Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

1976-81-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra diplom rəhbərimiz, universiteti bitirdiyimiz il bizi özünün yaratdığı və rəhbərlik etdiyi “Bakı” və “Баку” gündəlik axşam qəzetləri redaksiyasına işə götürərək, 1981-88-ci illər ərzində redaktorumuz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 12
17 yanvar 2016
http://baki-baku.az

Bakı nostalji ilə modernizmin sintezində – FOTO

Proje
2 17 yanvar 2016 (№12)
http://baki-baku.az

“Gənclərin uğur siması - vətəndaş jurnalistikasının yaradılması” layihəsi uğurla davam edir

Baki-Baku.Az elektron qəzeti xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maddi dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilatçılığı ilə “Gənclərin uğur siması - vətəndaş jurnalistikasının yaradılması” adlı layihə çərcivəsində növbəti təlim keçirilib.

Təlimçi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının müdiri Aynur Nəsirova təlim iştirakçılarına vətəndaş jurnalistikasının prinsipləri və qaydaları haqqında, həmçinin müasir dövrdə sosial medianın həyatımızdakı yeri barədə geniş məlumat verib.

“Gənclərin uğur siması - vətəndaş jurnalistikasının yaradılması” layihəsinin ilk qonaq təlimçisi müstəqil jurnalist, bloger Ülkər Eldarqızı vətəndaş jurnalistkası haqqında öz təçrübəsini bölüşüb. Bloqun yaradılması və istifadə imkanları və qaydaları haqqında məlumat verib. Təlimdə iştirakçıların çəkdikləri video, foto və hazırladıqları məlumatların bloqda yerləşdirilməsi, onlardan səmərəli istifadə yolları öyrədilib.

Qeyd edek ki, “Gənclərin uğur siması - vətəndaş jurnalistikasının yaradılması” layihəsinin təlimləri hər həftənin şənbə və bazar günləri keçirilir.

 

Tələbələr arasında “Paintball” turniri keçirildi

Baki-Baku.Az elektron qəzeti xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaş qismində iştirak etdiyi “Sağlam Universiada” layihəsinin ilk turniri keçirilmişdir.

Paintball idman növü üzrə keçirilən turnirdə 8 universitet komandası mübarizə apararaq dörddəbir, yarımfilan və final mərhələlərində 1-ci, 2-ci və 3-cü yerlər üzrə yarışmışlar. 1-ci və 2-ci yerləri qazanan universitetlər birbaşa velosiped turnirinə vəsiqə qazanmışlar.

1-ci yer – Azərbaycan Xəzər Universiteti

2-ci yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti

3-cü yer – 2 universitet - Azərbaycan Universiteti və Milli Aviasiya Akademiyası layiq görülmüşdür.

Qaliblər “Sağlam Universiada” layihəsinin rəhbəri və Paintball klubun rəhbəri tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək, onlar arasında sağlam həyat tərzinin təbliği, bir sıra idman növlərinin geniş şəkildə yayılmasına təkan vermək, onlarda idmana maraq yaratmaqdır.

Xəbərdar
3 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Qəzetimiz tənqid etdi və...

 

“Art Villa” qalereyasında sərgi

Yanvarın 18-də “Art Villa” qalereyasında Şimali Kiprdəki Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin təşkilatçılığı ilə “İzdüşüm-B” adlı sərgi açılacaq.

Qalereyadan  AZƏRTAC-a bildirilib ki, sərgidə 13 rəssamın 25 işi nümayiş olunacaq. Bu sərgi Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin 2015-2016-cı illər üçün “Beş paytaxt, beş sərgi” layihəsi çərçivəsində təşkil ediləcək.

Sərgi yanvarın 22-dək davam edəcək.

Layihə çərçivəsində ilk sərgi olan “İzdüşüm-A” Ankarada nümayiş olunub

20 Yanvar faciəsinin qurbanlarına ithaf

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tamaşa nümayiş etdiriləcək. Yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yanvarın 19-da göstəriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları oynayacaqlar.

...tənqidin nəticəsi

Tarix
4 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Tağıyev pasajı

Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda  inşa edilmişdir.

Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail  Nikolayeviç  Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı.

"Tağıyev pasajında  Dorojnov hər növ hazır paltar satırdı: kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..."

Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya BUM adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir.

Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet  zamanında Caparidze küçəsi  adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.

Bakı və bakılılar
5 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Sovetin Eynşteyni

Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar.

Bakılı balası

Landau Davidoviç 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Deyilənə görə, o, öz doğum tarixi barədə belə deyərmiş: “Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq-həkim, atası David Landau isə Azərbaycanın neft sənayesində tanınan mühəndislərdən idi.

1913-cü ildə Landaular ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada  mənzil alırlar. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşayır.

Atası onu süd içməyə, saatlarla royalı “döyəcləməyə” məcbur etsə də, 6 yaşlı uşağa divarda təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi. Arıq, çəlimsiz olsa da, o, yaxşı oxuyur, hətta mürəkkəb riyazi əməliyyatları yerinə yetirirdi.

13 ya­şında orta məktəbi bitirən Landau universitetə daxil olmamış artıq ali riyaziyyatı bilirdi. Lakin yaşı az oldu­ğundan o, universitetə qəbul olmaq üçün sənədlərini verə bilmir. Ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda istedadlı gənc Landau Azərbaycan Dövlət Universitetinə daxil olur, eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.

1924-cü ildən etibarən Landau öz təhsilini Leninqrad Dövlət Universitetində davam etdirir, 19 yaşında fizika fakültəsini bitirir. 1927-ci ildə o, Leninqrad Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olur və 1929-cu ildə bir çox xarici ölkələrdə (Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarka) ezamiyyətdə olur. Həmin dövrlərdə Landau bu ölkələrin adlı-sanlı alimləri ilə bilavasitə görüşür, onların tədqiqat işlərinə böyük maraq göstərir.

Avropanın əsas elmi mərkəzlərində olarkən Lev Landau sərbəst elektronların maqnit xassələrinə dair vacib tədqiqatlar aparır və 1930-cu ildə diamaqnetizm haqqında elmi əsərlər çap etdirir. Sonralar bu təzahür “Landau diamaqnetizmi” adlandırılır və onu görkəmli dünya alimləri ilə bir sıraya qaldırır.

Landau 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işləri­nə başlayır və dövrün problemli məsələləri üzərində işləyir. 1932-ci ildən 1937-ci ilə kimi Landau Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edir. Burada o, bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlərlə məşğul olur. 1937-ci ildə Lev Davidoviç P.L.Kapitsa tərəfin­dən təşkil olunmuş Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm təd­qiqatlar aparır və müxtəlif kəşflər edir.

Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri də maddənin faza dəyişkənliyidir. 1936-1937-ci illərdə alim “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir.

O,qısqanclığı vəhşi və ibtidai duyğu hesab edirdi

Alimin arvadı Kora onun ölümündən sonra “Biz necə yaşamışıq?” adlı xatirələr kitabını çıxarır. Kitabda onların ailə həyatı ilə bağlı Kora bir xatirəsini bölüşür: “Daunka otağa uça-uça girdi: məni bərk-bərk qucaqlayıb, burnumdan öpdü və dedi: “Koraçka, sənə şad xəbərim var! Bu gün axşam saat doqquzda evə canlar alan bir qız gətirəcəm. Ona demişəm ki, sən bağdasan.Ya evdə səssizcə oturarsan, ya da çıxıb gedərsən. Üz-üzə gəlməməlisiniz. Bu onu hürküdə bilər”.

O gün Kora şkafda gizlənir. Amma qadını otaqda görəndə dayana bilmir, birdən-birə ortaya çıxır. Bu, sadiq qadının birinci və axırıncı etirazı olur. Sonrakı belə axşamlarda o, otağında səssiz oturardı. Çünki onun divanə əri qısqanclığı vəhşi və ibtidai duyğu hesab edirdi.

Bəli, fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığında – Xarkovda barmaqla göstərilən gözəl Kora ilə evlənəndə, qadınla şərt kəsmişdi ki, onun azadlığını əlindən almağa cəhd göstərməsin.

Xatirə kitabına gəlincə, illərdir ki, Koranın bu kitabının əlyazmaları barədə söz-söhbətlər kəsilmək bilmir. Artıq o, dərc olunub, əldən-ələ gəzir. İnternetə də yayılıb. Amma sən demə, onun bəzi hissələri incik düşmüş akademiklər və Landaunun qadınları tərəfindən “yoxa çıxarılıb”.

Qəribəlikləri

İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim məhz Landau olub.  O, bütün dünyada məşhur olan “Nəzəri fizika” və başqa dəyərli kitabların müəllifidir. Onun əsərləri ABŞ, Yaponiya, Çin, İngiltərə, Polşa və başqa ölkələrdə çap olunur. Onun ən çox maraqlandığı sahə isə kvant mexanikası olub.

Landaunun heyrətamiz iş qabiliyyəti vardı. O, saatlarla kabinetindən çıxmaz, telefon zənglərinə cavab verməzdi. İçəri girənlər onu yarıuzanmış vəziyyətdə görərdilər. Dostları zarafatlaşardı ki, başın bədəninə ağırlıq etdiyi üçün uzanırsan.

Fizikayla məşğul olmağa nəsə mane olardısa, o, əsəbdən xəstələnərdi. Landau yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayırdı. Ona görə də heç kim onu pis əhvalda, depressiyada görə bilməzdi.

Repressiyanın hədəfində

1938-ci il həbslər dalğası Landaudan da yan keçmir. Alim həmin ərəfədə maye heliumun tədqiqatı ilə məşğul idi. Gələcəkdə məhz bu işinə görə ona Nobel mükafatı veriləcəkdi. Fizika Problemləri İnstitutunun direktoru P.Kapitsa və müasir fizikanın patriarxı Nils Bor Landaunun azad olunması üçün Stalin və Beriyaya məktub yazırlar.

Nəhayət, səylər bəhrəsini verir. Molotov Stalinin tapşırığı ilə Kapitsanı söhbətə çağırır. Saat yarımlıq görüşdən sonra “xatakar” Lev akademik Kapitsaya zaminə verilir. Azadlıq sənədində yazılır: “SSRİ Xalq Daxili İşlər Komissarlığının 1938-ci il 28 aprel tarixli qərarı ilə Lev Davidoviç Landau barəsində cinayət işinə xitam verilsin”.

Kapitsa onu həbsdən xilas edəndə Landau bir dəri, bir sümük qalmışdı: onu təcili surətdə həyata qaytarmağa başladılar. O isə sonsuz nikbinliyi ilə özünə də, başqalarına da sataşa-sataşa deyib-gülürdü. Deyirdi:-“Əvvəla, mən orada qalacağımdan qorxmurdum. İkincisi, ürəyim istəyən qədər Stalini ucadan söyə bilirdim. Mən orada əylənirdim də, növbəti sorğu-sualdan sonra “yaşasın Stalin” deyənlərə baxıb o qədər gülürdüm ki. Bizi bankaya yığılmış siyənəklər kimi üst-üstə qalayanda da, mən narahatlığa fikir vermir, beynimdə hesablamalar aparırdım. Orada 4 işimi tamamlamışam”. Stalin öləndə Dau sevindiyindən ortaya atılıb xeyli oynayıbmış.

Onu da deyək ki, Landau həyatının sonuna qədər Kapitsaya səcdə edib. Hamını, hətta özündən yaşca böyükləri belə dolamaqdan çəkinməyən Lev Landau Kapitsaya münasibətdə yalnız ehtiram nümayiş etdirib. Təsadüfi deyil ki, illər sonra Kapitsa da vəzifəsindən uzaqlaşdırılanda Dau heç nədən çəkinmədən onun yanına gedib-gəlirmiş.

“Onun 7 işinin hər biri ayrılıqda Nobel mükafatına layiqdir

Sovet İttifaqında yalnız Landau atom bombası yaradılmasının nəzəri hesablamasını apara bilərdi. Hətta bu cür vacib məsələnin həllində belə o, öz şərtlərini qoyurdu: “Bombanın texniki hesabatını aparacam, amma sizin iclasların birinə də gəlməyəcəm. Bütün rəsmi kağızları imzalamaq səlahiyyətini də Zeldoviçə verəcəm.  Bomba yaratma texnikadır, mənim işim elmdir”.

Alim 1943-cü ildə aldığı ilk “Şöhrət ordeni”nə görə daha çox sevinirdi. Çünki onun hərbi sahədəki zəhməti hədər getməmişdi. Hətta məşhur “katyuşa”nın yaranmasında onun da əli olub. Nəticədə o, bir Sosialist Əməyi Qəhrəmanı ordeni, Zeldoviç və Saxarov isə üç orden alır. Fiziklər hamısı bir nəfər kimi təsdiqləyirlər ki, Landaunun ən azı 7 işinin hər biri ayrılıqda Nobel mükafatına layiqdir.

Yanlış diaqnoz və Nobel mükafatı

Soyuq gecələrdən birində Dau avtomobil qəzasına düşür. Demək olar ki, onu ölümün pəncəsindən xilas edirlər. Sağalmasına sərf edilən bir neçə il ərzində alimin tamamilə itmiş əzələ örtüyü yenidən canlanmağa başlayır, lakin məsuliyyətsiz həkimlər ona yanlış diaqnoz qoyurlar. Gecə qarabasmaları Landaunu rahat qoymur. Dau bu həkimlərdən heç birini inandıra bilmədi ki, hər dəfə nəfəsini çəkəndə qarnında dözülməz ağrı əmələ gəlir. Onu uşağa başa salan kimi inandırırdılar ki, əslində, onun qarnı heç ağrımır.

Təbiətcə davakar olmayan bu insan dözməyə üstünlük verir. 6 illik zülmdən sonra ölümündən bir həftə əvvəl qarnında travmadan əmələ gələn şişləri kəsən həkim  etiraf edir: “Başın travması həkimləri yanıltdı. O vaxt heç məni qoyardılar ki, Landaunun qarnına əlimi vurum?!”

1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”.

Ancaq alim xəstəxanada olduğu üçün Nobel mükafatını özü ala bilməzdi. Ona görə də Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə qarşı çıxır və mükafatı alimə xəstəxanada təqdim edir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min İsveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana deyir: “Sizə təşəkkür edirəm, cənab səfir. Nobel Komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm”.

Gözlənilməz ölüm

Bakılı alim heç kimin gözləmədiyi bir vaxtda vəfat edir. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan sonra ayılmır və 1968-ci il aprelin 1-də dünyasını dəyişir.

Lev Landaudan sonra arvadı Kora xeyli yaşadı. Deyirlər, ölümünə bir az qalmış o etiraf edib: “Mənim dünyada ən böyük səadətim, ən böyük uğurum Dauya rast gəlməyim idi”.

Mənbə: "Discovery Azerbaijan"

Xatirələr
6 17 yanvar 2016 (№12)
http://baki-baku.az

“Dəyişən cismimdir, yaşadan ruhum” – Müsahibə

Xalq şairi Zəlimxan Yaqub bu dünyaya sinəsi dolu gəlib dolu da getdi... Zəngin poezyası onu hələ uzun illər yaşadacaq... Amma bir mahnıda deyildiyi kimi, ondan daha olmayacaq...
Bir neçə il əvvəl aldığım müsahibəni bu gün bir daha yada salmağı özümə borc bildim...Allah rəhmət eləsin...

Qərənfil Xəlilova

Xalq şairi Zəlimxan Yaqubla müsahibə

Onun yaradıcılığı çox zəngindir. Əli qələm tutandan yazıb. Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bir dəfə İTV-nin “Ozan məclisi”nə şairin cavanlıq dəftərlərini gətirmişdi.15-20 yaşlarından üzü bəri yazdığı şeirlərin əlyazmasını. Dərkənarında da oxuduğu kitablardan götürdüyü kəlamlar...
Öz yazılarına bu cür sayğı ilə yanaşan şairin yaddaş rəfi də ilahidən, beləcə, səliqəli, sahmanlıdır. Nədən danışsa, sanki, yaddaşının həmin səhifəsi, dərhal, üzünə açılır, şairi darda qoymur. Bu, ilahi bir qismətdir, Zəlimxan müəllim kimi nadir adamların bəxtinə düşən qismət...
Zəlimxan müəllimin səsi də, natiqliyi də, söz xəzinəmizə yaraşan şeirləri də, ümumilikdə, onu tamam fərqli bir ampluada tanıtdı və məşhurlaşdırdı. Hansı mövzunu qaldırsan, orada Zəlimxan Yaqubun qələmi işləyib. 13 cildlik qalın-qalın kitablar sizə zarafat gəlməsin. Şeirlərinin sayını illərə bölsək, o, bəlkə, yaşından 2-3 dəfə artıq yaşayıb.

O illərdən bu illərə dəyişən...

Zəlimxan müəllimi uzun illərdir ki, tanıyıram. Ondan müxtəlif mövzularda müsahibələr də almışam. Çoxsaylı tədbirlərdə də görüşmüşəm, çıxışlarına, söhbətlərinə qulaq asmışam. Amma ondan heç vaxt yazmamışam.

Onu bir şair kimi, və ya Milli Məclisin üzvü olmuş deputat, deməli, həm də siyasət adamı kimi təqdim etməyə ehtiyac duymadım. Çünki Zəlimxan Yaqubu bu baxımdan hamı yaxşı tanıyır. Mən bir könül ziyarəti etməyi qərara aldım və bu məqsədlə də təyin olunan vaxtda Aşıqlar Birliyinə yollandım.

Yolboyu, onu ilk dəfə 1975-ci ildə şair Osman Sarıvəllinin 70 illik yubileyində gördüyümü xatırladım. Yubiley tədbirini o qədər gözəl aparırdı ki... Sözü də, səsi də bulaq kimi qaynayırdı. Axıra qədər sidq-ürəkdən poeziyaya, folklora, nəhayət, Osman müəllimə olan məhəbbətini tam ifadə edə bildi və auditoriyanı bu təntənəyə kökləməyi bacardı. Bu, çox çətin bir iş idi. Zəlimxan Yaqub bu işin öhdəsindən ustalıqla gəldi.

Osman müəllimin ad günü dekabr ayında idi. Amma Zəlimxan Yaqub Qurbanidən üzü bəri Osman Sarıvəlliyə qədər yaz çiçəyi bənövşəyə həsr olunan şerləri əzbər deyə-deyə auditoriyanı bahar ovqatına köklədi. Sən demə o vaxt Zəlimxan müəllimin cəmi... 25 yaşı var imiş... Yaddaşı, aparıcılıq qabiliyyəti hamını heyran etdi.

Osman müəllim xəstə idi, amma onun da könlü açılmışdı. Axırda: “Hər kəs 100 il yaşamasa...” adlı məşhur şeirini oxudu. Həmin şeiri yada saldıqca, düşünürdüm ki, görəsən, o vaxtdan bu vaxta Zəlimxan Yaqub şəxsiyyətində nə dəyişib, nə dəyişməyib?

Xatirəmi şairlə bölüşəndən sonra müsahibəyə də elə həmin sualla başladım... O da ilk suala belə cavab verdi:

- O illərdən bəri cismim dəyişib, yəni bədənim. Bədən fiziki bir şeydir, amma dəyişməyən və daha da gözəl olan mənim ruhumdur. Kimin ruhu sağlamdırsa, o, istəyir xəstəxanada olsun, istəyir qəbrin qaşında olsun, istəyir dağın başında, istəyir sağ-salamat evində, fərqi yoxdur, harada olursa-olsun, ruhu onu yaşadacaq, saxlayacaq. Mən ruhuma çox minnətdaram.

İndi sən elə günləri yada saldın ki, Osman Sarıvəlli ilə bağlı, Xarici Dillər İnstitutu... Onda yadımdadır, Borçalı aşıqları da gəlmişdi. Aşıq Əmrah da orada idi... O günlər mənim üçün əziz günlər idi. Çünki yanımda Osman Sarıvəlli kimi böyük şəxsiyyət var idi.

Sözardı: Zəlimxan müəllimin dəyişən cismində bir az zəiflik, bir az halsızlıq gördüm. Səsi hərdən azca titrəyir, yaddaşı çox cüzi sapmalar edirdi. Amma, mahiyyətcə, həmin-həmin idi...Qürurlu, iradəli, şirin söhbətli, poetik duyğulu...

“İndi o adamlar yoxdur”

- Sonralar Sizi həmişə tanınmış adamların yanında gördüm. Siz onların yaradıcılığını öyrəndiniz, onlarla bağlı yazılar yazdınız və özünüz demişkən, çox da görüb-götürdünüz. Onların hər biri ayrılıqda Sizə nə verdi?

- Ayrı-ayrılıqda o illər, o adamlar mənə çox şey verdi. Həyatın gözəlliyini verdi, nikbin olmağı verdi, əhvali-ruhiyyəmin yaxşı olmağını verdi. Yaxşı kişilərlə tanışlığı, dostluğu verdi. Qaynarlığı verdi, çılğınlığı verdi, dəli-doluluğu verdi. Onun hesabına gəldim bu günə, indi səninlə belə ürəkli danışıram.

- Onları tanıdınız, sonra da bir-bir itirdiniz... O itkiləri necə yaşadınız?

- Çox ağır...

- Bu, bir yandan da həyatın qanunudur...

- Həyatın qanunudur, düzdür. Osman Sarıvəlli az ömür yaşamadı, elə də o biriləri. Amma, hər dəfə ölən, dünyasını dəyişən əziz adamla birgə mən də ölmüşəm, təzədən dirilmişəm. Osman Sarıvəlli də, Hüseyn Arif də, Xəlil Rza da, Tofiq Bayram da, Məmməd Araz da...Çox adamlar var idi ki, onların hamısı mənim əzizim olub. Hamısı məni bala kimi bağrına basıb. İndi Söhrab Tahir xəstədir. Mən də xəstəyəm. Elə bilirəm ki, bütün dünyam xəstədir. Çünki Söhrab Tahirlə də, adını çəkdiyim və çəkmədiyim əzizlərimlə də uzaq-uzaq yollar getmişəm. Onlarla gözəl söhbətlər eləmişik. Ədəbiyyatdan, həyatdan, sənətdən, şeirdən, yaxşı adamlardan, köhnə kişilərdən... Onların heç biri həyatda yoxdur. Elə bil adam qanadı sınmış quşa dönür.

“Ailəyə gələndə, demişəm, saxlayın”

Sözarası: Zəlimxan müəllimin ailəsi barədə məlumat yox dərəcəsindədir. Çox müxtəlif verilişlərdə, müsahibələrdə bu barədə danışdığını görməmişdim. Dedim, bəlkə yaşa dolub, indi nə isə deyər. Odur ki, bu sualı atdım ortaya:

- Sizcə, şairlərin həyat yoldaşları onların həyatında nə kimi rol oynayır?

- Yazarların içində həyat yoldaşlarını anam kimi sevdiyim iki adam olub. Mən həmişə bu fikirdə olmuşam ki, yaradıcı adamın özünə bərabər, bəlkə özündən də artıq həyat yoldaşları çox qiymətli olurlar. Çünki yaşadırlar, ucaldırlar. Məsələn, Tofiq Bayramın həyat yoldaşı Zərifə xanım bu günlərdə mənə zəng vurmuşdu. Allaha and olsun, Tofiq deyib ağlaya-ağlaya danışırdı. Aradan, gör, neçə illər keçib...

Yaxud İsa Muğannanın yoldaşı Firuzə xanım, ömrünü şam kimi əritdi dahi yazıçının yolunda, O, İsa müəllimin qayğısını çəkdi, İsa müəllim isə bütün Azərbaycanın...

- Ailə nə deməkdir, Sizcə, şair üçün? Sizin həyat yoldaşınız da, yəqin arxa olub, çünki xanım evin qayğılarını üzərinə götürməlidir ki, yazar da yaradıcılıqla məşğul olsun...

- Ailə mənim üçün məbəddir, ilahi bir evdir. Allahın yaratdığı, qurduğu, tikdiyi ev-könüldür. Könül bərabəri olan məkan evdir, ailədir. Ailə müqəddəsdir. Mən yüzlərlə müsahibələr vermişəm. Ailəyə gələndə, demişəm, saxlayın. Ailə müqəddəsdir. Onunla bağlı ağlına gələni danışa bilməzsən. Sözün var de, yoxdursa, burda bağla. Allahın bizi yaşadan qüdrəti ailədir, həyat yoldaşıdır.

Sözardı: İstəyim baş tutmadı. Ailəsi ilə bağlı söz ala bilmədim şairdən. Deməli, prinsipləri də dəyişməyib. Yaş bu məsələdə elə bir amil deyilmiş...

“Dostu zaman özü seçir”

Mənə həmişə elə gəlmişdi ki, Zəlimxan müəllim hamı ilə dostdur. O ən çətin adamlarla da dil tapa bilirdi, həmsöhbətinin ürəyinə sevgi, mərhəmət işığı sala bilirdi. Bəs bu dəyişən dünyamızda, dəyişən cismin və yaşın bu çağında şair dostluq haqqında hansı qənaətdədir...

- Sizin dostlarınız necə, Sizə sədaqətli olublarmı, Sizə güc veriblərmi, yoxsa necə?

- Olanlar da olub, olmayanlar da. İkisini də təbii qarşılayıram. Bu saat da fikirləşirəm: “Filankəslə niyə dostluq eləmişəm, niyə yol getmişəm?” Və yaxud “Filankəslə niyə az yol getmişəm, niyə çox yol getməmişəm?” Məsələn, mən istərdim ki, Söhrab Tahirlə bütün dünyanı dolanım. O qədər mehribandır, o qədər şirindir, o qədər gözəldir. Dostu, yoldaşı zaman özü seçir. Ələyir, süzür, yaxşını da tanıyırsan, yamanı da. Və bu, çox yaxşıdır.
Şəhriyar deyirdi:

Yaxşı dostlarım var idi,
Yaman gün gəlcək,
Tardan özgə qalmadı yari-vəfadarım mənim.

- Deməli, bu ələnmə,Sizcə, normal bir şeydir?..

- Normaldır, ona təbii baxmaq lazımdır, çox təbii baxmaq lazımdır. Ona görə ki, tanıyırsan hamını. Yaxşını da, yamanı da, dostu da, düşməni də. Məsələn, Aşıq Ələsgər deyir ki...

Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Almadan, heyvadan peyvəst eylədim,
Zəhmətin çox çəkdim, karın görmədim.

Ələsgər demişkən, o qədər adamlara yaxşılıq eləmişəm ki, sayı-hesabı yoxdur. Bir də görürsən, yolla getdiyim yerdə qabağımı kəsirlər: “Zəlimxan müəllim, çox sağ olun- deyirlər- filan vaxtı bizə filan yaxşılığı elədiniz”. Amma elə adamlar var ki, ona bütün varlığımı vermişəm, namərd çıxıb. O da var ki, hər ikisinə təbii baxmaq lazımdır. Çünki hamı halal süd əmməyib. Hamının dünyagörüşündə ağsaqqallıq yoxdur, alicənablıq yoxdur, mehribanlıq yoxdur.

“Nə ömür çatır, nə gözün nuru”

- Zəlimxan müəllim, Siz çox mütaliə etmisiniz, həddindən artıq. Mən belə bir sual vermək istəyirəm, mütaliə ilə bağlı yaşın qənaəti nədir?

- Yaşın verdiyi qənaət budur ki, ziyalı olan adam, özünü ziyalı hesab edən adam əgər mütaliə ilə məşğul olmayıbsa, yaxşı kitablar oxumayıbsa, gözəl əsərləri həzm edə bilməyibsə, ona ziyalı demək olmaz. Ona, nəinki ziyalı, heç insan da demək olmaz.

Mən ən çox ziyalılığı, kəndimizdə Rəşid dayım var idi, onda görmüşəm. Gürcüstanda respublikanın ilk Əməkdar müəllimi idi. Ona kəndimizin “Əlifbası” deyirdilər. Bax, onun evi mənim üçün ziyarətgah idi. Çünki onda zəngin kitabxana var idi.

Bakıya gələndə ən çox mütaliə eləyən adamlar Xəlil Rza ilə İsa Muğanna (Hüseynov) idi. Biri şair kimi, o biri də yazıçı kimi mənə mütaliədə çox kömək olublar. Məsələn, İsa Muğanna ilə bizim qardaşlığımız, dostluğumuz, ata-oğul münasibətimiz haradan başlayıb? Mütaliədən! O, mənə bir neçə sual verdi. Gördü, haradan deyir, oradan cavab verirəm. Özünün yaradıcılığından, özgələrin yaradıcılığından. Ona görə dostluğumuz tutdu...

Sözarası: Bu yerdə Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu otağa daxil oldu. Söhbətimizi şairin səs arxivinə əlavə etmək üçün. Zəlimxan müəllim bu təşəbbüsü bəyəndi və belə əsaslandırdı: Qərənfil xanımla elədiyim söhbətləri başqaları ilə eləməmişəm....Çox maraqlı məsələlərə toxunur... Bu söhbətin səs yazısı qalsa, yaxşıdır...

Siz kiminlə danışsanız, hər dəfə orijinal danışacaqsınız...Fərqli bir şey alınacaq,-dedim-Sizin kimi zəngin insan, həm də, məqamlardan asılı olaraq, suallara müxtəlif cür cavab verəcək.

Musa müəllim səs arxivinə daxil etmək üçün stolun üstünə əlavə diktofon qoydurdu. Söhbətimizə davam etdik.

- Siz, müsahibədən əvvəl İsa Muğanna ilə bağlı yazdığınız şeiri oxudunuz. Mən də son 6 ildə onunla, demək olar ki, sərasər görüşmüşəm. Çox zəngin kitabxanası var və o deyirdi ki, evimdəki kitabların hamısını oxumuşam, gözüm imkan versə, bir bu qədərini də oxuyaram. Sizdə necə, mütaliəyə o aclıq indi də varmı?

- Məndə də elədir. Bu günün özündə bu dəftəri açsanız, məəttəl qalarsınız ki, bu qədər işləməkmi olar, belə yaradıcılıqmı olar, belə məhsuldarlıqmı olar? Mən də mütaliəni həmişə sevmişəm. Bu gün də sevirəm, ölənə qədər də sevəcəm. Çünki mütaliə mənim həyatımdır, çörəyimdir, suyumdur, amma müşahidə ilə bir yerdə. Mütaliən olmasa, müşahidən olmayacaq. Mən də, Allah rəhmət eləsin, İsa müəllim dediyi kimiyəm, mənim evimdəki kitabxananı görəndə, məəttəl qalacaqsan.

- Olmuşam Sizin evdə, film çəkilişində...

- Eləmi, onda özünüz görmüsünüz. Muzey gözəl, kitabxana gözəl... Həmişə kitablara baxanda həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm, ona görə ki, bunların hamısını oxumuşam. Kədərlənirəm ona görə ki, hələ oxumadığım çox gözəl kitablar var. Nə ömür çatır, nə gözün nuru. Qalırsan yarı yolda...

Yazmaq da əbədi ehtiyac imiş

Ağrımağına baxmayaraq, Zəlimxan Yaqub qələmini yerə qoymağı ağlına da gətirməyib. Biz söhbət edə-edə şeirinin üzünü kompüterə köçürən qız bir neçə dəfə otağa girib-çıxdı. Hiss etdirmədən, diqqət yetirdim: bütün düzəlişləri tam dürüst və sərrast idi. Sanki o, xəstəliyinə, həm də qələmi ilə cihad elan etmişdi. Geri çəkilmək fikri qəti yox idi.

- Ürəyiniz istədiyi qədər yazmısınız, düzdürmü? Yazmaq ehtiyacı necə, qalırmı?

- Yazmaq da, oxumaq kimi. Görsən, inanmayacaqsan ki, bunu Zəlimxan yazıb. Hər günün öz əsəri var. Hər əsərin də özünün mənası, məzmunu var, kəsəri var, gözəlliyi var. İndi bax, səninlə neçə vaxt əvvəl Fəxri Xiyabanda görüşdüm, İsa müəllimin dəfnində. Yazdığım əsəri gördün. Bu əsər, özümdən asılı olmayaraq, göz yaşımla axıb gəlib. Çünki mənim İsa Muğanna ilə olan görüşlərimin nəticəsi idi göz yaşı. Ən çox sevdiyi adam idim mən. Çünki yaradıcılığının hansı səhifəsindən, hansı kitabından söz açırdısa, oradan xəbərim var idi, görürdü ki, hamısını oxumuşam. “İdeal” onun yaradıcılığının zirvəsi idi. Ən çox “İdeal”dan danışırdıq. Çünki “İdeal” ağır əsər idi. Hər adamın hünəri deyildi bu əsərdən danışmaq. Amma mən danışanda, məəttəl qalırdı. Dodağına təbəssüm gəlirdi. Gözləri daha da işıqlanırdı. Sifəti daha da nurlanırdı. Mən də ondan qüvvət alırdım.

- Mən elə bilirəm ki, insan hansı yaşda olursa-olsun, onun yanında özündən müdrik adamın olması böyük xoşbəxtlikdir.

- Bəli, çox böyük xoşbəxtlikdir.

- Bu mənada İsa müəllimin itkisi, bəlkə də, bütün Azərbaycan üçün böyük itki idi.

- “Bəlkə də” yox, şübhəsiz, çox böyük itki idi. Yeri də həmişə görünəcək. Əvəzi də gəlməyəcək. İsa Muğanna bizim son filosof yazıçımızdır ki, dünyanı ayrı cür görürdü, hətta göydən enmiş 4 dini kitaba onun özünün ayrı münasibəti var idi. Ona görə də mütaliə həmişə lazımdır. Qəbir evinə qədər lazımdır. Çünki onsuz yaşamaq, quru ağac olmaq, budaqları qırılmış, tökülmüş bir ağac olmaq deməkdir.

“Zəlimxanı diri saxla”

Zaman dəyişir, insan yaşa dolur, müdrikləşir. Müdrikləşirsə, qənaət niyə dəyişməsin ki? Bu yöndə Zəlimxan müəllimə bir cığır açmaq istədim, alındı da...

- Zəlimxan müəllim, Sizin yaradıcılığınızdan sətirləri yada salmaq istəyirəm. Deyirsiniz: “Zəlimxansız dünya bir şey itirməz, Allah səni pənahında saxlasın”. Siz, bax bu gün də o qənaətdəsiniz ki Zəlimxansız dünya bir şey itirməz?

- Bilirsən, Qərənfil xanım, bu sözün çox geniş mənası var. “Zəlimxansız dünya bir şey itirməz”- ona görə deyirəm ki, dünya çox böyükdür. Dünya çox qədimdir, dünya çox genişdir. Amma, həm də dünya çox balacadır. İnsan ömrü çox azdır. Ona görə də “Zəlimxansız dünya bir şey itirməz” bu, həqiqətdir.

- Amma hər bir fərd təkdir, təkrarolunmazdır...

- Bəli, hər bir fərd təkrarolunmazdır, o mənada, əlbəttə, Zəlimxansız dünya çox şey itirər, necə ki, itirəcək. Ondan sonra başına döyəcək. Ondan sonra da gec olacaq.

Bu çiçəyin qədrini bil,
Solub getsə, gec olacaq.
Qara yellər ağ gülləri,
Yolub getsə, gec olacaq.

Öp bu çiçəyin gözünü,
De, bu çəmənin sözünü,
Qoru bulağın gözünü,
Dolub getsə, gec olacaq.

Haqqı bir bil, biri saxla
Ocağa dön, piri saxla,
Zəlimxanı diri saxla,
Ölüb-getsə, gec olacaq.

Kəndin ən varlı evi

- Mən düşünürəm ki, Zəlimxan müəllim yerinə-yurduna çox bağlı adamdır. Bu gün Sizə o yer-yurd necə güc verir? Siz buradasınız, yurd da orada...

- İndi daha çox güc verir. Bəlkə, orada olsam, o qədər güc verməzdi. Ora ilə mənim aramda, bu saat, həsrət var, qürbət var, göz yaşı var, ayrılıq var, uzaqlıq var, o gördüyün yerləri bir də gəzmək həvəsi var.

Borçalı mənim üçün həddindən artıq əzizdir, ona görə. O gəzdiyim yerləri, gördüyüm yerləri, duyduğum duyğuları bir də yaşayaydım, bir də görəydim. Heyıf ki, bunlar yerinə yetəsi istəklər deyil, hamısı getdi...

- Mən Sizin kənddə olmuşam, o qədim qəbir daşlarına baxmışam. Necə bilirsiniz, Sizin şair kimi yetişməyinizdə o kənd, o mühit, o genetik göstəricilər, yəqin ki, həlledici rol oynayıb, elə deyilmi?

- Çox böyük rol oynayıb, bəli.

- Bax o geni, o yaradıcılıq enerjisini kiməsə ötürə bilmisinizmi?

- Mənim anamın bir dayısı var idi- Rəşid müəllim. Onun da bir dayısı var idi, Qara Uğurlu deyirdilər. Rəngi qapqara idi. Amma ürəyi çox geniş idi. O, bir dəfə mənə dedi ki, a dayımın nəvəsi, indi sən bayrağını götürüb gedirsən, Azərbaycanla bir olubsan, türk dünyası ilə bir olubsan. Çox dəyərli adam idi. Dedi ki, səndən sonra gələn varmı sənin kimi? Mən fikirləşdim. Bu çox ağıllı adamdı. Çox müdrik adamdı. Buna ağıllı cavab vermək lazımdır. Desəm ki, var, yoxdur axı. Desəm ki, yoxdur, nə deyim...

Fikirləşdim ki, kişiyə bir cavab verim. Amma elə cavab ki, ağıllı söz olsun. Dedim, ay Uğurlu dayı, filankəs var, dedi kimdir, dedim filan nəsildəndir, filankəsdir. Dedi, üstünə bir daş qoy. Doğrudan da, sonra həmin adam lax çıxdı, xarab çıxdı. Dedim, ay qoca kişi, ay dədələr, yəni, həqiqətən, bu gün yoxdur, varsa, siz deyin. Yoxdur axı.

Biz sazla gəldik, sözlə gəldik, köhnə kişilərin nəsihəti ilə, vəsiyyəti ilə gəldik, çox böyük adamlar gördük kənd dünyasında. Bizim ev kəndin ən varlı evi idi, bu mənada ki, kəndimizin bütün qiymətli adamları hamısı bura yığılırdı. Həftədə bir dəfə, ayda bir dəfə. Mən Bakıdan hər dəfə gedəndə o adamların hamısı bizə gəlirdi. Əmrah da, Kamandar da, Hüseyn Saraclı da bizim evdə dəfələrlə olublar, saz çalıblar. Xındı Məmmədi görməmişəm, Allah rəhmət eləsin. Amma Borçalı aşıqlarının hamısı bizim evdə olub.

Bizim ev çox zəngin bir ev idi. Maddi cəhətdən çox kasıb olsa da, mənəvi cəhətdən çox varlı bir ev idi. O varlı evdə də mən olanı götürürdüm. “Koroğlu” dastanını, “Dədə Qorqud”u əzbər bilirəm. Bu saat hamısını əzbərdən deyim. “Koroğlu” mənim üçün nə idi Allah?..

Xalq şairi Zəlimxan Yaqub təpədən-dırnağa şairdir. Allah ona yaxşı yazmaq, danışmaq, oxuduğu, gördüyü hər şeyi yadda saxlamaq, düşünmək və düşündürmək qüdrəti verib. O, bizim birimizdir. Azərbaycanlıdır. Amma, həm də fərqli və yeri ucalıqda olan Azərbaycanlıdır.Z.Yaqub poeziyanı, folkloru, təkcə, sevmir, həm də onun mahiyyətini, fəlsəfəsini bilir, buna görə də bildiyi nə varsa, onu anlatmağı və sevdirməyi bacarır. Saza məhəbbəti isə ayrı aləmdir. Aşıq ədəbiyyatında hardan soruşsan, ordan deyir...

Onun saz çaldığını da, pəsdən oxuduğunu da efirdə neçə dəfə görmüşəm. Hörmətim artıb Zəlimxan müəllimə. Bu ulu sənətimizi dərindən dərk edənlər o qədər azdır ki... Ağız büzənlər isə nə qədər istəsən... Müsahibənin ilk sualını da elə saz üstə köklədik.

“Ölürəm sazdan ötrü”

- Mənə elə gəlir ki, Siz sözdən güc alırsınız, mütaliədən güc alırsınız. Həm də sazdan güc alırsınız. Amma, eyni zamanda Zəlimxan müəllimin zəif yeridir saz, eləmi? Çünki mən o məqamları görmüşəm ki, Siz saza heyrət eləmisiniz, o, Sizi haldan-hala salıb...

Və bir də sazın qarşısında olan borcumuzu, bu sahənin dəyərini bilən ziyalı kimi, dövlətin dəstəyi ilə, həm də Siz yerinə yetirdiniz. İndi Aşıqlar Birliyi kimi rəsmi bir orqanın rəhbərisiniz. Sazın nüfuzunu qaldıranlardan biri də Siz oldunuz.

- Qaldırdıq, hələ davamı da var.

- Mən Zəlimxan müəllimi sazsız təsəvvür edə bilmirəm. Bu gün də saz çalırsınızmı? Hisslərinizi, duyğularınızı sazla bölüşürsünüzmü?

- Bu gün, demək olar ki, istədiyim kimi çala bilmirəm. Saz da belə şeydir. Onun adı sazdır. Gərək onu saz kimi çalasan. Son vaxtlar, demək olar ki, çalmıram. Bala kimi bağrıma basıram, öpürəm, duz kimi yalayıram, amma çalmıram, çünki istədiyim kimi çala bilmirəm.

- Amma dinləyirsiniz.

- Dinləyirsiniz yox e, ölürəm sazdan ötrü. Aşıq Avdı İsa Muğanna dəfn olunanda saz çaldı ha, elə bildim İsa Muğanna təzədən dirildi. Ruhumuz saza çox bağlıdır. Kim nə deyir-desin... Saz bizim kökümüzdür. Saz bizim ruhumuzdur. Sazsız bizim ömrümüz yoxdur, günümüz yoxdur, həyatımız yoxdur. Saz olan yerdə işıq var. Saz olan yerdə ozan var. Ozan olan yerdə ağsaqqallıq var, ağsaqqallar olan yerdə bütün dünya var. Həm də ədəb-ərkan var.

“Onlar məni Zəlimxan eləyiblər”

- Siz kimlərə özünüzü bu günə qədər borclu bilirsiniz ki, onların sayəsində gəldiniz Zəlimxan Yaqub səviyyəsinə yüksəldiniz?

- Çox adamlara borcluyam, onu deməklə qurtarmaq olmaz. Bizim Borçalı mühitindən başqa, Bakı aləminə, Bakı mühitinə, Bakının özünə çox borcluyam. Bakını qan damarım, göz nurum hesab edirəm. Çünki şöhrəti də, adı da, böyüklüyü də, ucalığı da burda tapdım.

Mirvarid Dilbazi rəhmətlikdən tutmuş bu günə qədər, mən sənə 100 alimin, 100 şairin adını çəkərəm ki, hamısı məndən ötrü “özünü öldürüb”. Ana-ata kimi bağrına basıb, mən də onları sevmişəm. Kimlər mənim üçün əziz olub? Bu, çox uzun bir siyahıdır. Yazsam, bir kitab olar. Yaşar Qarayevimi deyim, Əli Vəliyevimi deyim, Süleyman Rəhimovumu deyim, o qəbildən olan böyüklərimi deyim... Hamısı məndən ötrü əzizdir. Onların hamısına borcluyam. Çünki onlar məni Zəlimxan eləyiblər.

- Sizin çox zəngin xatirələriniz var. Onları qələmə almısınızmı?

- Az almışam. Yazıram. “Düşüncələr düzümü”dür o dəftərin adı. Rahat vaxtım olanda, ora əlavələr edirəm.

- Onlar çox böyük sərvətdir. Siz görün, nə qədər məşhur adamla oturub-durmusunuz...

- Elədir, üç nəsillə... Süleyman Rəhimovdan tutmuş, bu gün yaşayanlara qədər. İsa Muğanna dünyanı tərk edən sonuncu magikandır, hələlik...Mənim İsa müəllimə aid çoxlu gözəl yazılarım, bir də kişini torpağa tapşırandan sonra yazdığım şeirim var. Çünki İsa Muğanna deyilən adam haqqında nə qədər yazırsan, yaz, nə qədər deyirsən, de, tükənməz, çünki bu adam çox zəngin adam idi. Yazıçıların içində o qədər mütaliəli adam təsəvvür edə bilmirəm. Çox böyük, zəngin mütaliəsi var idi. O, Yerlə, Göylə əlləşirdi, dünya ilə əlləşirdi. Dünyaya sığmırdı. Deyirdi mən qocalığı hiss eləmirəm. Canım ağrıyır, çətin görürəm, amma ruhum heç dəyişməyib.

Dünyasını dəyişməmişdən 2 ay əvvəl onlara getdim. Firuzə bacı gözəl bir süfrə açdı. Yaxşı yedi. Yaxşı içdi. Əməlli-başlı içdi. Gülə-gülə, oynaya-oynaya. Elə bilirdin, bunun 20 yaşı var. Ruhu onun çox cavan idi. Çünki o, bilirdi ki, dünyada əbədi qalacaq yazıçıdır. O, bilirdi ki, dünyada əbədi qalacaq şəxsiyyətdir. Ona görə də, onunla bağlı xatirələrim çoxdur. Hamısını yazacam.

“Gərək verəsən ki, alasan”

- Zəlimxan müəllim, bu yazı elə şeydir ki, həm adamın canını alır, həm də yaşadır, belədirmi?

- Bəli. Ona görə, yazı məni məndən aldı, amma mənə bir dünya verdi, həyat verdi. Cismani mənada varlığıma çox zərbə vurdu. Amma mənəvi mənada məni çox yüksəltdi. Məni çox ucaltdı. Olardım sıravi adamlardan biri. Amma Allah belə məsləhət gördü ki, mən o minnətdar olduğum adamların sayəsində, Allahın sayəsində, Peyğəmbərin sayəsində Vətənimi çox sevdim, xalqımı çox sevdim, xalq da məni sevdi.

- Şairliyin Sizdən aldığı çox oldu, yoxsa verdiyi? Hansı ağır gələr tərəzidə?

- Hər halda aldığı çox oldu. Almasa da, vermir axı... Füzuli demişkən, mümkün deyil, gərək verəsən ki, alasan. Mən verdim, aldığımı da aldım. Amma məni tez sıradan çıxartdı.

Zəlimxan müəllim növbəti əməliyyata getməmişdən əvvəl İTV-yə gəlmişdi. Yenə əvvəlki kimi, sanki, ürəyini sınağa çəkirmiş kimi, bərkdən-bərkdən, ürəyini yandıra-yandıra danışmaqda idi. Dedim, Zəlimxan müəllim, bu cür həyəcanla danışmayın, ziyan edər Sizə. Dedi ki, mən ayrı cür danışammaram, çünki onda Zəlimxan olmaram.

- İnsan, görünür, həyat tərzini dəyişə bilmir. Həm də o emosiyalar insanın sağlamlığını alır axı, düzdürmü?

- Alır, elədir. Emosiya çox şey alır adamdan.

“Ağrılar imkan vermir”

Hərdən elə düşünürəm ki, insanı ağrı və dərd qədər heç nə yıxa bilməz. Pulsuzluğa da dözmək olar, evsizliyə də, bilirsən ki, bir çarəsi var, tapana qədərdir. Can ağrısı isə çox qəddardır. Bunu Zəlimxan müəllimin simasında gördüm, kaş ki, görməyəydim...

- İnsanı arzu yaşadır, deyirlər, bəs Zəlimxan Yaqub bütün arzularına yetişdimi? Qarşısına qoyduğu məqsədlərə çatdımı ?

- Çatdıqlarım da var, çatmadıqlarım da. Amma mənə belə gəlir ki, çatmadıqlarım çatdıqlarımdan daha çoxdur.

- Nə danışırsız? Doğrudan?

- Bəli, çünki ürəyimdən çox şey keçir. Çox şey var. Amma ömür çatmır. İmkan vermir ömür. Ağrılar imkan vermir.

Mənim gecəm necə keçdi,
Səhərin nə xəbəri var,
Yuxum qaçdı qəhərimdən,
Qəhərin nə xəbəri var.

Önə cumur, yana çəkir,
Dizləriynən torpaq əkir,
Yoxuşda köhlənim çəkir,
Yəhərin nə xəbəri var.

Dağı-daşı dırmanana,
Yollarda düşdüm borana,
Eh kim ölə, kim yarana,
Xəbərin nə xəbəri var.

Mənim içimdə nələr var, onu mən bilirəm. Nə çəkmişəm, nə çəkirəm. Amma ruhum, bayaq dedim, ruhum, İsa Muğanna kimi adamlarla bağlılığım məni həmişə diri və duru saxlayıb.

“Bunlar məni həmişə yaşadacaq”

- Mən bir şeyi də istəyirəm deyəsiniz. Siz, cavanlıqdan Azərbaycanda tanınmış, sayılıb-seçilən bir adamsınız. Kifayət qədər həyat təcrübəniz var. Sizcə, insan necə yaşamalıdır? Bəlkə, bir tövsiyə verəsiniz cavanlara?

- Tövsiyəm odur ki, insanlar ruhlarını diri saxlasınlar. Əsas sağlamlıq, bədənin sağlamlığı deyil, ruhun sağlamlığıdır. Mənim də bu gün şeirlərimin birində var ki,

Yox, mənimlə getməyəcək bu dünya,
Öz yerində axşam, səhər qalacaq.
Ağlayan da tapılacaq, gülən də,
Yenə sevinc, yenə kədər qalacaq.
Kim yedisə çörəyi tək, duzu tək,
Əriyəcək o, dağların buzu tək…
Çox adamlar mələyəcək quzu tək,
Çox adamın yurdu mələr qalacaq.
Dərd daşıdım, qəm yüklədim şələmə,
Şeir yazdım, səsim düşdü aləmə,
Ay Zəlimxan, yaxşı sarıl qələmə,
Qalsa yenə, bu nəğmələr qalacaq.

Yəni, məni yaşadan, o şeiriyyət dünyasıdır. Mən istəyirəm ki, insanların hamısı şair ruhlu olsunlar. Şair olmasalar da, şair kimi gözəl olsunlar, təmiz olsunlar, halal olsunlar.
Bu nəğmələr, bu sözlər, bu şeir, bu şeiriyyət, mənim yaddaşım, bunlar məni həmişə yaşadacaq, ölənə qədər.

- Təbii, və Siz də heç vaxt şeirdən ayrılmayacaqsınız.

- Yox, mümkün deyil, ola bilməz!

“Könül, özündən ləzzət al”

Zəlimxan Yaqub sözün dilini və qədrini bilən insanlardandır. Sidq-ürəkdən könül verdiyi Söz onun hər məqamda üzünü ağ edib.Harda ağzını açsa, nitqi bulaq kimi qaynayıb, qarşısındakıları sehirləyib, ovqatdan-ovqata kökləyib.

- Sözün qarşısında aciz qaldığınız məqamlar olubmu?

- Demək olar ki, yox. Çünki mən sözdən ötrü can vermişəm. Sözdən ötrü can almışam. Kimisə öldürmüşəm, kimisə diriltmişəm. İcazə ver, təzə yazdığım bir şeiri oxuyum.

Könül, özündən ləzzət al,
Özgələrdən kömək umma.
Könül, özündən ləzzət al,
Şeytana yox, haqqa tapın.

Ana ayrı, bacı ayrı,
Başımızın tacı ayrı,
Şirin ayrı, acı ayrı,
Könül, özündən ləzzət al.

Fərhad kimi dağları çap,
Məhəbbətdən bir qala yap,
Gözəlliyi özündə tap,
Könül, özündən ləzzət al.

Ruhunu kövrək yaradıb,
Can verib ürək yaradıb,
Allah səni tək yaradıb,
Könül, özündən ləzzət al.

Kök səndə, budaq səndədir,
Yer, Göy, daş, torpaq səndədir,
Pir səndə, ocaq səndədir,
Könül, özündən ləzzət al.

Su tək hər çuxura axma,
Verdiyini başa qaxma,
Yaxına, uzağa baxma,
Könül, özündən ləzzət al.

Yaxşılığa adət elə,
Yaxşılığı sənət elə,
Cəhənnəmi cənnət elə,
Könül, özündən ləzzət al.

Göz işıqlı, üz güləri,
Heyran eylə güzgüləri,
Namərd çıxdı özgələri,
Könül, özündən ləzzət al.

Heç kəs sənə həyan olmaz,
Həyan yoxsa, bəyan olmaz,
Səni sən tək duyan olmaz,
Könül, özündən ləzzət al.

Dumanlı bir səhər verdi,
Kədərdən çox kədər verdi,
Dünya mənə zəhər verdi,
Könül, özündən ləzzət al.

Yunis kimi bişdi, yandı,
Pozmadı, alışdı, yandı,
Sənin dostun Zəlimxandı,
Könül, özündən ləzzət al.

- Ümumiyyətlə, könül dünyası çox nəhayətsizdir. Və orada nə aldada bilərsən, nə aldana bilərsən...

- Mümkün deyil. Mən də öz könül dünyamdan ləzzət almışam. Çünki içəri doludur, hafizə doludur, yaddaş doludur, sinə doludur, ürək doludur. Ona görə də sevincimdən də, kədərimdən də ləzzət alıram.

“Xoşbəxtliyim də var, bədbəxtliyim də”

- Siz, ümumiyyətlə, özünüzü xoşbəxt sayırsınız həyatda?

- Demək olar...Xoşbəxtliyim də var, bədbəxtliyim də...Amma xoşbəxtliyim bədbəxtliyimdən çoxdur.

- Bədbəxtlik deyəndə nəyi nəzərdə tutursunuz? Xoşbəxtliyinizin səbəbi hamıya aydındır. Ona görə soruşmuram.

- Bədbəxtlik deyəndə canımın ağrısını nəzərdə tuturam. Mən tez xəstələndim. Mən çox işlər görməli idim və görürdüm. Elə bil ki, yarı yolda xəstəlik saxladı məni. Ona görə də özümü bədbəxt sayıram.

- Amma Siz də xəstəliklə mübarizə aparırsınız.

- Mübarizə aparıram yox, döyüşürəm. Möhkəm döyüşürəm. Bax, indi xəstəyəm. Həm də sağlamam. Biri canla bağlıdır, bayaq dedim, biri də ruhla...

- Sizi bu günün özündə də sevənlər Sizə güc verirlər, təbii ki... Yox?

- Çox...Məni onlar saxladı. Yoxsa çoxdan ölmüşdüm. Göyə açılan əllər, dualar, xeyirxah adamların xeyirxah niyyətləri məni saxladı, ölənə qədər də, Allah vaxtımı tamam edənə qədər o insanlar, o qüvvə məni saxlayacaq. Onun adı sevgidir, məhəbbətdir, gözəllikdir.

- Bunu özünüz o insanların ürəyinə yol tapmaqla qazanmısınız. Hər adam üçün belə yanmazlar, bu qədər narahat olmazlar, amma Sizin üçün hamı narahatdır. Siz xəstələnəndən hamı bizdən (media işçisi olduğumuz üçün) soruşur ki, Zəlimxan necədir? Kaş ona heç nə olmasın. Neçələrinin Sizin üçün ağladığını gözümlə görmüşəm.

- Şübhəm yoxdur. Çox adamların ağladığını görmüşəm, mən də onlara qoşulub ağlamışam. Ana-bala kimi baş-başa verdiyim adamlar olub...

“Peyğəmbər ömrünü keçdim”

- Siz bütün Azərbaycana doğmalaşmısınız, özü də sözlə doğmalaşmısınız, belə demək olarsa... O doğmalığı heç nə sarsıda bilməyəcək, mənə elə gəlir...

- İnşallah!.. Mən də o fikirdəyəm. Allah özü məni qoruyacaq, çünki mən Allah adamıyam. Rəhmətlik İsa Muğanna demişkən, məni Allah qoruyacaq, çünki insanları çox sevirəm. Məhəmməd Peyğəmbər 63 il yaşadı. Mənim atam da 63 yaşında rəhmətə gedib. 63 il Məhəmməd Peyğəmbər üçün çox az ömürdür. Amma Allah ona 63 illik vaxt verdi. Mən Peyğəmbər ömrünü keçdim. İndi 65-dəyəm. Mənə belə gəlir ki, Allahdan üzr istəyirəm, Allahın sevdiklərindən üzr istəyirəm, bu sözə görə, mənim yaxşı yaşamağım, sevilə-sevilə yaşamağım, sevə-sevə yaşamağım Allahın işidir. Allah belə məsləhət görüb. İndi nə vaxt məsləhət görsə, öz anamızın qoynuna gedəcəyik.

- Bilirsiniz, ölüm hamı üçün var, amma həyatda yaratdıqlarınla qalmaq hamının taleyinə yazılmayıb, milyonda bir adama düşə-düşməyə...

- Doğrudur...

“Ana haqqı, tanrı haqqı”

Zəlimxan Yaqubun anasına məhəbbəti tamam fərqli bir məhəbbətdir. Körpəlikdə hamı anasını, dəlicəsinə, sevir. Amma, etiraf edək ki, bu yaşda anasını bu cür əzizləyib uca tutan, onunla nəfəs alan kişi az-az tapılar. Zəlimxan müəllim, bir övlad kimi, bu müqəddəs, ilahi sevginin öndəgedənlərindəndir. Söhbəti bu səmtə çəkən kimi şair Hüseyn Arifin məşhur misralarını dilə gətirir:

Özüm də bilmirəm, Hüseyn niyə,
Başımın tüstüsü çəkilir göyə,
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.

- Anam neçə ay idi burada idi, srağagün yola saldım, Həm yoldan danışdım, həm də evdən danışdım, kəndə çatanda ki, rahat getdinmi? Səsinə qurban olum. (Kövrəlir)

- Çox bağlısınız ananıza?.. Bəs deyirlər, kişilər bir az soyuqqanlı olur, elə deyil hə?

- Yox, qəti elə deyil. Mən anamı Peyğəmbər hesab edirəm. Çünki mənim səhərdən səninlə elədiyim söhbətlərin hamısı Allahdan sonra anamdan gəlib.

- Düzdür, çox müdrik qadındır ananız.

- İndi də mənimlə danışanda dura bilmirəm... (Kövrəlir)

- Allah ona da ömür versin, can sağlığı versin, Sizə də. Çox təşəkkür edirəm. Sizi yordumsa, üzrlü sayın...

- Sənə də mən çox təşəkkür edirəm. Çox şadam ki, söhbətimiz alındı.

Zəlimxan müəllimdən ayrılanda 40 il irəlidən indiyə kimi onda dəyişməyən xüsusiyyətləri bir daha ümumiləşdirməyə çalışdım. Şeirə məhəbbət də, deyimlərdəki təravət də, dəyişməmişdi. Bu, mənə toxtaqlıq verdi.

P.S. Xalq şairi Zəlimxan Yaqubun xalq yazıçısı İsa Muğannaya həsr etdiyi çox gözəl şeirin iki bəndinin onun məzar daşına yazıldığını biləndə çox təsirləndim... Haqqında yazdığım söz adamının əbədiyaşarlığına bir ştrix də əlavə olunduğu üçün...

Saf Ağ könül dünyası idi,
Baxışları duru idi,
Onu başa düşən adam,
Gözlərinin nuru idi.

Onun elmi, onun fəhmi,
“Boq” elmi yox,“Bağ” elmi idi,
Fikirlərdə, xəyallarda,
Min il yaşamaq elmi idi.

Ötən əsrlərdən bu günə qədər qələminə, təfəkkürünə güvəndiyi söz əhlinə sayğı da Zəlimxan Yaqubun dəyişməyən keyfiyyətlərindəndir.Onu indiyədək ucaldan və ucalıqda saxlayan səbəblərdən biri də elə budur.

P.P.S. Yaşamaq gözəldir... Amma təki bir ayrılıq, bir ölüm (bir də xəstəlik), heç biri olmayaydı... Allahın qisməti belə imiş...Ruhun şad olsun, neçə il xəstəliklə döyüşüb, fələklə əlləşən, bu gün Tanrı dərgahına üz tutan şair!

Sərgi salonu
7 17 yanvar 2016 (№12)
http://baki-baku.az

“THE TRIBUTE MONEY”

Hazırladı: Məmməd Rauf

Tomasso Masaccio insan vücudundakı qabarıqlığa və qırışıqlara bir hərəkətlilik, bir canlılıq gətirdi, bununla da ilkə imza atdı. Məhz bu uğuru sayəsində dövrünün ən parlaq sənətkarlarından biri olaraq sənət tarixində yer aldı. İşıqlandırması və rəsm əsərinə əlavə etdiyi canlılıq sayəsində dünya sənətsevərləri bir rəsmdə uğurla əldə olunmuş təbiiliklə tanış oldular. Pərakəndə xarakterinə tərs mütənasib olaraq rəsm sənətinə olan bağlılığını və intizamını heç zaman itirmədi. Brancacci Şapelindəki(Florensiyada XIV əsrə aid Santa Maria del Carmine kilsəsində bir şapel) “THE TRIBUTE MONEY” adlı bu freskadakı rəng canlılığı və hərəkətlilik təbii çalarların əsas göstəricisidir. Əsərdə təsvir olunan Florensiya məktəbində xüsusilə geniş istifadə olunmuş işıq texnikası ilə bütün kompozisiya aydınlanmışdır.

  • Əsərin müəllifi: İtalyan rəssam Tomasso Masaccio (1401-1428);
  • Dönəmi: Renessans;
  • Əsərin hazırlanma tarixi: 1425-1427;
  • Əsərin ölçüsü: 225x598sm (freska);
  • Digər önəmli əsərləri: “The Virgin and Child”, “The Trinity with the Virgin and St. John”;
  • Təsirləndiyi sənətkar: Donatello.

Araşdırma
8 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Həsən bəy Zərdabinin qızı Qəribsoltana 1kv.m. “ev” verərsizmi?

(O harda, hansı qəbiristanlıqda, nə vəziyyətdə uyuyur...)

Xatirə Quliyeva,
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun
əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru,dosent.

“El üçün ağlayan göz kor olar” deyib bizim atalar. Hələ el üçün ağlayıb kor olan göz kimi “Düzlər düzdə qalar”, “Yıxılana balta vuran çox olar “ və beləcə çox sinonim misallar sadalamaq olar bu yerdə.

Amma məqsəd atalar sözlərimizi  sadəcə yada salmaq deyil. Onların işığında həqiqətlərimizə aydınlıq gətirmək və bilik arxivimizin imkanları ilə tarix salnaməmizi daha doğru, daha ciddi və əsaslı, daha dəyərli səhifələrlə zənginləşdirməkdir.

Bu baxımdan Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, milli gerçəklikdə ilk teatr və mətbuatın yaradıcısı, xalqın keşiyində vəkil kimi, tərcüməçi kimi dayanan, onun qayğılarının həllinə bütün varlığı ilə çalışan böyük maarifçi Həsən bəy Zərdabinin zəngin ictimai fəaliyyətinə, həmçinin, özünün və ailə üzvlərinin bir insan ömründə yaşadıqları acı həyat həqiqətlərinə diqqətli münasibət bizim sələflərimizə xələf borcumuz kimi xüsusi önəm daşıyır.

Əlbəttə H.B.Zərdabi irsi bir-birini əvəz edən tədqiqatçılar nəslinin daim xüsusi maraq mərkəzində dayanmışdır. Milli kitabxanalarımızda çoxsaylı tədqiqatlar bunu təsdiq edir. Eləcə də böyük maarifçinin yad edilməsi, yetişən gənc jurnalistlər nəslinə örnək fəaliyyətinin öyrədilməsi, onun yolunu davam etdirən istedadlı jurnalistlərin mütəmadi olaraq fərqləndirilməsi, təltif olunması bizdə gözəl bir ənənə şəklini alıb.

Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra H.B.Zərdabinin xalqımızın maarifçilik irsinin inkişafındakı xidmətlərinə daha böyük diqqət verilir və bunun əyani bir sübutudur ki, ulu öndər Heydər Əliyevin tövsiyyəsi ilə hər ilin 22 iyul tarixi Zərdabinin yaratdığı “Əkinçi” qazetinin şərəfinə Milli mətbuat günü kimi qeyd olunur. Həmin günün geniş tədbirlər planına uyğun olaraq çox sayda jurnalist müxtəlif nominasiyalar üzrə mükafatlandırılırlar.

Bu istiqamətdə, ölkədə jurnalist peşəsində seçilənlərlə bağlı dövlət rəhbərimiz cənab İlham Əliyevin iki il əvvəl  imzaladığı Fərman mühüm tarixi hadisədir. Belə ki, bir qrup fərqlənən qələm əhlinə dövlət hesabına tikilmiş binada mənzillər verilmiş və  bununla ölkədə jurnalist nüfuzu yüksək qiymətini almışdır. Hal-hazırda jurnalistlər üçün nəzərdə tutulmulş bu binanın  ikincisi tikilməkdədir.

Heç də təsadüfi deyil ki,  dövlət hesabına tikilmiş həmin mənzillər məhz 22 iyul milli mətbuat günündə təhvil verilmişdir.

Xalqının  hər bir sahədə tərəqqisi işini düşünmüş və ömrünü bu məslək yolunda şam kimi yandırmış Həsən bəy Zərdabinin işığa, nura dönmüş ruhu yəqin ki, bütün bu ürəkaçan  işlərdən xəbərdardır.

Lakin tarix sürətlə və üzərində belə xoş hadisələrlə bərabər narahat, həllini tapmayan problem, müşkül olaraq qalan izləri də aparır və onlar illər keçdikcə  sirrlər, müəmmalar, hətta qara ləkələr kimi üzə çıxır. Necə deyərlər, bu ləkələrdən xilas olmadıqca isə xələflərin sələflər qarşısında borcları böyüyür... Sanki qınayırlar bizi, sanki bizi diqqətsizliyimizə, laqeydliyimizə görə bağışlamırlar.

Sözsüz ki, bu dediklərimiz H.B.Zərdabiyə münasibətdə də qışda ağ qar üstünə düşən Günəş şüaları kimi kəsici,cəlb edicidir.

Buradaca fikrimi konkretləşdirərək ictimaiyyətə bu günə kimi  toxunulmayan, bunula da görkəmli maarifçinin ruhu qarşısında utanc hissini yaradan, varisi Qəribsoltan Məlikovanın uyuduğu məqam haqqıında bəhs edəcəyəm.

Bu vaxta qədər özlərini Zərdabi əslindən olanlar kimi, həmçinin Zərdabişünaslar kimi təqdim edən yazarların demək olar ki, hamısı Həsən bəy Zərdabinin ömrünün son gününə kimi Azərbaycanda yaşamış yeganə övladı Qəribsoltan haqqında məlumatlar vermiş, müəyyən faktlarda yanlışlıqlara yol versələr belə, onunla bağlı tarixə iz sala bilmişlər .

Lakin Zərdabinin cəfakeş övladı Qəribsoltanın bəlkə bu gün, ya sabah, bəlkə 50 il, 100 il sonra bir ziyarətçisinin ola biləcəyini heç nəzərə almadan onun sorağına çıxmamışlar.

Heç gələcəyin maraqlanacaq ziyarətçilərinə toxunmayaq. Birdən həmin köhnə qəbirstanlıq şəhərsalma proramlarının birinin tələbinə görə sökülməli oldu və o nəsildən bir kimsə də sağ olmadı ki, sahib çıxsın bu qəribə. Onda necə olacaq?! Hələ ağrılı yaddaşdır ki, Zərdabimiz özü 3 dəfə dəfn olunub. Üstəlik Hənifə xanımdan dəqiq-dürüst xəbər-ətər yoxdur. Yazanların bir qismi məlumat verir ki, 1957-ci ildə “qaliba” Həsən bəylə birlikdə Fəxri xiyabanda dəfn olunub.Yazanların digər qismi Hənifə xanımın həmin ildə Həsən bəyin məzarı yanında dəfn olunduğunu  bildirirlər. Başqa bir qism yazanları orada Hənifə xanıma aid qəbrin olmadığını israrla bildirirlər... Əcəba, bəlkə Hənifə xanımın yeri elə Qəribin yanındadır...Bu da mənim daha tutarlı arqumentə söykənən versiyam. Amma hamımıza “ay maşallah”. Xüsusən də Zərdabimizdən bütün parametrlərdə faydalananlara çatır bu tərif...

Yeri gəlmişkən, neçə illər əvvəl mən Azərbaycan nəşriyyatında “Cahan+”adlı qəzeti nəşr edərkən (6 il çap olundu), Ulu öndərin nəsil şəcərəsini redaksiyaya gətirən Səttar Zərdabi ad-soyadı ilə özünü təqdim edən bir qəzet redaktoru ilə Zərdabi şəxsiyyəti, ailəsi barədə həmsöhbət olduqda ona görkəmli bəstəkar Rauf Hacıyevin uzaq qohumlarından olduğumu deyib, ondan bəstəkarın anası Nanə xanım, həmçinin Qəribsoltan təxəllüsü barədə, onların dəfn olunduqları qəbirstanlığın yeri haqda soruşmuşdum. Zərdabinin qohumu, əmisi oğlu olduğunu deyən Səttar müəllim bunu bilmədiklərini və bütün əlaqədar adamların Qəribsoltanın qəbir yerini  axtardıqlarını bildirmişdi. Əcəba, adam da əmisi qızının son ünvanını bilməz?! Əcəba, əmioğlu tutaq ki, bu və ya digər səbəbdən bilməz. Bəs 45 il ərzində də öyrənib baş çəkməz?! Sonra Axundv kitabxanasında Zərdabi “olan” kataloqda araşdırma aparanda görürəm ki, bu “Zərdabi” ki, Zərdablıdır... Həm də bütün şeirləri Lenininə həsr olunmuş, Leninin olduğu yerləri qarış-qarış gəzmiş Səttar Zərdablıdır. Elə düzü arada özü də  ciddi suallarımın burulğanına düşəndə bunu demişdi... Sonra da zarafata köklənib satirik şeirlərini demişdi. Bəlkə də Səttar Zərdablı Leninin olduğu yerləri qarış-qarış gəzməsindənsə, Bakıda qəbirstanlıqları bir az dolaşsaydı Hənifə xanımın da, Qəribin də, hələ Nanənin də məzarlarını tapardı, ya əsl qohum kimi, ya da sadəcə milli təəssübkeş, üstəlik (deyəsən hətta Əkinçi qazetinin)  redaktor kimi.

Təxminən 2011-ci ildə olmuş bu söhbətdən sonra mənim özümdə də dokltorluq dissertasiyamın tədqiqat mövzularından biri olan H.B.Zərdabi ruhuna hörmət olaraq, həmçinin maarifçi qadınımız və mənim uzaq qohumum bəstəkar Rauf Hacıyevin həyatında rol  oynamış bir şəxsiyyət kimi Qəribsoltanın məzarını axtarıb tapmaq marağı oyandı.. Həmin vaxt elmi və şəxsi problemlərim olduqca əhəmiyyətli olan bu tarixi faktı üzə çıxarmağa, sırf onunla məşğul olmağa  imkan verməsə də toyda, yasda rastlaşdığım qohum-əqrəbadan soraqlaşır, damla-damla gölə dönən faktlar mənim fikrimdə bəzi qaranlıq məqamlara da demək olar ki, məntiqi surətdə aydınlıq gətirirdi.

Əlbəttə bu aydınlıq üçün ata nənəmin hələ lap uşaqlıqda  Soltan bibioğlusundan, onun “Nanəsindən”, onların ayrılığından, Nanənin yetim qalan iki övladından, bu yetimlərdən Raufun tale yazısından, sonralar məşhur bəstəkar R.Hacıyevin evinə gedib gəlməsindən və yadında qalanları mənə nəql eləməsindən yaranan yaddaş arxivimin xüsusi səhifələri də əsaslar verirdi.

Nəhayət mən ötən ilin sonlarında  şəxsi problemlərimdən xeyli azad olduqdan sonra ciddi “axtarışlara” başladım. İlk dayanacaq ünvan əlbəttə ki, məni az qala beşikdə görmüş Zümrüd Aydəmirova ad-soyadlı, “Şəkər bacı”(biz də xasiyyətə görə adlar deyilir) nəsil adını qazanmış xanım qohumum oldu. Zümrüd Aydəmirova Rauf Hacıyevin Tofik adlı əmisinin böyük qızı idi.

“Şəkər bacı” bildiklərini həvəslə və  nəyinsə yadından çıxmammasına çalışaraq xüsusi diqqətlə  çatdırdı... Az idi məlumat... –“Şəkər bacı” Raufun bibisi  Qəmər xanımın (mən ona anamın dili ilə Qəmər bacı deyərdim) qızı, Raufun ata nənəsi Zinyət nənənin adına qoyulmuş xanımla, sonra onun qardaşlarının ailə üzvləri ilə əlaqə yaradır,  onlar haqda topladığı məlumatları mənə çatdırırdı.

Nəhayət Rauf Hacıyevin bibisi oğlu Kamilin ailəsindən tutarlı sayılacaq məlumatlar gəldi və əsas da 3 telefon nömrəsi...  Bu telefon nömrələri ilə çox uzaq qohumumla (bu yazıda müəyyən faktları açıqlamayacağam) danışıb, onu məni Qəribsoltanın qəbrini ziyarətə aparmağa razı saldım.

Ancaq bərabər gedəcəyimiz gün o xəstələndi və mən tək getdim əziyyətlə dəqiqləşdirdiyim qəbirstanlığa. Köhnə qəbirstanlıqda çox  axtardım. Tək-tənha bir-bir onlarla, bəlkə 100-dən çox köhnə qəbirlərin önündə dayandım. Sökülüb-dağılmış daşların üstü ilə addımladım. Ot-ələf dolmuş ölü yerlərinin neçə-neçəsində dayanıb  üst yazılarını oxudum! Bəzən köhnə qəbirlərin yanında açılmış dəliklərdən qorxurdum. Mənə elə gəlirdi ki, ayağımı bir balaca ehtiyatsız atsam, dəlik böyüyər və düşərəm dərəyə... Qış vaxtı, bayram günləri də olmadığından qəbirstanlıq bom-boş idi... Bunun da vahiməsi məni həyəcanlandırırdı...

Amma Allah görür axı! Əziyyətim heç olmadı, xeyli yolu axtarmağım boşa çıxmadı. Qəribsoltan Məlikova adını oxuyanda doğurdan gözlərimə işıq gəldi. Şəkil çəkdirdim onunla... Qərib Qəribsoltanla...Tək onunlamı?..

Dərd-dil etdim onlarla... Zərdabi ilə, onun didərginləri ilə... Utancımı, xəcalətimi bölüşdüm.

Ən əsas o saf, cəfakeş  həqiqət aşiqlərinə söz verdim ki, səlahiyyətlilərdən-- Zərdabi ruhuna, Zərdabi ənənələrinə ehtiram olaraq əli qələmi pis-yaxşı tutanlara min kv.lərlə ölçüdə iri, hündür, işıqlı mənzillər verənlərdən HƏSƏN  BƏY  ZƏRDABİ  VARİSİNƏ, musiqi xəzinəmizi dəyərli əsərlərlə zənginləşdirmiş görkəmli bəstəkar anasına çox yox 1 kv.m. həm də nə hündür, nə işıqlı, sadəcə özünün uyuyacağı, ruhunun dincələcəyi bir əbədi mənzil – məzar verilməsini xahiş edəcəyəm... Doğurdan bunun üçün çalışacağam əziz müqəddəs ruhlar !... Şad olun!..

.... Axtardığımı tapdıqdan sonra uzun bir yolu payi-piyada mərkəzə gələnə qədər özümü quş kimi hiss edirdim...  Allah rəhmət eləsin. Amma o qəbirstanlıq və o qəbirdə və ümumiyyətlə Qərib də daxil olmaqla Zərdabi varisləri ilə bağlı  başqa  elə sirlərin aydınlığındayam ki...  Artıq yazılacaq o yazılar !..

P.S. Mən bu yazıda Qəribsoltanın uyuduğu qəbrstanlığın yerini bilərəkdən yazmıram. Birdən sinəsinə döyən tapılar. Gözləyək. Necə ki, Qərib bu işıqlanmanı 49 ildir gözləyir. Təbii  çıxıb. Bilirəm bu qəbrin yerini, bilirdim, deyə biləcək “qəhrəman”  zərdabişünas yoxdur. Çünki, nə bilirlər bu meydandadır. Bilsəydilər yəqin mənim kimi qəbirstanlığın ünvanı, qəbrin fotoları da olardı yazılarında. Hələ mənim verməyə hazırlaşdığım daşdan keçən sualı onlar çoxdan vermiş olardılar.

ЧтоГдеКогда
9 17 yanvar 2016 (№12)
http://baki-baku.az

“Göz dəyməsi” necə olur?

Hazırladı: Məmməd Rauf

Bizdə "göz dəyməsi" adlandırılan inanc digər gillərdə "şeytan gözü" və ya "şeytan baxışı" adlandırılır. “Göz dəyməsi” tam olaraq belə xarakterizə olunur: məsələn, bir ana övladını gözəl geyindirib gəzintiyə çıxarır. Bu əsnada bir qadın yaxınlaşıb uşağı oynadır. Ana ilə övlad evə qayıtdıqdan sonra uşaq ishal olur. Bu yerdə ananın fikrincə övladına bir az öncə qarşılaşdıqları qadının gözü dəymişdir. Diqqət etdinizsə, burada uşağı oynadan qadının hər hansı bir pis niyyəti yox idi. Zatən burada əsas problem də gözü dəyən adamın pisliyi yox, qısqanclığıdır.

Şaxta Baba və digər buna bənzər inanclar uşaqlarda uşaq yaşların qüvvət olub, zamanla öz gücünü itirdiyi halda, göz dəyməsi, nəzər inancı yaş ötdükcə daha da qüvvətlənir. Nəzər inancının əsas gücü baxışın ruhla bütünləşməsidir. Baxış danışığa nəzərən daha təsirlidir. Nəzər birbaşa insana nəzər kəsilir və daha duyğusaldır. Yəni bir çoxumuz müxtəlif vaxtlarda arxamız çevrili olduğu halda belə kiminsə bizə baxdığını hiss etmişik.

Göz dəyməsi ilə əlaqəli ən çox qəbul edilən fikir gözdəki əksetmədir. Məsələn, əgər qarşınızdakı birinin gözlərinə diqqətlə baxsanız, onun gözlərində görüntünüzün əks etdiyini görərsiniz. Qədim insanlar sudan, güzgüdən əks olunan görüntülərinin onların ruhlarına aid olduğuna inanırdılar. Qarşısındaki insanın gözlərində öz kiçik görüntülərini görərkən təhlükədə olduqlarını, ruhlarının həmin insanın gözünün içində həbs olunduğunu hesab edirdilər.

Bu qorxunun dünya səviyyəli qlobal bir inanca dönüşməsinin, indiki İraqın yerləşdiyi topraqlarda yaşamış qədim Şumerlərdən qaynaqlandığı düşünülür. Şumerlərin inanclarına görə, bəzi insanlar sadəcə baxmaqla suları qurudar və bunun da nəticəsi olaraq ölümə səbəb ola bilərlər. Daha sonralar nəzərin, göz dəymənin müəyyən nəsnələrin quruyub çəkilməsinə səbəb ola bilməsi düşüncəsi də inkişaf etdi. Məsələn, uşaqların ishal olub orqanizmlərinin maye itirməsi, anaların və süd verən heyvanların südlərinin quruması, kəsilməsi və ya kişilərin cinsi aktivliklərini itirməsi və s. Görünən odur ki, bu misalların hamısında bir maye quruyub çəkilməsi yer almaqdadır.

Bu inanc qısa müddət ərzində şərqdə Hindistana, qərbdə Portuqaliya və İngiltərəyə, şimalda Skandinaviyaya qədər yayıldı. Belə bir “məşhur” inancdan xəbərsiz olan Amerika, Asiya, Afrika və Avstraliyaya isə bu, səyyah, dənizçilər və köçkünlər vasitəsilə gedib çıxdı. Amma hazırda hələ də Çin, Koreya, cənub-şərqi Asiya (Güneydoğu), Avstraliya, Amerika və Afrika səhralarının cənubunda belə bir batil inanc mövcud deyildir.

Bu inanca, daha çox göy gözlü insanların gözünün dəyməsi, nəzəri faktı Anadolu və Qafqaz bölgələrində əlavə olundu. Bunun üçün də həmin ərazilərdə yaşayanlar, başda uşaqlar olmaqla göz dəyə biləcək hər yerə nəzərdən qorunmaq üçün göy göz şeklinde, şüşədən hazırlanmış göz mucuğu asırlar.

Qara pişik nə üçün uğursuzluq gətirir?

Hazırladı: Məmməd Rauf

Dünyada pişiklər qədər kəşməkəşli yaşam tarixi sürmüş başqa bir canlı ola bilməz. Çünki məhz pişiklər əvvəlcə ilahiləşdiriliblər, daha sonra şeytanla bağlılıqları düşünüldüyü üçün soyqırımına məruz qalıblar və uzun zamandan sonra onlar yenidən evin yuxarı başına keçiriliblər.

“Bir insanın qarşısından qara pişiyin keçməsi uğursuzluq gətirər” – inancının tarixi eramızdan əvvəl 3000-ci illərə aid olub, qədim misirlilərə qədər gedib çıxır. O dövrdə pişikləri müqəddəs canlı hesab edirdilər. Hətta qara dişi pişiyin tanrıça olarak qabul edilməsi faktı da arxeoloji qazıntılar nəticəsində əldə olunmuş daşların üzərindəki oyma rəsmlərə əsaslanaraq sübuta yetirilmişdir.

O zamanlar Misirdə pişikləri xəstəlikdən və ölümdən qorumaq üçün müxtəlif qanunlar da hazırlanmışdı. Əvin pişiyinin ölməyi ailə üçün önəmli və üzücü bir faicə, fəlakət idi. Ailənin maddi durumundan asılı olmayaraq, pişik mütləq mumiyalanır, çox güzəl parçalara bükülür, hətta məzarında yanına qiymətli daş-qaşlar da qoyulurdu.

Pişiklərin hər hansı bir yüksəklikdən atıldıqda heç bir xəsarət almadan qurtulmaları gerçəyi onların misirlilərə bu qədər təsir etməsinin əsas səbəbi olaraq göstərilməkdədir. Pişiklərin doqquz canlı olması ifadələri də o dönəmlərdən qalmadır.

Mədəniyyətlər inkişaf etdikcə insanların pişiyə olan sevgi bir az da artdı. Hətta Hindistanda, Çində pişiklər insanın ən yaxın dostu hesab olunmağa başlandı. O zamanlarda, bugünkü fikirdən fərqli olaraq inanırdılar ki, kiminsə qarşısından keçən pişik, rəngindən asılı olmayaraq, həmin insana uğur gətirəcək.

Pişiklərə, xüsusilə də qara pişiklərə nifrət, Xristianlığın özündən əvvəlki mədəniyyətləri və onların simvollarını məhv etmə motivi əsasında orta  əsrlərdə İngiltərədə başladı. Müstəqil, istədiyini edən, "tərs" və "hiyləgər" xarakteri, saylarının da günbəgün artması səbəbilə pişiklər gözdən düşdü.

Cadu inancının bütün Avropaya yayıldığı o illərdə yalnız tənha, yaşlı qadınlar evlərində pişik saxlayırdılar. Buna görə də, evində qara pişik saxlayan qadınların cadugərliklə məşğul olduqları ilə bağlı kampaniya da başlanmışdı. Bu kampaniyaların tərkib hissəsi olaraq, gecələr qara pişiklərin şeytana çevrildiyi mövzusunda hekayələr də yazılırdı.

Bu cadu mövzusu geniş yayıldığı və kütləvi qorxuya səbəb olduğu üçün həmin dövrdə bir çox yazıq qadın pişiyi ilə birlikdə yandırıldı. Fransa kralı XIII Luis bu “ənənə”ni qadağan edənə qədər hər ay minlərlə pişik yandırıldı. Bu qadağadan sonra pişiklər yenidən məşhurlaşmağa başladı. Havayı yerə deməyiblər ki, pişiklər doqquz canlıdır.

За кулисами
10 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Любовь или расчет: что связывало балерину Матильду Кшесинскую и Николая ІІ?

Александр III назвал Матильду Кшесинскую украшением русского балета, когда ее карьера танцовщицы только начиналась. Ее появлению на сцене всегда сопутствовал успех, каждое выступление сопровождалось овациями. И, конечно же, в истории Матильды были яркие любовные истории. Она покорила сердце последнего русского царя Николая ІІ…

Матильда Кшесинская впервые была замечена императором после окончания театрального училища. Несмотря на то, что девушка не происходила из венценосного рода, Александр был очарован ее манерой исполнения танца и стал проявлять к ней особое расположение. Бытует мнение, что цель Александра была проста: увлечь своего сына Николая очаровательной девушкой до тех пор, пока не будет подходящего момента для заключения брака с француженкой Луизой Генриеттой, дочерью Луи-Филиппа, претендента на престол Франции. Сам же Николай в этот период был увлечен английской принцессой Алисой Гессен-Дармштадской. Стоит ли удивляться столь прагматичному подходу к вопросу брака между царскими семьями в те времена?

На протяжении двух лет Николай мог общаться с Алисой лишь посредством писем, в то время как Матильда была всегда рядом. При дворе знали о пылком увлечении наследника, но не противились этим отношениям. Чаще всего встречи возлюбленных проходили в доме родителей Матильды, позже Николай подарил своей возлюбленной роскошный особняк, где они смогли оставаться наедине.

Однако холодный расчет взял верх над пылкими чувствами. В апреле 1894 года было объявлено о помолвке с Алисой. Николай (или Ники, как любила называть своего возлюбленного балерина) навсегда остался другом Матильды, неоднократно помогал ей справляться с закулисными интригами, которых всегда было много в артистической среде.

Николаю и Матильде были уготованы различные судьбы. Русский царь пережил немало треволнений, ужасы Первой мировой войны и революции, ссылку и бесславный финал - он был расстрелян в подвале Ипатьевского дома. Кшесинская же сделала прекрасную карьеру, стала примой русского балета, благополучно родила сына и в целом прожила очень яркую жизнь!

Личным достижением Матильды Кшесинской в балете стало то, что она освоила фуэте и могла исполнять на сцене многократно. В это же время другая великая русская балерина Анна Павлова подарила миру легендарный образ умирающего лебедя. Русский балет наконец-то заявил о себе на мировой арене!

Təqdimat
11 17 yanvar 2016 (№12)
http://baki-baku.az

ANTON ÇEXOV necə başardı?

Hazırladı: Məmməd Rauf

İztirablı yollarla addımlayan sözün uğur ayaq izləri

Babası da, atası da acınacaqlı vəziyyətdə olan bir kölə idi. Ailəlikcə çox yoxsul idilər. O, səfalət içərisində keçirdiyi uşaqlığını gələcəkdə dünyanın ən böyük yazarı olarkən də unutmayacaqdı. Onun həyatını əcaib geyimli bir adam dəyişdirdi. Yoxsulluq içində qovrulan yazıq atası ordan-bura, burdan-ora köç edirdi. Atası borclarına görə döyülərək həbs olunarkən o, göz yaşlarına hakim ola bilməmişdi.

“Atamın pulsuzluqdan döyülərək həbsə düşməsini əsla unutmayacağam. Yazıq atamın atası da həyatın səfalət məngənəsində əzilmiş bir kölə idi – alınıb-satılan bir kölə. Babam çox kiçik yaşlarımdan yadımda qalıb... acınacaqlı bir vəziyyətdə idi, amma heç kim acıyacaq bir qəlbə sahib deyildi. O zamanlar ətrafımda sanki dünyanın ən zalım insanları var idi.”

Bir axşam ortalığa qaranlığın çökdüyü vaxtda kəndlərinə qəribə görkəmli bir adam gəldi. Hər bir vəziyyətindən azadlığına düşkün olduğu bəlli olan, gözlərindən mistik bir mədəniyyət işıltısı yansıyan bu adam üzərində sanki illərin yorğunluğunu daşıyırdı. Bu sirli adamın söylədiyi on dəqiqəlik nitq Çexovun həyatının bundan sonrakı qismini başarı və zənginliyə qərq edəcəkdi.

Bir kölə nəvəsi olan Anton Çexov 17 Yanvar 1860-cı ildə Rusiyada Azak dənizi sahilindəki kölə olduqları bir fermada dünyaya gəlmişdi. Yalnız 1870-ci illərdə Tolstoyun mücadiləsi nəticəsində Kasyada köləlik ləğv edildi və Çexovun babası, atası, anası və özü azad ola bildilər. Altı uşaq idilər. Çəkdiyi əziyyətlər atasını zəiflətmiş, əsəb sistemini pozmuşdu. Qul olaraq çalışdığı fermadan azad olub başqa bir kəndə köç edən ata Pavel burada özünə bir iş tapdı. Daha sonra ailəsi üçün kiçik bir ev tikmək istədi, amma bacarmadı. Borc aldığı bir neçə adam sözlərinə dönük çıxdılar. Onlar özlərinin tətbiq etdiyi “qanuni” yol ilə həm tikməkdə olduğu evi əlindən aldılar, həm də yazıq adamı döyərək həbs etdirdilər. Beləcə, bir ailə küçədə qaldı. Ana və altı uşaq ac-susuz qalarkən heç kim: “Alın, bu bir parça çörəyi yeyin”, - demədi. O zamanlar Anton orta məktəbi bitirmək üzrəydi. İmkanlı bir adam oğlunu hazırlaşdırmaq, ona dərs demək şərti qarşılığında onlara baxa biləcəyini söyləyib bir otaqlıq yer və bir az pul verdi. Anton Çexovun o an ağlına bir fikir gəldi: “Mən niyə hekayə yazıb pul qazanmayım?!”. Şekspiri, Tolstoyu, Balzakı, Dostoyevskini, Viktor Hüqonu oxudu. O zamanlar fasiləsiz kitab oxuyurdu. Başqa çarəsi qalmadı. Oxumalıydı. Tək qurtuluşları müvəffəqiyyət idi; bu kədərli, iztirablı, dözülməz vəziyyətə gələn həyatda başarmalıydı, qazanmalıydı.

Özəl dərsdən bir az pul qazanan Çexov anasını da razı salaraq birlikdə Moskvaya getməyə qərar verdi. Moskvaya çatanda stansiyanın arxa tərəfində yerləşən anbar kimi bir yerdə qaldılar. Bütün ailə yerdəki incə bir həsir üzərində qarmaqarışıq, dağınıq bir vəziyyətdə yatıb gecələdilər. Yazdığı hekayələri “Kəkələmək” qəzetinə apardı. Onlar da bir neçəsini alıb dərc etdilər. Qarşılığında bir miqdar çörək pulu aldı. Elə həmin an ağlına atasının bir sözü gəldi: “Göydəki quşlardan ibrət alın. Onlar nə çalışırlar, nə əkirlər, nə biçirlər, amma qarınları doyur. Allah hər kəsin ruzisini verir, təki insan bu göy üzündəki quş kimi saf və təmiz olsun”. Həqiqətən də Allah ruzi verir, yetər ki, insanın niyyəti təmiz olsun.

Çexovun digər qardaşları Aleksandr və Nikola da karikaturalar çəkib satirik jurnallara satırdılar. Qarşılığında çox pul vermirdilər, amma qarınlarını doyurmağa bəs edirdi. Sonra bir otaqlı bir evə köçdülər.

Anton Çexov 22 yaşında olarkən ilk ədəbi yazısını dərc etdirdi. Bundan sonra da bir xeyli yazı yazmağa başladı. Yavaş-yavaş öz oxucu kütləsini formalaşdırdı. Həmin vaxtlar cəmi 15 hekayəsi dərc olundu. 27 yaşında hekayə və məqalələrinin sayı yüz əlliyə çatdı. Kiçik yaşlarda yediyi yumruqların, qamçıların heyifini çıxırdı. Tibb fakültəsinə daxil olmuşdu. 30 yaşında buranı bitirib həkim oldu. Lakin öz sağlamlığı qaydasında deyildi.

Qış aylarının birində kiçik bir uşaq ona bir məktub verdi. Məktub o dövrün ən məşhur yazarı Dunçenkovdan gəlmişdi. Dunçenkov məktubda belə deyirdi:

“Hekayələrin yeni və canlıdır. Bu cövhərindən səmərəli istifadə et. Səndən böyük əsərlər gözləyirik. Peterburqa gələrkən məni mütləq ziyarət et, oğul”.

Bu məktub Çexova böyük təsir bağışladı. Çox sevdiyi yazar Tolstoy da Peterburqdaydı. Getmək istədi, amma bu vəziyyətdə ailəsilə maraqlanmalı idi. Dərhal bir təşəkkür məktubu yazdı. Məktubunda Dunçenkova belə deyirdi:

“Sayğı göstəriləcək bir cövhər varsa məndə indiyə qədər bu cövhərdən şəxsi şərtlərimlə əlaqədar olaraq çox az istifadə etmişəm. Ümid gələcəyədir. 30 yaşındayam, zaman tez keçir, amma ortaya bir şeylər çıxara bilərəm”.

Peterburqun ən böyük qəzeti olan “Novaya Vremya”(Yeni Zaman) Çexovdan hekayə istədi. Bu qəzetə hekayələr göndərməsilə birlikdə artıq ortaya bir yazar çıxmışdı: ANTON ÇEXOV.

“Çöl” isimli əsəri Çexovu tez bir zamanda Rusiyanın böyük yazarlarından birinə çevirdi. 35 yaşında “Puşkin Ədəbiyyat Mükafatı”nı qazandı. “Albalı bağı”, “İvanov”, “Qəribə bir adamın hekayəsi”, “Həyatım” adlı əsərləri ilə Anton Çexov daha da məşhurlaşdı.

“6 nömrəli palata” adlı əsəri Rusiyada alqış tufanına səbəb oldu. Bu hekayə yaşadığı dönəmin nahamarlığından bəhs edirdi. Mövzusu bu idi: Pis, baxımsız, xəstələrə dəyər verilməyən bir xəstəxana var. Buranın həkimi xəstələrə varlı ilə kasıb arasında heç bir fərqin olmadığını, nəticədə ikisinin də bir gün öləcəyini söyləyir. Amma bir gün həkim xəstələnir. Ağlını itirir və dəlixanaya düşür. Və bu zaman gerçəyi anlayır, çəkmədiyi əzab qalmır. Qorumağa çalışdığı kimsələr onun əyninə dəli paltarı geyindirmişdilər.

“6 nömrəli palata” dəmir qəfəsli pəncərələri ilə Çar Rusiyası idi. İradəsiz və cəsarətsiz həkim də “Ziyalı” təbəqə idi. Bəzi məşhur yazarlar bunu belə analiz etmişdilər.

Bir insanın vəziyyətini, halını anlamaq üçün mütləq o vəziyyətə düşmək lazım deyil. O vəziyyətə düşmədən anlayışlı bir xarakterə sahib olmaq lazımdır. Çexovun insanlara vermək istədiyi mesaj bu idi.

O zamanlar Anton Çexov vərəm xəstəliyinin bütün əlamətlərini daşıyırdı. Səhhəti günbəgün ağırlaşırdı.

Dunçenkov ilə yolları Moskvada birləşdi. Çexovun “Qağayı” isimli əsərini teatrda səhnələşdirdi. Əsər böyük maraq doğurdu. Beləliklə Çexova teatr yolu da açıldı.

Tamaşa gedişində Olqa adlı aktrisaya bir maraq hiss etdi. Amma səhhəti ciddi təhlükə qarşısında idi deyə evlənmək istəmirdi. Olqa da həyatı əzab-əziyyətlərlə dolu olan bu adama isinişdi. Çexov sağlamlığındakı bütün problemləri Olqaya olduğu kimi izah etdi. Olqa da başını əyib evlilik təklifini qəbul etdi. Bu iki insanın evliliyini ayaqda saxlayan bir-birilərinə duyduqları mənəvi istilik və sevgi idi.

Xalq Anton Çexovu hər yerdə ayaq üstə alqışlayırdı

Çexov vərəmli böyük qardaşının dünyasını dəyişməsinə çox üzüldü. Bu üzüntü ilə Saxalin adasına getməyə qərar verdi. Yanında həyat yoldaşı Olqa da var idi. Adanın sakit təpələrində, tarlalarında, ağacların altında gəzdilər. Onlar Odessa limanından İstanbula gəldilər. İstanbuldan Port-Səid və Sinqapura keçdilər. Gözəl bir tətildən sonra yeni bir səyahətə çıxdılar, bu dəfə Avropaya: Roma, Venesiya, Vyana, Napoli, Paris... Avropanın bir çox şəhərini gəzib yenidən Moskvaya qayıtdılar.

44 yaşındaykən çökmüş bir vəziyyətə düşən Çexov çox vəfalı bir insan idi. “Gələcəkdə yer üzündə adil bir nəsil yetişəcək”, - deyən Maksim Qorki siyasi səbəblər ucbatından Moskva Elm Akademiyasından qovularkən Çexov heç tərəddüd etmədən məhz bu səbəbdən Akademiyadan çıxmışdı.

“Mən bu dünyada yaşayacaq qədər güclü deyiləm”, - deyən yazar Anton Çexov əslində daha çox tək qalmağa çalışırdı. O, normal insanlar kimi sabahlara xoşbəxtlik və ümidlə baxmaq əvəzinə sadəcə dilə gətirə bilmədiyi bir qorxunun səssiz kölgəsini yaşayırdı. Axı illərlə əzab, iztirab çəkdikdən sonra sağlamlığın, səhhətin sənə yaşamaq sevinci vermirsə, sərvət qazanıb bir nəfəs yaşamaq nədirki?! Həyat birinin üzünə gülərkən, digərininsə üzünə, yaxşı insan olmalarına rəğmən niyə qəzəblə baxır və əzab beşiyində bir o yana, bir bu yana yrığalayırdı?! Bunu heç kim nəzarətdə saxlamırmı?! Çexov ən çox yaxşı insanların iztirab və yoxsulluqlarına üzülürdü... xüsusilə də uşaqların özlərindən asılı olmayan səbəblərdən dolayı yarıçılpaq, yarı ac yaşamalarına.

Bax beləcə məğlub olmuşdu Anton Çexov. 35 yaşına qədər növbənöv əzablar... Ardından da 10 ilə yaxın, çox qısa bir yaşam. O da yoxsulluq zamanlarında, tir-tir titrədiyi o soyuq qış gecələrində yoluxduğu xəstəliyin iztirab, əzab və kədər verən, dinməyən narahatlıqları ilə...

Amma yenə də üzgün deyildi, qalib gəlmişdi. O, bu dünyadan köçüb gedərkən anasının, atasının, qardaşlarının dolanışıq problemi olmadı. İsti evlərində xoşbəxt bir həyat yaşayacaqdılar. Dəyərdi buna dostum, dəyərdi! İnsan, şərəfi üçün də yaşamağı bacarmalıdır. İnsan, bir ürək, bir könül üçün özünü fəda etməyi də bacarmalıdır.

Həyat yoldaşı Olqadan icazə istədi. Tək başına Qaranlıq Meşə deyilən bölgəyə gedib bir müddət beynini dincəltmək istədiyini dedi. Bu istəyi həyat yoldaşı böyük bir sevgi anlayışıyla qarşıladı. Amma bir az şübhələndi də.

Qara Meşə səssizlik və dincliklə dolu idi. Qıvrım-qıvrım təpələrin kənarından süzülən, gah gözdən itib, gah görünən dərələriylə təpələrdəki yaşıllıqlarıyla, aşağılardakı yam-yaşıl çəmənliklərilə, yarpaq xışıltıları, quş civiltiləri ilə insana sonsuzluğu xatırladan bir yer idi bura. Aşağılarda bir yerdə də ağacların arasından görülə biləcək bir yerdə bir otel var idi. Burada qalırdı Çexov. Bu otel otağındaca  səssiz bir şəkildə həyatını dəyişdi, bir daha da gözlərini açmadı. 1910-cu ildə 44 yaşında köçüb getdi bu dünyadan ANTON ÇEXOV.

Bir həyat hekayəsi də beləcə sona çatdı. Qəzetimiz adından hər birinizə sonsuz iradə arzu edirik. İztirablara qarşı dözüm funksiyanızı heç zaman itirməyin. Bu əzablar öz şiddəti və fasiləsizliyi ilə sizi bezdirməyə çalışsa da. Unutmayın, tarix qarşısında alnı açıq, üzü ağ olan böyük şəxsiyyətlər yalnız zorluqlara rəğmən başaranlardır.

Nostalji
12 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Бакинские бани

Как правило, бакинец ходит в одну и ту же баню на протяжении всей своей жизни, так что он прекрасно знаком со всеми банщиками и массажистами, да и они знают не только его имя, но и имена его домочадцев и родственников, и прекрасно осведомлены обо всех его делах. Но с массажистом можно обсудить не столько домашние дела (обычно об этом говорят в женской бане), сколько дела и проблемы общественного порядка.

Вымыв и помассировав посетителя, банщик благодарит его, выслушивает ответную благодарность и уходит. Теперь посетитель переходит в чайхану, в которой после бани собираются все посетители: сразу после купания уходить домой не принято. В чайхане каждому посетителю предлагают отдельный столик и приносят свежезаваренный чай. Спокойно попивая чай, мужчина может расслабиться и в одиночестве поразмыслить о своих делах, а может и пригласить кого-нибудь из знакомых разделить с ним компанию.

До тех пор пока не последует приглашение, никто не станет “подсаживаться” за его столик и нарушать его уединение. Это просто не принято по особому этикету, да никто и не поймет такого смельчака, способного на столь дерзкие поступки.
Складывается такое впечатление, что восточные мужчины просто невероятные индивидуалисты. На самом деле это совсем не так, просто там все очень ценят суверенитет отдельно взятой личности и поэтому не “набиваются” бесцеремонно в компанию, а ожидают специального приглашения: если человек хочет пообщаться, он найдет способ, не нарушая приличий, сделать это. Такое правило соблюдают все, даже по отношению к старинным друзьям принято относиться с подобными церемониями.

Но конечно же, в чайхане можно не только посидеть и в уединении попить чайку, но и пообщаться, выкурить кальян или сыграть несколько партий в нарды. И что самое интересное, восточные мужчины, весьма азартные по своей природе, никогда не играют на деньги: это будет нарушением правил, неписанного кодекса, если чайханщик допустит в своем заведении подобное. Играют только “на интерес”, и за игрой могут наблюдать остальные посетители, но наблюдать, опять же, только молча. Вернее, между собой и вполголоса обсуждать игру можно, но никогда ни один из наблюдателей не позволит себе давать советы игрокам, как им следует играть, - неприлично! Вот так и проходил “банный день” у мужчин.

Для женщин «банный день» можно было сравнить с «выходом в свет». Лучшие свои украшения и наряды азербайджанки надевали… в баню. Дело в том, что баня для местных женщин была своего рода клубом. Здесь можно было спокойно собраться, отдохнуть от домашних дел, вдоволь наговориться и посплетничать. Кроме непременного медного кувшина и банного сундучка хамам сандыгы с маленьким замком (сундучки эти и кувшины, на заказ изготовленные медником, полагалось давать каждой девушке в приданое), в баню брали специально к этому случаю приготовленные сладости, вино, фрукты…

В бане дамы старшего поколения выбирали невест для своих сыновей - благо все достоинства и недостатки девушек здесь были на виду. В бане женщины перемывали кости мужьям, обменивались друг с другом секретами красоты, смешивали хну для окраски волос, обсуждали, в какой лавке лучше покупать угольно-черную сурьму для ресниц и асфальтово-серую весме для бровей, и стоит ли вместо сурьмы и весме использовать мил, специальный косметический карандаш (мил существовал трех видов - для глаз, бровей и родинок - хал).

Здесь же, в бане, мастерица-"узалан" за весьма умеренную плату с помощью крученой нитки могла избавить девушку от излишней растительности на лице (этот примитивный способ депиляции, называемый здесь уз алдырмаг, на территории Азербайджана впервые начали применять чуть ли не тысячу лет назад).

Говоря о косметике, гигиене и уходе за собой, нельзя не сказать о гиляби; особом сорте пластовой глины, богатой щелоком и употребляемой в качестве мыла. Гиляби бывает голубой, желтой и белой. Белая глина использовалась для мытья головы, а другие; для стирки одежды.
Пожалуй, баня была единственным местом, где азербайджанку можно было увидеть с непокрытой головой. Появляться на людях без головного убора, показать посторонним такую интимную вещь, как волосы, считалось верхом неприличия.

Самой крупной и древней дошедшей до нас баней в Старом городе является хамам Хаджи Баани. До 1960 года о ней никто не знал, так как она была засыпана землей. На поверхности находились многочисленные лачужки и дома, жители которых в течение сотен лет не догадывались о том, что под их ногами зарыт древний памятник.

В старом городе есть еще несколько средневековых бань – Касумбековская, Агазейнала и Агамикаила. Последняя является единственной из действующих средневековых бань старого города.

Часто бани назывались по имени владельцев: мироновская, ахундовская, кадыровская, молоканская и пр.

Вторая половина 50-х годов XX века… С субботнего полудня и до позднего воскресного вечера в Баку были необъявленными банными днями. В многочисленные бани города шли и млад, и стар. Шли семьями в “номера”, шли вместе с друзьями или подругами. Поход в баню был составной частью семейной жизни.

В банях исправно работали парикмахерские и чайхана, а границу между общим мужским и общим женским отделениями охраняли даже построже государственной. Каждая баня была оборудована холлом для ожидающих своей очереди в “номера”. Здесь можно было посидеть за столом или на мягких диванах. В ожидании своей очереди велись размеренные беседы о житие-бытие, изредка прерываемые упреками в адрес не к месту расшалившихся детей.

Одна из старейших бань, что выше мечети Тезе Пир, действует до сих пор.

Самой крупной баней Баку была так называемая “Советская” - многоэтажная, рассчитанная на мытье большого количества бакинцев. Наружные двери “Советской” напоминали массивные ворота управления имперской безопасности из телефильма “17 мгновений весны”: фойе было выложено мрамором и сверкало крупными зеркалами, в которых появлялось отражение каждого входящего.

Наверх вели широкие лестницы, вокруг все блестело чистотой и вызывало восхищение. За час во всех отделениях и “номерах” только бани № 4 - это та “Советская”, могли искупаться 300 человек. За 12-14 часов работы баню посещали от 3 до 4 тысяч человек (цифры за 1989 год). А расход воды составлял всего 400-500 тонн.

Были в Баку и элитарные бани, такие, к примеру, как “Московская” - два этажа и, может, штук 60 “номеров” - ну и, конечно, “Фантазия”.

Источник: «Наш Баку»

Arxiv
13 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Qəzetdə reklam. 1917-ci il

Квадратура круга
14 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Эдит Пиаф

Подготовил: Məmməd Rauf

ДЕТСТВО И СЕМЬЯ

Родным городом певицы является Париж. Именно там и появилась девочка на свет. Родители дали ей имя Эдит. Полное имя при рождении звучит как Эдит Джованна Гассьон. Семья, в которой она появилась на свет, была творческой. Её мама являлась непризнанной актрисой, зарабатывающей на жизнь выступлениями на сцене, отец же был акробатом.

Так случилось, что Эдит родилась, когда отец был на фронте, и мать осталась одна. Так как выступать на сцене с маленькой дочерью матери было тяжело, она решила «подбросить» малышку к своим родителям. Бабушка по материнской линии совершенно не заботилась о внучке, та была в абсолютно запущенном состоянии. Так как бабушка часто пила вино, то чтобы Эдит её не беспокоила, она и ей подливала вино в бутылочку с молоком. Именно в таких условиях нашёл дочку пришедший с фронта отец. Забрав её, он отправился в Нормандию, где проживала его мать.

Бабушка по линии отца воспитывала внучку в любви, не жалея для неё ничего. Оказалось, что трёхлетняя Эдит совершенно слепа, по причине развившейся после рождения катаракты. Лечение оказалось бесполезным. Прозрела малышка только после того, как её свозили к святой Терезе в город Лизье. Училась в школе Эдит совсем недолго, вскоре приехал отец и забрал её в Париж. Вместе они начали выступать на улицах, так зарабатывая на жизнь. Под пение дочери отец выполнял акробатические номера.

НАЧАЛО КАРЬЕРЫ: ПЕРВЫЕ ПЕСНИ

После того, как девочке исполнилось четырнадцать, она решила жить самостоятельной жизнью. Первое время Эдит трудилась в молочной лавке, но вскоре решила вернуться к уличному пению. Некоторое время она выступала вместе с младшей сестрой по отцу, её звали Симона. Они снимали комнатку в гостинице и вели совершенно самостоятельный образ жизни.

Такое существование продолжалась до тех пор, пока на улице к ней не подошёл владелец кабаре «Жернис» и не предложил петь в его заведении. Имя этого человека – Луи Лепле. Для первого выступления начинающая певица решила связать себе платье, однако к моменту выхода на сцену один рукав был не связан. Именно это и стало причиной того, что дебютировала она в длинном чёрном платье, накинув сверху белый шарф.

С момента работы Эдит с Лепле, у неё появился псевдоним. Лепле назвал её Эдит Пиаф. В переводе с парижского арго псевдоним переводился, как «Эдит воробушек». На афишах же писалось – «Малышка Пиаф». Карьера девушки стремительно шла вверх, однако ей было суждено прерваться из-за произошедшей с Лепле трагедии, он был застрелен. Так случилось, что подозревали, в том числе и певицу.

ВЗЛЁТ КАРЬЕРЫ

Вскоре талантливая певица начала сотрудничать с Реймоном Ассо. Он много сделал для Пиаф, это касалось и внешнего вида, и манеры поведения, и репертуара. Благодаря их усердным репетициям, стало возможным выступление Эдит в самом большом концертном зале Парижа. Его название – «АВС». Выступление получилось грандиозным. Можно сказать, что этот день и был днём рождения великой и неповторимой французской певицы.

От Реймона Ассо певица ушла с началом Второй мировой войны. Она выступала на протяжении всего периода военных действий. Часто это было пение перед военнопленными, которым она старалась помогать, как могла: не раз передавала документы и всё необходимое для побега.

Став знаменитой во Франции, певица отправилась покорять Америку. Она за свою непродолжительную карьеру много выступала в разных странах. Болезнь очень рано оборвала её жизнь.

ПОСЛЕДНИЕ ГОДЫ И ПРИЧИНЫ СМЕРТИ

Певица была подвержена депрессиям. Так, после смерти своего возлюбленного Марселя Сердана, она много пила, часто бродила в ужасной одежде по улицам, радуясь, что остаётся неузнанной. Пиаф вернулась к нормальной жизни только спустя время, когда рана утраты немного затянулась. После катастрофы, в которую попала певица, она оказалась в больнице, где для ослабления сильнейших болей ей кололи наркотики. Уже после выздоровления, наркотики остались в её жизни, став чем-то обычным. Она оказалась серьёзно зависима.

Ко всем её бедам добавился рак и сильнейший артрит. Порой от боли она падала в обмороки. Последний раз Эдит выступила в марте 1963-го года. Концерт окончился пятиминутной овацией. Певицы не стало в октябре 1963-го года. Хоронить её вышли сорок тысяч человек.

ЛИЧНАЯ ЖИЗНЬ

Мужчины в жизни Пиаф появились сразу, как только она начала жить отдельно от отца. Любовников у неё было много, она быстро влюблялась, а потом бросала их. Первый брак тоже состоялся рано и длился совсем недолго. Её муж владел небольшим магазином. Его имя – Луи Дюпон. Спустя год у них появилась дочка, которая вскоре умерла от менингита. От дочери заразилась и юная певица, но её организм смог побороть болезнь. После потери дочки, с мужем Пиаф рассталась. Других детей у неё никогда не было.

Большой любовью певицы стал боксёр по имени Марсель Сердан. У них бурно развивался роман, но её возлюбленный погиб в авиакатастрофе. Незадолго до смерти Эдит вышла замуж за парикмахера, влюбившись в него. Молодому человеку было всего двадцать семь лет. Своего мужа певица успела вывести на сцену.

Fotoİnfo
15 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Hüseyn Obama. Nəvə həsrəti ilə...

Ordan-burdan
16 17 yanvar 2016 (№12)
http://baki-baku.az

Bakı. Moskva hoteli

İdeya müəllifi və
baş redaktor: 
Rauf Ağayev

Redaktor: İlqar Həsənov

Redaktor: Məmməd Rauf

e-mail: bakibaku.gazet@gmail.com

Великие «двоечники»

Отец Вольтера говорил о нем и его брате: «Я вырастил двух дураков. Один дурак в прозе, а другой — в стихах».

Исаак Ньютон учился хуже всех в классе, пока его не побил приятель. После чего Ньютон решил победить его в знаниях, и уже через несколько месяцев стал первым в классе.

Отто фон Бисмарк — канцлер Германский империи, скверно учился и еще хуже работал: устраивался на службу только по протекции, и его либо отовсюду выгоняли, либо он уходил сам, не в силах выполнять рутинную работу.. Наполеон учился плохо по всем предметам, кроме математики.

Людвиг ван Бетховен писал с ошибками, а деление и умножение так и не осилил, так же, как и АлександрДюма-отец.

Альберт Эйнштейн — создатель теории относительности, лауреат Нобелевской премии, учился очень средне. Его родители признавались знакомым, что не питают никаких иллюзий на его счет, и надеются только, что он сможет устроиться хотя бы на простую работу.

Владимир Маяковский учился настолько плохо, что даже не дочитал до конца «Анну Каренину».

Пушкин очень слабо успевал в Лицее и плакал на уроках арифметики. После аттестации, на вручении дипломов он оказался вторым с конца.

Сергей Королев, под руководством которого были созданы баллистические и геофизические ракеты, первые спутники и космические корабли «Восток» и «Восход», был круглым троечником.

Чехов два раза оставался в гимназии на второй год…

Ул. Чкалова. 1965 г.

bagla

A

A

A

A