USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın son etirafı – Azərbaycanın növbəti uğuru

İrəvan yeni geosiyasi reallıqları nə qədər tez qəbul etsə, bir o qədər çox qazanar


https://img.baki-baku.az/news/2024/04/photo_11962.jpg?v=MjAyNC0wNC0xNiAxMDozNjozNA==

Ermənistan etiraf etdi, atəşkəsi pozduğunu, azərbaycanlı sərhə­dçini yaraladığını boynuna aldı. İrəvanın bu etirafı Azərbaycanın uğurudur, həm də onun göstəricisidir ki, kənar müdaxilələr olma­sa, iki qonşu ölkə öz problemlərini həll edə bilər.

İkinci Qarabağ müharibəsin­də qalib gələrək, ərazi bütövlü­yünü bərpa edən Azərbaycan regionda möhkəm sülhün bərqə­rar olması üçün fəal siyasət yü­rüdür. Beynəlxalq ictimaiyyət də Bakının sülh gündəliyindən xə­bərdardır. Otuz il ərazisinin işğal altında qalmasına baxmayaraq, Azərbaycan hazırda iki xalq ara­sındakı düşmənçilik səhifəsini bağlamağın vacibliyini önə çəkir. Lakin Qərbin, xüsusilə də Fran­sanın təhriki ilə Ermənistan sülh prosesinin pozulmasına yönəlik addımlar atır. İstər siyasi, istərsə hərbi müstəvidə də təxribatlara yol verir. Diplomatik səylərini sülh müqaviləsinin imzalanmasının uzadılmasına istiqamətləndirmiş İrəvan Azərbaycan mövqelərinə də atəş açır. Avropa İttifaqının missiyasının arxasında gizlənən Hayastan ordumuzun mövqelə­rini mütəmadi atəşə tutur və gü­nahı Azərbaycan tərəfinin üstünə atmağa çalışır. Bakını hərbi təca­vüzdə ittiham etməyə can atan İrəvan ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaqdan usan­mır. 

Lakin bu günlərdə şərti sər­həd zonasında baş vermiş hər­bi insident Ermənistanı etirafa məcbur etdi. Xatırladaq ki, ap­relin 10-da, saat 15:20 radələ­rində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qu­badlı” əlahiddə sərhəd diviziya­sının Cicimli yaşayış məntəqə­sinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı, təxminən, 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunmuşdu. DSX-nin Mət­buat Mərkəzindən bildirilmişdi ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılmış və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanmışdı. Təxri­batın Ermənistan tərəfindən edil­diyi məlum idi. Ancaq Azərbay­can cəza tədbirlərinə əl atmadı, İrəvanın hadisəni araşdırmasını və nəticəsini açıqlamasını göz­lədi. Ölkəmizin öz hərbi qulluq­çularının atəşə tutulmasına necə cavab verə biləcəyi Ermənistan tərəfinə çox yaxşı məlum idi.

Ermənistan Bakının təmkinli davranışını anladı. Hadisəni araş­dıran rəsmi İrəvan Azərbaycan hərbçisinin məhz erməni əsgəri tərəfindən yaralandığını açıqla­dı. Ermənisan İstintaq Komitəsi cinayət işinin başlandığını və günahkarların məsuliyyətə cəlb ediləcəyini bildirdi. Bütövlükdə, bu faktı müsbət qiymətləndirmək olar, çünki Ermənistanın hərbi-si­yasi rəhbərliyi bu dəfə şərti sər­həddə növbəti silahlı insidentdə Azərbaycanı günahlandırmadı. Normal məntiqə uyğun addımlar atıldı, ümid edək ki, günahkarlar da layiqli cəzalarını alacaqlar. Bundan sonra, Azərbaycana atəş açmaq istəyən hər hansı erməni təxribatçı aydın başa düşəcək ki, qarşısındakı posta atəş açsa, cinayət məsuliyyətindən qaça bil­məyəcək. 

Təbii ki, Azərbaycan – Ermə­nistan şərti sərhədində baş verən bütün insidentlərin bilavasitə iş­tirakçıları ilə yanaşı, İrəvanda revanşist əhval-ruhiyyəni alov­landıran silahlı təxribatlarda re­giondankənar qüvvələr də az rol oynamırlar. Söhbət, ilk növbədə, uzun müddət öz təxribat hərəkət­ləri ilə Ermənistana hər cür diplo­matik, iqtisadi və son zamanlar hərbi dəstək verən, iki ölkə ara­sında sülhün əldə edilməsi pers­pektivlərinə xələl gətirən Fransa­dan gedir. Paris regionda sülhü qorumaq əvəzinə 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altın­da saxlayan Ermənistanı silah və sursatla təmin edir. Fransa Ermə­nistanda hərbi missiyasını yerləş­dirir, İrəvanı növbəti müharibəyə təhrik edir, Cənubi Qafqazı döyüş meydanına çevirmək planını hə­yata keçirməyə çalışır. Ancaq fak­tiki olaraq fransızlar Ermənistana qarşı işləyirlər, çünki onlar erməni xalqını növbəti münaqişəyə sövq edirlər. Amma Parisdə də yaxşı anlayırlar ki, Azərbaycanı Qərbin geosiyasi oyunlarına cəlb edə bil­məyəcək, Ermənistandan fərqli olaraq Bakı ancaq milli maraqla­rına uyğun siyasət yürüdəcək.

Belə demək olar ki, bu gün İrəvanda sağlam düşüncə qa­lib gəldi. Ermənilər bu dəfə kə­nar qüvvələrin təhrikinə boyun əyməyərək, düzgün addım at­dılar. Çünki təcrübə göstərir ki, üçüncü tərəfin müdaxiləsi ol­madan ölkələrimiz arasında bir çox məsələləri normal şəkildə həll etmək mümkündür və bunu təsdiqləyən sübutlar da var. Məsələn, həbsdə olan hərbçilə­rin mübadiləsi, beynəlxalq təd­birlərin keçirilməsi məsələsində Bakı və İrəvanın namizədlikləri­nin qarşılıqlı dəstəklənməsi və s. Ümid edək ki, İrəvan qeyri-region təhrikçilərin mənafeyinə deyil, öz ölkələrinin maraqlarına uyğun düzgün qərarlar verməkdə da­vam edəcək. Ermənistan nə qə­dər tez yeni geosiyasi reallıqları qəbul etsə, bir o qədər özü üçün sərfəlidir.

M.SƏBUHİ




Redaktorun seçimi

Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Səbuhi MƏMMƏDOV