USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Görkəmli musiqiçinin kataloqu


https://img.baki-baku.az/news/2024/04/photo_12155.jpg

Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli professor Tofiq Bakıxanova həsr olunmuş kataloqun təqdimat mərasimi olub. 

Milli Azərbaycan Tarixi Muzeyinin akt zalında təşkil olunmuş tədbirdə həm görkəmli bəstəkar Tofiq Bakıxanovun 3 il əvvəl bu muzeyə bağışladığı şəxsi əş­yalarının bir hissəsindən ibarət sərgiyə tamaşa etdik. Sonra Bakıxanovlar şə­cərəsinin sonuncu mogikanı haqqında akademik çıxışlar və videoçarx dinlənildi. Tədbirin bədii hissəsində tanınmış sənət adamları bəstəkarın əsərlərini ifa etdilər.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 94 yaşlı tanınmış bəstəkar Tofiq Bakıxanovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə məlumat verərək xatır­latdı ki, təqdim olunan kataloqa profes­sorun fotoşəkilləri, sənədləri, şəxsi əşya­ları və digər sənədlər daxil edilib. Sonra Tofiq Bakıxanov bu tədbirin təşkilinə, həmçinin, kataloqun ərsəyə gəlməsinə görə muzey rəhbərliyinə və əməkdaşlara təşəkkürünü bildirib.

Muzeyin Sənədli Mənbələrin elmi fond şöbəsinin müdiri, qeyd olunan ka­taloqun həmmüəllifi Esmira Rəhimova isə bəstəkar Tofiq Bakıxanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Eləcə də tədbirin bədii hissəsin­də Respublika və Beynəlxalq miqyaslı müsabiqələrin laureatları – Kəmalə Mir­babayeva, Leyla Dadaşova, Firuzə Qə­dimalıyeva və Hüseynağa Səmədovun ifasında musiqi nömrələri səsləndirildi.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Bakı təhdidləri cavabsız qoymayacaq
  • Daxili siyasət
  • 10:31 20.05.2024
Bakı təhdidləri cavabsız qoymayacaq
Paşinyan, yoxsa katolikos?
  • Daxili siyasət
  • 09:56 20.05.2024
Paşinyan, yoxsa katolikos?
Ankaradan dünyaya yeni düzən mesajları
  • Daxili siyasət
  • 14:07 18.05.2024
Ankaradan dünyaya yeni düzən mesajları
Balasanyan üçün Bakı həbsxanası
  • Daxili siyasət
  • 12:34 18.05.2024
Balasanyan üçün Bakı həbsxanası

Mədəniyyət