USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir


  • Dünya
  •  16:48 29.04.2024
  •  163
https://img.baki-baku.az/news/2024/04/photo_12174.jpg

“Turkish Airlines” (Türk Hava Yolları) inkişaf strategiyası çərçivəsində 235 təyyarə almaq üçün “Airbus” və “Boeing” konsernləri ilə danışıqlar aparır.

Türkiyə Hava Yolları İdarə Heyətinin sədri Ahmet Bolat bu barədə İstanbulda “Airbus” və “Rolls-Royce” kompaniyalarının nümayəndələrinin iştirak etdiyi toplantıda deyib.

Türk Hava Yollarının on illik inkişaf planı kompaniyanın aviasiya parkına daha 600 ədəd təyyarənin daxil edilməsini nəzərdə tutur. 2023-cü ilin dekabrında “Turkish Airlines” 70 milyard dollar dəyərində 355 təyyarənin alınması ilə bağlı “Airbus” konserni ilə müqavilə imzaladığını elan edib.

Hazırda Türk Hava Yollarının aviaparkında 440 ədəd “Airbus” və “Boeing” təyyarələri var. “Turkish Airlines” dünyanın aparıcı aviakompaniyalarından biridir.




Redaktorun seçimi

Bakı təhdidləri cavabsız qoymayacaq
  • Daxili siyasət
  • 10:31 20.05.2024
Bakı təhdidləri cavabsız qoymayacaq
Paşinyan, yoxsa katolikos?
  • Daxili siyasət
  • 09:56 20.05.2024
Paşinyan, yoxsa katolikos?
Ankaradan dünyaya yeni düzən mesajları
  • Daxili siyasət
  • 14:07 18.05.2024
Ankaradan dünyaya yeni düzən mesajları
Balasanyan üçün Bakı həbsxanası
  • Daxili siyasət
  • 12:34 18.05.2024
Balasanyan üçün Bakı həbsxanası

Dünya