USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda “erməni soyqırımı” uydurmasına yeni baxış?!


https://img.baki-baku.az/news/2024/04/photo_12079.jpg

24 apreldə İrəvandan Sərdarabaddakı 1965-ci ildə qoyulmuş “soyqırımı” abidə­sinə ənənəvi yürüş olacaq. Qondarma “erməni soyqırımı”nı 109-cu anma günü­nün bu il də keçiriləcəyi planlaşdırılır. 24 aprel ərəfəsində Ermənistanda ortaya atılan “erməni soyqırımı” saxta təbliğatının hansı şəkildə davam etdirilməsi müzakirə mövzusudur. Baş nazir Paşinyanın son zamanlar “erməni soyqırımı” ifadəsi yerinə “böyük fəlakət” və ya “qətliam” kəlmələrini dilə gətirməsi bu ifadədən imtina etməsi anlamına gəldiyini iddia edənlər var. Onlar Paşinyanı bu “milli davaya” xəyanətdə suçlamaqdadırlar. 

Deyirlər ki, Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaş­dırmaq, Azərbaycanla sülhə, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün ermənilərin 100 ildən çox apardıqları da­vadan imtina etmək istəyir. Siyasi şərhçi David Qriqoryan bildirir ki, Paşinyan Ermənistan Konstitusiyasında yer alan Türkiyəyə “erməni soyqırımı”nı qəbul et­dirmək kimi ideyanı heçə sayır və Ermə­nistanın illərlə bütün dünyada apardığı mübarizənin üzərindən xətt çəkir. Çünki Azərbaycan və Türkiyə onun qarşısına belə tələb qoyublar ki, Ermənistan Kons­titusiyası dəyişdirilsin. İndi onun “ermə­ni soyqırımı” ifadəsini işlətməməsi bu məqsədi daşıyır. 

İddia edənlər var ki, Paşinyan bu məsələ ilə bağlı Ermənistanın siyasətinə müəyyən dizayn vermək istəyir. Ənənəvi üsullardan geri duraraq soyqırımı ilə bağ­lı real əsaslar hazırlamağı, 1915-ci ildə “öldürülənlərlə” bağlı siyahının olmasını istəyir. Parlamentin sədr müavini, Müdafiə Komitəsinin sədri Andranik Koçaryan de­yir ki, burada nə var ki, Paşinyanın işlət­diyi kəlmələrin hamısı eyni mənanı ifadə edir və o doğru olaraq öldürülən soydaş­larımızın bütün siyahısını hazırlayaraq gerçəyin nə olduğunu anlatmağa çalışır. Məgər bu normaldırmı ki, bizim əlimizdə hələ də 1915- ci ildə fiziki cəhətdən orta­dan qaldırılan insanların siyahısı yoxdur. Nə üçün Holokost faciəsində soyqırımına məruz qalanların tək-tək adlarını yəhu­dilər tərtib edə biliblər, biz yox? “Azadut­yun” (“Azadlıq”) radiosuna müsahibəsində o vurğulayıb ki, ən vacibi onların ad və və soyadlarının olmasıdır, bir milyon yarım insan - harada, necə, hansı şəraitdə qətlə yetirilib, indi hədəf bu olmalıdır.

A.Koçaryanın sözündən belə çıxır ki, ermənilərin iddia etdikləri 1,5 milyon er­məninin soyqırıma məruz qalması faktı şübhəlidir, bu sadə səbəbdən ki, öldü­rülənlərin siyahısı əldə yoxdur. Sərdarabaddakı muzeydə fotoların və saxta sənədlərin inandırıcılığı yoxdur. Haqlı olaraq bu rəqəm şübhə altına alınır. Er­mənilərin özləri də artıq etiraf edirlər ki, indiyədək Ermənistan dövlətinin və di­asporunun yürütdüyü “erməni soyqırımı” ideologiyası iflasa uğramışdır. Ermənis­tanda və xarici ölkələrdə də yaxşı bilirlər ki, 24 aprel 1915-ci ildə Osmanlı dövlətin­də hansı hadisə baş verib. 

Ümumən, 1915-ci il olaylarını “soyqı­rımı” adlandırmaq absurddur. Amma er­mənilər bu günü simvollaşdırıb və bütün dünyada antitürk təbliğatının ana möv­zusuna çevirmişlər. Ayrı-ayrı ölkələrə müraciət edərək müxtəlif vasitələrlə bu saxta “erməni soyqırımı” ilə bağlı qərarlar çıxarmağa çalışırlar. Bəzən də buna nail olurlar. Neçə illər ona çalışdılar ki, ABŞ prezidenti “erməni soyqırımı” kəlməsini işlətsin. Bayden bu kəlməni işlətdi, amma məsələyə baxış dəyişmədi. Çünki tarixdə belə bir olayın yaşanmadığı nüfuzlu elm adamları, tarixçilər və ermənişünaslar tərəfindən ortaya qoyulmuşdur. 1915-ci il olaylarını araşdırmaq üçün Türkiyənin arxivlərin açılması təklifinə Ermənistan reaksiya vermir. Çünki Ermənistanda yaxşı bilirlər ki, arxivlər açılarsa və bu məsələni araşdıran beynəlxalq komissi­ya yaradılarsa, türklərin deyil, ermənilərin soyqırımçı olduğu ortaya çıxar. 

24 aprel 1915-ci ildə nə baş ver­mişdi? Həmin gün İstanbulda üsyançı erməni komitəçilərin həbs edilib sürgünə göndərilməsi olayından başqa bir şey olmamışdır. 1915-ci ildə Osmanlı dövləti artıq Birinci Dünya müharibəsinin için­dəydi. Antanta dövlətləri ölkənin pay­taxtında qarışıqlıq törətmək üçün hər zaman vasitə olan erməniləri seçmişdi və Osmanlı kəşfiyyatı buna görə erməni siyasi təşkilatları olan Daşnaksutyun, Ramkavar və Hnçak partiyalarının fəa­liyyətini qadağan etmişdi. Amma erməni komitəçilər Qərbdən aldıqları tapşırığı yerinə yetirmək üçün gizli fəaliyyətlər yürüdür, terror aktları düzənləmək plan­ları qururdular . Belə planlardan biri ap­relin 27-də terrorla Sultanın öldürülməsi idi. Aprelin 24-dən 25-nə keçən gecə, yəni ermənilər tərəfindən planlaşdırılmış terror aktlarından üç gün əvvəl İstanbul polisi qadağan olunmuş erməni partiya­larının uzun müddətdən bəri nəzarət al­tında olan yüzlərlə üzvünün mənzillərinə gözlənilmədən reydlər edib. Bu geniş­miqyaslı əməliyyat zamanı mənzillərin­də silah, döyüş sursatı və başqa dəlillər aşkar edilmiş, çoxsaylı üsyançılardan yalnız 235 şübhəli şəxs saxlanılıb. Ax­tarış zamanı evindən heç nə çıxmamış partiya üzvləri isə sərbəst buraxılıblar. Daha sonra Birinci Dünya müharibəsi gedən yerlərdə ermənilərin rəqib ölkəyə yardım etmə səbəbindən eyni il mayın 27-də Osmanlı dövləti Şərqi Anadolu və başqa yerlərdən erməni əhalinin ölkə­nin başqa bir ərazisinə köç etdirməyə məcbur olarkən də ermənilərin fiziki cəhətdən ortadan qaldırılması planı ol­mamışdır. 

1915-ci ildə baş verən olayları bir “soyqırımı” olaraq qələmə verərək, Tür­kiyəyə qarşı ideoloji savaş aparan ermə­ni düşüncə sisteminin uğur qazanmaq şansı yoxdur. Çünki bu olaylar 1948-ci ildə qəbul etdiyi Konvensiya ilə nəzərdə tutulan soyqırımı anlayışından tamamilə uzaq hadisələrdir. Ermənilərin bu olaya ideoloji don geyindirərək bir dövlətə və millətə böhtan atması uzun sürə bilməz­di. Artıq Ermənistanın siyasi çevrələrin­də belə bir mübahisələrin olması saxta, çürük və heç bir əsası olmayan iddiala­rın iflası deməkdir. Ermənistan rəhbər­liyi dünyada aparılan bu ideoloji xəttin dövlətə zərərli olduğunu anlamışdırmı? Ermənistanın siyasi elitasında, ictimaiy­yətində elə adamlar var ki, bu ideoloji xəttin iflas etdiyini anlayırlar. 

Ermənistanda bir çox məsələlərə baxışın dəyişməsi prosesi başlanmış­dır. İrqçi düşüncə ilə uzağa getmənin mümkün olmadığı anlayan Ermənistanın gerçəkləri qəbul etməkdən başqa şansı yoxdur. 

Qafar ÇAXMAQLI




Redaktorun seçimi

İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində
Ritter indi haradadır?
  • Daxili siyasət
  • 12:10 03.05.2024
Ritter indi haradadır?
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
  • Daxili siyasət
  • 11:46 03.05.2024
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
  • Daxili siyasət
  • 12:38 02.05.2024
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir
  • Daxili siyasət
  • 12:17 02.05.2024
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir

Daxili siyasət