Azərbaycanın bu ilk həftəlik klassik – elektron qəzetini

1976-81-cı illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllimimiz, daha sonra diplom rəhbərimiz, universiteti bitirdiyimiz il bizi özünün yaratdığı və rəhbərlik etdiyi “Bakı” və “Баку” gündəlik axşam qəzetləri redaksiyasına işə götürərək, 1981-88-ci illər ərzində redaktorumuz olmuş, o zamankı kollektivimizin hər bir üzvünə Atalıq etmiş, məmləkətdə ilk axşam qəzetinin və müasir qəzet jurnalistikası məktəbinin əsasını qoyan, milli mətbuatımızın klassiki

 Nəsir müəllim İmanquliyevə

ithaf edirik

№ 1
21 sentyabr 2015
http://baki-baku.az

Mehriban Əliyeva:

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.”

Nərgiz Paşayeva:

“Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir. Gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir. Həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir. Mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir.”

Abyssus abyssum invocat
2 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

21 sentyabr Beynəlxalq Sülh günüdür?

BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan və bütün qitələrdən olan uşaqların bağışladıqları qəpik pullardan hazırlanan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

Qərbin "mütləq sülh" anlayışını daha yaxşı anlamaq üçün tarixə nəzər salaq:

 

 

 

 

 

Suriyada "sülh"...

 

 

 

 

 

 

 

 

 

 

 

İraqda "sülh"...

 

 

 

 

 

 

 

 

Fələstində "sülh"...

 

 

 

 

 

 

 

 

Liviyada "sülh"...

 

 

 

 

 

 

 

 

Misirdə "sülh"...

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyədə "sülh" (İstanbul, Gezi parkı)...

 

 

 

 

 

 

 

 

P.S. Cənab Avropa, hörmətli ABŞ, sizin sülh anlayışınız, barış məntiqiniz budursa biz o "zad"dan istəmirik, çox sağ olun...

Hazırladı: Məmməd Rauf

. . . – – – . . .
3 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

Suyun dəyəri quyu quruyanda bilinir

Dünyanın  dörddə üç hissəsini, insan bədəninin 60%-ni təşkil edən, hər bir canlıya hava-su kimi lazım olan... bəli, elə su haqqında danışacağıq.

“Su tükənir!”, “Dünyanın əsas şirin su qaynaqları məhv olur”, “Yaxın vaxtlarda ölkələr məhz içməli su uğrunda müharibələrə başlayacaq”, “Susuzluğa hazır olun” – müxtəlif ölkələrdə su problemləri ilə məşğul olan ekspertlər və statistiklər artıq xeyli müddətdir həyəcan təbili çalırlar. Real faktlarla əsaslandırılmış bu mütəxəssis rəylərini, əlbəttə ki, diqqətdən kənar qoymaq olmaz.

Yer üzündə suyun miqdarı nə qədərdir?

Dünya ekspertlərinin rəylərinə arxalanaraq deyə bilərik ki, yer üzündə suyun ümumi miqdarı təxminən 1,4 milyard kubkilometrdir. Bunun da 1,3 milyard kubkilometri (97,5%-i) duzlu sudur. Bu suyun  98%-i okeanlarda və dənizlərdədir, lakin duzlu olduğu üçün içməyə, əkinçiliyə və sənayeyə yararlı deyil.

Dünya sularının sadəcə 2,5%-i şirin sudur və ümumi miqdarı 35 milyon kubkilometrdir. Şirin suyun 0,3%-i yerüstü, 30,8%-i yeraltı su qaynaqlarında, 68,9%-i isə buzlaqlardadır. Bu şirin su qaynaqlarının da 87%-i istifadəsiz qalıb.

Araşdırmalar göstərir ki, içməli suyun 20%-i Asiyadakı Baykal gölündə, 20%-i isə Huron, Miçiqan ve Superiordakı böyük göllərdə mövcuddur. Çaylar ümumi şirin su ehtiyatının sadəcə olaraq 0,6%-ni təşkil edir. Göllərdə, axar sularda, su anbarlarında və kiçik göllərdə mövcud istifadəyə yararlı şirin suyun 0,3% miqdarında olması, şirin su qaynaqlarının 90 faizinin isə qütblərdə və yer altında yerləşməsi, rahatlıqla yararlanacaq əlverişli içməli su miqdarının çox az olduğunu göstərir.

 

Dünyada sudan istifadə

Bir ildə istifadə olunan şirin suyun ümumi miqdarı 3,8 milyard litrdir. Bunun da təxminən 70%-i kənd təsərrüfatı, 20%-i sənaye, 10%-i isə məişətdə istifadə olunur.

Bu gün bir Amerika vətəndaşı gündə ortalama 700 litr su istifadə edə bilirsə, bir Avropalı 200 litr, bir Fələstinli 70 litr, bir Haitili isə ancaq 20 litr su ilə kifayətlənməli olur. Ümumən 1,4 milyard insan təmiz su qaynaqlarından məhrumdur. Yəni 7 milyardlıq dünya əhalisinin 28,5%-i suya möhtacdır.

“Kap-Çubidə, Sisnerosda, Port-Etendə qara dərili uşaqlar, əllərində konserv qutuları, pul deyil, su dilənirdilər”. Bədii əsərlərin reallıq üzərində qurulduğunu nəzərə alsaq, Ekzüperinin romanından götürülmüş bu cümlə aydın şəkildə göstərir ki, XX əsrin əvvəllərində də su ilə bağlı vəziyyət ürəkaçan olmayıb.

 

XIX əsrlə müqayisədə insan sayının  üç dəfə artdığını əsas götürərək deyə bilərik ki, sudan istifadə də 6 dəfə artmışdır. 1940-cı illərdə dünyada istifadə olunan suyun ümumi miqdarı təxminən 1000 kubkilometr idisə, bu rəqəm 1960-cı illərdə iki dəfə artmış, 1990-cı illərdə isə 4130 kubkilometrə çatmışdır. Dünyada adambaşına düşən istifadəsi mümkün olan su miqdarının ortalaması ildə 7600 kubmetrdir. İnsan sayının sürətlə artması və su qaynaqlarının balanslı bölünməməsi nəticəsində 80 ölkənin ümumi əhalisinin 40%-i susuzluqdan əziyyət çəkir. Statistiklər deyirlər ki, 2050-ci ildə susuzluqdan əziyyət çəkən insanların sayı 3,76 milyarda yüksələ bilər. Bu da 2050-ci ildə 9,4 milyard olması gözlənilən dünya əhalisinin 40%-nin susuz qalacağı anlamına gəlir.

Bəs dəniz və okeanlardakı duzlu suyun istifadəyə yararlı içməli su halına gətirilməsi mümkün deyilmi? Əlbəttə mümkündür və bu, artıq tətbiq olunmaqdadır. Antik Yunan dönəmindən bəri insanlar duzlu dəniz suyunu içməli su halına gətirə bilirlər. Sadəcə olaraq bu dəyişmə prosesi külli miqdarda maddi yatırım tələb edir. İnkişafda olan texnologiya bu maliyyətləri hər gün bir az daha ucuzlaşdırır və bir çox ölkə və şəhər həyati önəmə sahib olan təmiz su qaynağı üçün dəniz suyunu istifadəyə yararlı hala gətirməyi planlaşdırır.

 

Bəs Azərbaycanda vəziyyət necədir?

Qürurla qeyd etməliyik ki, “Şollar” Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Dünyaca məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və maddi dəstəyi ilə çəkilən kəmər 90 ildən artıqdır ki, Bakı əhalisini su ilə təmin edir.

Ölkəmizdə Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun (7860) uzunluğu 10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Respublikanın daxili çayları  ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmışdır və onların axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Unudulmamalıdır ki, Azərbaycan Respublikası arid zonada yerləşir və onun su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 milyard kubmetr təşkil edir və bu, quraqlıq illərdə 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları 5,2 milyard kubmetrdir. Respublikada orta  illik  su çatışmazlığı 4,5-5 milyard kubmetr arası dəyişir. Yerüstü su ehtiyatlarının 70%-i isə ölkə  hüdudlarından kənarda formalaşır.

Daxili çayların əsas sərfi yaz dövrünə düşdüyündən və əksəriyyətinin axımı tənzimlənmədiyindən, sel və daşqın sularından tam istifadə etmək mümkün olmur. Təbii olaraq da sellər və daşqınlar hər il ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur. Yüzlərlə yaşayış evi, hektarlarla əkin sahələri, dəmir və avtomobil yolları, elektrik xətləri, qaz kəmərləri, kanallar və kollektorlar, hidrotexniki qurğular və digər mühəndis kommunikasiyaları onların  zərərli təsirinə məruz qalır. Daxili çayların sulu dövrü əsasən yaz və payız mövsümlərinə təsadüf etdiyinə  və onların əksərinin axımı tənzimlənmədiyinə görə, bu sulardan da səmərəli istifadə etmək mümkün olmur.

Hazırda respublikada orta illik su çatışmazlığı 3,7 kubkilometr, az sulu illərdə isə 4,75 kubkilometr təşkil edir. Mütəxəssislərin fikrincə, çaylardan ekoloji, energetika və digər məqsədlər üçün məcburi su buraxmalarını nəzərə alınsa, su çatışmazlığının miqdarı təsəvvür edilməz yüksək həcmdə olacaqdır. Ümumiyyətlə, respublikada il ərzində 10-13 kubkilometr su istifadə olunur ki, onun da 60-70%-i kənd təsərrüfatının, 20-25%-i sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir. Qlobal  iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda da müşahidə olunan uzun sürən quraqlıqlar və son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə xeyli zərər vurmuşdur.

Ümumi tutumu 640 milyon kubmetr olan su anbarları təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş 20% ərazilərində qalıb. Ölkədə yarana biləcək su qıtlığının əsas təhdid səbəblərindən biri də məhz budur. Su çatışmazlığı ilə yanaşı, çayların, xüsusilə transsərhəd çayları sularının  Ermənistan və Gürcüstan ərazisində çirklənməsi və keyfiyyətini itirməsi  ölkədə ekoloji gərginliyi artıran əsas amillərdəndir. Uzun illərdir ki, bu dövlətlərin ərazisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çayları yüksək dərəcədə çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur. Hətta Ermənistandan axan Oxçuçay kritik dərəcədə çirkləndiyinə görə ölü çay adlanır.

 

Bakıda bir ildə avtomobillərin yuyulmasına sərf olunan suyun miqdarı Yardımlının 15 aylıq su ehtiyatına bərabərdir

“Nəyə görə həyat üçün vacib olan suyun qiyməti bu qədər  aşağı, heç nəyə gərək olmayan almazın qiyməti isə bu qədər yüksəkdir?”. İqtisadçı və filosof Adam Smitin sözündən də aydın görünür ki, suyu dəyərdən salan məhz elə dəyər ölçümüzdəki problemlərdir...

Dünyada və Azərbaycanda suyun hazırki vəziyyətinin ümumi portreti göz önündədir. Görüntü heç də ürəkaçan deyil. Su bu gün var... bəs sabah da olacaqmı? Statistik rəqəmlər və ekspert rəyləri həyəcan təbili çalır. Mütəxəssislər insanları şirin sudan maksimum dərəcədə qənaətlə istifadə etməyə çağırır. Digər dövlətlərdə suyun qənaətlə istifadə olunması ilə bağlı müxtəlif, kreativ təkliflər tətbiq olunmaqdadır. Mediada xüsusi maarifləndirici sosial çarxlar vasitəsilə insanlara problemin əsas mahiyyəti aşılanır. Avropanın bir çox ölkələri “susuz gələcək” qorxusunu aradan qaldırmaq üçün şirin sudan harda gəldi istifadə edənləri cərimələyir... Bəs bizdə?

Bizdə isə içməli sudan istifadə vəziyyəti, yumşaq desək, acınacaqlıdır.  Hazırda ölkədə 1 milyon 135 min 936 avtomobil var. Təkcə Bakı şəhərində bu rəqəm 800 mini ötür. Bu rəqəmlərin təqdimi heç də təsadüfi deyil. Məhz bu rəqəmlər ətrafında apardığımız araşdırma-hesablamanı təqdim edirik.

Araşdırmamıza əsasən deyə bilərik ki, hər avtomobilin bir dəfə yuyulması üçün ortalama 0,2 kubmetr su sərf olunduğunu nəzərə alsaq (yəni, təxminən 16 vedrə), ümumi sərfiyyat 227 min 187 kubmetrdir. Əgər avtomobillər 10 gündə bir dəfə yuyulursa, il ərzində ölkəmizdə 8 milyon 300 min kubmetr içməli su bu şəkildə israf olunur. BMT-nin hesabatında göstərilir ki, bir il ərzində Azərbaycanda adam başına düşən içməli su istehlakı 972 kubmetrə bərabərdir. Bir ildə avtomobillərin yuyulmasına israf olunan su, Şabran şəhərinin 22 mindən bir az artıq olan əhalisinin 6 aylıq, bütünlükdə Şahbuz rayonunun 5 aylıq, Naftalan, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Samux, Zərdab  şəhərinin 11-12, Goranboy, Oğuz, Yardımlı, Lerik şəhərlərinin 15-16 aylıq içməli su ehtiyatına bərabərdir. Bizdə bir ildə maşın yuylması ilə israf etdiyimiz su, ildə adambaşına 206 kubmetr içməli su istehlak edən Türkmənistanın paytaxtı Aşxabat şəhərinin 650 minlik, Moldovanın paytaxtı Kişinyov şəhərinin 700 minlik əhaləsinin təqribən 1 aylıq su ehtiyatına bərabərdir...

Bu, suyun israfı ilə bağlı olan sadəcə bir məqam idi. İlk baxışda əhəmiyyətsiz görünən, əlbəttə ki, heç də əhəmiyyətsiz olmayan digər bir faktı da diqqətinizə çatdırmaq istəyirik. Apardığımız hesablamalara görə hər səhər dişlərimizi fırçaladığımız zaman tam açıq qoyduğumuz krandan bir dəqiqə ərzində 6 litr su axır. Əgər hər gün ölkədə təqribən beş milyon adam dişlərini fırçaladığı zaman kranı açıq saxlayırsa bir dəqiqə ərzində otuz milyon litr şirin su israf olunur. Beləliklə, Azərbaycanda hər gün, yalnız dişləri fırçalayan zaman bir dəqiqə ərzində tam açıq krandan boşuna axan suyun miqdarı ildə təqribən 10 miyon 900 min kubmetrə bərabərdir. Bənzər faktları bir araya toplayıb bu siyahını  genişləndirmək də olar. Məsələn, evlərdə, bağlarda, müxtəlif iaşə obyektlərində diqqətsizlik ucabtından açıq qalan kranlar, küçələrin sulanmasında istifadə olunun suyun məhz içməyə yararlı olduğunu da düşünsək israf olunan suyun həcmi fantastik rəqəmlərə bərabər olar. Boşluq göz önündədir. Bu problemi aradan qaldırmaq üçün bizim mütəxəssislərdə hələ bir tərpəniş olmasa da, dünya ekspertlərinin fikirləri maraqlıdır. Onlar hesab edirlər ki, maşın yumaq, bağları sulamaq və ya əkin sahələrini suvarmaq üçün texniki (ikinci əl) sulardan da istifadə etmək daha məqsədəuyğundur. Qeyd edirlər ki, məhz sadalanan məqsədlər üçün yeraltı sulardan da səmərəli faydalanmaq mümkündür. Yuxarıda qeyd etdiyimiz faktı bir daha xatırlayaq. Ölkəmizdə yeraltı su ehtiyatları 5,2 milyard kubmetr təşkil edir. Zatən yeraltı suların şirin su halına gətirilməsi uzun bir mərhələdə baş verir. Bu suyu sırf kənd təsərrüfatı istiqamətində xərcləmək daha sərfəlidir. Həmin suyun çirklilik dərəcəsi torpağın inkişafına və məhsuldarlığına heç bir zərər yetirmir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı bu istiqamətdə olan fərqli bir nüansı işıqlandırdı. Dedi ki, maşın yuma məntəqələri obyekti istifadəyə verməmişdən öncə sertifikat almalıdırlar: “Təəssüf ki, bu kimi iaşə obyektləri işlərinə və ölkə qanunvericiliyinə kor-təbii yanaşırlar. Sertifikatsız fəaliyyət göstərirlər. Onlar xidmət obyektini istifadəyə verməzdən öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında müvafiq akkreditasiya orqanlarına müraciət edib sertifikat almalıdırlar. Bu sertifikat onların xidmət səviyyəsinin standartlara uyğun olub-olmamasını araşdırmalıdır və ona uyğun tədbirlər görməlidir. Amma sahibkarlar bir çox hallarda sertifikat almaqda maraqlı olmurlar. Və apardığımız reydlər zamanı bu maşın yuma məntəqələrinin keyfiyyətə zəmanət sənədi olmadan fəaliyyət göstərdiyinin şahidi oluruq və qanunvericiliyə uyğun tədbir görürük”.

“Doğrudur, sənəddə qeyd olunur ki, istifadə etdiyimiz su texniki(ikinci əl) sudur. Amma xətt ümumi su qovşağına aiddir.” – bir neçə maşın yuma məntəqəsindəki çalışanlarla dostyana şirin söhbət zamanı da bu sözləri eşitdik.

BMT-nin hesabatında göstərilir ki, (bizim küçələrə tökdüyümüz) içməli suya həsrət qalan bir sıra inkişaf etməkdə olan ölkələrdə hər il əlacsızlıqdan çirkli sudan istifadə edən 3 milyon adam həyatını dəyişir. Həmçinin çirkli suyun törətdiyi fəsadlardan dünyada hər gün 5 min uşaq, yəni hər 17 saniyədə bir uşaq ölür.

Bu barədə düşünək.

 

Məmməd Rauf

Qiraət
4 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

Üzeyir Hacıbəyov haqqında... ilk dəfə

Mən “Баку” qəzetində işlədiyim vaxtlarda dahi Üzeyir bəy Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasına  rəhbərlik etdiyi dövrdə onun asistenti olmuş Zaxar Yakovleviç Stelniklə tanış olmuşdum. Danışdığı xatirələri o illərdə qəzetə yazmaq olmazdı. Üstündən uzun illər keçsə də qələmə aldım. Xatirələr qaldıqca daha qiymətli olur.

Aram Xaçaturyan Azərbaycandan necə qovuldu?

“Mərkəzi Komitədən Üzeyir bəyə zəng edib tapşırmışdılar ki, Aram Xaçaturyanın yeni simfoniyasını hazırladıb dinləmə keçirilsin və şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun əsərini təsdiq etməyiblər.

Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı.

Professor-müəllim heyəti toplanıb Xaçaturyanın simfoniyasına qulaq asdı. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzkirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin asistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşğu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim  söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:

- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geçiksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.

Bunu deyib Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu.”

 

Karlar

“Günlərin birində Dağıstandan vilayət partiya komitəsinin katibi Bakıya, Üzeyir bəyin evinə qonaq gəlir. Söhbət əsnasında qonaq xahiş edir ki, onu Müslüm Maqomayevlə tanış etsin.

Üzeyir bəy məmnuniyyətlə:

- Bu dəqiqə zəng vuraram, ona desinlər ki, tez bizə gəlsin. Şəxsən özü ilə telefonla danışmaq günü-gündən mümkünsüz olur. Qulağı ağır eşidir axı. Lap kar olub e. Xahiş edirəm onunla çox ucadan danışasınız. Yoxsa eşitmir və təkrar soruşmağa da utanır. Çox utancaqdır.

Otaqdan çıxıb Müslüm Maqomayevə zəng vurur. Deyir ki, Dağıstranın katibi bizdədi. Səninlə tanış olmaq istəyir. Tez gəl. Amma... amma bərkdən danış. Lap ucadan. Bədbəxt oğlu kar imiş. Eşitməyəndə də təkrar soruşmağa utanır. Nəzərə al.

Müslüm Mamqomayev gəlir. Qonaqla qucaqlaşıb öpüşürlər, qışqıra-qışqıra hal-əhval tutduqdan sonra qışqıra-qışqıra söhbətə başlayırlar. Çay gətirən Məleykə xanım evi bürüyən çığırtı-bağırtıdan padnos əlində yerində donub qalır. Üzeyir bəy isə kresloya yıxılıb gülməkdən uğunurdu. Az sonra qonaqlar da başa düşürlər ki, bu, Üzeyir bəyin növbəti zarafatlarından biri imiş.”

 

Bəxtimiz gətirib

“Üzeyir bəy heç vaxt tək yemək yeməzdi. Bu xasiyyətini hamı bilirdi. Mütləq kimi isə dəvət edirdi. Bir gün günorta zəng vurur Səid Rüstəmova. Onu evə, nahara dəvət edir. Səid and-aman eləyir ki, Üzeyir bəy, məni məzur tutun, bu dəqiqə yaxşı nahar edib durmuşam. Üzeyir bəy israr edincə Səid söhbəti uzatmır. Gəlir. Söhbət edirlər və Üzeyir bəy də yeməyini yeyir. Söhbətə başı qarışan Səid bir boşqab şorbanı içir. Söhbətin şirin yerində girişir tabakaya. Bu vaxt Üzeyir bəy Məleykə xanımı səsləyir. O içəri girib:

- Bəli, Üzeyir bəy, - deyir.

- Ay Məleykə xanım, necə şanslı insanlarıq, bəxtimiz gətirib ki, Səid yeyib gəlib, - deyir.”

 

Qələmə aldı: Rauf Ağayev

GÜZGÜLƏRİ SINDIRMAYAQ

Nuh əyyamından qalmış köhnə radiomuzda “Yağma yağış” mahnısı səslənənəndə nənəm hirslənərdi. “Bunlar Allahın da işinə qarışırlar”, - deyə söylənərdi. Bu, çoxdan olub. İndi nənəm heç kimin heç kimin işinə qarışmadığı dünyadadır.

Bu dünya isə elə nənəmin qoyub getdiyi köhnə dünyadır.

İndi bu dünyada  başqa dərd-sər yoxdur, hər yerdə, hər gün oxuyanları, oynayanları, çalanları, əsgəryolasaldı sazəndələrindən başlamış toylar meydangirilərinə qədər sənət əhlini müzakirə edirlər. Türkiyəlilər demiş ələşdirirlər. Qəzetlər, televiziyalar, saytlar. Onların həyat tərzi, geyim tərzi, bütün tərzi-halları, sözsüz ki, yaradıcılıq problemlərindən başqa, hər şeyləri müzakirədədir.

Sənət adamları zamandan və məkandan asılı olmayaraq öz iç dünyalarına qapalı insan icması kimi tanınır və qəbul edilir. Və bu dünyanın qaydaları, baxışları olumdan ölümədək onlar üçün daha prioritetdir, bizim üçün qəbuledilməz olsa belə.

Onların dəyərlərə baxışları da bir çox hallarda statist vətəndaşdan fərqliliyi ilə qəribə və maraqlıdır. Yüzlərlə verilişdə, yüzlərlə yazılarda sənət dünyasında məskunlaşmış insanları mutant obrazında təqdim etməklə bizə oxşamadıqları, bizlərdən olmadıqları önə çəkilir, onların həyatına qapının açar yerindən göz qoyulur.

Eynşteyn deyirdi ki, elmdə nail olduqlarım hər şeyi bilməyə marağım sayəsində olub. Bu xüsusiyyət bizdə başqalarının çirkli alt paltarlarını qurdalamaq vərdişinə gətirib çıxarıb.

Qocaman musiqiçililərimizdən biri danışırdı ki, uşaq yaşlarında, violonçel sinfində oxuduğu vaxtlarda təkcə ifaçılıqda yox, həm də Bakının Çadrovı məhləsindən hər gün, özü və violonçelinin sağ və salamat keçməsi də özünəməxsus yaradıcılıq məharəti tələb edirdi. Düşünürəm ki, artistə sataşmaq elə bizlərə genlə gəlib və məişətimizdə ənənəyə çevrilmişdir. İnsan əhvalının bütün hallarında, zaman və məkandan asılı olmayaraq musiqiyə qulaq asır, ondan həzz alır, gözəl bir tamaşaya baxır, əylənirik. Sonra da onu bizə təqdim edənləri türklər demiş ələşdiririk. Yüz il öncə Lev Tolstoy da qoca Avropanın gözəl bir şəhərində rastlaşdığı bir musiqiçinin insanlarla ünsiyyət anını özünün kiçik “Lütsern” hekayəsində qələmə almış və bu gün bizə də aid olan müdhiş insan münasibətlərinə, qəribəliyinə, insan xarakterindəki anlaşılmaz təzada cavab axtarmışdı. Gənc yaşlarımda tanınmış bir müğənninin ifaçılıq sənətindən bir yazı yazmışdım. Vermədilər. Dedilər ki, o, gəzəyəndir (əslində elə demədilər, mən belə yazıram). O vaxtlar balerina Ulanovaya Rusiyada yenicə heykəl qoyulmuşdu. Və mən əmin idim ki, heykəli ona ömrü boyu öz əri ilə yatdığına görə ucaltmamışdılar.

Səhnədə soyunanları topa tutan biz cənablar, hələ “yoldaş” olan vaxtlarımızda soyunan qadına (oxu, striptizə) heykəl qoymuşuq. Müsəlmanların məmləkətində. Paytaxtımızda. Şəhərin mərkəzində. Bütün nəsillərə nümunə. Örpəyini atırmış.  Doxsan il öncə örpək atılırsa... onda niyə bu gün artistləri məşhər ayağına çəkirik.

Bu nədir. Nihilizm? Bəlkə içimizi yeyib tökən nifrət? Ünvansız nifrət. 25 il öncə doğulan körpələrimizə erməniyə nifrət etməyi təlqin etmişik. O qədər ki, ta nifrət hissi bütün hissləri üstələmişdir. Düşmənə əl çatmır, nifrət isə daşır və öz obyektini axtara-axtara qonşumuza, iş yoldaşımıza, qardaşımıza yönəlir. Amma  boşa verdiyimiz illər ərzində yetişən nəslə suya, yarpağa, ağaca, torpağa, nəhayət Vətənə məhəbbət hissini aşılayaydıq gərək, sevməyi öyrədəydik gərək. Bizi də illər boyu, ciddi cəhdlə, romanlar, filmlər, tamaşalar vasitəsilə  alman faşistlərinə nifrət hissi üstündə kökləmişdilər. Uşaq yuxularımızda almanlarla döyüşürdük. Və biz  almanlarla vuruşmağa mənən hazır idik... üstümüzə erməni gəldi. Bəlkə sabah üstümüzə başqası gələcək. Onda da 25 il lazım olacaq ki, onlara qarşı nifrətimizi hazır vəziyyətə gətirək? Vətənini sevən isə heç vaxt kürəyini oxa verməz. Bir dəfə Qahirədə küçə süpürən iki cavan oğlanı görüb çox təəccübləndim. Jurnalist marağı ilə onlara yaxınlaşdım. Söhbət etdik. Dolayısı ilə öyrənmək istədim ki, küçə süpürməyi özlərinə ayıb bilmirlər ki. “Vətənimizin küçələrini süpürürük”, dedilər. Və mən sualımdan utandım. Bir həmyerlimin bir vaxtlar milisə düzəlmək üçün əlli manat rüşvət verib ağıllılıq kağızı, müharibə başlayanda beş o qədər verib dəlilik kağızı alan və məndən diləndiyi bir manatla dəmləşəndən sonra gözünün suyu burnunun suyuna qarışdırıb mənə Qarabağı qaytarana ürəyimi verərəm deyə zarıyanda da utanmışdım. Onun yerinə, öz yerimə, babamız Koroğlunun yerinə. Elə indi də utanıram. Dastanı oxuya –oxuya xəcalət çəkirəm. Mənəvi babamız. Yeddi tuluğ çaxır içib, yeddi gün, yeddi gecə üzüqoylu yatarmış. Yollarda dayanıb keçən karvanlardan bac yığarmış. Verməyəni döyər, öldürərmiş. Başına topladığı şəxsiyyətləri şübhəli, ad əvəzinə ayama ilə çağrılan yüzlərlə cavanla özlərinə məskən seçdikləri “azad cəmiyyət” Çənlibeldə, hərəyə beş sot torpaq əkib becərmək əvəzinə, varlıların evlərinə basqın edib talayar, vaxtaşırı xanların, paşaların məsum qızlarını oğurlayardılar (rəhmətlik Mahir Nəbili demiş, bardelə döndərmişdilər Çənlibeli)... və bütün bu əməllər bu gün bütün dünya dövlətlərində cinayət məcəlləsinin ən ağır maddələridir. Aydındır ki, sovet təbliğat sistemi bizə həqiqi, mərd, vətən yolunda canını qoyan tarixi  babalarımız əvəzinə... nə isə.

Ədəbiyyatımız da çox  əmək sərf etdi, xandan hikmət, bəydən qürur öyrənək, papağımızı başımızda bərk saxlayaq. Əksinə papağımızı ən azı ildə bir dəfə özgə qapılarına atmağı yaxşı öyrəndik.

 

kefli İskəndər

Həyatın anları
5 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

Kraliça II Yelizaveta

Bu il sentyabr ayının 9-da kraliça II Yelizavetanın hökmranlığının 63-cü ildönümü oldu. Britaniya tarixində ən uzun müddətli bu monarx 1952-ci ildə 25 yaşında ikən taxt-taca sahib olmuşdur. Onun həyatının müxtəlif anları əks olunmuş rəsmlərə baxaq, onunla bir az yaxından tanış olaq.

Sürücü-mexanik

İkinci dünya müharibəsi zamanı gənc Yelizaveta hərbi yük avtomobili sürücüsü və mexaniki kimi xidmət etmişdir. 1947-ci ildə çəkilmiş bu şəkildə Yelizaveta, əri şahzadə Filipp, atası kral VI Georq müharibədə həlak olanları anma mərasimindədirlər.

                  

 

 

 

 

 

 

 

 

 

 

Kraliça olmayacaqdı, əgər...

1933-cü ildə çəkilən bu şəkildə kiçik Yelizaveta və əmisi Uels şahzadəsi əks olunmuşlar. Bir müddət sonra əmisi kral VIII Eduard adı ilə hökmdar olur. Az sonra taxt-tacdan imtina edib boşanmış amerikalı qadın Uollis Simpsonla evlənir. Beləliklə 1952-ci ildə gənc Yelizaveta Birləşmiş Krallığın kraliçası olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Onun sevimli korgiləri

Velş-korgi cinsindən olan köpəklər uşaqlıqdan onun həyatının bir hissəsi olub. 1970-ci ildə çəkilmiş bu şəkildə onun övladları – şahzadələr Endryu və Edvardı görürük. Hazırda kraliçanın Holli və Villou adlı iki köpəyi var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Heyvansevər

Kraliça ümumiyyətlə heyvansevərdir. Bunu bilən yaxınları ona “Oksfordlu ledi” ləqəbli inək bağışlamışlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağ əlcək

Ağ əlcəkdə əl sallamaq bu kral ailəsinə məxsus xarakterik detaldır. Deyilənə görə neçə on illərdir ki, bu cür salamlama əvvəllər olduğu kimi ədalı deyildir.

 

 

 

 

 

 

 

 

 

 

O nə içir?

Cəmiyyətdə o cin və nahardan əvvəl məşhur apiritiv Dyubone içir: limon dilimi və bol buz ilə. Bu şəkil isə Yelisey sarayında ziyafət zamanı çəkilib.

 

 

 

 

 

 

 

 

Məvacib

Kraliça illik 40 milyon funt məbləğində gəlir əldə edir. Maliyyə mənbəyi sərmayələr və monarxiyaya aid torpaqlardan əldə olunan mənfəətdir.

Press digest
6 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

Арабы наказывают Европу ("Haaretz", Израиль)

27 сентября президент Сирии Башар Асад будет отмечать 74-ю годовщину независимости своей страны. Пока у всего мира перехватило дыхание при виде страданий сирийских беженцев, Россия строит силовую инфраструктуру для обеспечения сохранения этой независимости. Но даже если мятеж будет подавлен, угли недовольства угнетенных меньшинств в Сирии (и в России) продолжат тлеть, пока бунт не вспыхнет снова. Так уже однажды случилось в стране Владимира Путина почти по тем же причинам: после 75 лет режима угнетения, убийств и рабства. Никакой режим, даже режим Сталина и его наследников, не в состоянии силой удержать вместе в течение продолжительного времени людей разных по национальности, вере и обычаям. 

В 1918 году англичане сделали Фейсала королем Сирии. Два года спустя в страну вторглись французы, Фейсала сместили, и губернатор генерал Анри Гуро (Henri Guoraud) решил разделить Сирию на шесть независимых государств, образованных на базе доминирующего этнического элемента. В 1936 году была совершена ошибка, последствия который Сирия ощущает по сей день: французы упразднили эти государства и объединили Сирию, а затем, в 1941 году, предоставили ей независимость. Это несмотря опыт, который говорил, что если в стране живут различные группы, не желающие допустить возвышения одной над другими, власть возможна лишь диктаторская. В результате всякий раз при ослаблении власти начиналось кровопролитие. Последним примером стала так называемая «Арабская весна». В итоге началось переселение народов в Европу. И процесс только начался.

Европа трижды согрешила на Ближнем Востоке, посеяв семена хаоса, давшие всходы в виде ужасов, творящихся в арабских государствах в последние годы. Первым грехом был захват чужих стран с целью разграбления их богатств и порабощения жителей. Вторым семенем, породившим хаос, стал порядок предоставления «независимости» покоренным народам: словно будучи на заре истории выбранными в качестве вершителей мирового порядка, Англия и Франция позволили себе создать государства, начертить границы и поставить там королей. Возведенные ими вавилонские башни (в том числе, в самом Вавилоне) были совершенно искусственными: с географической, этнической и религиозной точек зрения. Веками враждовавшие племена были вынуждены жить вместе. Не было никакой возможности превратить насильственное диктаторское объединение разных традиций. религий и народов в национальное государство. Романтическое стремление Запада окультурить людей пустыни очаровало интеллектуальные круги того времени. Они попались в ловушку неоколониальных интересов и идеализировали вымышленный мир, который взорвался в лицо их последователям.

Третьим грехом стало нежелание брать ответственность за прошлое. Тысячи людей гибнут, а европейцы, заложившие основы, приведшие к неминуемым результатам, продолжают умывать руки. Звучат дежурные слова, но никто не пытается по-настоящему прекратить бойню, чинимую Асадом. Может, хотя бы сейчас, когда беженцы начали угрожать основам внутренней стабильности Европы, европейские государства одумаются. Есть только один выход из сложившегося положения — насильственное разделение сирийских и иракских народов. Только так можно положить конец власти зла.

Еще один грех стал результатом трех упомянутых: попытка европейцев расплатиться за свои прошлые грехи Израилем. Так Европа пытается, пока еще безуспешно, успокоить свою совесть в связи с учиненным хаосом, подрывающим ее основы.

Беспилотники. Новая угроза (The Washington Post)

"В воскресенье целый рой вышедших из-под контроля мелких беспилотников помешал полету воздушных судов над США в масштабе, которого американское небо еще не видело", - сообщает Крег Уитлок в The Washington Post. Всего в "ранее не раскрывавшихся отчетах, поданных в Федеральное управление авиации США" (FAA), говорится о 12 случаях, когда едва не столкнулись самолет и дрон.

"До прошлого года об опасных ситуациях с участием вышедших из-под контроля беспилотников не было слышно. Однако в результате резкого роста продаж авиакосмическое пространство США засорило множество мелких и, по большому счету, неконтролируемых летательных аппаратов с дистанционным управлением, которые мешают воздушным перевозкам и стали головной болью для FAA", - говорится в статье.

"До сих пор FAA держало в секрете основную информацию о большинстве подобных инцидентов этого года, отказываясь обнародовать отчеты, которые находятся обычно в открытых источниках и могли бы указать, когда и где возникала опасность столкновений", - пишет Уитлок.

"Государственный служащий, недовольный скрытностью FAA, предоставил The Washington Post несколько сотен отчетов о вышедших из-под контроля беспилотниках. Представительница FAA Лора Браун отказалась комментировать отчеты, полученные The Post", - говорится в статье.

"Эти документы показывают, что летательные аппараты с дистанционным управлением проникают даже в самые охраняемые участки авиакосмического пространства США, - указывает автор. - Согласно отчетам FAA, беспилотники также стали головной болью для агентов спецслужб, озабоченных безопасностью президента".

"Хотя мелкие беспилотники запрещено запускать ближе, чем в пяти милях от аэропортов, и на высоту более 400 футов, документы FAA свидетельствуют, что роботизированные летательные аппараты стали вездесущими нарушителями и маячат рядом со взлетными полосами и оживленными воздушными коридорами, - сообщает Уитлок. - Пилоты замечают мелкие беспилотники на невиданной ранее высоте - более 10 тыс. футов".

"В большинстве отчетов сообщается о мелких беспилотниках, которые, судя по виду, весят не более нескольких фунтов. Между тем эксперты по безопасности полетов уверяют, что даже крохотные летательные аппараты могут стать причиной катастрофы, если врежутся в винт или лобовое стекло [самолета], либо если их засосет в реактивный двигатель", - говорится в статье.

Мелкие дроны стали очень популярным товаром, многие любят их запускать для развлечения. Модель с навороченной видеокамерой можно купить менее чем за 500 долларов и запускать без всякого обучения.

По прогнозам Ассоциации потребительской электроники, в этом году в США любители запускать беспилотники купят 700 тыс. таких аппаратов, говорится в статье.

"Сенатор Чарльз Э.Шумер (демократ, Нью-Йорк) сказал в интервью, что "предаварийных ситуаций поразительно много" и спрогнозировал, что авария - "дело времени", - сообщает Уитлок. - Шумер предлагает законодательно обязать производителей устанавливать на беспилотники аппаратуру, не позволяющую им превышать высоту в 500 футов, а также приближаться к аэропортам и засекреченным участкам авиакосмического пространства".

"Каждый день без такого закона увеличивает риск настоящей катастрофы", - уверяет сенатор.

"DJI, крупнейший в мире продавец беспилотников населению, в прошлом году начал программировать таким образом все модели, продаваемые в США", - сообщает Уитлок. По утверждению вице-президента DJI Брендана Шульмана, "подавляющее большинство пользователей беспилотников запускает их осторожно и ответственно, все проблемы - из-за горстки нарушителей".

Армян в Армении становится все меньше и меньше

К концу XXI в население Армении может упасть до 1,8 млн человек. Об этом говорится в обновлённом докладе ООН «Перспективы мирового населения» за 2015 г.

Если на 2015 г население Армении, на основе официальных данных, оценивается в 3 млн 18 тысяч человек, то к 2030 г ожидается 2 млн 993 тысяч, к 2050 г – 2 млн 729 тысяч, а к 2100 году – уже 1 млн 793 тысяч.

Как заявил журналистам демограф Рубен Еганян, оценки основаны на нынешних темпах эмиграции. «Конечно, трудно предугадать, что произойдёт в будущем. Например, в 70-е мы составляли прогноз, по которому в 2000 году население Армении должно было достичь 4,2 млн человек. Что произошло на самом деле, вы знаете не хуже меня. Так что прогноз – это не предсказание, а предположение. А в нашем случае – предостережение, что может произойти, если всё будет продолжаться, как есть, и если страну будет по-прежнему покидать 30-35 тысяч человек в год», - заявил Еганян.

Он отметил, что в ближайшие десятилетия в Армении может существенно измениться возрастной состав населения.

Как подчеркнул, в свою очередь, представитель Фонда населения ООН (UNFPA) в Армении Гарик Айрапетян, с учётом роста продолжительности жизни, простого воспроизводства можно достичь уровня 1,7 – 1,8. За счёт пожилых и старых людей население, которое бы раньше убывало, будет сохраняться, добавил он.

Как Европа растоптала Грецию (The New York Times)

Янис Варуфакис

Греческий депутат, экс-министр финансов Янис Варуфакис сообщает в своей статье в The New York Times, что не станет баллотироваться на парламентских выборах 20 сентября. Он уверен, что новый состав парламента не сможет поддержать реалистичные реформы.

"Не могу я и поддерживать одобрение программы "тройки" [кредиторов Греции. - Прим. ред.] - плана, который, как знают все, обречен на неудачу", - пишет автор. По его словам, это мнение разделяют министр финансов Германии Шойбле и сотрудники МВФ.

"Причина продолжающихся невзгод Греции состоит в "экзистенциальном кризисе" еврозоны", - считает Варуфакис.

У Берлина и Парижа глубокие разногласия. Берлин хочет, чтобы каждая страна еврозоны сама отвечала за свои финансы, а политический союз ограничивался правом "вето" на национальные бюджеты, не соответствующие общим правилам. "Иного мнения Париж и Рим: они сознают, что в таком политическом союзе, основанном на правилах, бюджетный дефицит обречет их на "тлеющую" рецессию", - пишет автор.

По мнению Варуфакиса, в этой обстановке Шойбле счел: если принять не программу тройки, а иной план оздоровления Греции, то позиция Германии ослабнет по сравнению с французской. "И в этом поединке слонов маленькая Греция была растоптана", - заявляет автор.

Между тем альтернативный план был - его разработал Варуфакис при содействии известных экспертов. Стратегия долговых свопов "позволила бы с 2018 года иметь устойчивый профицит бюджета (свободный от долга и уплаты процентов)", заверяет Варуфакис, а также включить гособлигации Греции в программу количественного смягчения ЕЦБ. Предлагались меры по стимулированию отечественных инвесторов и различные реформы.

"11 мая документ был готов. Хотя я представил его ключевым европейским министрам финансов, в том числе Шойбле, в качестве официального плана Минфина Греции, наш собственный премьер так его и не одобрил. Дело в том, что тройка четко разъяснила Ципрасу: любой подобный документ будет воспринят как враждебная попытка отказаться от условий готовой программы тройки. А эта программа, разумеется, не предполагала мер реструктуризации долга и, следовательно, требовала пагубно высокого профицита бюджета", - пишет Варуфакис.

То, что о плане Греции мало кто слыхал, - признак крупных изъянов госуправления в еврозоне, считает автор. По его мнению, "Греция восстановится только после того, как ЕС перейдет от подхода "Мы, государства" к "Мы, европейский народ".

Варуфакис полагает: во всей Европе гражданам надоел валютный союз, неэффективность которого объясняется его недемократичностью. "Поэтому битва за спасение Греции теперь превратилась в битву за принципиальность, душу, благоразумие и демократию Европы. Я намерен сосредоточиться на содействии созданию Панъевропейского политического движения, вдохновленного "афинской весной". Оно будет работать над демократизацией Европы", - сообщает автор.

Aşurbanipal
7 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

İnsan - Fərid Hüseyn

İnsan böyümür ki, 
bələyi böyüyüb kəfən olur.

İnsan çətinə düşmür ki,
sevdikləri fələk olur.

İnsan ağlamır ki,
gülüşü hönkürür.

İnsan ölmür ki,
anası torpağa dönür.

Şəklin arxasına yazılan şeir

Dayanmısan şəkildə – o uzaq keçmişimdə,
qoşa şəkillərdə mən əvvəllər özümə baxardım,
indi sənin doğrudan da yanımda durub-durmadığına.
Elə bil şəkillərdən də qaçaraqdır ayağın,
bir gün alboma baxıb görəcəm ta sən yoxsan.

Unutmağa yer də yoxdur şəkildə,
dayanmısan – ayağının altında da foto çəkilən tarix.
Şəkilini yandırmaqla xilas ola bilmərəm,
onda da yandırdığım gün qalacaq yadımda.

Dünənki

Hər səhər təzədən doğulur insan –
Allahsa dünənkidi.
Hər gün təzə sevgiylə başlayır gün –
xatirələr dünənkidi.
Bu gün asıblar günəşi göyə –
işıq dünənkidi.
Qəbirlər çiçəklər kimi təzə-tərdi – 
ölüm dünənkidi.
Dünənkidi, bütün böyüklər, dünənkidi...

Bana bir şarkı söyle

Özledim sesini ne olur konuş
Bir gül açtır zamanların ötesinden
Karanlıklar içindeyim, kapkarayım bugün gel
Gök mavisinden, deniz mavisinden
Bana bir şarkı söyle
İçimde bir şey kımıldıyor
Gözlerim kan çanağı, yorgunum, uykusuzum
Bir baksana ne haldeyim deli divane
Yaralıyım, çaresizim umutsuzum
Bana bir şarkı söyle
Yağmur ol yağ üstüme, güneş ol ısıt
Dökül karanlığıma ışıklar gibi
Al beni, en uzaklara götür
Sesin aksın içimde bir pınar gibi
Bana bir şarkı söyle
Bütün renkleri kat birbirine
Buram buram bir turuncu getir geçen yazdan
Bir tüy gibi, bir bahar dalı gibi
Hafiften, inceden, güzelden, en beyazdan
Bana bir şarkı söyle
Bazan kar nasıl hazin yağar bilirsin
Kurşuni bir gökyüzünden ağlamaklı
İşte öyleyim, kapkarayım bugün gel
En hüzünlü sesinle, en dokunaklı
Bana bir şarkı söyle

Güllerin ağladığı saat

Güllerin ağladığı bir saat vardır hani
Büyür o saatte yalnızlığı bahçelerin
Düşer korkusu kalbe yaklaşan gecelerin
Bir dev uzatır gökten o çirkin ellerini
Güllerin ağladığı bir saat vardır hani

Her şey o saatlerde merhametsiz ve soğuk
Gitgide uzaklaşır batan güneşle sesin
Bir bakarım ki benden en uzak çizgidesin
Başlar geceye doğru upuzun bir yolculuk
Her şey o saatlerde merhametsiz ve soğuk

Yüzünü hatırlatır gökyüzünde ne varsa
Gözlerin bu saatte kopkoyu elemlidir
Dudakların kimbilir şimdi nasıl nemlidir
Ellerin öyle yanar ufuk nasıl yanarsa
Yüzünü hatırlatır gökyüzünde ne varsa

Bir çıngırak sesidir uzaklarda kaybolan
Umulmadık bir anda bitiverir şarkılar
Kapanır yüzümüze o mermer kapılar
Özlemler ateş şimdi anılar duman duman
Bir çıngırak sesidir uzaklarda kaybolan

Ak köpükler kararır deniz görünmez olur
Çağırır yaşamaya bizi tek-tük ışıklar
Böylece üstümüze çöker de karanlıklar
Camlar, bir bir kapanır, odalar, evler uyur
Ak köpükler kararır deniz görünmez olur

Güllerin ağladığı bir saat vardır hani
Cıvıl cıvıl bahçelerden el-ayak çekilir
Yapraklar düşünceli, dallar hüzün kesilir
Her akşam uzaklara alır götürür seni
Güllerin ağladığı bir saat vardır hani.

Yaşayan ölü

Bir ölü gelecek evine yarın
Gözlerinde yarım kalmış arzular
Dalıp hayaline hatıraların
Duracak kapında sabaha kadar

Duyunca kapının çalındığını
Korkulu gözlerle dışarı bakma
Bütün odaların yak ışığını
Bir benim kaldığım odayı yakma.

Siyahlar giyin de pencereye çık
Aç kapıyı korkma yabancı değil
Bir ölü ki yaşıyor, gözleri açık

Ölüm seni sevmekten acı değil
Aradı bu ölü hayatı sende
Öldü artık, sevsen de sevmesen de

Арифметика простая

Лариса Рубальская

Я к тебе дорогу знаю,
Но идти не тороплюсь.
Всё сижу да вычисляю —
Где твой минус, где твой плюс.
Снова вишня расцветает,
Белый май кипит в саду.
Арифметика простая,
Да ответа не найду.

Плюс на минус – будет минус,
Минус к плюсу – будет плюс.
Я б к тебе поторопилась,
Да боюсь, что ошибусь.

Всем суббота с воскресеньем,
У меня одни дела.
В вычитанье и сложенье
Я всё время провела.
В синем небе птичьи стаи,
Ветер кружит вишни цвет.
Арифметика простая,
Да не сходится ответ.

Плюс на минус – будет минус,
Минус к плюсу – будет плюс.
Я б к тебе поторопилась,
Да боюсь, что ошибусь.

Небо тучами покрылось,
Дождь грозит: вот-вот прольюсь.
Ты во мне заметил минус,
Зачеркнув при этом плюс.
Ты ребром вопрос поставил:
Мол, душою не криви.
Арифметика простая
Не годится для любви.

Лариса Рубальская

Ordan-burdan
8 21 sentyabr 2015 (№1)
http://baki-baku.az

Köhnə Bakı

İdeya müəllifi və baş redaktor:
Rauf Ağayev

Redaktor: İlqar Həsənov

Məsul katib: Məmməd Rauf

e-mail: bakibaku.gazet@gmail.com

Gülmək üçün

Семья гуляет по зоопарку.
Пятилетняя Аня подбегает к клетке с аистом и долго машет руками.
А потом говорит:
- Он меня не узнал.

* * *

Tələbə imtahana girir.
Müəllim soruşur:
- Öyrənmisən?
- Öyrənmişəm
- Nəyi öyrənmisən?
- Fənni.
- Hansı fənni?
- İmtahan verəcəyim fənni.
- Hası fənnən imtahan verirsən.
- Müəllim, Siz uje mənə ilişirsiniz.

* * *

- Какими видами спорта занимаются мужчины на пляже?
- Подтягиванием живота.

* * *

Люди говорят "Я тебя люблю" разными способами: "Пристегни ремень", "Надень шапку", "Пойди поспи", "Я помою посуду", "Доедешь - позвони", "Возьми мою куртку", "Я выехал, жди" и многими-многими другими. Но мы не замечаем этого.

* * *

Diş həkiminin kabinetinin qarşısında lövhə: 
Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır

Lap köhnə Bakı

bagla

A

A

A

A