USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan – beynəlxalq ziddiyyətlər fonunda sabitlik adası

Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizi qlobal risklərdən sığortalayır 


https://img.baki-baku.az/news/2024/04/photo_11961.jpg?v=MjAyNC0wNC0xNiAxMDozNjo0Mg==

İran – İsrail hərbi qarşıdurma­sı başa çatmış kimi görünür. Maraqlıdır ki, hər iki tərəf öz məqsədinə çatdığını bəyan edir. Söhbət hansı məqsəddən ge­dir, rəsmi qaydada açıqlanan­lar ağlabatan deyil. Hər halda, əlahəzrət tarix nələrin yaşandı­ğını ortaya qoyub, bu qarşıdur­ma üçün də ad tapacaq. Hələlik isə yalnız onu demək olar ki, Tehran – Tel-Əviv qarşıdurması bəzi həqiqətləri ortaya çıxarıb. Yazımızda bu həqiqətlər fonun­da Azərbaycanın durumuna, Cənubi Qafqazdakı vəziyyətə nəzər salmağa çalışacağıq. 

Başlayaq ondan ki, İran–İsrail mü­haribəsi beynəlxalq aləmdəki düzənin çox ciddi şəkildə pozulmağa meyilli olduğunu göstərdi. Belə bir həqiqət or­taya çıxdı: artıq dünya əvvəlki kimi təh­lükəsiz deyil. Əslində, hazırda davam edən Rusiya – Ukrayna müharibəsinə nəzərən də oxşar fikirlər səsləndirmək mümkündür. Moskva – Kiyev hərbi qarşıdurması bir çox məsələlərə təsir göstərir və bu təsirin getdikcə artaca­ğı, arealının genişlənəcəyi şübhəsizdir. Çünki müharibə bitmək bilmir. 

İndi, faktiki olaraq, ABŞ və Qərb dövlətləri Rusiyaya qarşı döyüşürlər. Nəzərə alsaq ki, beynəlxalq aləmin anti-İran köklənişi aktualdır, o za­man Tehran–Tel-Əviv qarşıdurmasını daha böyük müharibənin məşqi kimi də qiymətləndirmək mümkündür. İran isə Azərbaycanın cənub qonşusudur. Deməli, onun başı üzərində əsən müha­ribə küləklərinin ölkəmizə təsiri məsələ­si aktualdır. Ancaq ortada bir mənzərə var – dünyanın sabitlik və təhlükəsizlik adası olan Azərbaycanın mənzərə­si. Yəni, sülhün, firavanlığın və əmin-amanlığın ünvanına çevrilmiş Azərbay­can obrazı diqqətdən yayına bilməz.

Əlbəttə, Azərbaycan obrazı fərqlidir. Daha doğrusu, özünəməxsusdur. Durumu Prezident İlham Əliyev ötən il dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qara­bağ: 30 ildən sonra evə dönüş. Nailiyyət­lər və çətinliklər” forumunda mükəmməl təsvir edib: “Biz sülhü müharibə ilə gətir­dik. Düşünürəm ki, bu, Qafqazda lokal və­ziyyətdən daha geniş şəkildə qiymətləndi­rilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıq­lar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi”.

Bəli, Azərbaycan sülhü müharibə ilə yaratmış ölkədir və fərqimiz, özünəməx­susluğumuz məhz bundadır. Hazırda dün­yada yaşanan bitib-tükənmək bilməyən qarşıdurmalar fonunda ölkəmizin reallaş­dırdığı missiya, həm də təhlükəsizlik və sabitlik təminatıdır. Axı indiki qlobal qar­şıdurmalar şəraitində torpaqlarımızın iş­ğal altında qalması, istər-istəməz, başqa situasiyaların yaşanmasına yol aça bilər­di. Deməli, ərazi bütövlüyümüzün və su­verenliyimizin tam bərpası, necə deyərlər, göydəndüşmədir. Deməli, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı bilən Prezi­dent İlham Əliyev bütün prosesləri zərgər dəqiqliyi ilə hesablayıb. Onun hesablama­sı Azərbaycanın hazırkı duruma adekvat reaksiyasının mövcudluğu barədə qəti fi­kir bildirmək üçün əsasdır. Nəzərə alaq ki, Cənubi Qafqaz siyasi akvatoriyası kifayət qədər mürəkkəb məkandır. 

Hazırda Azərbaycan – Ermənistan münasibətlərinin nizamlaması konteks­tində yaşanan proseslər Cənubi Qafqa­zın mürəkkəblik formulunu vurğulayır. Mövcud platforma dünyanın yenidən bö­lünməsində, ayırıcı xətlərin müəyyənləş­dirməsində başlıca halqa rolunu oynayır. Daha bir özünəməxsusluq isə budur ki, Azərbaycan prosesdə diktə edən, he­sablaşılan tərəfdir. Məhz təhlükəsizlik tə­minatı baxımından əminlik uzunmüddətli inkişaf strategiyasının ayrı-ayrı qütblərini nəzərdən keçirməyimizə imkan yaradır. 

Prezident İlham Əliyev haqqında söz açdığımız forumdakı çıxışında diqqəti dünyadakı yeni vəziyyəti proqnozlaş­dırmağın mümkünsüzlüyü üzərinə gə­tirmiş və bildirmişdi ki, Azərbaycan və digər ölkələr Rusiya – Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi­ni bilmirlər. “Bu səbəbdən regionumuz­da, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet ol­malıdır. Münaqişə səbəbindən son 20-25 il ərzində bizim üçün bu, prioritet idi. Biz anlayırdıq ki, bu, sülh yolu ilə mümkün olmasa, bunu hərbi yolla həll edəcəyik”, –deyən Azərbaycanın lideri əlavə etmişdi ki, böyük potensiala və geniş coğrafiyaya malik ölkəmizin nəhəng enerji ehtiyatları milli təhlükəsizlik məsələsidir, mövcud­luğun, müstəqil yaşayışın mənbəyidir. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın qərarlaşdığı coğrafiyanın Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə etdiyini vurğulayaraq, belə bir üstünlüyün infrastruktur layihələrin gerçəkləşdirilməsinə zəmin formalaşdır­dığını önə çəkmiş, fikirlərini geniş şəkildə izah edərək, ritorik sual səsləndirmişdi: “Şərq–Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?”

Göründüyü kimi, Azərbaycan özünün təhlükəsizlik təminatının gətirdiyi faydanı ümumbəşəri mənfəətə çevirməkdə israr­lıdır. Lakin ölkəmizin iradəsinə qarşı çıx­maq cəhdlərini görürük. Daha doğrusu, hazırda Cənubi Qafqazın da döyüş are­nasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Rəsmi İrəvandan isə bu “planlarda” alət kimi istifadə edilir. Ermə­nistanda Avropa İttifaqının missiyasının fəaliyyəti fonunda aprelin 5-də Brüsseldə reallaşmış ABŞ – Avropa İttifaqı – Ermə­nistan üçtərəfli formatını, Azərbaycanın, Türkiyənin Rusiyanın həmin formata sərt reaksiyasını görürük. İranın susqunluğu­nu da həmçinin. Mənzərəyə İran–İsrail “qəribə müharibə”sini əlavə etsək, əvvəl­də vurğuladığımız fikri təkrarlaya və faktiki olaraq, Üçüncü dünya müharibəsinin baş­landığını söyləyə bilərik. Yəni, hadisələrin Azərbaycanın şimal, cənub və qərb gon­şularının iştirakı ilə baş verdiyi ortadadır. 

Bəli, bütün bunlara nəzərən Azərbay­can Cənubi Qafqazda həyata keçirilmə­sinə cəhd göstərilən planlara qarşı qəti mövqeyini bildirir. Bu, ölkəmizi regionda sabitləşdirici faktora çevirir. Ermənistan­dan fərqli olaraq, Azərbaycan milli birlik və həmrəylik şəraitində yalnız özünün döv­lət maraqlarından çıxış edir, mənafeyin­dən qaynaqlanan prinsipləri rəhbər tutur. Belə yanaşma beynəlxalq birlik tərəfindən müsbət qarşılanır. Ona görə də rəsmi İrə­vanın və onun xaricdəki havadarlarının təhriklərinə, neqativ təbliğatına baxmaya­raq, dünyada Azərbaycana münasibətdə müsbət dinamika müşahidə olunur. 

Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir ki, bu gün ölkəmiz hətta ermə­nipərəst dəst-xətti ilə seçilən Aİ üçün də geoiqtisadi və geosiyasi cəhətdən əhə­miyyət kəsb edir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, ölkəmiz isə qurumun mü­hüm enerji təchizatçısıdır. Üstəlik, möv­cud istiqamətdə daha irəliyə getmək üçün planlar var. Heç şübhəsiz, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan həmin planların da gerçək­ləşməsinə nail olacaq, qlobal ziddiyyətlər burulğanında nəinki təhlükəsizliyini qoru­yacaq, eyni zamanda, özünün təhlükəsiz­lik alətlərinin sayını artıracaq, sabitlik ada­sı imicini bir qədər də möhkəmləndirəcək. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Əvəz RÜSTƏMOV