USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib


https://img.baki-baku.az/news/2024/04/photo_12090.jpg

Eşitmə və nitq məhdudiyyətli gənc Sənan Mirzəzadə NASA-nın ideya rəhbəri olduğu FRC yarışında iştirak edib.

İnnovasiya və rəqəmsal inkişaf Agentliyi xəbər verir ki, dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC)-da Azərbaycanı təmsil edən “Mechack9030” komandasında yer alıb. Sənan hər il yuxarı sinif şagirdləri arasında keçirilən robototexnika üzrə beynəlxalq müsabiqəyə İRİA-nın dəstəyi ilə qatılıb.

“Sənanın hekayəsi öz xəyallarının arxasınca gedən hər birimiz üçün nümunədir. Texnologiyanın dili bəşəridir, yaş, məkan və ya hər hansı sağlamlıq məhdudiyyəti İKT sahəsində karyera üçün əngəl deyil”, – deyə İRİA-nın sədri İnarə Vəliyeva vurğulayıb.

Sənan Mirzəzadənin bir çox gənc üçün ilham mənbəyi olacağını əlavə edən İ.Vəliyeva ona gələcəkdə kibertəhlükəsizlik üzrə karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Sənan Mirzəzadə 10 yanvar 2007-ci ildə Ağdam rayonu Qaradağlı kəndində doğulub. Hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı məktəbdə təhsil alır. 2019-cu ildən etibrən intensiv şəkildə informasiya texnologiyaları üzrə biliklər əldə etməyə başlayıb və dövrün ən müasir İT bacarıqlarına yiyələnib. Sənan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ötən il iyulun 24 – 29-də keçirilmiş “Cyber Summer School 2023” yay düşərgəsində iştirak edib. Düşərgənin sonunda keçirilən müsabiqədə fəal iştirakı ilə seçilən Sənan sertifikat və hədiyyə ilə təltif edilib.

Bundan əlavə, Sənan Milli Abilimpiya Federasiyası tərəfindən təşkil edilmiş Milli Abilimpiya Çempionatında informasiya texnologiyaları nominasiyası üzrə üçüncü yerin qalibi olub.




Redaktorun seçimi

İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində
Ritter indi haradadır?
  • Daxili siyasət
  • 12:10 03.05.2024
Ritter indi haradadır?
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
  • Daxili siyasət
  • 11:46 03.05.2024
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
  • Daxili siyasət
  • 12:38 02.05.2024
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir
  • Daxili siyasət
  • 12:17 02.05.2024
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir

İqtisadiyyat