Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

1976-81-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra diplom rəhbərimiz, universiteti bitirdiyimiz il bizi özünün yaratdığı və rəhbərlik etdiyi “Bakı” və “Баку” gündəlik axşam qəzetləri redaksiyasına işə götürərək, 1981-88-ci illər ərzində redaktorumuz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 19
24 may 2016
http://baki-baku.az

Bakı zamanların sintezində – FOTO

 

 

 

Xəbər
2 24 may 2016 (№19)
http://baki-baku.az

Академик Роальд Сагдеев посетил Филиал МГУ им. М.В. Ломоносова в г. Баку

Филиал МГУ имени М.В.Ломоносова в г. Баку посетил всемирно известный ученый, доктор физико-математических наук, академик  Российской академии наук Роальд Зиннурович Сагдеев. В ходе встречи ректор Бакинского филиала МГУ, член-корреспондент НАНА, профессор Наргиз Пашаева ознакомила гостя с кампусом Филиала, проинформировала академика об учебной деятельности университета.

Вместе с ректором университета академик Р.Сагдеев побывал на факультете прикладной математики и химическом факультете, где ознакомился с учебным процессом и исследованиями, проводимыми в лабораториях неорганической, аналитической, органической, физической химии Филиала. Гость высоко оценил деятельность Филиала в этом направлении и отметил, что в данных лабораториях, оборудованными и оснащенными на уровне самых современных требований, созданы все условия для эффективной работы студентов и магистрантов.

Во встрече также приняли участие заместитель заведующего лабораторией проблем теоретической кибернетики МГУ им. М.В.Ломоносова, член-корреспондент Академии технологических наук России, доктор физико-математических наук, профессор В.Н.Козлов и доктор химических наук, профессор кафедры физической химии С.Н.Ланин.  Профессор В.Н.Козлов отметил, что открытие в Филиале факультета физики и создание при нем подобного Научного Центра – блестящая перспектива превращения Бакинского Филиала МГУ в Азербайджане не только в передовой учебный центр, но и в исследовательский центр по фундаментальным направлениям науки.

«Если иметь в виду  следующий после фундаментальности уровень исследований по физике, т.е. прикладные и примыкающие к инженерным аспектам исследования, то они тоже хорошо вписываются в создаваемые на физических факультетах структуры. Так, например, частью физического факультета МГУ является НИИЯФ – научно-исследовательский институт ядерной физики. Еще одним структурным подразделением физического факультета является ГАИШ - государственный  астрономический институт имени Штернберга. Можно упомянуть еще  Институт механики – часть механико-математического факультета МГУ. В тех же случаях, когда возникали отдельные от университетов центры по физике, то они, как правило, порождались физическими факультетами. Так, например, МФТИ (физико-технический институт) и МИФИ (инженерно-физический институт) порождены, можно сказать, физическим факультетом МГУ, и отнюдь не наоборот», - сказал  профессор В.Н.Козлов.

На встрече было отмечено, что на протяжении всей мировой истории, физика как фундаментальная наука традиционно развивалась в первую очередь именно в университетах, на кафедрах физических факультетов.   Собеседники акцентировали внимание на том, что ближайшая к физике и необходимая ей наука – это, конечно, математика. То же можно сказать и о фундаментальной химии, науке, в достаточной мере близкой к физике. Поэтому, во время беседы было сказано о возможности создания в Бакинском филиале МГУ Научного центра, который будет охватывать фундаментальные научные направления в области физики, химии и математики. На встрече было подчеркнуто, что этот Научный центр мог бы способствовать дальнейшему развитию и росту научного потенциала студентов, магистрантов, аспирантов и молодых ученых. Данный Центр, который может функционировать в рамках физического факультета, это еще и возможность оптимальным образом сочетать процесс научных исследований и обучение студентов. Ученые центра могут принимать участие в руководстве курсовыми и дипломными работами и «подпитываться» лучшими выпускниками.  Центр может стать хорошей площадкой для сотрудничества ученых Азербайджана и России в области физики, химии и математики.

Azərbaycandakı alman irsi haqqında film çəkiləcək

Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinə dair layihə müzakirə edilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və Qafqazın digər ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılması, eləcə də ölkəmizdəki multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasıdır.

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux ilin sonunadək rejissor Friedhelm Brükner tərəfindən ərsəyə gətiriləcək filmin Azərbaycan və alman ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Hesabat
3 24 may 2016 (№19)
http://baki-baku.az

Kənd təsərrüfatı: Dövlət Proqramı hansı səviyyədə icra edilir

Azərbaycan Prezidenti İlham Əliyev: “Kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacaqdır”

Dünya dövlətləri neft bazarındakı riski və qaçılmaz hər cür dəyişiklikləri nəzərə alaraq uzun müddətdir ki, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmaqdadır. İqtisadiyyatı sağlam bir gələcəyin qurulması istiqamətində atılan bu addımlar yeni, daha böyük uğurlara hesablanmışdır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qeyri-neft sektoru kimi kənd təsərrüfatı və digər istehsal sahələrini haqlı olaraq gələcəyin uğuru kimi qiymətləndirirlər.

Bu gün Azərbaycanda da kənd təsərrüfatı istiqamətində inkişaf göstəriciləri qeydə alınmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar (“Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s.) aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar. Qeyd edək ki, icra müddəti sona çatmış bu mühüm Dövlət Proqramlarının və İnkişaf Konsepsiyalarının uğurla həyata keçirilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müstəsna xidmətləri sayəsində başa gəlmişdir.

Ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına hesablanmış başqa bir önəmli sənəd dövlət başçısının təsdiqlədiyi və icra müddəti hələ də davam edən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır. Cənab İlham Əliyev 2014-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda kənd təsərrüfatı sahəsinin önəmini vurğulayaraq bu istiqamətdə inkişafı sürətləndirən addımların davamlı olacağını bldirmişdi:

“Kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir”.

Sözü gedən Dövlət Proqramı’nın yekunlaşmasına 2 il qalır. Baki-Baku.Az elektron qəzeti olaraq, bu, ölkə əhəmiyyətli sənədin Kənd Təsərrüfatı Nazirliyinə aid olan bəndlərdə qeyd edilmiş tədbirlərin icra prosesinə hesabat göstəricilərinə əsasən işıq salacağıq.

“İri fermer təsərrüfatlarının yaradılmasının dəstəklənməsi”

Hazırda Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılacaq və su təminatı yaxşılaşdırılacaq yeni ərazilərdə, o cümlədən dövlət fondu torpaqlarında iri təsərrüfatların yaradılması məqsədi ilə yeni sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi və təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Xaçmaz rayonunda yerləşən “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsinə daimi istifadə üçün təhkim olunmuş 1766,0 hektar torpaq sahəsinin 966,0 hektarının aqroparkın yaradılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, 700,0 hektarında torpaq islahatının aparılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinin tabeliyinə verilməsi və 100,0 hektarının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istifadəsində saxlanılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı layihəsi hazırlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin 22.12.2014-cü il tarixli 23/1-1-166 və 07.04.2015-ci il tarixli 23/1-1-208 nömrəli məktubları ilə bu bəndlə əlaqədar görülmüş işlərə dair məlumatlara əlavə olaraq bildirilir ki, İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə cari ildə iri taxılçılıq təsərrüfatlarının və aqroparkların yaradılması ilə əlaqədar Hacıqabul rayonunda 400 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, Ağcabədi rayonu ərazisində mövcud 2100 hektar sahəyə və Şəmkir rayonunda aqropark yaradılması məqsədi ilə ayrılmış 543 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi üçün layihələndirmə və tikinti işlərinin vaxtında başa çatdırılması ilə əlaqədar aidiyyəti üzrə birlikdə tədbirlər görülür.

Südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə 2015-ci ilin 6 ayı ərzində “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 4356 baş damazlıq heyvan gətirilərək, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib. O cümlədən, güzəştli lizinq şərti ilə Salyan rayonunda “Nurgün Aqro” MMC-yə 493 baş, İmişli rayonundakı fərdi sahibkara 102 baş, Bərdə rayonunda fərdi sahibkara 334 baş, Samux rayonunda fərdi sahibkara 1489 baş, Bərdə rayonunda fərdi sahibkara 324 baş, Goranboy rayonunda fərdi sahibkara 200 baş, Masallı rayonundakı fərdi sahibkara 65 baş, Xəzər rayonundakı fərdi sahibkara 250 baş və digər fərdi sahibkarlara iribuynuzlu cins damazlıq heyvanlar verilib.

Ölkədə cins heyvandarlıq təsərrüfatlarının yaradılması və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədi ilə emal müəssisələrində mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi istiqamətində də işlər görülür. Belə ki, intensiv ferma modelinin dövlət tərəfindən dəstəklənməsi tədbirləri çərçivəsində hesabat dövrü ərzində “Aqrolizinq” ASC tərəfindən 4356 baş iribuynuzlu, 1050 baş xırdabuynuzu cins damazlıq heyvanların ölkəyə gətirilərək dəyərinin 50%-i həcmində güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi təmin edilib.

Həmçinin, “Aqrolizinq” ASC tərəfindən heyvandarlığın inkişafı ilə bağlı bölgələrdən daxil olmuş tələbat əsasında Cəmiyyətin təkrar istifadə vəsaiti hesabına 469,4 min manat dəyərində 1 dəst paralel tipli sağım avadanlığının satınalınması həyata keçirilib. Bu istiqamətdə də işlər davam etdirilir.

(ardı gələn sayımızda)

Məmməd Ağayev

Xatirə
4 24 may 2016 (№19)
http://baki-baku.az

Aram Xaçaturyan Azərbaycandan necə qovuldu

Rauf Ağayev

Mən “Баку” qəzetində işlədiyim vaxtlarda dahi Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi dövrdə onun assistenti olmuş Zaxar Yakovleviç Stelniklə tanış olmuşdum. Danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı. Üstündən uzun illər keçsə də qələmə aldım. Xatirələr qaldıqca daha qiymətli olur.

“Mərkəzi Komitədən Üzeyir bəyə zəng edib tapşırmışdılar ki, Aram Xaçaturyanın yeni simfoniyasını hazırladıb dinləmə keçirilsin və şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun əsərini təsdiq etməyiblər.

Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı.

Professor-müəllim heyəti toplanıb Xaçaturyanın simfoniyasına qulaq asdı. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin assistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşğu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət, Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:

- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geçiksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.

Bunu deyib, Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu.”

Bakı küçələri
5 24 may 2016 (№19)
http://baki-baku.az

Mixaylovskaya, Olginskaya və “Çanaq qala” restoranı - FOTO

Sahildən Parapet bağına tərəf iki küçə açılırdı: Mixaylovskaya və Olginskaya. Mixaylovskaya küçəsi çar II Aleksandrın qardaşı, Qafqaz canişini Böyük knyaz Mixail Nikolayeviç Romanovun şərəfinə adlandırılmışdı. Olginskaya küçəsi isə II Aleksandrın arvadı Böyük knyaginya Olqanın şərəfinə adlandırılıb. Mixaylovskaya  (sonralar Zevin, daha sonra Əziz Əliyev) küçəsi və Olginskaya (sonralar Caparidze, sonra M.Ə.Rəsulzadə) küçəsi indiki “Azərbaycan” kinoteatrının ön tərəfində bir-birinə qovuşurdu. Həmin yerdən “Parapet” bağına qədər olan hissə isə Velikoknyajeski prospekti adlanırdı. Bu prospektdə cəmi üç ev vardı: ikisi tək nömrəli, biri cüt nömrəli. Sol tərəfdə “Metropol”(indiki Nizami adına ədəbiyyat muzeyi), sağ tərəfdə “Qrand-otel” yerləşirdi.

1900-cü ildə indiki “Azərbaycan” kinoteatrının yerində “Çanaq qala” restoranı (lokantası) yerləşirdi. Üç mərtəbədən ibarət bu restoranın birinci qatında varlı bakılılar qəhvə, çay içir, söhbətləşir, sövdələşirdilər. Yuxarı mərtəbələrdə isə orkestr çalır, yemək verilir, rəqqasələr oynayırdılar. Restorana giriş haqqı 5 qızıl rubl idi.

Mentalidad
6 24 may 2016 (№19)
http://baki-baku.az

Artistə sataşmaqlıq

Gənc yaşlarımda o zaman məmləkət artistlərinin əməkdarı olan, konsertindən toplanan vəsaiti Sülh fonduna köçürmüş məşhur bir xanım müğənni haqqında yazı yazmışdım. Vermədilər. Dedilər ki, gəzəyəndir…Və əl söyüşü söydülər.

O vaxtlar balerina Ulanovaya Rusiyada yenicə heykəl qoyulmuşdu. Və mən əmin idim ki, heykəli ona çoxsaylı ərlərinə bafadarlığına görə qoymamışdılar.

Qocamanlardan biri danışırdı ki, uşaq yaşlarında, violonçel sinfində oxuduğu vaxtlarda təkcə ifaçılıqda yox, həm də Bakının Çadrovı məhləsindən hər gün, özü və violonçelinin sağ və salamat keçməsi də “yaradıcılıq” məharəti tələb edirdi.

Artistə sataşmaq köhnədən var canımızda.

İndi də elə. Bir yandan da estradada soyunanların sayı artıb. Artistə sataşanların da sayı artıb...

Biz də öyrəşmişik daha… Nə o tərəf vecimizədi, nə o biri tərəf.

Odey…Soyunan Qadına Heykəl qoybdular haçandı. Paytaxtımızda.

90 ildi…Soyunur. Bütün nəsillərə nümunə. Ramiz Rövşən də boşu-boşuna yanıb tökülür.

Odur ki… a bakıllar, a quballar, a şirvannılar…artistə sataşmun.

Cəhənnəmə ki…Sözə bax e, “cəhənnəmə ki”.

Rauf Ağayev

İlginc
7 24 may 2016 (№19)
http://baki-baku.az

"Təkamül" prosesi - FOTO

 

 

 

 

Tanıtım
8 24 may 2016 (№19)
http://baki-baku.az

Beynəlxalq audit bu bank haqqında müsbət rəy verdi

"PricewaterhouseCoopers" beynəlxalq audit şirkəti (PwC) tərəfindən Beynəlxalq Audit Standartları əsasında “Caspian Development Bank (CDB)” ASC-nin 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Audit zamanı Bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

Təhlilə əsasən bildirmək olar ki, 2015-ci il ərzində bankın aktivləri 129 060,73 min manat, kredit portfelinin həcmi isə 109 060,73 min manat təşkil edib. Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 749,97 min manat təşkil edib.

"CDB Bank" ötən ili 8 426,26 min manat mənfəətlə başa vurub.

Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, audit rəyində təqdim olunmuş informasiyalardan sərbəst istifadəni təmin etmək məqsədilə 2015-i il üzrə audit rəyi (eləcə də bankın illik hesabatı) CDB Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlarla  daha ətraflı tanış olmaq üçün bu linkə daxil ola və ya 1545 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

CDB Bankdan yeni filial

Azərbaycanın bank sektorunda innovativ bank xidmətləri ilə tanınan “Caspian Development Bank (CDB)” ASC Bərdə şəhərində yeni filialını istifadəyə verdi.

Cəbhə bölgəsinə yaxın ərazidə yaşayan ölkə vətəndaşlarına xidmət göstərəcək  CDB Bankın Bərdə filialı müasir bina ilə təmin olunaraq bankın ümumi konsepti əsasında dizayn edilib. Burada müştərilərin rahatlığını təmin etmək məqsədilə hər cür lazımi şərait yaradılıb.

Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda vətəndaşlarımız müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər. Belə ki, CDB Bankın Bərdə filialı müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Bərdə şəhəri ilə yanşı qonşu rayonların sakinləri də faydalana biləcəklər.

CDB Bankın Bərdə filialı, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsi döngə 1, ev 1A ünvanında yerləşir.

Qeyd edək ki, filialın digər xidmətləri barədə ətraflı məlumat almaq üçün 1545 Məlumat Mərkəzinə zəng edə, www.cdbbank.az saytına daxil ola bilərsiniz.

Тема смерти
9 24 may 2016 (№19)
http://baki-baku.az

Загадка смерти Петра Чайковского: самоубийство или несчастный случай?

7 мая 1840 г. родился композитор Петр Ильич Чайковский, имя которого в последнее время все чаще мелькает на страницах желтых изданий. Вокруг его фигуры возникло такое количество слухов и домыслов, что сегодня отделить реальные факты от вымышленных крайне сложно. Один из наиболее часто обсуждаемых вопросов – причина смерти композитора. Официальная версия о заражении во время эпидемии холеры неоднократно подвергалась критике. Так что же это было на самом деле – несчастный случай или самоубийство?

Согласно официально признанной версии, в 1893 г. Чайковский заболел холерой и через несколько дней скончался. Долгое время причина его смерти не подвергалась сомнению. Дискуссии породила публикация за границей в 1980-х гг. статьи А. Орловой, которая работала в Доме-музее Чайковского в Клину, а позже эмигрировала за рубеж. Орлова утверждает, что врач В. Бертенсон сообщил ее мужу о том, что композитор отравился. Сам же он узнал это от сына врача А. Зандера, лечившего Чайковского. Если рассматривать это утверждение как единственный источник информации, вряд ли его можно признать абсолютно надежным и достоверным.

В пользу самоубийства сторонники этой версии приводят также тот факт, что в Шестой симфонии Чайковского, ставшей для него последней, явственно звучит тема смерти. Об этом свидетельствуют и подготовительные записи композитора: «Финал – смерть – результат разрушения». Трагический финал симфонии многие восприняли как прощание композитора с жизнью. Вскоре после первого исполнения этого произведения автор неожиданно скончался. Сергей Дягилев вспоминал, что после этого среди музыкантов ходили слухи о самоубийстве Чайковского.

По слухам, в 1893 г. граф Стенбок-Фермор якобы подал жалобу обер-прокурору сената Н. Якоби на то, что Чайковский проявляет неестественное влечение к племяннику графа. И Якоби будто бы собрал суд чести, на котором композитору было предложено покончить с собой. Сторонник этой версии Ю. Нагибин так объясняет причины самоубийства: «Наткнувшись на письмо, чиновник испугался, что Александр III, отличавшийся строгой нравственностью, не только покарает Чайковского, но и распространит гнев на всю адвокатскую корпорацию. Он собрал однокашников и сообщил им о своем открытии. Они вызвали Чайковского и поставили его перед выбором: или добровольный отказ от жизни, или общественный скандал и позорный суд. Петр Ильич не колеблясь выбрал первое». Однако эта версия вызвала возмущенную реакцию историков и искусствоведов.

Против версии самоубийства высказывается и президент Московской психотерапевтической академии М. Буянов. Характеризуя психофизические особенности личности композитора, психиатр утверждает, что несмотря на мнительность и психастенический характер, Чайковский был абсолютно здоров с точки зрения психиатрии и не склонен к суицидальным настроениям.

Сторонники версии несчастного случая уверены в том, что причиной смерти послужил стакан сырой воды. Однажды, возвращаясь из театра, Петр Ильич зашел в ресторан и попросил принести ему воды. Почему-то кипяченой не оказалось, и он выпил сырой воды. Это происходило в разгар эпидемии холеры, композитор заразился и через несколько дней умер.

Однако и эта версия вызывает немалое количество возражений. Во-первых, Чайковский очень щепетильно относился к своему здоровью, и в силу природной мнительности вряд ли стал бы пить сырую воду, зная об эпидемии. Во-вторых, в случае смерти от холеры должны были проводиться карантинные мероприятия, в то время как на похоронах гроб был открыт и к нему разрешали подходить родственникам и друзьям. Доступ на панихиду был свободный, дом не дезинфицировали. В-третьих, ресторан Лейнера имел безупречную репутацию, и сложно было представить, что в нем подавали некипяченую воду.

Смерть Петра Ильича Чайковского остается загадкой до сих пор. Но каковы бы ни были причины его гибели, музыка этого великого композитора живет в веках.

Киноман
10 24 may 2016 (№19)
http://baki-baku.az

"Белое солнце пустыни": фильм, который могли не увидеть советские зрители

«Восток – дело тонкое…» Эта крылатая фраза крепко прижилась в повседневной жизни, а фильм «Белое солнце пустыни» до сегодняшнего дня не утратил своей популярности, хоть и вышел на экраны кинотеатров в далеком 1970 году. У этой ленты была непростая участь, фильм долго снимали, а потом не хотели выпускать в покат. Историю о приключениях товарища Сухова спасло решение Брежнева, генсек лично одобрил первый «истерн» в СССР.

Съемки фильма «Белое солнце пустыни» проходили сложно, казалось, что ленте вообще не суждено выйти в прокат. С первыми трудностями столкнулись уже на этапе написания сценария. Предполагалось, что им займутся Кончаловский и Горенштей, но написанный ими сценарий абсолютно не впечатлил критиков «Мосфильма». Вторую попытку предпринял Валентин Ежов, в советники себе он выбрал «эксперта» по восточной тематике Рустама Ибрагимбекова. Правда, позже выяснилось, что Рустам знал о загадочном Востоке не больше Ежова и никогда не бывал в азиатских странах, поэтому все, что мы видим на экране – импровизация чистой воды.

Единственным, кто согласился снимать фильм, стал опальный режиссер Владимир Мотыль. Его картины запрещали одну за другой, и он попросту не имел возможности перебирать лентами. Ему-то и поручили непростые съемки. В успех мероприятия мало кто верил на тот момент.

Во время съемок случилось немало событий, которые заставили здорово поволноваться группу. Началось все с кражи реквизита и бутафорского оружия: махачкалинская мафия обобрала съемочную группу до нитки в первый же день приезда. Чтобы как-то выйти из положения и приступить к съемкам, было принято решение отыскать главного мафиози и предложить ему эпизодическую роль в картине в обмен на возврат столь необходимого реквизита.

«Белое солнце пустыни» стало рекордсменом по количеству переснятых сцен. Так, вначале пришлось переснимать эпизоды с главным героем Суховым, поскольку изначально его играл Георгий Юматов, но актер пострадал в одной из потасовок в первую же неделю, и его пришлось заменить Анатолием Кузнецовым. Актер превосходно справился с ролью.

Не с первого дубля сняли и сцену с Саидом, которого закопали в песок. Актеру Спартаку Мишулину пришлось соорудить специальную камеру из деревянных досок, чтобы уберечь его тело от перегрева. Съемка эпизода прошла удачно, только вот пленка оказалась бракованной и всю работу пришлось начинать по второму кругу.

На этапе съемок картину браковали, Мотыля отстраняли на 4 месяца от рабочего процесса. Из-за того, что желающих закончить картину так и не нашлось, было принято решение разрешить Мотылю вернуться к съемкам. Правки вносились цензорами постоянно, смонтированная картина тоже была принята в штыки, и если бы она однажды не попалась на глаза Брежневу, то неизвестно сколько лет еще бы не видели советские зрители этого шедевра.

Один из любимых героев фильма "Белое солнце пустыни" - таможенник Верещагин. История жизни Михаила Поспелова, ставшего его прототипом, не менее увлекательна, чем судьба киношного персонажа.

 

 

 

 

 

 

 

 

По материалам газеты "Аргументы и факты"

Curioso
11 24 may 2016 (№19)
http://baki-baku.az

Şotlandlar niyə ətək geyinir?

Kilt adlandırılan bu geyim növü Şotlandiyanın milli simvollarındandır. O, özündə sərt dağ insanına xas kişiliyi və mərdliyi təcəssüm etdirir. Dama-dama dizayn olunmuş kilt uzun tarixi yol qət edərək zəruri geyim növündən müstəqilliyin rəmzinə çevrilmişdir.

Belə hesab edilir ki, kilt təxminən VII əsrdə Şotlandiyada meydana gəlib. Niq əyalətində bir daşın üzərinə həkk olunmuş kilt geyimli insan təsvirinin həmin əsrə aid olduğu iddia edilir. Kişi ətəkləri ilə bağlı ilk yazılı dəlilin tarixi isə XVI əsrə aiddir. Yepiskop  Lesli Roma Papasına yazdığı hesabat məktubunda belə deyir:

“Onların geyimləri çox rahatdır və döyüş üçün xüsusilə yararlıdır. Çünki hamısında eyni tiplidir.”

Nəzərə alsaq ki, Şotlandiyanın iqlimi kifayət qədər rütubətlidir, burada şalvar geyiminin əlverişli olmadığı gerçəyinə haqq verərik. Çünki xüsusilə dağ rayonlarında ayaqların tez-tez islanması qazçılmazdır. Kilt ilə dağlıq ərazilərdə hərəkət etmək daha rahat olurdu, islandığı zaman tez quruyurdu və kəndlilər gecə yatarkən onu yorğan əvəzi üstlərinə də örtürdülər. Qeyd etmək lazımdır ki, şalvarı ətəklə əvəz edib kiltə üstünlük verən də ilk olaraq Şotlandiyanın dağlıq ərazilərində yaşayan vətəndaşları olub.

Kilt’in böyük və kiçik olmaq üzrə iki növü var. Birinci növ: burada ətəyin bel hissəsini yun kəmər bərk sıxır və o kəmərdəki uzantılar çiyinə keçirilir.Daha sonra bu ətəyin artıq hissələri istehsalat zamanı işçilərə maneə yaratdığı üçün kilt XVIII əsrdən etibarən sadələşdirilir.

“Kilt” sözü qədim islandcadan tərcümədə “qırçınlı” mənasını verir. Tartanadan hazırlanır – bu, yun parça olub, dizayn olaraq üzərində rəngli xətlər kəsişir. Gəlmələri ayırd edə bilmək üçün kilt’in üzərinə hər qəbilə özünəməxsus arnamentlər əlavə edirdi.

Ənənəyə görə, dağlılar müharibəyə də kilt ilə yollanarmışlar, döyüş gedişatında lazım gəldiyi zaman hətta onu çıxarırlarmış da. Tarixi sənədlərə əsasən, 1645-ci ildə baş vermiş müharibədə şotlandlar kilt’i soyunaraq döyüşə davam edir və düşmənə iki dəfə sarsıdıcı zərbə endirərək qalib gəlirlər(o zaman alt paltarı anlayışı yox idi). Düşmənin məğlubiyyət səbəblərini ehtimal etmək bu yerdə çox çətindir – dağlıların gözlənilməz hərəkətimi, yoxsa onların xarici görünüşümü?...

Kilt həm də azadlıq mücadiləsinin rəmzi hesab olunur. XVIII əsrdə İngiltərə hökuməti Şotlandiyanı müstəqillikdən məhrum edir və onları şalvar geyinməyə məcbur edən sərt qaydalar qoyur. Buna baxmayaraq şotlandlar yenə də kilt geyinməyə davam edirlər, amma yola çıxarkən yanlarında şalvar götürməyi də unutmurlar. Belə olan təqdirdə İngiltərə hakimiyyəti kilt’i yasaq edən qəti qanun hazırlayır. Bu qanuna əsasən, itaətsizliyə görə 6 aylıq həbs nəzərdə tutulurdu. Əgər bu hal təkrar baş verirdisə, bu dəfə İngiltərə tabeliyində olan koloniyalardan birinə sürügün edilir və zindana salınaraq 7 il azadlıqdan məhrum edilirdi. Lakin şotlandlar inadkarcasına kilt’dən əl çəkmirdilər. Bu səbəblə də onların hamısını sürgün etmək, azadlıqdan məhrum etmək mümkün olmurdu. Həmin zamanlar kilt ilə bağlı mövcud yasaqlara etiraz olaraq Şotlandiyanın nüfuzlu ailələri də kilt’ə xas dama-dama bəzəkli geyimlərə üstünlük verirdilər.

Bu gün kilt Şotlandiya mədəniyyətinin ayrılmaz hissəsi hesab olunur. Onlar bu geyimlə fəxr edirlər, onu ətək adlandırdıqda isə özlərini təhqirolunmuş hiss edərək əsəbiləşirlər.

Hazırladı: Məmməd Rauf

ЧтоГдеКогда
12 24 may 2016 (№19)
http://baki-baku.az

İnsan necə sərxoş olur?

Alkoqollu içki ilk qurtumda ağız və yemək borusuna təmas edir və qana qarışmaq üzrə mədəyə doğru yol alır. Alkoqol, əsasən, incə bağırsaqlar vasitəsilə qana qarışır. Böyük bir qismi incə bağırsaqlardan qana keçən alkoqol, dərhal mərkəzi sinir sistemimizə təsir etməyə başlayır. Bir neçə dəqiqə sonra beyinə daxil olur və sinir hüceyrələrini nəzarətə götürür, beyinə daxil olmalı olan mesajların(siqnalların) hərəkət mexanizmini yavaşladır.

İçməyə davam etdikdə, beyindəki görmə, müvazinət, danışma və mühakimə ilə əlaqəli sinir mərkəzləri də təsirlənir. Bu zaman alkoqolun güclü təsirinə qalib gəlmək üçün ürək və qan-damar sistemi çalışma sürətini artırır və ürək əzələsi gərginlikdən gücə düşür, sürətli nəbz döyüntüləri başlayır.

Bir az da içildikdə şüuru itirmə halı meydana gəlir. Yenə də davam edilərsə, qana qarışmış alkoqolun faizi alkoqol zəhərlənməsi səviyyəsinə çatır, nəfəs çatışmazlığı səbəbilə ölüm halı qaçılmaz olur.

Alkoqol, həm də olduqca gec həzm olunur. 100 qram təmiz alkoqollu içkinin vücuddakı həzmolma prosesi 10 saata başa gəlir.

Qaraciyərdə həzm olunan hər bir qram alkoqol 7,1 kilokalori əmələ gətirir. Araşdırmalara görə, ABŞ'da insanlar kalori ehtiyacının yüzdə 10'unu alkoqol vasitəsilə təmin edirlər. Alkoqollu içki düşkünlərində isə bu faiz yüzdə 50’dir ki, bu da zamanla ciddi qidalanma problemlərinin yaranması ilə nəticələnir.

Alkoqol qaraciyər çatışmazlığı ilə bərabər, həm də ürək xəstəlikləri və xərçəng riskini də artırır. Beyində hüceyrə məhvinə səbəb olur, beyin hüceyrələrindəki degenerasiya uzunmüddətli olmaq üzrə artır və psixi pozuqluqlar başlayır.

Amma alkoqolun ən böyük təsiri, sağlamlığa zərər vurmaqla bərabər, həm də ailələri və dostluqları parçalaması, həbsxana və xəstəxanaları doldurmasıdır.

Deyilən sağlığa!...

Hazırladı: Məmməd Rauf

Rənglər bizə necə təsir edir?

Rənglərin insan davranışına və psixologiyasına əhəmiyyətli ölçüdə təsir etməsi faktını elm tam olaraq təsdiqləyir. Kanadadakı məktəblərin birində aparılan təcrübə nəticəsində, otaqların rəng və işıq nizamlarının dəyişdirilməsi ilə bəzi tələbələrdə zəka səviyyəsinin və intizam problemlərinin müsbət yöndə dəyişikliyi təsbit edilmişdir. Ancaq insan gözünün işıq və rəngi qəbul edən pərdə təbəqəsinin görmə sinirləri vasitəsilə bunu beyinə çatdırdıqdan sonra, beyində hansı fizioloji təsirin yarandığı ilə bağlı hər hansı bir elmi açıqlama yoxdur.

Görmə prosesi, əsasən iki növ görmə hüceyrəsi vasitəsilə baş verir. Silindr və ya çomaq şəklində olanlar işığı, konus şəklində olanlar isə rəngi ayırd edir. Gözümüzdə 7 milyon konik, 100 milyona qədər isə silindirik hüceyrə vardır.

Rəngə həssas konik hüceyrələr tor təbəqəsinin ortasında, işığa həssas silindirik hüceyrələr isə kənarında daha sıx şəkildə yerləşib. Bu səbəblə, gecə səmada gözümüzün kənarı ilə gördüyümüz bir ulduzu, ona birbaşa baxanda görə bilmərik. Çünki gözün mərkəzində işığa həssas silindirik hüceyrələrin sayı az olduğu üçün görüntü itir. Eynilə, gözümüzün kənarıyla baxdığımız zaman isə rənglər itir.

Aparılan təcrübələrdə, çəhrayı rəngə baxan kəslərin rahatladıqları, qırmızı, narıncı və sarı kimi isti rənglərə baxanlarda təzyiqin yüksəldiyi, nəbzin və tənəffüsün sürətləndiyi, tərləmənin başlamağı, mavi rəngin isə bütün təsirlərin əksini yaratdığı təyin olunmuşdur.

Digər araşdırma nəticələri isə, insanların ən çox mavi rəngi sevdiklərini deyir. Kişilər yaşıl, dəniz mavisi, narıncı və tünd bənövşəyi rəngləri seçdiyi halda, qadınlar firuzə yaşılı, açıq mavi, çəhrayı kimi al-əlvan rənglərə üstünlük verirlər. Uşaqlar isə mavi, qırmızı, yaşıl, sarı və narıncı kimi canlı rəngləri çox sevirlər.

Bir otağın tavanı sarı rəngə boyanıbsa otaq daha yüksək, divarları sarı rəngli olarsa otaq daha geniş görünər. Klinikaların isti rənglərlə rənglənməsi, ağ rəngin xəstələrdə yaratdığı kədərli ab-havanı aradan qaldırır. Ayaqüstü hazır yemək satan dükan və kafelərdə iştah açan portağal rənginə, yarış avtomobillərində isə qırmızı, narıncı və ya sarı rəngə üstünlük verilir. Rəsmi qurumlarda avtomobillərin bir qayda olaraq qara ciddi-klassik rəngdə olması isə bir ənənədir.

Qırmızı rəng qan rəngidir, əsrlər boyunca təhlükənin və təxribatın simvolu olmuşdur. İşıqforlarda 'dayan' siqnalı olaraq istifadə edilməsinin səbəbi də budur. Cərrah geyimlərində, axan qanın görünüb emosiyalara mənfi təsir etməməsi üçün məntiqi olaraq qırmızı rəngdən istifadə lazım olduğu halda, xəstəyə, sanki psixoloji təskinlik verən, təsəlli edən mavi və yaşıl rənglərə üstünlük verilir.

Hazırladı: Məmməd Rauf

Sərgi salonu
13 24 may 2016 (№19)
http://baki-baku.az

“VENUS AND ADONIS” ("Venera və Adonis")

Dini və mifoloji səhnə təsvirli rəsmləri Tiziano’nun daha böyük uğurlar qazanmasına zəmin yaratdı. İlk dönəmlərində mozaika sənətinə maraq göstərsə də, Bellini qardaşlarının atelyesində işə başladıqdan sonra yağlı boya ilə rəsm çalışmalarına üstünlük verdi.

1510-cu ildə Padova’da hazırladığı böyük freskalar sayəsində o zamankı Venesiya dövlətinin baş rəssamı vəzifəsinə təyin olundu. Çərçivə içində yaşayıb bir yerə bağlı olmağı sevmədiyi üçün mütəmadi olaraq səyahətlər edir, müşahidələr aparırdı. Yaradıcılıq nümunələrində tarixi səhnələr, mifologiya və məhəbbət baş rol mövzuları idi.

Ən məşhur tablolarından olan “Venera və Adonis” Adonis’in Venera’nı tərk etməsindən bəhs edən əfsanənin motivləri əsasında çəkilmişdir. Burada Venera, itləri ilə birlikdə getməyə çalışan Adonis’in qarşısını aldığı anın səhnəsi rəsm edilir. Tabloda, əfsanəyə görə aşiq olduğu Tanrı Adonis’i dayandırmağa çalışan Venera’nın çılpaq bədəni diqqət çəkir. Bu rəsm əsərində sədaqət simvolu kimi it fiqurlarından istifadə edən rəssam, ağacın altında yatan və bu dramatik ayrılıqdan xəbərsiz olan bir mələk təsviri ilə tabloya özəl bir düşündürücülük qazandırır.

  • Əsərin müəllifi: İtalyan rəssam Tiziano Vecellio (1477-1576);
  • Əsərin adı: “Venus and Adonis” (“Venera və Adonis”);
  • Dönəmi: Renessans;
  • Əsərin hazırlanma tarixi: 1553;
  • Əsərin orijinal ölçüsü: 186x207 sm. (Kətan üzərində yağlı boya ilə);
  • Digər önəmli əsərləri: “Baccus and Ariadne”, “Man with a Glove”, “Sacred and Profane Love”;
  • Təsirləndiyi sənətkarlar: Bellini, Giorgione;
  • Əsərin saxlandığı yer: Prado muzeyi, Madrid.

Hazırladı: Məmməd Rauf

Ностальгия
14 24 may 2016 (№19)
http://baki-baku.az

Покоритель мирового джаза - VİDEO

Рэй Чарльз (полное настоящее имя Рэймонд Чарльз Робинсон ) – это выдающийся музыкант, ставший настоящей легендой для всех ценителей блюза, джаза и музыки в стиле соул. Его композиции пленят и завораживают, его потрясающий голос невозможно забыть.

Именно поэтому наш сегодняшний герой уже много лет подряд остается эталоном для многих-многих музыкантов нашей планеты, а также звездой номер один для всех ценителей качественной музыки.

РАННИЕ ГОДЫ, ДЕТСТВО И СЕМЬЯ

Рэй Чарльз появился на свет 23 сентября 1930 года в городе Олбани, расположенном в центральной части штата Джорджия. Его семья была очень бедна, а потому с самых ранних лет великий музыкант привык к безденежью и постоянным лишениям. Отец Рэя – Бэйли Робинсон – оставил семью, бросив своих двоих сыновей на попечение их матери и бабушки. После этого незадачливый отец практически не принимал участия в жизни своих детей, появляясь в их доме от силы раз в год.

В пять лет в жизни маленького Рэя Чарльза случилось еще одно тяжелое потрясение. Во время купания в лохани утонул его младший брат Джордж. Ребенок умирал прямо на глазах будущего музыканта. Пятилетний Рэй пытался помочь брату, однако вытянуть его из глубокой кадки так и не сумел.

Данное событие настолько потрясло нашего сегодняшнего героя, что уже совсем скоро он начал испытывать проблемы со зрением. К семи года Рэй Чарльз полностью ослеп. Впоследствии версия о психологическом характере слепоты музыканта была самой популярной среди всех его поклонников.

Однако много лет спустя американские врачи, проводившие обследование музыканта, выдвинули версию о том, что потеря зрения случилась в результате глаукомы.

Возвращаясь к теме детства выдающегося мастера, отметим, что на этом потрясения в жизни музыканта отнюдь не закончились. Уже в 1945-м году певец потерял мать, оставшись, таким образом, на попечении престарелой бабушки.

Возможно, именно череда жизненных ударов заложила основы знаменитого музыкального стиля Рэя Чарльза. Ведь в его музыке всегда было много тоски и совсем мало радости…

МУЗЫКАЛЬНАЯ КАРЬЕРА

Проявлять интерес к музыкальным занятиям наш сегодняшний герой начал еще в раннем возрасте. Во время обучения в специализированной школе в городе Сент-Огустин талантливый парень не только быстро освоил азбуку Брайля, но и научился прекрасно играть на тромбоне, саксофоне, пианино, органе и некоторых других инструментах.

Именно с этого момента началось его страстное увлечение музыкой. Ведь ничего другого в его жизни, по сути, и не было.

В семнадцать лет наш сегодняшний герой переехал в большой и оживленный Сиэтл, который в те времена считался американской столицей инструментальной музыки. Здесь такие направления как соул, блюз и джаз были особенно популярны. А потому Рэй Чарльз выбрал для продолжения своей музыкальной карьеры именно штат Вашингтон.

В Сиэтле наш сегодняшний герой основал свой первый музыкальный ансамбль и уже довольно-таки скоро стал довольно популярен на севере США. Известный исполнитель Лоуэлл Фулсон предложил ему поработать вместе. Впоследствии с предложениями о долгосрочном сотрудничестве на Рэя Чарльза стали выходить также представители известных звукозаписывающих компаний.

Таким образом, в 1949-м году наш сегодняшний герой записал свой первый полномасштабный хит «Confession Blues», который очень скоро стал звучать даже на федеральных радиостанциях Америки. С этого момента Рэй Чарльз стал часто гастролировать по различным городам США, давая небольшие концерты и записывая выступления для центрального телевидения.

В 1953-м году талантливый чернокожий певец записал синглы «It Should Have Been Me» и «Mess around», которые три года спустя легли в основу его первого сольного альбома – «The Great Ray Charles».

На протяжении всей своей карьеры наш сегодняшний герой выпустил более ста (!) альбомов, а также официальных записей концертных выступлений. География его гастрольных туров протянулась от США до Японии и от Германии до России. Многие из его композиций – такие как «Hit The Road Jack», «You Are My Sunshine», «Unchain My Heart» - стали бессмертными хитами. Именно поэтому влияние Рэя Чарльза на мировую музыку очень сложно переоценить. Как отмечают признанные деятели сцены, именно музыка Рэя Чарльза заложила основы таких направлений как современный джаз, блюз и даже рок и R&B.

Среди наград Рэя Чарльза – есть своя собственная звезда на Алее Славы, а также 17 премий Грэмми, Орден искусств и литературы, награда National Medal of Arts и некоторые другие награды. В настоящее время имя великого музыканта значится одновременно в Зале Славы Рок-н-Ролла и в Зале Славы Джаза. Именем Рэя Чарльза названо несколько улиц в США и даже целое почтовое отделение.

ПОСЛЕДНИЕ ГОДЫ ЖИЗНИ

В последние годы своей жизни артист сильно болел. В 2002-м году у него начали проявляться симптомы характерные для рака печени. В какой-то момент великий музыкант потерял возможность ходить. Говорить ему удавалось с огромным трудом. Однако, даже несмотря на это, до последних дней своей жизни Рэя Чарльз регулярно работал в студии, записывая новые мелодии и исполняя клавишные партии для свежих композиций.

Десятого июня 2004-го года выдающийся мастер музыки умер в своем доме в городе Беверли-Хиллс. Спустя два месяца после его кончины в США был официально выпущен его последний альбом «Genius Loves Company». На прощальном концерте песни музыканта исполняли Би Би Кинг, Элтон Джон, Ван Моррисон и многие другие выдающиеся музыканты, считавшие себя друзьями и последователями Рэя Чарльза.

ЛИЧНАЯ ЖИЗНЬ

Несмотря на то, что музыкант был женат всего два раза, в его жизни было множество любовниц. Так, доподлинно известно, что матерями его двенадцати детей (!) являются девять (!) разных женщин. Незадолго до смерти наш сегодняшний герой дал каждому из них по одному миллиону долларов в качестве последнего подарка.

Подготовил: Məmməd Rauf

Təqdimat
15 24 may 2016 (№19)
http://baki-baku.az

JOHANN JACOBS necə başardı?

Yəhudi olduğu üçün Hitlerin qəzəbinə tuş gəldi, amma...

Kənd uşağı idi. İki yaşındaykən anasını itirdi. Yoxsul bir dərzi qızı ilə evləndi. Topdan satıcılarla birlikdə uzun illər xırda işlərlə məşğul oldu...

Johann Jacobs, Almaniyanın Bremen şəhərində dünyaya gəldi. Anasını görməmişdi. Çünki o, hələ iki yaşında olarkən anası uzun sürən ağır xəstəlik nəticəsində dünyasını dəyişmişdi. Kənd məktəbini bitirib, yetkinlik dönəminə qədəm qoyanda dolanışıq problemləri ucbatından ABŞ-a getməyi düşündü. Lakin “Almaniyada da qazana bilərəm”, - deyərək, topdan satışla məşğul olan bir dükanda xırda işlərlə məşğul olmaq üzrə çalışmağa başladı. Bu zamanlar Jacobs 16 yaşında idi və böyüyüb tacir olmaq istəyirdi.

Buna görə də vasvası olduğu üçün uzun illər dürüst çalışdı. Müdiri Jacobsun qəhvə çeşidləri və qovurma işlərindəki üstün qabiliyyətinin fərqinə varmışdı. Və 20 yaşında olarkən ona dükanda ümumi nəzarətçi vəzifəsi həvalə edildi. Burada 7 il başarılı bir şəkildə çalışan Jacobsa imza səlahiyyəti də verildi. 28 yaşında onun artıq bir miqdar əlavə pulu da var idi və bu pul ilə öz işini qurmaq istədi.

Bremendə çox fərqli bir dükan açan Jacobs satdığı məhsullarla diqqət çəkdi. Kakao, çay, qəhvə, şokolad, biskvit və qaymaq kimi məhsulları satmağa başladı. Onun dükanına duyulan maraq açıq-aşkar idi. Lakin bu dükan çox qəliz bir yerdə yerləşirdi. Buna görə də az qala iflas edəcəkdi. Bu səbəbdən də bir qədər də pul tapıb dükanını işlək küçələrdən birinə köçürdü. Beləcə, rahat nəfəs almağa başladı, çünki müştərilərinin sayı günbəgün artırdı. Belə ki, xüsusilə özəl günlərdə, bayramlarda müştərilər qapıda növbəyə dayanırdılar. Bu arada o, reklama və kiçik əl elanlarına da önəm verdi.

30 yaşındaykən yoxsul bir dərzi qızı ilə ailə qurdu. İşləri yaxşı gedirdi. Qazandığı bütün pulu bir qəhvə bişirmə təsisinə sərf etdi. O zamanlar qəhvə bişirilərkən, heç kim qəhvə çeşidlərini fərqləndirə bilmədiyi üçün keyfiyyət aşağı səviyyədə olurdu. Jacobs isə qəhvə bişirmə işini qəhvənin çeşidlərinə uyğun şəkildə həyata keçirdiyi üçün ortaya daha keyfiyyətli və ləzzətli bir məhsul çıxırdı.

Müştərilərinə məhsulu evə çatdırma özəlliyini də təklif edən Jacobs, 11 növ qəhvəni sifariş üzrə yanında çalışanlar vasitəsilə evlərə çatdırırdı.

İşlərinin yaxşı getməsi Jacobsa stimul və cəsarət verirdi. Lakin təəssüf ki, o illər Hitlerin Yəhudilər üzərinə, qadın-uşaq demədən, kütləvi hücum çəkdiyi illər idi. Jacobs da Yəhudi idi, qorxurdu. Hərçənd ki, heç bir zaman kiminsə əleyhinə işlər görməmişdi, sadəcə başını aşağı salıb öz işini görürdü.

Hitler hökumətin savaş iqtisadiyyatını bəhanə gətirərək nə var, nə yox, hamısını əlindən almışdı. Bütün işlətmələri və anbarı artıq ona aid deyildi.

Min-bir zəhmət və zorluqlarla anasız-atasız böyüyərək namusu ilə iş quran Jacobsun bir də zavallı xanımı var idi. Bu xanımın ailəsi də yoxsul idi. Onlardan da dolanışıq üçün yardım gözləyə bilmirdilər. Böyük JACOBS iflas etdi. Buna bənzər bir vəziyyətlə, hələ Birinci Dünya Müharibəsi illərində də üzləşmişdi. Amma o zaman sadəcə qəhvə işini həyata keçirmirdi. O zaman heç olmasa düyü, şəkər sataraq bir təhər dolanırdı.

Savaşın Hitlerin əleyhinə olduğu zamanlar Almaniyaya girən Amirekalılara xanımı ilə birlikdə əllərində olan bir neçə kiloqram qəhvəni isidib satmağa başlayan Jacobs qısa zaman ərzində işlərini qaydaya saldı. Bir firma qurdu, firmasının adı da məlum idi: “JACOBS COFFEE”.

Üzərində “Jacobsun qəhvəsi” yazılmış motosikleti şəhərin müxtəlif küçələrində gəzdirən Jacobs, bir tərəfdən də insanlara isti qəhvə təklif edirdi. Yenidən canlanan Jacobs şəhər xaricindən də sifarişlər qəbul edir və bu sifarişləri qarşılayırdı. “Jacobsun Keyfiyyətli Bremen Qəhvəsi” sloqanı ilə, xüsusi qablaşdırılmış şəkildə qəhvə çeşidlərini mağazalara paylamağa başladı. Xanımı ilə bərabər əldən düşmüşdülər, amma başarılı oldular. Jacobs, “COFEE COMPANY” adlı şirkətini qurduqdan sonra vasitəçilərin də köməkliyi ilə qəhvəsini az-az da olsa xarici ölkələrə göndərməyi başardı. Bu gedişlə yaxşıca tanınan “Jacobs Qəhvəsi” artıq bir dünya markasına çevrilmişdi. Azərbaycanda da Jacobs qəhvəsi ən keyfiyyətli və ən bahalı qəhvə olaraq tanınır.

Qəhvə kralı Johann Jacobs doğulduğu şəhərdə - Bremendə 90 yaşında vəfat etdi.

Hazırladı: Məmməd Rauf

Ordan-burdan
16 24 may 2016 (№19)
http://baki-baku.az

100 il öncə... - FOTO

İdeya müəllifi və
baş redaktor: 
Rauf Ağayev

Redaktor: İlqar Həsənov

Redaktor: Məmməd Rauf

e-mail: bakibaku.gazet@gmail.com

Şəhər nəqliyyatının əməkdarı

1922-ci ildə Bakı Soveti şəhər “Tramvay layihəsi”nin hazırlanmasına başladı. Vəsait çatışmazlığı üzündən öncə bu layihənin inşasını xarici şirkətə həvalə etmək istədilər. Sonra qərara gəldilər ki, ölkə öz qüvvəsi hesabına bu işi görsün və avadanlıqları sovet zavodlarında hazırlasın. Bununkla əlaqədar RSFSR  Sovnarkomuna ( Xalq Komissarları Sovetinə), Kalininə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri adından məktub göndərildi. 11 oktyabr 1922-ci il tarixli məktubda deyilirdi:

”Дорогой Михаил Иванович! Прошу принять представителя бакинского коммунхоза Т.Нотикова, командированного в Москву по вопросу устройства трамвая в Баку для связи города с нефтяными рабочими районами. Надеюсь, что Вы поможете. Извиняюсь за беспокойство. С коммунитстическим приветом, глубоко уважающий вас Агамалиоглы”.

1923-cü ilin yanvarında RSFSR Əmək və Müdafiə Şurası qərar verir: Bakıda tramvay xəttinin çəkilişi neft mədənləri və zəhmətkeş rayonların ehtiyacları baxımından ümumdövlət əhəmiyyətə malikdir.

Bakı tramvayının ərsəyə gəlməsində bütün ölkə iştirak edirdi. Relslər Makeev, Yekaterinslav zavodlarında, vaqonlar Mıtişşi, Kolomna zavodlarında, elektrik və hava-əyləc avadanlıqları Xarkovda, yeraltı kabellər Moskva kabel zavodunda hazırlanırdı və s. Bakı zavodları da aktiv iştirak edirdilər.

1923-cü ilin martında, dəhşətli aclıq və dağıntı zamanında Bakıda şəhərin mərkəzi ilə dəmir yolu vağzalını birləşdirən "kolsevoy" tramvay xəttinin çəkilişinə başlanıldı. Bu işə bütün Bakı zəhmətkeşləri cəlb edilmişdi. Tramvay xətti nəzərdə tutulduğundan iki ay tez, cəmi 8 aya çəkildi.

Bu, o zaman SSSRİ'də ən nəhəng layihə hesab olunurdu.

Nəhayət, çoxdan gözlənilən gün yetişdi - 8 fevral 1924-cü il.

İlk vaqonun xəttə çıxarılması qocaman konka sürücüsü, tikintinin aktiv iştirakçılarından olan Aleksandr Lisovskiyə həvalə olundu.

1930-cu ildə tramvay xəttinin uzunluğu 117 km-ə çatırdı.

1960-cı illərdə trolleybus, avtobus xətlərinin açılmasına, xüsusilə metropoliten tikintisinə mühüm əhəmiyyət verildiyi üçün tramvay marşrutlarının genişləndirilməsi arxa plana keçdi. Hətta şəhərin bir sıra gur yerlərində, eləcə də şəhər kənarına gedən tramvay xətləri yığışdırıldı.

1980-ci ildə isə Bakı tramvay xəttinin uzunluğu 70 km-ə qədər qısaldılmışdı. XX əsrin 90-cı illərində tramvay şəhər ictimai nəqliyyat sistemindən intensiv şəkildə sıxışdırılırdı.

2004-cü ildə isə Bakının sonuncu tramvay marşrutu olan Xətayi metrosu-Montin bazarı xətti bağlanıb söküldü. Beləliklə, zəhmətkeş, şəhər nəqliyyatının əməkdarı - Bakı Tramvayının 80 illik tarixi sona çatdı.

...və bu gün - FOTO

bagla

A

A

A

A