhsulların marketinqinin təmin edilməsi də planlaşdırılır. İlk mərhələdə pilot ərazilərdə layihə tərəfdaşı kimi seçilmiş 80 fermerə, o cümlədən 6 kommersiya tipli təsərrüfata ümumilikdə 635 baş qaramal veriləcək. Heyvanların verilməsinə qədər onların yem bazasının formalaşdırılması istiqamətində işlərə başlanılıb. Belə ki, layihənin vəsaiti hesabına Ağcabədi, Bərdə və İmişli rayonlarından seçilmiş hər bir sahibkarın torpağından nümunələr götürülmüş, laboratoriyada kimyəvi tərkibi yoxlanmış və buna uyğun yem bitkilərinin əkilməsi və gübrələnməsi planlaşdırılmışdır. Növbəti mərhələdə həmin sahibkarlara layihənin vəsaiti hesabına qarğıdalı toxumu da verilib.

“Aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə və pestisidlərə olan tələbatının təmin edilməsinin yaxşılaşdırılması”

2015-ci ilin hesabat dövründə “Aqrolizinq” ASC tərəfindən 2301 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 55 ədəd taxılyığan kombayn, müxtəlif gücə malik 652 ədəd traktor, 2 ədəd ekskavator və 1592 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının alınması üçün satınalmalar proseduru həyata keçirilərək,müvafiq müqavilələr bağlanmışdır.

“Aqrolizinq” ASC tərəfindən yeni kənd təsərrüfatı texnikalarının ölkəyə gətirilməsi davam etdiril. Bağlanmış müqavilələrə əsasən 2015-ci ilin 6 ayı ərzində 1965 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 597 ədəd traktor, 155 ədəd taxılyığan kombayn və 1213 ədəd digər kənd təsərrüfatı texnikaları alınıb. Hazırda bu texnikaların respublikanın bölgələrinin sifarişləri əsasında məhsul istehsalçılarına çatdırılması istiqamətində iş aparılır.

Ötən ilin hesabat dövründə 1813 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 169 ədəd taxılyığan kombayn, 582 ədəd traktor, 17 ədəd ekskavator və 1045 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 1167 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Bunun nəticəsində özəl aqrotexniki xidmət şəbəkəsi genişlənib. Hazırda bölgələrdə 550-dən çox özəl aqrоsеrvis qurumlar tərəfindən məhsul istehsalçılarına aqrotexniki xidmətlər göstərilir.

Cari ildə mövsümü kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsi məqsədilə texnikaların hazırlığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə taxılçılıq sahəsinin inkişafını, habelə taxılçılıqda müasir texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi və köhnə kombayn parkının yeniləşdirilməsi zərurətini nəzərə alaraq 2015-cü ilin taxıl biçini üçün 255 ədəd yeni müasir tipli taxılyığan kombayn alınıb. Yeni alınmış kombaynların istismar qaydalarının mənimsənilməsi ilə əlaqədar “Aqrolizinq” ASC-nin Yevlax Regional Nümayəndəliyində yaradılmış təlim mərkəzində və “Claas” firmasının Ağstafa rayonunda fəaliyyət göstərən təlim-tədris mərkəzində mütəxəssislər tərəfindən mexanizatorlar üçün təlimlər təşkil olunub.

2015-ci ilin 6 ayı ərzində kənd təsərrüfatının mineral gübrələrə və pestisidlərə olan tələbatının təmin edilməsi məqsədilə ölkəyə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən ölkəyə 795,6 ton pestisid və 26760,1 ton aqrokimyəvi maddələr də gətirilib.

Bu dövr ərzində “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən 9209 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin dəyərindən ucuz, orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq 17615,6 min manat dəyərində 45 min 736 ton güzəştli şərtlərlə mineral gübrə satılıb.

01.01.2015-ci il tarxə Səhmdar Cəmiyyətin rayon aqroservis filiallarında, rayonlararası təchizat və regional logistik bazalarında 76,67 min ton, o cümlədən 59,0 min ton ammonium nitrat (azot), 10,37 min ton superfosfat, 4,29 min ton nitroammofoska, 480 ton kalium, 2,39 min ton ammofos və 140 ton mikrogübrələr üzrə gübrə qalıqları olub. Bundan əlavə, “Aqrolizinq” ASC tərəfindən tələbatın həcmi müəyyənləşdirilməklə cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 32,0 milyon manat büdcə vəsaiti və özünün təkrar istifadə vəsaiti hesabına 59,0 min manat dəyərində 1500 ton, 3,48 milyon manat dəyərində 8800 ton və 23,5 milyon manat dəyərində 60,0 min ton ammonium nitrat (azot) gübrəsinin alınması üçün müqavilələr də bağlanıb.

Cari ildə 3 ədəd Pikap tipli, “NİVA” markalı minik avtomaşını, 2 ədəd su maşını, 3 ədəd İtaliya istehsallı “EXPO 2000HT” markalı qoşqulu çiləyici, 4 ədəd İtaliya istehsallı “SPRAY TEAM Skout 28S 300” markalı avtonom çiləyici və 4 ədəd İngiltərə istehsallı “AU 811S5M” markalı ultra kiçik həcmli çiləyici alınaraq rayon bitki mühafizəsi mərkəzlərinin istifadəsinə verilib.

(ardı gələn sayımızda)

Məmməd Ağayev

Casus delicti
4 02 iyun 2016 (№20)
http://baki-baku.az

Azdramadan yuxarı evlərin sökülməsi başlayandan bəri...

“Sovetski” sakini Fərhad belə deyir:

- Elə buralar sökülsə yaxşıdır. Ada, bizə də bir düz-əməlli ev verərlər, gün görərik də… Yetmiş doqquz - həştadıncı illər idi. Heydər Əliyev demişdi ki, buralar söküləcək. Məni də o vaxt tez-tələsik evləndirdilər buna görə. Demişdilər axı hər ailə başına ayrıca ev verəcəklər. Yeni layihənin maketi də qoyulmuşdu Sedmoy paralelnidə. Amma olmadı… maketi götürüb yerinə Heydər Əliyevin şəklini qoydular.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, Şərq Ölkələri Memarlıq Akademiyasının müxbir üzvü Rahibə Əliyeva:

- 2015-ci ilin yaz aylarından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə müraciət olunmuşdu ki, həmin ərazidəki abidələrin neçəsi saxlanılsın. Ərazidə monitorinq apardıq. 173 abidənin qorunub saxlanılmalı olduğunu dəqiqləşdirdik. Hətta binaları əhəmiyyət dərəcəsinə görə bal şkalasıyla da qiymətləndirdik. Siyahı Mədəniyyət və Turizm Nazirliyinə göndərildi. Həmin siyahıdan 70 abidəni çıxardılar və 103 abidə saxlanıldı. Həmin abidələrin hamısı dövlət mühafizəsinə götürülüb. Ümumiyyətlə, əhəmiyyət dərəcəsinə görə 2001-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi kataloqda da bu abidələr yer alıb. Bu ərazidə abidələrin qorunması üçün də təkliflərimiz olub. Bildirmişik ki, abidələrin çoxu yaşayış binası olduğu üçün təyinatı üzrə istifadə olunması məsləhətdir. Ümumiyyətlə, bütün abidələr öz funksiyasını yerinə yetirsə, daha yaxşı olar. Əgər məscid, yaxud hamam öz funksiyasını yerinə yetirə bilmirsə, başqa formada istifadə oluna bilər.  Abidələrdən mütləq istifadə olunmalıdır. Əgər istifadə olunmursa, insan nəfəsi dəymirsə, giriş-çıxış yoxdursa, o abidə təbii təsirlərdən, yəni nəmişlikdən, aşınmalardan dağılır.

Yeri gəlmişkən, Bizə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məktubla müraciət olunmuşdu ki, bu ərazidə abidələrdən daha on birinin sökülməsinə icazə verilsin. Səbəb kimi yol çəkilişi göstərilmişdi.

Müraciət olunsa da, onlardan biri bizim xəbərimiz olmadan sökülüb. Bu abidə Mirzəağa Əliyev küçəsində yerləşir. Hətta bizə müraciət olunub ki, binanın sökülməsinə rəy verək. Ancaq gedib gördük ki, bina yerində yoxdur. Özü də həmin bina Təhməzovlara məxsus çox qiymətli tikili idi. Bu bina haqqında akademik Şamil Fətullayevin kitabında maraqlı məlumatlar var.

Təhməzovların binası kariatida (sütunları əvəz edən uzun ətək geyimli qadın heykəlləri. - “Bakı-Баку”) tətbiq edilmiş nadir memarlıq abidələrindən idi. Bizə dedilər ki, bu binanı “qəzalı vəziyyətdə olduğuna görə” sökdük.

Jurnalist Nəcibə Bağırzadə isə belə deyir:

- Əyalətdən olan hər kəsin  uzaqda qoyub gəldiyi bir kənd var. Şəhərdə nədənsə incik düşəndə, ya qəribsəyəndə onların hamısı qoyub gəldikləri o kəndə üz tutur. Çünki o kənd xatirələr sahilidir.

Biz “şəhər uşaqları”nın bütün uşaqlıq  xatirələriysə bu gün sökülməkdə olan “Sovetski”və ya “Kubinka” deyilən məkanlarla bağlıdır. Bizim məktəb illərində ən yaxşı günlərimiz bu dar dalanlara sığışmış balaca evlərdə keçib. O vaxt əyri küçələrində dönə-dönə qaçıb yıxıldığımız bu məhəllələrin sökülməyini, təzə evə köçməyi çox arzulayardıq. Amma indi sökülən “Sovetski” bizimçün qayıda bilmədiyimiz keçmişimiz, dağılan xatirələr şəhəridi. Yaşı az qala əllini haqlamış insanların xatirələrdən əziz nəyi ola bilər ki…

Sökülən yerlərdə yaşıllıq salacaqlar. Yaxşıdı. Yaşıllıq ümiddir, gələcəkdir. Amma heç bir ümid xatirələr qədər əziz, heç bir gələcək keçmiş qədər doğma ola bilməz. Üstəlik də, o gələcək öz nəfəsiylə xatirə dəftərimizdəki ən gözəl səhifələri qoparacaqsa...

Bakı küçələri
5 02 iyun 2016 (№20)
http://baki-baku.az

Telefonnaya küçəsi - FOTO

XIX əsrin ortalarına qədər bu küçənin yerində şəhər sakinlərinin bağça və bostanları yerləşirdi. 1883-cü ildə burada Bakı dəmiryol vağzalı tikilir. Buradan şəhərin içərilərinə doğru yol çəkmək zərurəti yaranır. Həmin küçə Vokzalnaya adlandırılır. 1887-ci ildə bu küçədə ilk telefon stansiyası qurulur və küçənin adı dəyişdirilib Telefonnaya qoyulur. Vağzalı şəhərlə birləşdirən konka xətti sonradan tramvayla əvəzlənir. Uzun müddət şəhər kənarı sayılan və yoxsulların məskunlaşdığı bu ərazi tezliklə öz simasını dəyişir. 1898-ci ildə burada Lüteran kilsəsi, XX əsrin əvvəllərində Musa Nağıyev tərəfindən çoxmərtəbəli mədaxil evləri ucaldılır. 1913-cü ildə romanovların hakimiyyətinin 300 illiyi münasibətilə küçə Romanovskiy prospekt adlandırılır. 1918-ci ildə isə şəhər rəhbərliyi küçənin adını dəyişdirib, Bakıya Şollar suyunu gətirən mühəndis Vilyam Lindleyin adını verir. 1923-cü ildə “burjua” toponimikalarına qarşı çıxan sovetlər küçəni “28 aprel” adlandırdılar. 1991-ci ildən bəri küçə “28 may”dır.

Burada yerləşən çoxmənzilli yeni evlərlə yanaşı 1934-cü ildə Mikayıl Useynov və Sadıx Dadaşovun layihəsi əsasında indiki “Nizami” kinoteatrı və “Azərtac”ın binaları inşa edilir. 1950-ci ildə vağzala yaxın yerdə yerləşən Soldatskiy bazar dağıdılır və yerində Səməd Vurğun bağı salınır.

 

Ayna
6 02 iyun 2016 (№20)
http://baki-baku.az

“Xudavənda! Sən Özün bizi belə məmurların şərindən hifz elə”

Üzeyir Hacıbəyovun “Dinməver pulu” felyetonundan

“...Töycü söhbətini açdım, yadıma bir şey düşdü: görək bizim boynumuzdan da bu dinməver, danışmaver, tərpənməver, baxmaver, eşitməver, bilməver və ilaxır... və bir də “çaypulu” və “papiros” adlanan töycülər götürüləcəkmi? Bu məmuriar, polis əhli və qeyri çinovnik əhli o qədər "çay və papiros" pulu alıblar ki, camaat bu pulların verilməsini adət və vəzifə edibdir və görürsən elə yerdə, elə ittifaqda məmura oxşayan kimsəyə təklif edir ki, əsla lazım deyildir. Məsələn, keçən seçkidə evlərin kirayənişinləri və ümumən - "bütün şəxslərin"... siyahısını tərtib edəndə evin sahibi Hacı Dümün yazıçısını yanlayıb deyir: "Bəy, çox təvəqqe edirəm ki, yaxşı yazasınız... Əgər... istəsəniz... sizə bir qədər "papiros pulu"... verərəm".

Yazıçı cavab verdi:

- Əmi, mən bunu yazmağım əvəzinə pul almıram... Bu mənim vəzifəmdir. Mən bunu yazmağa borcluyam.

Bədbəxt camaat, gör rüşvətçi məmurların xasiyyətlərinə özünü necə adətləndirib!

Oğru, xırsız istər ki, həmişə gecə qaranlıq və zülmət olsun ki, "kəsbkari tərəqqi" eləsin...

İndi bizim məmurlar da əllərilə də, ayaqlan ilə də və başları ilə də səy edirlər ki, camaatı zülmətdə və avamlıqda baqi eləsinlər ki, belə-belə sözləri aşikar olmasın. Hətta bir pristav "vətənpərəstliyindən" savadlı gəncləri görəndə gözləri çıxırdı, tükləri biz-biz dururdu və belə savadlının "divanxanaya", yəni "ədalət çeşməsinə" işləri düşəndə ağa pristav ona: "Səndən zəhləm gedir", – deyib qovardı. Amma savadsızlara pristav himayə edib, bir sərnic süd, yaxud bir bəsti bal, ya ki, yüz yumurta əvəz alar idi... Pristavın bu mücahidliyinin nəticəsi bu oldu ki, savadlı kəndçi qol çəkmək, kağız imzalamaq lazım gəldikdə "xeyr, mən savadlı deyiləm", - deyib özünü avam göstərirdi ki, pristavın qəzəbinə düçar olmasın...

Xudavənda! Sən Özün bizi belə məmurların şərindən hifz elə.”

Aşurbanipal
7 02 iyun 2016 (№20)
http://baki-baku.az

Rüfət Əhmədzadə - Şeirlər

Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda dünyaya gəlib. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şeirləri ilə çıxış edir.

"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şeirlərinə bəstələnmişdir. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.

Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.

OLUB

Qeysi Məcnun eləyən hamı bilir Leyli olub,
Leylinin Məcnuna ondan daha çox meyli olub.

Demə ki, sevməliyəm Leyli misalında səni,
Belə sevdaya düşənlər gözəlim, xeyli olub.

Məcnunun naləsi çöllərdə verib əks-sadə,
Naləsiz vəslə yetən amma ki, bir qeyri olub.

Eşqi dildən-dilə, eldən-elə dünyanı gəzib,
Qumlu səhralara baxmaq yazığın seyri olub.

Cananın fikri budur: Rüfəti Məcnun eləsin,
Guya məcnunluğunun Məcnuna çox xeyri olub...

 

“YAXŞI OĞLAN”

Üzdəniraq mərəzlərin bunun canında var mini,
Amma bu “yaxşı oğlan”ın vəzifə örtür eybini.

Alan deyilməyir ona, alanların alanıdır,
Yalan onun qidasıdır, doğru onun yalanıdır,
Minib səyirdir əyrini, əyrilərin palanıdır,
Döngə dalanlı yolları gedir, görünməyir tini,
Çünki bu “yaxşı oğlan”ın vəzifə örtür eybini.

Bir elə dartınıb gəzir, qırılmaq ehtimalı var,
Bu yanda təmtərağı var, o yanda cah-cəlalı var.
Böyük yanında susmağı, kiçik yanında qalı var,
Düşsə bir azca qorxuya, gedər satın alar hini,
Bu qorxaq oğlu qorxağın vəzifə örtür eybini.

Guya qanandır hər şeyi, qanmağı olmayıb hələ,
Çox yeri yandırıb yaxıb, yanmağı olmayıb hələ,
El-obaya yarınmağı anmağı olmayıb hələ,
Niyyəti, fikri qapqara üzdə bilinməyir kini.
Hamıya yaxşı görsənir, vəzifə örtür eybini.

 

QONŞUDAN QALMA DALA...

Neçə illərdir mənim
Baharım dönüb qışa.
Arvad girəndən bəri
Qonşumuzla “yarışa”
Nə sözümü eşidir,
Nə də anlayır məni,
Hər gün danlayır məni:
“Qonşu hara, sən hara
Nədir ki, o avara,
Onun arvadına bax,
Yüz cürə paltarı var.
Sən birini alınca
Canını alır azar.
İmportnı mebelləri
Yan-yana düzüb zala.
Ad-sanından eyibdir,
Qonşudan qalma dala!..”
Özümü oda saldım,
Həmin mebeldən aldım...

Sonra arvad eşitdi
Qonşu alıbdır xalı.
Çaldı zurna-qavalı
Mənimçün bala-bala,
Dedi: - Kişi, eyibdir,
Qonşudan qalma dala.
Axır ki, aldım xalı,
Coşdu arvadın halı...
Qonşumuzun evində
Başlanan kimi təmir,
Təmirə başlamaqçün
Arvaddan aldım əmr.
Düz divarı sökdürüb
Çəkdirdim təzə mala,
Arvad elə hey deyir:
Qonşudan qalma dala!..
Bəli, indi evimdə
Cah-cəlal yaratmışam.
Amma borcun içində
Xirtdəyəcən batmışam...

Xoş günlər tez ötüşdü,
Evə mərəkə düşdü.
Qonşum alanda maşın.
Arvad gözünün yaşın
Töküb danladı məni:
Dedi ki, görüm səni
Gəlməyəsən zavala!
Bizi xəcil eylədin,
Qonşudan qalma dala...
İndi maşın almağa
Növbəyə də durmuşam.
Tanış-biliş söyləyir
Pullanıb qudurmuşam.

Ancaq, xeyli zamandır
Mənim halım yamandır.
Alıb canımı dərd-qəm,
Təzə söz eşitmişəm:
Qonşum möhkəm ilişib,
İşi əngələ düşüb.
Ondan yazılan tək akt
Vurub kişini infarkt.
Qorxuram yazıq ölər,
Başıma gələr bəla.
Arvad deyər: Eyibdir,
Qonşudan qalma dala!

Страсть Эдгара По: женитьба писателя на 12-летней кузине

Жизнь творческих людей сложно назвать скучной. Они всегда попадают в какие-либо переделки, имеют свои странности или наклонности. Так, писатель Эдгар По был известен не только своими произведениями, но и жизнью, сопровождавшуюся скандалами. Одним из них стала любовь писателя и его женитьба на 12-летней кузине.

Эдгар По рос в семье приемных родителей. Ему ни в чем не было отказа, поэтому он был очень избалованным ребенком. Когда будущий писатель подрос, он вел разгульную жизнь и часто оказывался в щекотливых ситуациях. Отчим постоянно оплачивал карточные долги приемного сына. Но, когда он, в очередной раз не захотел выпутывать Эдгара из переделки, тот, оскорбившись, переехал жить к своей тетке в Балтимор.

Миссис Клемм с радостью приняла племянника, несмотря на то, что сама едва сводила концы с концами, имея на руках двоих детей. Именно тогда у 26-летнего Эдгара По вспыхнула любовь к его 12-летней кузине Вирджинии. Девочка быстро расцветала, превращаясь в хорошенькую девушку, а писатель умолял тетушку дать согласие на брак с дочерью. Миссис Клемм уступила ему, но с условием, что Эдгар вступит в интимную близость с Вирджинией только тогда, когда девушка достигнет физиологической зрелости.

Все родственники были против этого союза, поэтому брак между влюбленными был заключен тайно 22 сентября 1835 года. Свидетельницей была только миссис Клемм и священник. Достоверность произошедшего подтверждает отметка в муниципальном регистре.

Что касается самой Вирджинии, то девочка хотела быть такой же важной замужней дамой, каких она видела вокруг себя. Но девочка не могла взять в толк, почему ее свадьба не соответствовала пышным приемам, которые всегда сопровождают подобные события, и почему все нужно держать в тайне.

Спустя некоторое время Эдгар По снова обвенчался со своей женой, но теперь в открытую. Известие о том, что писатель живет на иждивении тетки, вызывало сочувствие у родственников, поэтому они часто присылали миссис Клемм деньги. Со временем они бы все-таки узнали о венчании Эдгара и Вирджинии и поняли, что их просто обманывали. Поэтому 16 мая 1836 года состоялась еще одна церемония. Но и здесь По пришлось прибегнуть к хитрости. В одной из муниципальных книг стоит запись, что мисс Вирджиния Э. Клемм достигла 21 года, хотя на самом деле девушке было не больше 14. Эдгар По и его тетка убеждали чиновников, что девушка просто молодо выглядит.

После свадьбы Эдгар По наконец-то обрел покой. Семейная жизнь напоминала идиллию: когда он шел по улице, она окликивала его из окна и махала рукой. Вечерами По читал Вирджинии свои произведения. Но счастье не может быть вечным. Вирджиния заболела туберкулезом. С каждым новым приступом жены психика Эдгара По расшатывалась все сильнее. Он бежал со всех ног к доктору, и тот не знал, кому оказывать помощь первому: чахоточной жене или обезумевшему мужу. Писатель начал пить, литературная деятельность не приносила постоянного дохода, и семья пребывала в нужде. Порой Вирджиния лежала в ознобе на соломенном матрасе, обняв кошку, Эдгар грел ее руки, а миссис Клемм – ноги.

Когда Вирджиния умерла, Эдгар По пережил ее всего на пару лет. Он не протянул бы их этого, если бы не родительская забота миссис Клемм. Она буквально выхаживала потерявшего сон писателя. Но Эдгар По так и не смог оправиться от потери жены до самого конца. Внезапная смерть Эдгара По до сих пор остается тайной, над разгадкой которой историки бьются до сих пор.

Подготовил: Məmməd Rauf

Великие азербайджанцы
8 02 iyun 2016 (№20)
http://baki-baku.az

Фиридун бек Везиров

Фиридун бек Везиров родился 19 апреля в 1850 в Тбилиси в аристократической семье. Джамал бек, отец Фиридун бека, работал в суде. Эсмет, мать Фиридун бека, была домохозяйкой.

Начальное образование Фиридун бек получил в классической гимназии в Тбилиси. В 1868 он окончил юнкерскую школу в Елизаветграде.

Военную службу он начал в седьмом Беларусском гусарском полку в звании унтер-офицера. Именно тогда Везиров решается жениться на Зинаиде Кричинской. Она была татаркой из Литвы. По инициативе Джамал бека Зинаида взяла себе новое мусульманское имя - Зейнаб.

В 1877 ротмистра Фиридуна, служащего в Тверском драгунском полке, назначили командиром четвёртого эскадрона. Проявивший себя, как образцовый офицер, Фиридун бек Везиров был избран членом Кавказского Окружного Военного суда.

13 октября 1897 получил звание полковника. Спустя 2 года Везирова назначают командиром Новотроицкого драгунского полка. В одно время служил в Варшаве, в Рыльски и в других городах. В течение этого периода Везиров получил звание генерал-майора. Спустя некоторое время Везиров переселяется в Тбилиси.

Он проживал на улице Михайловская в доме № 111. 19 января 1882 года Везиров был награждён орденом Святого Станислава 3-й, 6 мая 1889 награждён орденом Святой Анны 3-й степени, Святого Станислава 2-й степени, 22 сентября 1898 года - орден «Князя Владимира».

В 1919 Фиридун бек Везиров во время пребывания в Тбилиси получает письмо следующего содержания:

«Многоуважаемый Фиридун бек, нет сомнений в том, что вы узнали о создании национальной армии Азербайджанской Демократической Республики. У нас есть большая потребность в таких способных и опытных военачальниках, как Вы, для служения в новообразованной армии. Напомню, из-за добровольцев численность нашей армии с каждым днём увеличивается. Несмотря на тяжёлую ситуацию нам удалось создать Генштаб. Общий отдел, отдел дежурных генералов, отдел кавалерии, отдел прессы и другие отделы Генштаба уже начали работать. Азербайджанское правительство обеспечило нас средствами из бюджета. В настоящее время мы не испытываем трудностей с военной техникой и с новыми офицерами. Верим, в независимом Азербайджане вы поделитесь своим военным опытом с молодыми солдатами, которые служат в рядах нашей армии. Поэтому, прошу принять наше приглашение работать с нами в Генштабе. С уважением, дежурный генерал Генштаба, полковник Абдулгамид бек Гайтабашы.»

Получив это письмо, Фиридун бек отправляется в Баку.

По приказу № 351 генерала Мехмандарова генерал-майор Фиридун бек Везиров становится комендантом Баку.

После прихода к власти большевиков Везиров был отстранён от работы, а 2 июня 1921 года был арестован ЧК Азербайджана. Его обвиняют в членстве партии «Ислам», в участии в Гянджинском восстании. Власти требуют от него письменных объяснений на русском языке.

Из материалов допроса:

«Я жил в Тбилиси. В 1919 году был приглашен правительством АДР в Баку и назначен на должность коменданта, на котором работал до прихода Советского правительства. Я не был членом какой-либо партии. Я тридцать восемь лет служил в кавалерийских войсках. После прихода Советского правительства стал офицером запаса при штабе Чингиза Илдрыма. Пять - шесть месяцев тому назад служил с товарищем Алигейдаром Гараевым в качестве работника по спецоперациям. В связи с этой работой был в командировке в Гянджинском уезде, в Закатальском уезде и в Казахском уезде.

Вопрос: С кем вы встречались в Гяндже?

 Ответ Везирова: В Гяндже я был знаком с Агасыбековым, Гошгаровым, Усуббековым, Сеидали Мир Кязымбековым. Других знакомых в Гяндже я не имею. Я не знаю человека по имени Халил Шакиров и никокда не был знаком с ним. У меня не было близкого знакомства с руководством партии «Мусават». Я видел в их лице начальство. За всё время пребывания в Баку, в Азербайджане я занимался военной деятельностью. Не был членом какой-либо партии или организации. Повторяю, я-военный. Я, подчиняющийся уставам, генерал от кавалерии. Я ничего не слышал и ничего не знаю о партиях «Иттихад-ислам» и «Великий Ислам Турана», упоминаемых вами.»

После допроса Фиридун бек подписал лист допроса и сделал приписку: «не считаю себя виновным в чём-либо.»

19 июня 1921 коменданту ЧК был послан ордер за номером 1620 с подписью председателя совета Народных Комиссаров Азербайджана Наримана Нариманова и его секретаря. Ордер гласил:

«Вам надлежит, как только вы получите ордер, освободить Фиридун бек Везирова (бывшего генерала).»

30 июня 1925 года в возрасте семидесяти пяти лет Фиридун бек Везиров был расстрелян. Он  был расстрелян после смерти Нариманова.

Tarix
9 02 iyun 2016 (№20)
http://baki-baku.az

“Qız qalası”nın iki qapısı? - FOTO

Bilirdik ki, “Qız qalası”nın bir giriş qapısı mövcuddur. Bu köhnə fotoda isə ikinci qapı görünür.

Digest
10 02 iyun 2016 (№20)
http://baki-baku.az

Эрдоган - Путин: странная война по доверенности с применением Stinger

La Stampa

Анкара поставляет группировкам, воюющим против Асада, китайские ракеты, Москва ответила тем, что направила ПЗРК курдским формированиям, пишет Джордано Стабиле в статье, опубликованной в газете La Stampa.

Поворотом в войне по доверенности между Анкарой и Москвой стало применение бойцами РПК зенитного комплекса "Игла" российского производства против турецкого вертолета. Эта партия разыгрывается в рамках гражданской войны в Сирии и в противостоянии между турецкой армией и курдскими повстанцами на юге Турции. С той лишь разницей, что сирийских курдов поддерживают США в войне против ИГИЛ (запрещенная в РФ организация. - Прим. ред.), а Турция борется с ними. В обоих конфликтах - и это стало поворотным моментом - стали применяться переносные зенитные установки. Широкая публика знает их как Stinger, ракеты, которые американцы в 80-е годы поставляли афганским моджахедам и которые, в конечном счете, привели к отводу советских войск, говорится в статье.

Автор статьи отмечает, что в условиях труднопроходимой местности и городских боев вертолеты играют решающую роль в поддержке пехоты. Но винтокрылые машины уязвимы для переносных зенитных ракет, эффективных на высоте до 3 или 4 тысяч метров. То же самое относится и к старым моделями истребителей-бомбардировщиков, которым приходится снижаться, чтобы определить объекты.

Переносные зенитные ракеты не использовались в ходе сирийской гражданской войны по решению Вашингтона. Слишком опасно поставлять их повстанцам, воюющим бок о бок с исламистами "Ан-Нусры" (запрещенная в РФ организация. - Прим. ред.). Но после фронтального столкновения с Россией, начиная с 30 сентября прошлого года, Турция решила поставлять это оружие повстанцам. В 2016 году в течение одного месяца были сбиты три сирийских самолета.

Складывается впечатление, что в трех случаях были использованы китайские модели FN-6, менее совершенные, чем русские и американские, но легкодоступные на черном рынке. В Москве прозвучал сигнал тревоги. Вероятно, данными обстоятельствами объясняется отказ от использования старых и уязвимых Су-24 и Су-25 в связи с появлением нового оружия. Самолеты были заменены на вертолеты Ка-52, оснащенные электронными системами, способными изменять курс ракет, пишет корреспондент.

Кремль перешел в контрнаступление. 27 апреля официальный представитель Москвы публично отметил, что Москва может начать поставлять ПЗРК подразделениям РПК, если Анкара не будет препятствовать поставкам подобного оружия сирийским повстанцам. Первым предупреждением может считаться уничтожение 13 мая ракетой "Игла" турецкого вертолета Ah-1W SuperCobra.

Как известно, Турция ведет войну с сирийскими курдами YPG, союзниками РПК. В Ираке турецкие наземные войска и авиация наносят удары по расположениям РПК. В понедельник министр иностранных дел России Сергей Лавров заявил, что турки должны "выйти" из Ирака: "Это неприемлемая позиция".

"Риск эскалации вполне реален. Лавров вновь заговорил о необходимости "извинений" за сбитый российский самолет Су-24 турецкими F-16 24 ноября прошлого года и "суда" над протурецкими повстанцами, убившими одного из пилотов. Советский Союз поддерживал РПК до 1990 года, а Хафез Асад поддерживал их до 1998 года, пока Анкара не пригрозила захватить Сирию. Асад уступил и изгнал лидера РПК Абдуллу Оджалана, который в настоящее время находится в тюрьме. Теперь все начинается сначала", - пишет корреспондент.

Источник: La Stampa

А что если Демократическая партия выдвинет не Хиллари Клинтон?

The Wall Street Journal

Вариант событий, при котором Хиллари Клинтон не станет кандидатом в президенты от Демократической партии, перестал быть чисто теоретическим допущением, пишет в The Wall Street Journal Дуглас Э.Шён, в прошлом политконсультант президента Билла Клинтона.

Неизбежность выдвижения Клинтон окажется под большим сомнением, если на праймериз в Калифорнии 7 июня победит Берни Сандерс, а победа Сандерса вполне возможна, считает эксперт.

В свежих соцопросах PPIC и Fox News Хиллари Клинтон опережает Сандерса на 2%. Даже если в Калифорнии Сандерс победит с небольшим перевесом, он обеспечит себе голоса не менее 250 делегатов.

"Потенциально победа Сандерса в Калифорнии заострит внимание на слабости г-жи Клинтон как кандидата на президентских выборах. "Суперделегаты" - демократы (выбранные партийным истеблишментом и в подавляющем большинстве поддержавшие Клинтон: 543 голоса против 44) всерьез задумаются, стоит ли им по-прежнему поддерживать ее кандидатуру", - говорится в статье.

Если же Сандерс победит и в Калифорнии, и в Монтане, и в Северной Дакоте, а в Нью-Джерси покажет себя конкурентоспособным соперником, он вполне может выйти вперед по числу делегатов.

Вдобавок исчезло впечатление, будто Хиллари Клинтон станет самым сильным соперником в поединке с Дональдом Трампом. В некоторых соцопросах она отстает от него на 2-3%. Сандерс, напротив, обошел Трампа на 10%, сообщает Шён.

Тем временем генеральный инспектор Госдепартамента США заключил, что г-жа Клинтон нарушила правила, используя личную электронную почту для служебной переписки; он также счел, что в публичных заявлениях она была далеко не чистосердечна. Крепнут опасения, что г-жа Клинтон и (или) ее помощники будут признаны виновными в нарушениях.

И, наконец, "негативный рейтинг" у г-жи Клинтон почти такой же высокий, как у Трампа.

В Демократической партии звучат предположения, что на съезде может появиться новый кандидат. По словам автора статьи, одна из вероятных кандидатур - нынешний госсекретарь Джон Керри, выдвигавшийся в президенты в 2004 году. "Но самый вероятный сценарий в том, что в гонку включится вице-президент Байден. Он говорил, что "каждый день" жалеет о своем решении не баллотироваться", - пишет Шён.

Источник: The Wall Street Journal

Maraqlı
11 02 iyun 2016 (№20)
http://baki-baku.az

Sabiri niyə oturtdular

1922-ci ildə memar Q.Əsgərovun layihəsi əsasında salınmış bu bağda elə həmin il böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin (ayaq üstə) heykəli ucaldılır. Əsərin müəllifi tanınmış heykəltəraş Yakov İosifoviç Keylixisdir.  Zaman keçdikcə fikirlər səslənirdi ki, guya bu heykəl milli ənənələrə cavab vermir, xüsusiyyətləri millilikdən uzaqdır, ona görə də onu götürmək lazımdır. Hazırda “İsmailiyyə” binası ilə yanaşı bağda yerləşən M.Ə.Sabirin (oturmuş vəziyyətdə) heykəli 1958-ci ildə qoyulmuşdur. Sabirin heykəlinin müəllifləri heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov olmuşdur. Heykəl tuncdan, qara qranitdən və mərmərdən işlənmiş, 9 metr hündürlüyə malikdir.

 

ЧтоГдеКогда
12 02 iyun 2016 (№20)
http://baki-baku.az

Biz yuxuda olarkən beynimizdə nə baş verir?

Əgər bir insanın başına 'elektroensephalograf' adlandırılan cihazı bağlasaq, o insanın yaydığı beyin dalğalarını açıq şəkildə izləyə bilərik. Oyaq və hərəkətsiz vəziyyətdəki bir insanın beyni saniyədə 10 dəfə hərəkət edən 'alfa' dalğaları yayır. Hərəkətli bir insanın beyni isə, bundan iki dəfə çox olan 'beta' dalğaları yayır.

Yuxu əsnasında isə beyin, hərəkət sürəti daha aşağı olan iki cür dalğanı – 'teta' və 'delta' dalğalarını yayır. 'Teta' dalğalarının hərəkəti saniyədə 3,5 və ya 7 arasında olub, 'delta' dalğalarınından saniyədə 3,5 dəfə azdır.

İnsanın yuxusu dərinləşdikcə, beyin dalğalarının hərəkəti də yavaşlayır. İnsanda ən dərin və oyandırılmasının ən çətin olduğu yuxu zamanı, beyinin 'delta' dalğaları yaymağa başladığı zamandır.

İndi gəldik işin ən maraqlı mərhələsinə. İnsan gecə yuxuda olduğu zaman gözlənilməz qəribə hərəkətlər edir. İngiliscədəki 'Sürətli Göz Hərəkətləri' sözlərinin baş hərflərindən alınaraq 'REM' yuxusu adlandırılan və insanların əksəriyyətində bir gecədə 3-5 dəfə görülən bu mərhələdə, beyin dalğaları oyaq bir insanınkı qədər sürətlənir.

Bir insanı və ya bir iti REM yuxusu əsnasında izləsək, gözlərinin irəli və geriyə doğru sürətlə titrədiyini görə bilərik. REM yuxusu mərhələsində itlərin çoxunda, insanların isə bir qisimində qollarda, qıçlarda və üz əzələlərində yığılmalar da müşahidə edərik.

Yuxu görmə REM yuxusu əsnasında baş verir. Bu proses sırasında bir insanı oyandırsaq, o, yuxusunu canlı olaraq xatırlayar və danışa bilər. REM yuxu mərhələsi xaricində isə insanlar ümumiyyətlə yuxu görmürlər.

Gecələr rahat yatmağımız üçün həm REM, həm də bundan başqa mərhələlərin eyni zamanda baş verməsi lazımlıdır. REM qismi yuxu müddətinin yüzdə 25 hissəsini əhatə etməlidir. Normal yuxuda REM yuxu hissəsi 5 və ya 30 dəqiqə çəkir.

Yuxu dərmanları daha tez və dərin yatmağımızı təmin edə bilər, amma yuxumuzu və xüsusilə də REM hissəsinin keyfiyyətini dəyişdirə bilər. Yuxudan əvvəl qəbul edilən spirtli içkilər də beynin dalğa yayma sisteminə və nizamına təsir edir. Sağlam və rahat bir yuxu üçün insan hər zaman eyni saatda yatmalı, həftə sonları da daxil olmaqla eyni saatda oyanmalıdır.

Hazırladı: Məmməd Rauf

Kişi və qadınların əl yazıları fərqlidirmi?

Əlyazmaya baxaraq, onun kişi və ya qadın tərəfindən yazıldığını təsbit etmək mümkün deyil. Bir əl yazısının analiz nəticəsi o yazı müəllifinin şəxsi keyfiyyətləri, xarakteri, hissləri, psixoloji vəziyyəti, enerjisi, motivasiyası, qorxuları və müdafiə özəllikləri, fantaziyaları və digər bu kimi bir çox istiqamətdə məlumatlanmaq olar, amma yazarın cinsiyyətini təxmin etmək mümkünsüzdür. Doğrudur, əl yazısında bəzi elementlər var ki, yazının kişi və ya qadın tərəfindən yazılıdığına ötəri də olsa işarə edir, amma bu, ümumi təsbitə əsas vermir.

Əl yazısı təhlili yazarın şüuraltı fikirləri haqqında az-çox nişan verə bilər, amma bu da müəyyən yerə qədərdir. Əl yazısından sadəcə cinsiyyət deyil, irq, din və hətta yazarın solaxay olub-olmamasını müəyyən etmək də imkansızdır.

Bu məsələ neyrobiologiya üzrə çalışanların da diqqətini çəkib və elm xadimləri sinir əzələlərinin reaksiyalarını təsnif etməyə çalışıblar. Belə ki, bəzi sinir əzələlərinin reaksiyalarının bənzər şəxsiyyətlərə və beyin xəbərdarlıqlarına malik insanlarda olduğu müşahidə edilib. Bu nəticəyə görə də yazı tərzi ilə şəxsiyyət arasında bir əlaqə olduğu müəyyən edilib.

Əl yazısı insandan insana dəyişir. Hər uşağa ibtidai məktəbdə hərflərin yazılması müəyyən bir qəlibdə öyrədilsə də, uşaqlar qısa müddətdə öz fərdi xüsusiyyətlərini hərflərə və yazı qaydalarına əks etdirirlər. İnsan zamanla müdrikləşir və öz şəxsi keyfiyyətlərinə özəl, baxıldığı zaman kim tərəfindən yazıldığı anlaşılacaq bir yazı stili əmələ gəlir.

Əslində çox az sayda insan düşündüyü kimi yazır. Əl yazısı özündə düşüncədən daha çox şəxsi keyfiyyətləri əks etdirir. Əl yazısını analiz etmə artıq sosial bir elm sahəsi kimi qəbul edilir. Təhsilli və təcrübəli bir yazı təhlilçisi yazının sahibi (cinsiyyəti deyil) haqqında 85-95% düzgünlüklə məlumat verə bilir. Bu analitiklərə iş müraciətlərində, firmalara və ölkəyə xarici vətəndaş qəbulunda, hətta məhkəmələrin hazırladığı tətbiqatlarda da müraciət olunur.

Saxta imzalar da buna oxşar bir məsələdir. Saxtakar təqlid etdiyi imzaya öz yazı stilindən də bir şeylər əlavə edir. Əksər hallarda saxta imzanı asanlıqla ayırd etmək olur. Saxta imza çəkən bu imzanı çox araşdırmış, imza şəklini və qələm hərəkətlərini yaxşı tətbiq etmiş olsa da, imzanın saxta olduğunu aşkar etmək olur. Ancaq saxta imzanı təhlil edərək onun kim tərəfindən çəkildiyini müəyyən etmək isə demək olar ki, mümkünsüzdür.

Hazırladı: Məmməd Rauf

Sərgi salonu
13 02 iyun 2016 (№20)
http://baki-baku.az

“VIEW OF TOLEDO” (“Toledo mənzərəsi”)

“El Greco” (yunan) təxəllüsü ilə məşhurlaşan rəssam Dominikos Theotokopoulos, eyni zamanda memar və heykəktəraş idi. Bizansın ənənəvi sənət növlərinə bələd idi. İtaliyaya gəlib Tiziano və Tintoretto’nun atelyelərində çalışmağa başladı. Bir müddət sonra isə kökünün bağlı olduğu yerə dönməyi qərara alan sənətçi Toledoya köçdü. Ən önəmli əsərlərini də elə burada hazırladı.

İlk əl işlərində daha çox Venesiya üslubu hiss olunsa da, fırçanın əsərdə, İspaniya rəsm sənətinə xarakterik hərəkəti, özəl fiqurlar və qeyri-adi rəng keçidlərini də qısa zaman ərzində yaradıcılığına təlqin edə bildi. Dini səhnələrin əsərdə rənglərlə izahı və təbii çalarlar sənətçini seçilənlərdən edən əsas özəlliklərdir.

Kubizmin öndəri olaraq tanınan El Greco’nun ən məşhur tablolarından olan “View of Toledo” rənglərdən istifadə olunma və fırça işi ilə sənətçinin rəsm mədəniyyəti tarixindəki önəmli yerini müəyyən etdi. San Servando Qalası, arxasındakı təpə ilə kəskin və bir-birinə əks olan rənglərlə rəsm edilib. Əsərin əsas mövzusu olan bu San Servando Qalası Toledo əyalətinin öz müstəqilliyini qazanmasında önəmli rol oynamışdı.

  • Əsərin müəllifi: İspan rəssam El Greco (əsl adı: Dominikos Theotokopoulos) (1541-1614);
  • Əsərin adı: “View of Toledo” (“Venus və Adonis”);
  • Dönəmi: İspan rəsm məktəbi;
  • Əsərin hazırlanma tarixi: 1595-1600 (fərziyyələrə görə isə 1600-1610);
  • Əsərin orijinal ölçüsü: 121,3 x 108,6 sm. (Kətan üzərində yağlı boya ilə);
  • Digər önəmli əsərləri: “Orgaz Kontu’nun dəfni”, “İsanın Vəftizi”;
  • Təsirləndiyi sənətkarlar: Tiziano, Tintoretto;
  • Əsərin saxlandığı yer: Motropolitan Museum of Art, New York.

Hazırladı: Məmməd Rauf

Ностальгия
14 02 iyun 2016 (№20)
http://baki-baku.az

Народная артистка Азербайджана Людмила Зыкина!...

Людмила Зыкина была и остается настоящей легендой советской эстрады. Ее голос называли лучшим в СССР, а ее песни – народным достоянием большой страны. Прожив долгую и яркую жизнь, Людмила Георгиевна успела сделать на своем веку удивительно много. Она пела на лучших концертных площадках страны; сотрудничала с лучшими композиторами и оркестрами Советского Союза. Ей рукоплескали простые люди и высокопоставленные чиновники, председатели Компартии и иностранные гости СССР. Но можно ли сказать, что ее судьба была светлой и беззаботной. Конечно, нет. И убедиться в этом может каждый, кто хоть немного знаком с биографией певицы.

РАННИЕ ГОДЫ, ДЕТСТВО И СЕМЬЯ

Будущая народная артистка СССР родилась в обычной московской семье в тот тяжелый период, когда одна историческая эпоха сменялась другой. Ее детство было самым обыкновенным: школа, уроки, игры с друзьями в московских дворах. Семья Людмилы Зыкиной была достаточно обеспеченной, а потому ранние годы жизни великой певицы с полной уверенностью можно назвать счастливыми.

Все поменяла Вторая мировая война. В эти тяжелые годы двенадцатилетняя Люда помогала старшим, выполняя обязанности токаря на Московском станкостроительном заводе имени Орджоникидзе. За свой вклад в общее дело будущая певица получила звание «Заслуженный орджоникидзовец», которым впоследствии очень гордилась. После окончания военных действий Зыкина поступила на работу в военно-клинический госпиталь и стала работать санитаркой, а затем швеей. При этом, как признавалась сама артистка, заветной мечтой ее детства была профессия лётчицы.

ТВОРЧЕСКАЯ КАРЬЕРА И ПЕРВЫЕ ШАГИ НА СЦЕНЕ

Певческая карьера молодой девушки началась почти случайно. Решив попробовать свои силы на большой сцене, Людмила Зыкина стала участницей Всероссийского конкурса молодых исполнителей, который проходил в Москве в 1947-м году. На места в Народном хоре имени М. Пятницкого претендовало несколько тысяч человек. Конкурс доходил до полутора тысяч человек на место. Рассчитывать на успех было сложно, однако незабываемый голос и искрометный талант певицы сделали свое дело, восемнадцатилетняя Люда стала солисткой знаменитого ансамбля.

Именно здесь Зыкина постигала все премудрости певческого ремесла. Хор имени Пятницкого стал для нее прекрасной школой, однако в 1949 году она покинула его ряды и стала работать на Первой образцовой типографии в Москве. Возможно, в этот момент в сердце певицы зародились сомнения по поводу ее дальнейшей судьбы. Однако страсть к музыке перевесила все сомнения.

В 1951 году Зыкина стала выступать с хором русской песни Всесоюзного радио, а уже в 1960-м, став артисткой Москонцерта, начала петь сольно.

Стоит отметить, что шестидесятые годы ознаменовались настоящим взлетом ее карьеры. География гастрольной деятельности певицы протянулась от Сибири до Камчатки, от Урала до Дальнего Востока. В этот период певица стала лауреатом сразу нескольких певческих конкурсов. Ее голосом восхищались известные деятели искусства, политики и представители высшего военного руководства СССР. Основной темой ее творчества стала культура россии, а это было весьма актуально в ее время.

С концертными выступлениями певица объездила все союзные республики. Особенно полюбилось ее творчество в Азербайджане. Как это нестранно, именно в Стране Огней Людмила Зыкина впервые получила звание Народной артистки.

Случилось это знаменательное событие в 1972 году. И с этого момента личная коллекция наград и званий Зыкиной стала пополняться с удивительной регулярностью. В 1973-м певица была удостоена звания Народной артистки СССР.

В семидесятые-восьмидесятые она стала лауреатом Ленинской премии, обладательницей Ордена Ленина, Государственной премии РСФСР имени М. И. Глинки, а также многих других наград. Полный же перечень наград, которые заняли достойное место в личной коллекции певицы и вовсе невозможно подсчитать. А потому многочисленные регалии Зыкиной сегодня мы оставим за скобками.

В 1977-м году, уже будучи известной и популярной исполнительницей, Людмила Зыкина стала руководителем и солисткой русского народного ансамбля «Россия». Именно с этим коллективом и связано более позднее творчество певицы. Ее любили и уважали – зрители всегда с охотой приходили на ее концерты, а известные композиторы почитали за честь работать вместе с ней. Так в репертуаре Зыкиной появились песни Марка Фрадкина, Александра Аверкина, Григорием Пономаренко, Виктора Темнова и многих других талантливых авторов.

ЛИЧНАЯ ЖИЗНЬ

В своей жизни Людмила Зыкина была замужем четырежды, однако о ее мужьях известно относительно немного. Первым избранником артистки был инженер Владлен Позднов, вторым - фотокорреспондент популярного в те годы журнала «Советский воин» Евгений Свалов. Третьим супругом Людмилы Георгиевны стал Владимир Котёлкин – советский переводчик, преподаватель иностранных языков.

Фактически известной и примечательной личностью был только четвертый муж певицы – баянист-виртуоз Виктор Гридин. С 1975 года он возглавлял ансамбль «Россия», аккомпанировавший Людмиле Зыкиной. Так и произошла встреча двух людей. Влюбленные прожили в браке 17 долгих лет, однако в середине девяностых Виктор ушел от Людмилы к Надежде Крыгиной, другой народной певице.

КОНЧИНА

В последние годы жизни Зыкина тяжело болела. Ее беспокоил сахарный диабет. В 2007 году артистка перенесла тяжелую операцию, вследствие которой ей был удален тазобедренный сустав. Однако это не помешало ей жить привычной жизнью. Десятого июня 2009 года она пышно отметила свой восьмидесятый день рождения. В числе гостей были многие известные российские деятели политики и искусства. Этот день стал последним праздником в жизни артистки.

Через три недели у Людмилы Георгиевны случился инфаркт. Первого июля 2009 года певица скончалась от остановки сердца. Прощание с Народной артисткой СССР состоялось 3 июля в московском Концертном зале им. П. И. Чайковского. Могила Людмилы Зыкиной находится на Новодевичьем кладбище в Москве.

БРИЛЛИАНТЫ ЛЮДМИЛЫ ЗЫКИНОЙ УКРАЛА ЕЕ ПОМОЩНИЦА

Бриллианты великой певицы Людмилы Зыкиной нашли. Они были не в банке, как предполагала милиция, а в загородном доме ее помощницы Татьяны Свинковой. У женщины обнаружили золотые украшения, концертные платья певицы, бриллиантовые колье и даже предметы интерьера.

В отношении помощницы Людмилы Зыкиной было возбуждено уголовное дело по статье «самоуправство». Теперь ее переквалифицируют в «кражу». Все найденные вещи переданы племяннику Людмилы Зыкиной.

Подготовил: Məmməd Rauf

Təqdimat
15 02 iyun 2016 (№20)
http://baki-baku.az

Uğur yolunda TOYOTA sürəti

KIICHIRO TOYODA necə başardı?

Yoxsul bir toxucunun oğlu idi. İçki və siqaretə nifrət edirdi. Çalışdı, çabaladı... Bu gün bütün dünya ölkələrində onun minlərlə maşını satılır. Ölkəsi Yaponiyaya milyardlarla dollar qazandırır.

Bu gün bizim ölkəmizdə də, necə deyərlər, “bir ətək” pul verib, məhz onun maşınını alırlar... O kimdi?

Kiichiro Toyoda, 1894-cü ildə Yaponiyanın Yamaquçi şəhərində dünyaya gəldi. Atası toxuculuq dəzgahı hazırlayırdı. Orta məktəbi bitirən kimi Tokio Universitetinə yollandı. Mühəndislik  təhsilini tamamladıqdan sonra özü üçün bir işlətmə qurmaq xəyallarına qapıldı. Universitet təhsili gəmi inşasını əhatə etsə də o, avtomobillərə maraq göstərirdi. Həmin dönəm avtomobillər bazara hələ yeni-yeni çıxmağa başlayırdı, hətta çox sıx rast gəlinmirdi.

Toyoda, işləyib yığıdığı pul ilə 1930-cu ildə Amerika və Avropanı səyahət etdi. Vətəninə dönən kimi böyük bir şövqlə özünə məxsus avtomobili hazırlamağa cəhd etdi. O zamanlar “Ford”, “General Motors” və “Chrysler”  kimi avtomobil şirkətləri bazara ağalıq edir, “çuvalla para” qazanırdılar. Bu vəziyyət Toyodanı çox üzürdü, milləti üçün çalışıb, öz maşınını özü yaratmaq istəyirdi. Lakin Yaponiyada bir avtomobilin  hazırlanması üçün kifayət qədər texnika, vasitə və şərtlər uyğun deyildi.

Borca girərək xarici ölkələrdən xüsusi maşınlar sifariş etdi. Ölkəsi üçün bir şey etməyə çalışırdı, məmləkətini inkişaf etdirmək istəyirdi. “Elə isə dövlətə müraciət etməliyəm”, - fikri  ağlına gəldi. Elə o vaxtlar Yaponiya dövləti də milli həmlə etmə niyyətindəydi zatən. Toyodanın bu problemini eşidən hökumət nümayəndələri dərhal qarşılıq verdilər.

Yaponiya dövləti milli avtomobil sənayesini dəstəkləməyə hazır idi. Dövlətin bu sahədə atdığı ilk addım çox ağıllı və millətçi ruhda idi, həm də təqdirəlayiq dərəcədə qiymətləndirilə bilərdi. Xarici avtomobil satıcılarının Yaponiyadakı şərtlərini ağırlaşdırıb, avtomobil istehsal edə biləcək, bu sahədə özünü yetişdirmiş təşəbbüskarlara imkan yaratdı. Xaricdən gətirtdiyi maşın hissələri ilə ilk olaraq mühərrik istehsal etdi. Sonra dörd ədəd motosiklet hazırladı. 30 yaşında başladığı avtomobil istehsal etmə cəhdi, nəhayət, 40 yaşında uğurla nəticələndi. “Toyota Motor Company”-ni yaradan Kiichiro Toyoda maşın istehsalına rəsmən başladı. İstehsal etdiyi “Toyota” marka  avtomobillər, digər ABŞ istehsalı olan maşınları geridə qoydu.

Kiichiro Toyoda, “Toyota Motor Company”-yə tək başına rəhbərlik edirdi. İkinici Dünya Savaşının başlaması ilə Yaponiyada avtomobil istehsalı zəiflədi. Hökumət silah istehsalına daha çox önəm verdiyi üçün, avtomobil sadəcə savaşa uyğun ola biləcək “cip” forması ilə gündəmə gəlirdi. Kiichiro Toyoda bu vəziyyətdə də ölkəsinə faydalı olmağı bacardı. Savaş əsnasında sadəcə 200 özəl avtomobil istehsal edə bildi.

Savaşın bitməsi ilə, "Toyota" yenidən dirçəldi və avtomobil istehsalında yenə o əvvəlki sürətinə çata bildi. Ölkəsinin yenidən qurulması üçün, xüsusilə də quruculuq işlərinin uyğun, rahat şərtlərlə həyata keçirilməsi üçün yük maşını istehsal etməyə başladı. İstehsal etdiyi “SA” tipli minik avtomobilləri daha çox seçildi, daha çox satıldı. Lakin o zamanlar Yaponiyada baş verən iqtisadi böhran səbəbilə "Toyota Avtomobil Fabriki" işçilərinin maaşlarını verməkdə çətinlik çəkdiyi üçün işçilərin bir çoxunu ixtisar etmək məcburiyyətində qaldı. Fabrik içində qurulan işçi sindikatı bunu qəbul etməyərək, işçilərin işdən çıxarılmasına qarşı onların maaşlarına 10%-lik  fədakarlıq edə biləcəklərini açıqladı. Amma fabrik rəhbərliyi bunu də qəbul etmədi. İşçilər də 2 aylıq tətilə başladılar. "Toyota" da qəti şəkildə “log out”(işdən çıxarma) elan etdi.

Bütün bu uğursuzluqlar 1950-ci illərdə “Toyota Avtomobil Fabriki”ni tükənmə həddinə çatdırdı. Bax belə bir zamanda, ABŞ Koreya ilə savaşa başladı. Toyodaya yüzlərlə yük maşını sifariş etdi. Amerika Birləşmiş Ştatlarının öz ölkəsindən Koreya yaxınlığına qədər minlərlə kilometr uzaqlıqdan yüzlərlə yük maşınını gətirməsi mümkün deyildi. Elə buna görə də yük maşınlarını Koreyaya yaxın olan Yaponiyadakı "Toyota" firmasından aldı. ABŞ pulu nağd ödədi. Bununla da "Toyota", artıq başqa xarici ölkələrə də avtomobil satan bir şirkətə çevrildi.

Kiichiro Toyoda 58 yaşında infarktdan vəfat edərkən ölkəsinə bir miras, bir xatirə kimi böüyk TOYOTA’nı qoyub getdi.

Hazırladı: Məmməd Rauf

Нарочно не придумаешь
16 02 iyun 2016 (№20)
http://baki-baku.az

«Звериные» суды Средневековья: как в Европе животных судили

Так, например, ослу, который съедал листья салата на огороде, отрезали ухо. Собаку, которая кусала прохожего, сажали на один день в тюрьму.

Очень часто современному обывателю не понять нравов и обычаев Средневековья. Одним из таких экстраординарных событий можно назвать суды над животными. Из-за своей чрезмерной набожности и суеверия люди несколько веков подряд регулярно «призывали» животных к ответу.

Помимо публичных расправ над ведьмами, проклятий со стороны церкви, в Средневековой Европе популярным было еще одно явление: суд над животными и насекомыми. К ответу всерьез призывались кошки, собаки, гусеницы, мухи, пиявки и т. д.

Когда происходили сезонные нашествия саранчи или мышей, то их обычно вызывали в суд. И это были не бутафорские разбирательства, а процессы с участием судей, адвоката, защищающего ответчика. Однажды в Лозанне судили гусениц. Их трижды вызывали в суд колокольным звоном, затем горожане трижды прочли молитву «Отче наш», но, как и следовало ожидать, гусеницы не явились. Разбирательство прошло без их участия, но, тем не менее, гусеницы были названы приспешниками дьявола и прокляты. Им приказано было в 3-дневный срок покинуть земли Лозанны. Несмотря на то, что насекомые никуда «не ушли», подобные судебные процессы повторялись с завидной регулярностью.

Домашние животные также часто «призывались к ответу». Так, например, ослу, который съедал листья салата на огороде, отрезали ухо. Собаку, которая кусала прохожего, сажали на один день в тюрьму.

Больше всего в Средневековье доставалось кошкам. Они, ведущие ночной образ жизни, звонко мяукающие со светящимися глаза, как нельзя лучше, подходили под роль приспешников дьявола. Расправу над этими четвероногими вершили все, кому не лень: церковь, суды, толпа. В разных частях Европы устраивались массовые празднества с массовыми казнями кошек. Животных ловили, а затем сбрасывали с самых высоких колоколен.

К XIV веку популяция кошек достигла критической отметки, и они уже не могли справляться с крысами. Это повлекло за собой эпидемию бубонной чумы, которая уничтожила почти половину населения Европы. О кошках на время забыли, и они снова смогли расплодиться и уменьшить количество крыс. Только чума отступала, как вновь горожане принимались отлавливать «дьявольское отродье».

В XVI веке мыши и крысы уничтожают урожаи в Бургундии и наступает голод. Горожане, по проверенному способу, вызывают грызунов в суд и выносят им приговор: покинуть страну в 3-дневный срок.

Суды над животными продолжались до XVIII века. В 1740 году последней жертвой «звериных» судебных разбирательств стала корова, приговоренная к смертной казни.

Суды над животными - не единственные странные разбирательства в Средневековье...

Римский Папа совершил суд над трупом. (На следующий выпуск газеты)

Подготовил: Məmməd Rauf

İrs
17 02 iyun 2016 (№20)
http://baki-baku.az

Əli bəy Hüseynzadə: "Amerika qızıldərililəri"

Amerika qitəsində yaşayan və dilinin lüğət tərkibində çoxlu türk sözləri olan yerli qızıldərili qəbilələr haqqında məlumat ilk dəfə Əli bəy Hüseynzadənin qələmindən çıxmışdır.

Hələ 1905-ci ildə Əli bəy Hüseynzadə "Həyat" qəzetində "Kristof Kolumbmu, yoxsa türklərmi?!" məqaləsindən başlayaraq bu məsələ ilə ciddi və əsaslı şəkildə məşğul olurdu və yazırdı:

"Məlumdur ki, Amerikanın kəşfi şərəfi Kristofor Kolumba aiddir. Bir neçə millət vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar... Lakin... türklərin Kolumbdan çox əvvəl Amerikaya getmiş olduqları anlaşıyor. Amerikayi cümhuriyyətlərindən olan Meksikanın üləmayi-lisaniyuni Meksikanın vəsətlərindən bəzi qəbilə və əşirətlərin türkcə danışıb söylədiklərini kəşf edib, fövqəladə düçari-heyrət olmuşlardır. Bunun üzərinə üləmayi-mümaun-ileyhim, ticarət qəsdilə Meksika şəhərində iqamət etməkdə olan istanbullu bir ruma müraciət edib məsələyi həll etmək üçün özləri ilə bərabər türkcə danışan qəbilələrin nəzdinə getməsini təklif etmişlər. Rus taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkcəyə müşabeh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsilə kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkcə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əfkar eyləmişdir".

Sonra yenə 1905-ci ildə Amerikadan Bakıya gəlmiş mətbuat vəkilləri mister Hovard Tomson, Feliks Kerson cənabları ilə söhbətində Əli bəy yenə də həmin məsələyə diqqəti cəlb edirdi. Amerikalı həmkarları ilə söhbətində Əli bəy - "...bir tərəfdən üləmayi-ətrakşünasanın Baykal gölü mavərasında "Orxon mədəniyyəti" namilə qədim bir türk mədəniyyəti kəşf etmiş olduqlarını və digər tərəfdən Sibiryanın əqsayi-Şərqinə qədər, daha doğrusu, Şərqi-şimali müntəhasına qədər yakuti qəbilələri kibi ancaq türk əqvamının müntəşir bulunduğunu və Amerikaya min-əl-qədim Berinq boğazı vasitəsilə ancaq Sibiryanın müntəhasından yol olduğunu nəzəri-mülahizəyə alırsaq", - deyərək məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirirdi. Əli bəyin qonaqları, xüsusən, - "iştə müşarüleyh Hovard Tomson cənabları da bu fikri təkid etmək üçün buyurublar ki, Amerika elmi-bəşəri və elmi-əhvali əqvam üləmasından olub, axır zamanlarda vəfat edən Kuşinq nam alim dəxi Meksikadakı əqvami-bədəviyyənin əhvalını mütaliə üçün gedib məzkur qəbailin içində 15 iyul qədər tövən və iqamət edib bunların hörmətinə dəxi müzhir olmuş idi. Bu alim Meksikadan evə dönəndə özü ilə bir çox asari ətiqə, üzərində heroqlif yazısı olan daşlar, rəsmlər, fotoqrafiyalar və sairə gətirdi. Bu asar bu gün cəmahiri-müttəfiqə paytaxtı olan Vaşinqtonda əqvam muzəsində hifz olunmaqdadır. Bu asarın rəsmləri dünyanın hər tərəfindən arzu edənlərə göndərilir. Bu növ asari-maddiyyədən başqa Kuşinq məzkur əqvamın əhvalına dair bir çox hekayət, rəvayəti-tarixiyyə və lojand məqaqib cəm eyləmişdir. Bunların cümləsi vasitəsilə isbat etmişdir ki... Zuni nam qövmi Berinq boğazından keçib Meksikaya ... gəlmişlərdir. Hətta bunların hekayət və mənaqiblərində gəldikləri yollara dair işarət və məlumat vardır. Bu qövmün şayani-diqqət adətlərindən biri də xanələrini dik qayalar başlarında daşdan tikmələridir. Feliks Kerson cənablarının söylədiklərinə görə bu xüsuslarda Rusiya üdəbasından olub, bir xeyli vəqt Meksikada əmrari-vəqt etmiş bulunan Belmondun "İskusstvo" nam məcmuənin axırıncı nüsxələrində nəşr etdiyi asar dəxi şayani-mütaliədir. Bu əsərlərin dəxi Meksikadakı əqvamın hekayət və mənaqibindən bəhsdir".

Nəhayət, bu məsələ ilə əlaqədar fikrini yekunlaşdıran Əli bəy - Türk qövmünə təəllüqü olan bu növ həvadisə kəsbi-vüquf etdikcə... Meksikaya qədər bir əhvali-ətrak ilə iştiqal edən... bir heyəti-elmiyyə ezam etməyin gərəkliliyindən - bəhs edirdi.

Əli bəyin həmin məsələlərə həsr olunmuş yazılarından 70-80 il sonra Amerikada qızıldərililərə məxsus Araz, Bərdə, Alma, Çala, Çənə, Sapul, Kara, Kara Ayaq, Keçə, Törə kimi 800-ə yaxın yer adını öyrənən bugünkü elmin də müəyyən mənada Əli bəy Hüseynzadənin nişan verdiyi — bildirdiyi yola çıxdığını düşünmək olar. Hələ üstəlik Azərbaycan türklərinin "Göyçək Fatma", Amerikanın qızıldərili Zuni qəbiləsinin "Matsakılı fəqir qız" nağıllarının demək olar ki, eyni düşüncənin məhsulu olduğu da artıq tədqiqatçıların diqqətini cəlb etməkdədir. Onu da unutmayaq ki, ötən əsrin əvvəllərində Kuşinq və Belmond kimi, Əli bəy Hüseynzadə də zunilərin Berinq boğazı vasitəsilə Amerika qitəsinə keçmiş Sibir türkləri olduğunu yazırdı. Müasir elm də qızıldərililərin 14-18 min il əvvəl Berinqdən Amerika qitəsinə keçdikləri qənaətindədir.

Azər Turan

Ordan-burdan
18 02 iyun 2016 (№20)
http://baki-baku.az

Bakı 1975 - FOTO

 

 

İdeya müəllifi və
baş redaktor: 
Rauf Ağayev

Redaktor: İlqar Həsənov

Redaktor: Məmməd Rauf

e-mail: bakibaku.gazet@gmail.com

Мудрость не всегда приходит с возрастом. Бывает, что возраст приходит один

Если вы думаете, что курение не влияет на голос женщины, попробуйте стряхнуть пепел на ковер. 

Алкоголик - это человек, который точно знает чего хочет. 

Ужин у девушки может получить почти каждый, а вот завтрак надо заслужить! 

Если вам долго не звонят родственники или друзья, значит у них все хорошо. 

Хорошо не просто там, где нас нет, а где нас никогда и не было! 

Когда в семье только одна жена, она вырастает эгоисткой. 

Сделать женщину счастливой нетрудно, трудно самому при этом остаться счастливым. 

Улыбайтесь, это всех раздражает 

Настоящая женщина должна спилить дерево, разрушить дом и вырастить дочь. 

Воспитанный мужчина не сделает замечания женщине, плохо несущей шпалу. 

Если жена молчит, то лучше ее не перебивать. 

Есть две бесконечности - Вселенная и глупость. Впрочем, я не уверен насчет Вселенной. (Альберт Эйнштейн) 

Мало знать себе цену - надо еще пользоваться спросом. 

Порядочного человека можно легко узнать по тому, как неуклюже он делает подлости. 

Берегите родину - отдыхайте за границей. 

Она приехала в Сибирь и испортила там ему всю каторгу. 

Если вы нашли женщину своей мечты - с остальными мечтами можете уже распрощаться.

Bakı 2016 - FOTO

 

 

bagla

A

A

A

A