USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan diasporu Qazaxıstanda yardım kampaniyasında iştirak edir


  • Sosial
  •  14:50 15.04.2024
  •  37
https://img.baki-baku.az/news/2024/04/photo_11954.jpg

Qazaxıstanda baş vermiş daşqınlarla mübarizədə Azərbaycan diasporunun nümayəndələri birlik və həmrəylik nümayiş etdirib. 

Azərbaycan diaspor təşkilatları tərəfindən vəziyyətin kəskin olduğu Atırau, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində təxliyə olunan insanlar üçün yardım kampaniyası aparılıb.

Kostanay, Aktau, Atırau, Almatı, Türküstan və s. vilayətlərdə yaşayan azərbaycanlılar  fəlakət bölgəsinə yardım toplamaq üçün səfərbər olublar. Əsasən isti geyimlər, yataq dəstləri və zəruri qidalardan ibarət yardımlar ehtiyacı olanlara göndərilib. 

Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ayrı-ayrı diaspor nümayəndələri, o cümlədən Mehdi Məmmədov, Şəmsəddin Hüseynov, Qəhrəman Sadıyev, Ramilə Mustafayeva, Tağı Tağıyev, Eldar Əhmədov, Qərib Qəribov və Mahir Rzayev yardım kampaniyasında yaxından iştirak ediblər.

Anar ƏLİ

 

 




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Sosial