USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əbu-Dabidə energetika nazirinin IRENA-nın baş direktoru ilə görüşü olub


https://img.baki-baku.az/news/2024/04/photo_11979.jpg

Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Agentliyin baş direktoru Françesko La Kamera arasında görüş olub.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, ölkəmizlə IRENA arasında əməkdaşlıq əlaqələrinin bir sıra təşəbbüslər və platformalar vasitəsilə inkişafına dair müzakirələr aparılıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Asiya üçün IRENA İnvestisiya Forumuna Azərbaycanın ev sahibliyi, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü üzrə hesabatın təqdimatı ilə bağlı tədbirin keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın digər aspektləri ilə bağlı da fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

İqtisadiyyat