USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kosmosda kainatın ən bahalı menyusu təklif ediləcək


  • Dünya
  •  14:54 09.04.2024
  •  173
https://img.baki-baku.az/news/2024/04/photo_11937.jpg

Lüks kosmik səyahət şirkəti “SpaceVIP” kainatın ən bahalı menyusunu təqdim edib.

AZƏRTAC xəbər verir ki, Kopenhagendəki “Mişlen” ulduzlu “Alchemist” restoranının danimarkalı aşpazı Rasmus Munk dünyanın ilk karbon neytral kosmik gəmisi “Neptun”da təklif olunacaq təxminən 458 min avro dəyərində menyu hazırlayıb. Onun altı sərnişini olacaq kosmik gəmi 2025-ci ildə Floridadakı Con Kennedi Kosmik Mərkəzindən kosmosa buraxılacaq. Onlar “Neptun” kosmik gəmisinin göyərtəsində Günəşin Yerin əyrisi üzərindən çıxmasını seyr edərkən nahar edəcəklər.

Bundan əlavə, bu əlamətdar hadisə üçün hər bir qonaq Fransanın “Ogier” moda evi tərəfindən ən son parça texnologiyalarından istifadə edərək bu missiya üçün eksklüziv hazırlanmış sifarişli kostyumlar geyinəcək.

Kosmik şarla qaldırılan təzyiqli kapsuldan ibarət olan “Neptun” kosmik gəmisi tədqiqatçıları dəniz səviyyəsindən 100.000 fut yüksəkliyə (ticarət təyyarəsinin uçduğu yüksəklikdən üç dəfə artıq) aparacaq. Uçuşun ən yaxşı tərəfi gəminin göyərtəsində Wi-Fi olmasıdır, ona görə də şanslı qonaqlar təcrübələrini canlı yayımlaya biləcəklər.

Artıq 2025-ci il və 2026-cı ilin əvvəlləri üçün uçuşların sifarişləri qəbul edilir. Bu ekspedisiyadan əldə edilən bütün gəlir elm və texnologiyada gender bərabərliyinin təşviqinə həsr olunmuş Kosmik Mükafat Fonduna veriləcək.




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Dünya